M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə74/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   229

173 

 

boyunca nəqlinin  müxtəlif modelləri hazırlanmışdır. Torpaqda radionuklid-



lərin vertikal miqrasiyası zamanl  əsasən bu prosesin  sürətini  təyin  edən  iki 

mexanizm nəzərə alınır – konvektiv və kvazidiffuzion.   

Torpağın  bərk  və  maye  fazalarında  yerləşən  radionuklidlər  arasında 

dinamik  tarazlıq  vəziyyətinin  olması  haqda  ehtimala  əsaslanaraq,  torpağın 

profili  boyunca  radionuklidlərin  təsviri  üçün  adətən  konvektiv  diffuziya 

tənliyindən istifadə olunur.   

 

 


t

x

q

x

t

x

q

x

t

x

q

D

t

t

x

q

,

/



)

,

(



/

)

,



(

/

)



,

(

2



2









 

 

burada,  q(x,  t)-  bütün  fazalarda  radionuklidlərin    orta  qiyməti;  D(x,  t)- 



kvazidiffuziyanın  effektiv əmsalı;  w – nəmlik axınının təsiri altında radionuklidlərin yerini 

dəyişməsinin xətti sürəti;   - radioaktiv parçalanma sabiti.  

 

Şəkil  2.19-da 



90

Sr  Rusiyanın  avropa  hissəsinin  çimli-podzol  torpaq-

larının profili boyunca  yerləşməsi  göstərilmişdir (D = 0,3 sm

/  il,  w  =  0,5 



sm /il). 

 

 



ġəkil 2.19 Radionuklidin

  

torpaq səthinə (q



0

)

 

daxil olması zamanı  

90

Sr 



ölçüsüz formada paylanması N(x,t)= q(x,t)q

90

Sr torpağa düşmə müddəti t: 



1-5  il;  2-20  il;  3-15  il;  4-  10  illik  düşmədən  5  il  sonra    (Kiriçenko, 

1970)

 



174 

 

Radionuklidlərin  bitkilərdə  toplanması,    yerüstü  orqanlar  vasitəsilə 



torpaq-bitki  örtüyünə  aeral  çökmüş  radionuklidlərin  yerüstü  fitokütlədə  və 

köklərdə- torpaqda radionuklidlərin mənimsənilməsi zamanı tutulub saxlan-

ması  nəticəsində olur.  Radionuklidlərin aeral daxil olmasının əsas xüsusiy-

yəti onların faktiki olaraq qeyri-selektiv adsorbsiya olmasıdır. Torpağın təbii 

sorbent  rolu  oynadığı  zaman  radionuklidlərin  yerdəyişməsinin  torpaq  yolu 

başqa  şəkildə  xarakterizə  olunur,  bitkinin  kök  sistemi  isə  radionuklidləri 

bitkilərin mineral qidalanmasının qanunauyğunluqları ilə selektiv udur.  

Torpaqdan  radionuklidlərin  bitkilərə  daxil  olmasının  intensivliyini 

qiymətləndirmək toplanma əmsalının köməyilə həyata keçirilir (K

t

). Toplan-



ma əmsalı bitkidə  toplanan radionuklidlərin miqdarının  torpaqda olan miq-

darına  nisbətinə  bərabərdir.  Əgər  radionuklidlərin  bitkidə  torpaqdan  ak-

kumulyasiyası bitki külündə olan miqradına görə hesablanırsa, onda uyğun 

gələn nisbəti bioloji udma əmsalı adlandırırlar (BUƏ). Bitkilərin praktikada 

tez-tez istifadə olunan başqa bir xüsusiyyəti, keçid  əmsalı ilə  ifadə  olunan, 

radionuklidləri  özündə  toplamasıdır.  Keçid  əmsalı  –  radionuklidlərin  bit-

kilərdə  olan  qatılığının,  adətən  (Bk/kq)/(Bk/m

2

)  ilə  ifadə  olunan  -  torpağın 



çirklənmə sıxlığına olan nisbətilə ifadə olunur.  

Kənd təsərrüfatı zəncirində, o cümlədən torpaq – bitki sistemində, bir 

sıra  radionuklidlərin  keçid  tezliyi  bu  prosesi  müşaiyət  edən  izotop  və  ya 

qeyri-izotop radionuklid daşıyıcılarının miqdarından asılıdır. Bu hər şeydən 

əvvəl iki aparıcı uzunömürlü süni radionuklidlərin – 

90

Sr və 



137

Cs daşınma-

sına  aiddir.  Bunların  əsas  qeyri-izotop  daşıyıcıları  bioloji  vacib  olan  mak-

roelementlərdir – uyğun olaraq, Ca və K. Gərgin ötürmənin qeydiyyata alın-

ması  üçün 

90

Sr  -  Ca  və 



137

Cs  –  K  ―mikromiqdarlı  radionuklidin  makro-

miqdarlı  daşıyıcıya  nisbətinin  diskriminasıya  əmsalı‖  adlanan  termin  daxil 

edilmişdir (DƏ).  

90 

Sr – Ca üçün  



 

 

 



Torpaq –bitki  sistemində  bitki  akseptor, torpaq isə  donordur. Anoloji 

nisbət 


137

Cs – K  cütlüyü üçün də verilir. 

90

Sr-nın torpaqdan bitkiyə keçməsi 



(Ca –a nisbəti ilə ifadə olunan ) torpaqda mübadilə olunan Ca

2+ 


kationunun 

miqdarından asılıdır və bu halda DƏ –nı Kleçkovski göstəricisi adlandırmaq 

təklif olunur.  

 Havadan  bitki  örtüyünə  düşən  radioaktiv  hissəciklərin  saxlanmasını 

bitkinin  yerüstü  hissəsində  toplanan  radionuklidlərin  miqdarının  həmin 

ərazinin kənd təsərrüfatı yerlərinə düşən radionuklidlərin miqdarına nisbəti 




175 

 

kimi  xarakterizə  etmək  qəbul  olunmuşdur.  Bitki  üzərinə  çökən  radionuklid 



hissəciklərin saxlanması və onların sonradan ayrılması hisəcikləri akkumul-

yasiya  edən  bitki  səthinin  sahəsindən;  radionuklidlərin  düşdüyü  və  ondan 

sonrakı  zaman  əkin  üzərindən  keçən  küləyin  sürətindən;  aerozol  hissəcik-

lərin  ölçüsündən,  düşən  materialın  miqdarından;  çökmə  zamanı  və  sonra 

havanın nisbi nəmliyindən asılıdır.  

Bitkinin kökdən olmayan (aeral) çirklənməsinin rolu radionuklidlərin 

torpaqdan  toplanması  ilə  müqayisədə  çökmədən  sonrakı  birinci  dövrdə 

xüsusilə böyükdür: bu zaman bitkilərdə radioaktiv maddələrin miqdarı  ha-

vadan  çökmüş  və  yerüstü  fitokütlədə    toplanan  radionuklidlərin  miqdarına 

görə tamamilə təyin oluna bilər. Radioaktiv çökmə qurtardıqdan sonra bitki-

lərin  radionuklidlərdən  təmizlənməsi  başlayır  (yağışla  yuyulma,  küləklə 

üfürülmə, cazibə gücünün təsirilə aerozol ların ayrılması və b.). Çökmə da-

yandıqdan  sonra  bitkilərdə  radionuklidlərin    qatılığının    azalması  yarımtə-

mizlənmə dövrü ilə qiymətləndirilir (başqa sözlə, yerüstü fitokütlədə radio-

nuklidlərin  50%-nin  ayrıldığl  müddət).  Kənd  təsərrüfatı  bitkilərində  radio-

nuklidlərin  çoxunda  yarımtəmizlənmə  dövrü  7  gündən  17günədək  dəyişir 

(bu  radionuklidlərin  fiziki-kimyəvi  xassələrindən,  aerozol  hissəciklərin 

ölçüsündən, bitkinin bioloji xüsusiyyətlərindən asılıdır).  

Radionuklidlər  bitkilərə  küləyin  qalxması  nəticəində  və  ya  yağışla  torpaq 

səthindən  həm  qadioaktiv  hissəcik  kimi,  həm  də  torpağın  çirklənmiş 

hissəciyi kimi daxil ola bilər. Bu hadisəni bitkinin ikinci radioaktiv çirklən-

məsi adlandırırlar. Bitkilərə daxil olmanın bu yolu torpaqda möhkəm fiksa-

siya  olunan  və  kök  sistemi  ilə  zəif  mənimsənilən  radionuklidlər  üçün  xü-

susilə vacibdir. Bitkilərdə radionuklidlərin ümumi miqdarında (başqa sözlə, 

radionuklidlərin torpaqdan və aeral çirklənmədən daxil olması ilə şərtlənən) 

tozla çirklənmənin nisbi miqdarı radionuklidlərin toplanma əmsalından - Ə

t

  

asılıdır. Ə



  nə  qədər  az  olarsa,  bitkilərin  tozla  radioaktiv  çirklənməsi  bir  o 

qədər  böyük  olar.  Nüvə  sınaqları  nəticəsində  qlobal  yayılmış 

90

Sr  və 



137

Cs 


tozla çirklənmə ehtiyatı Rusiya Federasiyasının Qeyri-Qaratorpaq zonasında 

80-ci illərdə dənlilər üçün 0,3...1,4%  və 3...4%   - vegetativ orqanlar üçün, 

bu ehtiyat çəmən bitkiləri üçün bir qədər yüksək olmuşdur (6...14%) (

cədvəl  


2.41)

 .

 



Bitkilərin  radionuklidləri  torpaqdan  udması  faktorlar  kompleksindən 

asılıdır. Onların arasından 4 əsas qrupu seçmək olar: radionuklidlərin fiziki-

kimyəvi  xassəsi,  torpağın  fiziki-kimyəvi  xassəsi,  bitkilərin  bioloji 

xüsusiyyətləri  və  bitkilərin  aqrotexnikası.  Radionuklidlərin  bitkilər  tə-

rəfindən mənimsənilməsi onların sabit izotop analoqlarının akkumulyasiyası 

ilə yaxşı uzlaşır. 

          



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə