M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə58/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   229

138 

 

Çirklənmə  və  kipləşmənin  təsiri  altında  aktinomisetlərin  repraduktiv 



funksiyası  pozulur  ki,  bu  da  onların  asporogen  formalarının  payının 

artmasında üzə çıxır,  Niger  qrupundan olan aktinomisetlər yaranır.  

Baxılan  göstəricilərin  yüksək  indiqasiya  xassəsini  çimli-podzol 

torpaqlarda  aparılan  model  təcrübələrin  nəticələri  də  təsdiqləyir.  Belə  ki, 

ekosistemin  funksiyalaşmasını  xeyli  zəiflədən  qurğuşunun  miqdarının 

çoxalması,  steril  aktinomisetlərin,  Niger  qrupundan  olan  mikroorqanizm-

lərin  miqdarının  artması  və  batsillərin  növmüxtəlifliyinin  azalması, 

fitopotogen göbələklərin yaranması ilə diaqnoz olunur. (Cədvəl 2.21,  2.22). 

Alınan nəticələr torpağın ‖sağlamlığının‖, ekosistemin davamlılığının, 

çirklənmənin normalaşmasının qiymətləndirilməsində istifadə oluna bilər.  



Torpaqda  üzvi  zəhərli  birləşmələrin  mikroblarla  trasformasiyası.  

Mikroorqanizmlərin  yüksək  fermentativ  aktivliyi  torpaqda  toksikantların 

parçalanması prosesində onların əsas əhəmiyyətini təyin edir.  

Deqradasiya  prosesi  ya  toksikantların  birləşmiş  vəziyyətə  keçməsi 

nəticəsində,  ya  da  onların  daha  az  toksiki  birləşmələrə  çevrilməsi  nəticə-

sində  həyata  keçir.  Bu  zaman  mikroorqanizmlər  bu  vəya  digər    preparatı 

böyümə və energetik material kimi istifadə edə bilər. Məsələn, ksenobiotik 

meturinin  parçalanması  dehidroksilləşmə  nəticəsində  fenilkarbamidin  alın-

ması  ilə  gedir.  Bu  birləşmə  torpaq  mikroflorasının  təsiri  altında  fenilkar-

bamidin  yaranması  ilə  demetilləşir,  hansı  ki,  anilinə  qədər  hidroliz  olunur. 

Anilin  mikroflora  tərəfindən  (ştamm  Alcaligenes  faecali)  karbon  və  enerji 

mənbəyi  kimi  istifadə  olunur.  Aktiv  bakteriya  ştamı  Pseudomonas  auran-



tiaca  öz  növbəsində  fermentlərin  köməyilə  anilini  və  onun  xlorbirləşməli 

analoqlarını  müvafiq  asetanilidlərə  trasformasiya  edir.  Karbon  mənbələri 

olmadıqda mikroorqanizmlər asetil qruplarını böyümə substratı kimi istifadə 

edərək yenidən ilkin anilini azad edirlər.  

Mikroorqanizmlər pestisidləri böyümə  və  enerji substatı kimi istifadə 

edərkən, mümkündür ki, ksenobiotiklərin detoksikasiyası probleminin radi-

kal  həlli  baş  verir.  Torpaq  biotunun  normal  formalaşması  və  funksiyalaş-

ması üçün optimal şərait yaratmaq lazımdır. Bu həm ekosistemlərin davam-

lılığı,  həm  də  ekoloji  təhlükəsiz  kənd  təsərrüfatı  məhsullarının  alınmasını 

təmin etmək  üçün zəmindir.  



 

2.5.4. Ekosistemlərdə torpağın funksional rolu  

Torpağın funksiyaları. Torpaq biosferin komponenti kimi eyni zaman-

da biogeosenotik, vitasfer və biosfer proseslərində onun struktur səviyyəsinin 

təşkilində iştirak edir, geoloji, mikro- və makrobiogeosenozların təbii dövra-

nında qarşılıqlı təsirlərdə mərkəzi mövqe tutur.  Buzaman torpaq biosenozda 

inteqrasiya  və  idarəedici  funksiyanı  yerinə  yetirir.  Professor  A.N.Tyuryuka-



139 

 

novun  iradlarına  görə  biosenozda  maddələr  dövranı  bitkinin  fotosintezindən 



asılıdır, çünki biogeosenozun idarəedici sistemi torpaqda yerləşir. Bir tərəfdən 

torpaq  çoxsaylı  orqanizmlərin  yaşayış  mühiti,  qida  mənbəyi  və  fiziki  da-

yaqdır, digər tərəfdən isə biosferdə bütün elementlərin dövranını tənzimləyir, 

qlobal ekoloji funksiyanı həyata keçirir (Dobrovolski, Nikitin, 1986).  

Yerdə  həyatın  təminatı  torpağın  əsas  funksiyasıdır.  Bu  funksiyanın 

reallaşması  torpaqda orqanizmlərə lazım olan biogen  elementlərin kimyəvi  

birləşmələrinin mənimsənilə bilən formalarının qatılığından asılıdır. Torpaq 

özünəməxsus  depodur,  mühüm  biogenləri  (karbon,  azot,  fosfor,  kükürd, 

kalsium, kalium və s.) Dünya okeanına tez yuyulub getməsinin qarşısını alır. 

Torpaq  nəmliyi  akkumulyasiya  edir,  biogeosenozların  avtotrof  zəncirinin 

vegetasiya  müddətində  ona  olan  tələbatını  təmin  edir.  O  bitkilərin,  hey-

vanların, mikroorqanizmlərin və s. yaşayış sferasıdır.  

Torpaq biosferdə maddələrin bütün axınını qaydaya salır, elementlərin 

bioloji  və  geoloji  sirkulyasiyasında  əlaqələndirici  həlqə  və  tənzimləyici 

mexanizm kimi çıxış edir.  

Torpaq  atmosferin  və  hidrosferin  tərkibini  tənzimlıyir.  Torpaq  və  at-

mosfer  arasında  daimi  qaz  mübadilsi  nəticəsində  hava  hovuzuna  müxtəlif 

qazlar  (o  cümlədən  həm  də  ―istixana‖  qazları),  mikroqazlar  trasformasiya 

olunur. Məsələn, bir sutka ərzində ölmüş bitki qalıqlarının parçalanması nə-

ticəsində  1ha  torpaqda  orta  hesabla  84kq  karbon  qazı  yaranır.  Müəyyən 

olunmuşdur  ki,  fotosintez  prosesində  istifadə  olunan  bu  qazın  40-70%-i 

―torpağın  tənəffüsü‖  ilə  təmin  olunur.  Qalan  miqdar  qaz  kütləsinin  hori-

zontal  və  turbulent  qarışması  yolu  ilə  daşınır.  Öz  növbəsində,  torpaq  eyni 

zamanda atmosfer azotunu udur. Torpaq səth vəyeraltı suları kimyəvi mad-

dələrlə  zənginləşdirərək,  yerüstü  suların,  dəniz  və  okeanların  sahilyanı 

akvatoriyasının hidrokimyəvi vəziyyətinə təsi edir.  

Torpağın  ən  mühüm  qlobal  funksiyası  yer  qabığının  üst  hissəsində 

üzvi maddələri – humus və onunla bağlı olan kimyəvi enerjini toplamaqdır.  

Biogen toplanma prosesləri, Günəşdən Yerə daxil olan enerjinin trans-

formasiyası  və  paylanması  torpaqda  fasiləsiz  olaraq  baş  verir.  Torpaq  özü-

nəməxsus kosmik funksiyanı yerinə yetirir. Bu enerji ehtiyatları həyati vacib 

proseslərin  mənbəyidir.  Torpaq  örtüyündə  potensial  biogen  enerji  əsasən 

bitki  kökləri,  mikroorqanizmlərin  biokütləsi  və  humus  kimi  toplanır.  Eks-

pert qiymətləndirmələrinə görə planetin bütün quru hissəsidə humusda top-

lanan enerji ehtiyatının cəmi 4,2 x 10

15

 ...10



16 

 couldur. Aydındır ki, xüsusən 

qurunu humus qabığı fotosintez prosesində formalaşan enerjinin ümumpla-

netar toplayıcısı və paylayıcısıdır.  

Torpaq  litosferi  ekzogen  faktorların  təsirindən  qoruyur  və  geoloji 

denudasiyanın intensivliyini tənzimləyir.  




Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə