M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə53/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   229

127 

 

Kompleks  meliorasiya  işlərinə  misal  olaraq  Gürcüstanın  Qara  dəniz 



sahillərində  Rioni  çayının  aşağı  axarında  yerləşən  Kolxidski  çökəkliyini 

göstərmək  olar.  Burada  da  daima  meliorativ  tədbirlər  həyata  keçirilir,  o 

cümlədən bataqlıqlar qurudulur. Bu da subtropik bitklərin davamlı və yük-

sək məhsul almağa imkan verir. 

Mütəxəsislərin  fikirincə  təsərrüfat  fəaliyyətində  35  növdən  artıq  me-

liorasiya işləri aparılır.  Onların əsaslarından biri- torpağın meliorasiyasıdır- 

su,  hava,  duz,  istilik,  biokimyəvi  və  fiziki-kimyəvi  rejimləri  süni  olaraq 

tənzimlənir. Bu sadadıqlarınıza əsasən torpağın meliorasiyasının özünün 30 

növü  var.  (Suvarma  və  qurutma,  aqromeliorası  və  fetomeliorasiya,  gilli 

torpaqların  qumlanması, torpağın  əhəngləşdirilməsi,  səthi aktiv maddələrin 

verilməsi). 

Bir  çox  hallarda  torpağın  qurudulması  və  suvarılması  zərərli  və 

təhlükəli ola bilir. 

Suvarma  ən  qədim  meliorasiya  üsuludur,  məhsuldarlığın  artırılma-

sında,  kənd  təsərrüfatı  intensifikasiyasında  az  rütubətli  torpaqlarda  geniş 

istifadə  olunur.  Suvarma  əkinçiliyi  təbiət  qanunlarına  söykənir  (miniumum 

qanunu,optimum qanunu, faletorların əvəz olunmaması qanunu və s). 

B.P.Vilyams torpaqşünaslığın elmi əsaslarını yaradarkən bitki məhsul-

darlığını artıran bu qanunauyğunluqları öyrənmişdir. 

Suvarmanın ən təhlükəli nəticələrindən biri torpaqların duzlaşmasıdır. 

Duzlaşmadan  planetdə  hər  il  300  min  ha  suvarılan  torpaq  sıradan  çıxır 

qeyri-məhsuldar torpaqlar 25 mln.ha çatıb. 

Qədimdən  suvarılan torpaqlarda duzlaşma daha çoxdur. (Misir, İrak, 

Pakistan). ABŞ-da duzlaşmış torpaqların massivi 27%-dən çoxdur. Keçmiş 

SSRİ-də 184 ha-a çatıb. 

Torpağın  3  tip  duzlaşma  balansı  var.  Stabil  (duz  ehtiyatı  dəyişmir); 

duzlaşma  balansı  (duz  balansı  artır);  duzsuzlaşma  balansı  (torpaq  qatında 

duzun miqdarı azalır). 

Asan həll olan duzların torpaqda olması bitkinin böyümə və inkişafına 

pis  təsir  edir.  Bu  duzlar  3  müxtəlif  faktorun    təsirindən  yaranır:  osmotik 

təzyiq,  bitkinin  nəmliyi  pis  mənimsəməsi.  Buna  görə  də  duzlu  torpaqlarda 

çox vaxt quraqlıqdan əziyyət çəkirlər. 

Başqa  bir  faktor  bitkinin  böyüməsinə  pis  təsir  edən  ionların  spesifik 

təsiridir. Ce

+2

, SO


4

-2

, HCO



3

-2

, Na



+

, Ca


+2

, Mg


+2

, bəzən 


 

NO

3



 -

 və K


+

 5%-dən 


çox  yığılan  Ce

+2

  və  0,2%-dən  Na



+

  yarpaqların  yanması  baş  verir.  Na+  və 

Ce-  ionları  çox  olduqda  yarpaqlarda  transpirasiya  pozulur.  Torpaq  məhlu-

unda Ca


+2

 ionlarının yüksək qatılığı Mg

+2

 və K


+

 kationları ilə mənfi təsirini 

şərtləndirən – Na

+

 kationlarının təsirindən torpağın xassəsinin kəskin pisləş-



məsidir. Bu zaman torpağın strukturasızlaşması baş verir, bu da bir çox kənd 


128 

 

 təsərrüfatı bitkilərinin normal inkişafına mane olur. 



Nəhayət  3-cü  faktor,  asan  həllolan  duzların  bitkiyə  mənfi  təsirini 

şərtləndirən  Na

+

  kationlarının  təsirindən  torpağın  xassəsinin  kəskin  pisləş-



məsidir.  Bu  zaman  torpağın  strukturasızlaşması  baş  verir,  onun  su  və  hava 

rejimi pisləşir. 

Duzlu  torpaqların  məhsuldarlığının artırılmağına yönələn əsas melio-

rativ tədbir- su ilə yumadır, bunun nəticəsində həll olması 2 q/l olan duzlar 

ayrılır.  Gipsi  olmayan  sodalı  torpaqlarda  duza  davamlı  bitki  növlərinin 

seçilməsi məqsədə uyğundur. 

Duzlaşmanın bir hissəsi qeyri rasional suvarma zamanı baş verir. Bu 

proses  ikinci  duzlaşma  adlanır.  Əgər  torpaqda  bitki  üçün  zəhərli  olan 

duzların  kütləsinin    0,10%-dən  artığı  varsa  və  ya  gipissiz  torpaqların  bərk 

qalığında 0,25% duz olarsa belə torpaqlar duzlu hesab olunur. Duzlaşmanın 

çoxlu forması vardır və duzlu torpaqların çox saylı növmüxtəlifliyi vardır. 

Qurutmanın ekoloji nəticələri.

Torpaqların qurudulması kənd təsərrüfatı 

ilə  birgə  yarandı.  İlk  dəfə  onun  haqqında  4  min  il  əvvəlin  yazılı 

mənbələrində rast gəlinir. Tarixi xronikaya əsasən artıq yunan sivilizasiyası 

dövründə həddən artıq sulanmış torpaqları açıq kanal sisteminin köməyi ilə 

qurudurdular. 

Şimal  dənizi  ətrafında  izafi  nəmliyə  malik  olan  rayonlarda  quruducu 

sistemin təkminləşməsi X əsrdə inkişaf etməyə başladı. XVI- XVII əsrlərdə 

artıq  o,  Avropanın  başqa  regionlarında  istifadə  olunmağa  başladı.  Suyu 

sudolayıcı açıq kanallar vasitəsilə axıdırdılar. Eyni zamanda qoruyucu bənd-

lərin tikilməsi (çayların ətrafında və dəniz kənarlarında) aparılırdı. Rusiyada 

geniş (iri) həcimli bataqlıqların qurudulması dövründə işlər Sankt-Peterbur-

qun yaradılması dövründə başlandı və Fin körfəzinin sahillərini mənimsənil-

məsi dövründə başladı. 

1810-cu ildə İngiltərədə gildən saxsı drenaəic borular istehsal etməyə 

başladılar, bu da drenaəin sonrakı inkişafını təmin etdi. Xüsusi geniş inkişaf 

mərhələsi 1843-cü ildən başlandı, bu zaman maşınların köməyilə iri drenaya 

borular  hazırlanırdı.  Qurutmanın  yeni  üsulu  tezliklə  Avstriya,  Belçika, 

Almaniya, Rusiya, ABŞ, Fransa və digər ölkələrdə yayıldı. 

Dünyada  qurudulan  torpaqların  ümumi  sahəsi  160,6  mln.ha  və  ya  a 

əkin  sahəsinin  və  çoxillik  əkinlərin  11%-dən  çoxu  keçmiş  SSRİ-də  təkcə 

əkinçilik  zonalarında  250  mln  ha   həddən  çox  sulu  torpaqlar  qeydə  alınıb, 

ancaq qurudulan torpaqların ümumi sahəsi cəmi 12,5 mln. ha-dan çox deyil. 

Avropada  qurudulmuş  torpaqlar  qitənin  bütün  suvarılan  sahəsinin  70%-ni 

təşkil  edir.  Bataqlıq  və  bataqlaşmış  torpaqların  qurudulması  Böyük  Brita-

niya, Venqriya, Maliya, FRQ, Finlandiya, Fransa, Yuqoslaviyada daha çox 

inkişaf edib. Afrikada qurudulan torpaqlar əsasən Misir, Sudanda cəmləşib. 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə