M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə55/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   229

132 

 

heyvanlar  və  onların  qidalandığı  mikroorqanizmlər  arasında  baş  verir.  Bit-



kilərdə  nitrifikasiya  bakteriyaları  və  s.  Nitrobakteriyalar  nitroza  bakteriya-

larının yaratdığı nitratları istifadə edir.  



Torpaq-bitki  cəmiyyətlərində  əlaqə  tipləri.  Trofik  əlaqə tipinə  yırtıcı 

və  qurban  arasında  olan  əlaqəni  misal  göstərmək  olar.  Monodominant 

aqroekosistemdə  mikrob  müxtəlifliyi  azdır  və  zəncir  qırılr,  mübadilə  məh-

sulları istifadə olunmür, nəticədə torpağın özünü təmizləmə prosesi pozulur, 

―torpağın yorulması‖ baş verir.  

Metabolik (allelokimyəvi) əlaqə canlı orqanizmlər ətraf mühitə siqnal 

metabolitləri funksiyalarını  yerinə  yetirən və bitkinin böyümə və inkişafına 

təsir  göstərən  müxtəlif    məhsullar  ifraz  edir.  Məsələn,  mikroorqanizmlər 

ətraf mühitə müxtəlif kimyəvi tərkibli fizioloji aktiv maddələr ifraz edir ki, 

onların  cüzi  miqdarı  sistemin  işləməsi  üçün  siqnal  funksiyasını  yerinə 

yetirir.  

Mikroorqanizmlərin  metabolizm  məhsulları  –  vitaminlər,  amin  turşu-

ları,  auksinlər,  antibiotiklər,  fermentlər  və  s.  bitkiyə  daxil  olaraq,  onların 

böyümə və inkişafında mühüm rol oynayır. Ən aktiv vitamin produtsentləri 

Bacillus və Pseudomonos cinsindən olan mikroorqanizmlərdir.  

Bəzi  orqanizmlər qiberellinlər və qiberellinə  bənzər maddələr  yaradır 

ki,  bunlar  azotun  fotokimyəvi  və  işıqsız  şəraitdə  fiksasiyasını  sürətləndirir, 

toxumları  oyandırır  və  cücərməsini  sürətləndirir,  uzungünlük  bitkilərin  əl-

verişsiz fotorejimdə çiçəkləməsini stimulə edir.  

Torpaq  mikroorqanizmləri  fitopotogen  bakteriya  və  göbələklərin 

təsirinə qarşı müdafiə funksiyasını yerinə yetirir.  

Kənd təsərrüfatı istehsalında biosenozlarda metabolik  əlaqələr nəticə-

sində yaranan məhsullardan geniş istifadə olunur. Məsələn, həşaratlar repel-

lentlər  və  attraktantlar  ifraz  edir,  bu  maddələr  bitkilərin  bioloji  mühafizə-

sində istifadə olunur.   

Simbiotik (mutualitik) tipli assosiasiyalar daha çox əhəmiyyətə malik-

dir. Məsələn, paxlalı  bitkilərin kökyumruları  bakteriyaları, şibyədə  göbələk 

və yosun, mikoriza (göbələk-kök), ağac bitkilərini qida elementləri, xüsusən 

P və K –la təmin edir. Şam ağacı əkinləri onların köklərində mikoriza olma-

sa çox pis inkişaf edirlər. Əlaqə adətən qidalanma ilə həyata keçirilir. Mik-

roorqanizm  sahibini  vitaminlərlə,  stirollarla  təchiz  edir,  ondan  isə  ―qan  və 

qida‖ alır. Göbələk sporlarının torpaqda olmaması  pitomnikləri və əkinləri 

yaratmağın çətinləşməsinə səbəb olur, xüsusən çöl zonasında.  

Bioloji  əlaqələrin  çoxluğundan  danışarkən,  qeyd  etmək  lazımdır  ki, 

senozun  inkişaf  prosesindən  və  ətraf  mühit  şəraitindən  asılı  olaraq,  bu 

əlaqələr  dəyişə  bilir,  onlar  daimi  deyil.  Bunları  aqroekosistemləri  yaradar-

kən və təsərrüfat tədbirlərini həyata keçirərkən nəzərdə saxlamaq lazımdır.  




133 

 

 2.5.2. Mikrob kompleksinin biogeosenotik fəaliyyəti  



Mikrob  kompleksinin  xarakteristikası.  Mikroorqanizmlər  torpaq 

canlılarının daha çox öyrənilmiş qrupudur, bu akademik Y.N.Mişustinin və 

onun  tələbələrinin  işlərilə  bağlıdır.  Torpağın  mikroskopik  sakinləri  həddən 

ziyadə  çox  və  müxtəlifdir.  Torpağın  mikrosakinləri  -bakteriyalar,  göbələk-

lər, aktinomisetlər, çoxsaylı  yosunlardır. Bu orqanizmlər çox kiçik ölçülərə 

malikdir:  bakteriya  hüşeyrəsinin  kütləsi  2,92.10

-12

  qr,  ölçüsü  0,5-1,0  mkm-



dir. Onlar yüksək fermentativ aktivliyə, ətraf mühitin ən kiçik dəyişməsinə 

yüksək  həssaslığa  və  toksinlər  (mikotoksinlər)  yaratmağa  malik  olmaqla, 

çox qısa ömürlüdürlər.  

Oksigenə münasibətinə görə mikroorqanizmlərlo aerob və anaerob or-

qanizmlərə bölünürlər, qidalanma qabiliyyətinə  görə avtotrof və heterotrof-

durlar.  Torpaq-ekoloji  faktorlardan  asılı  olaraq  mikroorqanizmlərin  sayı 

kəskin dəyişir.  

Mikroorqanizmlərin  maddələr  dövranında  rolu.  Mikroorqanizmlər 

biogeosenozlarda  maddəlr  dövranında  əsas  rol  oynayırlar:  üzvi  qalıqları 

minerallaşdırmaqla ekosistemin bioloji dövranını qapayır.  

Hər il quruda nəhəg miqdarda fitokütlə sintez olunur – 115–117.10

9

 t, 


onun 20–50. 10

9

  t  yerə  tökülmüş  qırıntıların payına düşür.  Fitokütlənin  6  - 



20%-i  heyvanlar  tərəfindən  yeyilir  və  ekskrementlərlə  torpağa  qayıdır.  

Canlı  kök  sistemi  və  onun  ayrılmış  hissələri  biokütləni  tamamlayır  və  bit-

kinin fitokütləsinin 20–90% -ni təşkil edir.  

Üzvi  maddələrin  bu  nəhəng  həcmi  torpaq  orqanizmlərinin  fəaliyyəti 

nəticəsində  minerallaşır  və  mənimsənilməyən  üzvi  birləşmələr  bitkilərin 

mənimsəyə  biləcəyi  mineral  formaya  düşür.    Bu  zaman  əsas  destruktorlar 

kimi  mikroorqanizmlər  iştirak  edir.  Mikroorqanizmlərin  payına  ayrılan 

karbon  qazının  85%,  torpaq  canlılarının  payına  15%-i  düşür.  Bu  zaman 

aerob  şəraitdə  göbələklər  ayrılan  karbon  qazının  üçdə  ikisini,  bakteriyalar 

isə  üçdə  birini  verir.  Sonradan  mineral  birləşmələrdən  yenidən  üzvi  birləş-

mələr sintez olunur. Beləliklə kiçik (bioloji) dövran başverir.  

Bioloji  dövranın  xarakteri  və  intensivliyi  üç  əsas  faktordan  asılıdır: 

bitki  tərkibindən,  hidrotermiki  rejimdən  və  orqanizm  –  trasfarmator  kom-

pleksindən.   

Üzvi  maddələrin  transformasiyası  və  mikrobların  metabolizminin  

qazformalı  məhsulları  torpaq  mikroorqanizmlərinin  torpağın  birinci  və 

ikinci mineralları ilə qarşılıqlı təsiri ilə müşaiyət olunur.  

Öz əhəmiyyətinə görə bu proses biosfer üçün fotosintez və molekulyar 

azotun  fiksasiyasına  bərabərdir.  Belə  ki,  ilkin  mənbəyi  litosferdə  yerləşən 

mineral  elementlər  Yerdə  olan  bütün  orqanizmlərin  həyatı  üçün  lazımdır. 

Onlarsız üzvi maddələrin yaradılması mümkün deyil. Praktiki olaraq elə bir 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə