138
Çirklənmə və kipləşmənin təsiri altında aktinomisetlərin repraduktiv
funksiyası pozulur ki, bu da onların asporogen formalarının payının
artmasında üzə çıxır, Niger qrupundan olan aktinomisetlər yaranır.
Baxılan göstəricilərin yüksək indiqasiya xassəsini çimli-podzol
torpaqlarda aparılan model təcrübələrin nəticələri də təsdiqləyir. Belə ki,
ekosistemin funksiyalaşmasını xeyli zəiflədən qurğuşunun miqdarının
çoxalması, steril aktinomisetlərin, Niger qrupundan olan mikroorqanizm-
lərin miqdarının artması və batsillərin növmüxtəlifliyinin azalması,
fitopotogen göbələklərin yaranması ilə diaqnoz olunur. (Cədvəl 2.21, 2.22).
Alınan nəticələr torpağın ‖sağlamlığının‖, ekosistemin davamlılığının,
çirklənmənin normalaşmasının qiymətləndirilməsində istifadə oluna bilər.
Torpaqda üzvi zəhərli birləşmələrin mikroblarla trasformasiyası.
Mikroorqanizmlərin yüksək fermentativ aktivliyi torpaqda toksikantların
parçalanması prosesində onların əsas əhəmiyyətini təyin edir.
Deqradasiya prosesi ya toksikantların birləşmiş vəziyyətə keçməsi
nəticəsində, ya da onların daha az toksiki birləşmələrə çevrilməsi nəticə-
sində həyata keçir. Bu zaman mikroorqanizmlər bu vəya digər preparatı
böyümə və energetik material kimi istifadə edə bilər. Məsələn, ksenobiotik
meturinin parçalanması dehidroksilləşmə nəticəsində fenilkarbamidin alın-
ması ilə gedir. Bu birləşmə torpaq mikroflorasının təsiri altında fenilkar-
bamidin yaranması ilə demetilləşir, hansı ki, anilinə qədər hidroliz olunur.
Anilin mikroflora tərəfindən (ştamm Alcaligenes faecali) karbon və enerji
mənbəyi kimi istifadə olunur. Aktiv bakteriya ştamı Pseudomonas auran-
tiaca öz növbəsində fermentlərin köməyilə anilini və onun xlorbirləşməli
analoqlarını müvafiq asetanilidlərə trasformasiya edir. Karbon mənbələri
olmadıqda mikroorqanizmlər asetil qruplarını böyümə substratı kimi istifadə
edərək yenidən ilkin anilini azad edirlər.
Mikroorqanizmlər pestisidləri böyümə və enerji substatı kimi istifadə
edərkən, mümkündür ki, ksenobiotiklərin detoksikasiyası probleminin radi-
kal həlli baş verir. Torpaq biotunun normal formalaşması və funksiyalaş-
ması üçün optimal şərait yaratmaq lazımdır. Bu həm ekosistemlərin davam-
lılığı, həm də ekoloji təhlükəsiz kənd təsərrüfatı məhsullarının alınmasını
təmin etmək üçün zəmindir.
2.5.4. Ekosistemlərdə torpağın funksional rolu
Torpağın funksiyaları. Torpaq biosferin komponenti kimi eyni zaman-
da biogeosenotik, vitasfer və biosfer proseslərində onun struktur səviyyəsinin
təşkilində iştirak edir, geoloji, mikro- və makrobiogeosenozların təbii dövra-
nında qarşılıqlı təsirlərdə mərkəzi mövqe tutur. Buzaman torpaq biosenozda
inteqrasiya və idarəedici funksiyanı yerinə yetirir. Professor A.N.Tyuryuka-
139
novun iradlarına görə biosenozda maddələr dövranı bitkinin fotosintezindən
asılıdır, çünki biogeosenozun idarəedici sistemi torpaqda yerləşir. Bir tərəfdən
torpaq çoxsaylı orqanizmlərin yaşayış mühiti, qida mənbəyi və fiziki da-
yaqdır, digər tərəfdən isə biosferdə bütün elementlərin dövranını tənzimləyir,
qlobal ekoloji funksiyanı həyata keçirir (Dobrovolski, Nikitin, 1986).
Yerdə həyatın təminatı torpağın əsas funksiyasıdır. Bu funksiyanın
reallaşması torpaqda orqanizmlərə lazım olan biogen elementlərin kimyəvi
birləşmələrinin mənimsənilə bilən formalarının qatılığından asılıdır. Torpaq
özünəməxsus depodur, mühüm biogenləri (karbon, azot, fosfor, kükürd,
kalsium, kalium və s.) Dünya okeanına tez yuyulub getməsinin qarşısını alır.
Torpaq nəmliyi akkumulyasiya edir, biogeosenozların avtotrof zəncirinin
vegetasiya müddətində ona olan tələbatını təmin edir. O bitkilərin, hey-
vanların, mikroorqanizmlərin və s. yaşayış sferasıdır.
Torpaq biosferdə maddələrin bütün axınını qaydaya salır, elementlərin
bioloji və geoloji sirkulyasiyasında əlaqələndirici həlqə və tənzimləyici
mexanizm kimi çıxış edir.
Torpaq atmosferin və hidrosferin tərkibini tənzimlıyir. Torpaq və at-
mosfer arasında daimi qaz mübadilsi nəticəsində hava hovuzuna müxtəlif
qazlar (o cümlədən həm də ―istixana‖ qazları), mikroqazlar trasformasiya
olunur. Məsələn, bir sutka ərzində ölmüş bitki qalıqlarının parçalanması nə-
ticəsində 1ha torpaqda orta hesabla 84kq karbon qazı yaranır. Müəyyən
olunmuşdur ki, fotosintez prosesində istifadə olunan bu qazın 40-70%-i
―torpağın tənəffüsü‖ ilə təmin olunur. Qalan miqdar qaz kütləsinin hori-
zontal və turbulent qarışması yolu ilə daşınır. Öz növbəsində, torpaq eyni
zamanda atmosfer azotunu udur. Torpaq səth vəyeraltı suları kimyəvi mad-
dələrlə zənginləşdirərək, yerüstü suların, dəniz və okeanların sahilyanı
akvatoriyasının hidrokimyəvi vəziyyətinə təsi edir.
Torpağın ən mühüm qlobal funksiyası yer qabığının üst hissəsində
üzvi maddələri – humus və onunla bağlı olan kimyəvi enerjini toplamaqdır.
Biogen toplanma prosesləri, Günəşdən Yerə daxil olan enerjinin trans-
formasiyası və paylanması torpaqda fasiləsiz olaraq baş verir. Torpaq özü-
nəməxsus kosmik funksiyanı yerinə yetirir. Bu enerji ehtiyatları həyati vacib
proseslərin mənbəyidir. Torpaq örtüyündə potensial biogen enerji əsasən
bitki kökləri, mikroorqanizmlərin biokütləsi və humus kimi toplanır. Eks-
pert qiymətləndirmələrinə görə planetin bütün quru hissəsidə humusda top-
lanan enerji ehtiyatının cəmi 4,2 x 10
15
...10
16
couldur. Aydındır ki, xüsusən
qurunu humus qabığı fotosintez prosesində formalaşan enerjinin ümumpla-
netar toplayıcısı və paylayıcısıdır.
Torpaq litosferi ekzogen faktorların təsirindən qoruyur və geoloji
denudasiyanın intensivliyini tənzimləyir.