M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə32/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   229

70 

 

 yetişdirilməsi və saxlanması). 



Kənd  təsərrüfatı  sahəsində  insanın  təbiətlə  qarşılıqlı  əlaqəsi  gedən 

ilkin  struktur  halqa  -  funksional  vahid  aqroekosistem  (və  ya  aqrobiogeo-

senoz)  sayılır.  Müasir  təsəvvur  (anlayış)  baxımından  aqroekosistem  (aqro-

biogeosenoz)  ikinci  (törəmə),  insan  tərəfindən  dəyişilmiş,  biosferin  ele-

mentar vahididir. 

Onun  əsasını  suni  yaradılmış,  bir  qayda  olaraq  növlərlə  kasatlaşmış 

canlı orqanizmlərin biotik qruplaşmaları təşkil edir. Kənd təsərrüfatı məhsu-

lü almaq üçün bu qruplaşmaları insanlar formalaşdırır va tənzimləyir. Aqro-

ekosistemlər  yüksək  bioloji  məhsuldarlığı  və  seçilmiş  bir  və  ya  bir  neçə 

bitki  və  ya  heyvan  növlərinin  (sort,  cins)  dominantlığı  ilə  fərqlənir.  Becə-

rilən  bitki  və  yetişdirilən  heyvanlar  təbii  dey  il,  suni  seçməyə  məruz  qalır. 

Ekoloji  sistem  kimi  aqroekosistemlər  davamlı  deyil:  onlarda  özünütən-

zimləmə  zəif  təzahür  edilir,  insanın  köməyi  (nəzarəti)  olmadan  onlar  tez 

parçalanır,  yabanılaşır  və  təbii  biogeosenozlara  transformasiya  olunur  (mə-

sələn,  meliorasiya  olunmuş  torpaqlar-bataqlığa,  suni  meşə  əkini-  meşəyə 

çevrilir). 

Taxıl  bitkilərindən  ibarət  aqroekosistemlər  bir  ildən  artıq  olmayaraq, 

çoxillik otlar - 3-5 il, meyvə bitkiləri - 20-40 il yaşayır, sonra pozulur (dağı-

lır) və məhv olurlar. Bozqır (və ya yarımsəhra) zonasında salınmış meşə zo-

laqları aqroekosistemin elementi olaraq 30-50 ildən çox ömür sürür. İnsanın 

köməyi olmadan onlar tədricən «yabanılaşır», təbii ekosistemə çevrilir və ya 

məhv  olurlar.  Ekosistemlərin  əksəriyyəti  müxtəlif  növlərin  suni  fitosenoz-

larıdır: mədəniləşdirilmiş (planlı istismar olunan çəmən və otlaqlar); yarım-

mədəniləşdirilmiş (davamsız nizamlanan suni meşə əkinləri, çoxillik çəmən-

liklər); mədəni (daim təmizlənən, xidmət göstərilən çoxillik ağaclıqlar, bos-

tan  bitkiləri);  intensiv  mədəni  (parnik  və  oranjeriya  bitkiləri,  hidroponika, 

aeroponika və b., bunlar xüsusi torpaq, su və hava şəraiti yaradılmasmı tələb 

edir).  B.M.Mirkin  və  R.M.Qazıəhmədov  (1995)  aqroekosistemin  fəaliyyət 

sxemini teklif etmişlər. 

 

2.1.4. Aqroekosistemin tiptəri 

Məlum  olduğu  kimi,  təbii  ekosistemlər  və  aqroekosistemlər 

avtotrofluğa  görə  oxşardır.  Lakin  təbii  ekosistemlərdə  qida  elementləri  və 

ilkin məhsul qapalı tsikldə olur, yəni maddələr axını əsasən sistem daxilində 

həyata  keçirilir,  onların  çıxarııması  isə  demək  olar  ki,  baş  vermir.  Aqro-

ekosistemlər isə əksər halda məhsulün sistemdən çıxarılması üçün yaradılır, 

həm də bəzən məhsul formalaşan mənbədən min kilometlərlə uzağa aparılır. 

Aqroekosistemlər  bir  tərəfdən  istehsalın  təbii-maddi  mənbəyi,  digər 

tərəfdən isə insan fəaliyyətinin məqsədyönlü obyekti və nəticəsidir. 




71 

 

Aqroekosistemlər  də  təbii  ekosistemlər  kimi  bir-birilə  qarşılıqlı  əla-



qədə olan bir çox bioloji, fiziki va kimyəvi komponentlərdan ibaratdir. Bir-

birilə funksional  (fəaliyyət) əlaqəsi  müəyyən edilən istanilən komponentlər 

qrupu sistem əmələ gətirir. 

Aqroekosistemin  umumi  qəbul  olunmuş  təsnifatı  olmadığından  FAO 

tərəfindən  istifadə  edilən  əkincilik  strukturunun  məlum  ayrılmış  tiplərin 

təsnifatı yerinə yetirilir. Bu təsnifata uyğun olaraq torpaqdan istifadənin beş 

növü ayrılır, hər bir növ üzrə aqroekosistemlərin təsnifatı verilir: 

Əkinçilik aqroekosistemi və ya tarla, torpaqdan istifadə dəmyə, suva-

rılan  aqroekosistemləri  (taxıl,  paxlalılar,  yem,  tərəvəz,  bostan,  texniki  və 

dərman bitkiləri) rotasiyası. 

Plantasiya - bağ kimi torpaqdan istifadə - plantasiya aqroekosistemləri 

(çay kolları, kakao ağacı, kofe ağacı, şəkər qamışı), bağ ekosistemləri (mey-

və bağları, giləmeyvəlik, üzümlük). 

Otlaq  kimi  torpaqdan  istifadə  -  otlaq  aqroekosistemi  (köçürmə  otlaq-

ları: tundra, səhra, dağ; meşə otlaqları; yaxşılaşdırılmış otlaqlar; biçənəklər; 

mədəniləşdirilmiş çəmənlər). 

Qarışıq torpaqdan istifadə - qarışıq aqroekosistemlər, torpaqdan istifa-

dənin bir neçə növünün eyni nisbət və uyğun (əlaqəli) istifadəsi, həmçinin, 

həm birinci (ilkin), həm da ikinci (təkrar) bioloji məhsulün alınması proses-

lərini səciyyələndirir. 

İkinci (təkrar) bioloji məhsulün istehsalı məqsədilə torpaqdan istifadə 

- aqrosanaye aqroekosistemi: süd, ət, yumurta və digər məhsullarm intensiv 

«sanayeləşdirilmiş» istehsalı əraziləri. 

Enreji daxil etmək üzrə  insan və  heyvanm  azalə  gücü şaklinda enerji 

əlavə etməklə sanayeda əvvəlki aqroekosistemlər ayrılır. Bu aqroekosi-stem 

tipi, bir qayda olaraq, təbii ekosistemlərlə hormoniya yaradaraq Asyia, Afri-

ka və Canubi Amerika ölkalərinda geniş əkin (şum) torpaq ərazilərini əhatə 

edir.  Sanayedən  əvvəl  aqroekosistem  tipina  hər  il  2x10

9

C/ha, inkişaf etmiş 



ölkalərda  intensiv  mexanikləşdirilmiş  aqroekosistemlərə  isə  20x10

10

C/ha 



əlavə enerji daxil olur. 

B.M.Mirkin  tərəfindən  hazırlanmış,  R.M.Qazıahmadov  və  L.Q.Nau-

mova  (1996)  tərəfindən  dayişdirilmiş  aqroekosistemlərin  əsas  tiplərinin 

xarakteristikası 2.3 saylı cadvəlda verilir. 

Aqroekosistem törəmələrinin (tiplərinin) formalaşması, inkişafı və is-

tismarı  prosesində  torpağın  münbitliyi  və  onun  barpasmm  nəzərə  alınması 

vacibdir. Aqroekosistemin üç baza tipini ayırmaq olar: təbii tutumlu, təbiəti 

muhafıza  və  təbiəti  yaxşılaşdırma.  Təbii  tutumlu  aqroekosistemlər  təbii 

münbitliyin  tam  olmayan  barpası  ilə  səciyyələnir,  bu,  onun  səviyyəsinin 

aşağı  düşmasinə  səbəb  olur.  Aqroekosistemin  təbiəti  mühallza  tipi  üçün 




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə