M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə54/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   229

129 

 

Qurutma meliorasiyasının inkişafının perspektivləri dünyada təxminən  



220 min.ha qiymətləndirilir.   

Qurudulan  torpaqların  monitorinqi  onların  vəziyyətinin  dəyişməsinin 

(zamanda   və məkanda) müşahidələrini özündə birləşdirir, torpaq örtüyünün 

vəziyyətinin  qiymətləndirilməsi  və  onun  mümkün  olan  dəyişmələrinin 

proqnozu;  torpağın  vəziyyətinin  və  torpaq rejimlərinin elmi  əsaslandırılmış 

üsullarla idarə olunması (onun məhsuldarlığını birbaşa təyin edən) 

Qurudulan  torpaqlarda  mənfi  ekoloji  nəticələrə  gətirən  əsas  proseslər 

bitki məhsullarının nitratlarla çirklənməsidir, yemlərdə isə K-un miqdarının 

olmasıdır,  torpağın  ağır  metallarla  çirklənməsidir  (pestisidlərlə  və  digər 

arzuolunmaz  komponentlərlə).  Torflu  torpaqlarda  müşahidə  olunan  üzvi 

maddələrin  parçalanması  prosesi  xüsusi  əhəmiyyətə  malikdir.  Üzvi 

maddələrin  parçalanması  torpaqda  biogen  elementlərin  miqdarının 

artmasına  səbəb  olur.  Qurudulan  torpaqların  əsas  xüsusiyyəti  qida 

elementlərinin  yüksək  dərəcədə  hərəkətliyidir,  bununla  əlaqədar  olaraq 

onların daha intensiv yuyularaq ətrafdakı su mənbələrinə axmasıdır 

 

2.5.Torpaq- biotik sistem aqroekosistemin əsası kimi 

 

 2.5.1. TBK  bio(aqro) senozun maddi - energetik sistemidir 



Torpaq  biotası.  Mürəkkəb  sistem  olan  torpağın  əsas  funksional 

komponentlərindən  biri  orada  məskunlaşan  canlı  orqanizmlərdir.  Torpaq 

biotasının əhəmiyyəti torpaq münbitliyini artırmaqla bərabər, həm də onun 

torpağın  texnogen  çirklənməsinin  azalmasında  rolu  ilə  bağlıdır.  Torpaq 

biotası  müxtəlif  zəhərli  birləşmələrin  detoksikasiyası  (zəhərsizləşdirilməsi) 

kimi mühüm funksiya yerinə yetirir. 



 

Torpaq  örtüyü  xüsusi  yer  qabığını  –pedosferi  təşkil  edir.  V.V.Doku-

çayevə  görə  torpaq  –  fiziki-coğrafi  mühitin  və  orqanizmlərin  dağ  suxurla-

rına təsiri nəticəsində formalaşaraq, Yer qabığının üst yumşaq qatını əmələ 

gətirən xüsusi təbii cisimdir. Bu mürəkkəb sistemdə üzvi maddələrin fasilə-

siz  sintezi  və  parçalanması,  bitkinin  mineral  elementlər  və  azotla  qidalan-

masının  dövranı,  torpağa  daxil  olan  müxtəlif  çirkləndirici  maddələrin 

detoksikasiyası gedir.  

Bu  proseslər  torpağın  bərk,  maye,  qaz  fazası  və  canlı  tərkibi  kimi 

nadir quruluşu sayəsində həyata keçirilir.  

TBK-nın  tərkibində  məskunlaşan  canlılar  maddələrin  çevrilməsində 

və  enerji  axınlarının  formalaşmasında  böyük  rol  oynayır,  hansı  onlarsız 

torpaq yoxdur və olada bilməz. V.R.Vilyams yazırdı ki, canlı orqanizmlərsiz  

həyat dayanar və torpaq geologiya obyektinə çevrilər (şəkil 2.15) .    

 



130 

 

 



ġəkil 2.15.

 

Torpaq heyanlarının ölçülərinə görə qruplaşması (Babyeva, 



Zenova, 1989) 

 

Torpaq = mineral substrat (93%) + üzvi maddə (7%). Üzvi maddə = 



ölü  üzvi  maddə  (85%)  +  bitki  kökləri  (1%)  +  edafon  (5%).  Edafon    = 

bakteriya  və  aktinomisetlər  (40%)      +  göbələk  və  yosunlar  (40%)    +  yağış 

qurdları  (12%)   + mikrofauna (5%) + mezofauna (3%).  

Bakteriyaların  kütləsi  təxminən  10  ton  hektar;  eyni  kütləyə  

mikraskopik  göbələklər  malikdir;    ibtidailər  kütələsi  bir  qayda  olaraq  370 

kq/ha təşkil edir.  

Bir  hektar  şum  qatında  250  min  yağış  qurdu(50-140  kq  qədər),  1 

hektar  otlaqda  --  500-1575min  (1150...1680  kq/ha  ),  bir  hektar  biçənək 

yerində --2....5,6 milyon (2 ton/ ha dan artıq )  olur.   

Torpaq  faunası  80  mln.kv2-də  orta  hesabla  300kq/ha,  Yer  kürəsində 

torpaq  heyvanlarının  biokütləsinin  cəmi  2,5  mlrd.  ton  təşkil  edir.  Torpaq 

orqanizmləri  ən  çox  qara  torpaqlarda  və  şabalıdı  torpaqların  bəzi 

yarımtiplərində  olur.  Suvarılan  boz  torpaqlar  mikroorqanizmlərin  yük¬sək 

miqdarı ilə səciyyələnir.  

Torpaqda  olan  canlı  orqanizmlər  həm  bir-biri  ilə,  həm  də  abiotik 

mühitlə qarşılıqlı təsirdə olur. Bu qarşılıqlı təsir və qarşılıqlı əlaqə torpağın 

münbitlik səviyyəsini və torpağın ―sağlamlıq‖ vəziyyətini təyin edir.   

 



131 

 

Müxtəlif  ekoloji  şəraitdə  TBK-nın  strukrtur  –  funksional  təşkili. 

Torpaq – biosferin müxtəlif ekoloji faktorlarının təsir etdiyi hissəsidir, buna 

görə də təbiətdə torpağın müxtəlif tip və yarımnövləri yayılmışdır. Məsələn, 

ekoloji  faktorların optimal birliyi  olan cənubda torpaq daha  yüksək bioloji 

aktivliyə  malikdir.  Şimal  torpaqları  zəif  bioloji  aktivliyi  və  özünəməxsus 

TBK-si  ilə  xarakterizə  olunur.  Başqa    sözlə  desək,  fərqli  ekosistemlər 

müxtəlif  torpaq  orqanizmlərinin  iştirakı  ilə  funksiyalaşır  ki,  bu  da  mühitin 

əlverişsiz faktorlarına  ekosistemlərin davamlılığını və torpaq münbitliyinin 

səviyyəsini  şərtləndirir.  Belə  ki,  qara  torpaqlar  yüksək  məhsuldarlığı  və 

toksikantlara  yüksək  davamlılığı  ilə  xarakterizə  olunur.  Şimal  torpaqları  - 

podzol  və  çimli-podzol  torpaqlar  daha  az  münbitliyə  və  antropogen 

çirklənməyə az dözümlüyü ilə fərqlənir.   

Torpağın  tipindən  və  onun  bitki  örtüyündən  asılı  olaraq,  torpaq  bio-

tunun  sayı  və  strukturu  (o  cümlədən  mikroorqanizmlərin)  artıb-azalır.  Su-

varma  şəraitində  boz  torpaqlarda  mikroorqanizmlər  daha  çox  olur.  Şimala 

və cənuba doğru bu tip torpaqlarda mikrobların məskunlaşması azalır.  Mik-

robiota  humus  qatının  üst  səthində,  qida  elemetlərinin  daha  çox  toplandığı 

yerdə  fəaldır,  b.s.  torpaq  münbitliyi  və  torpaq  biotu  qarşılıqlı  əlaqdardır. 

Müxtəlif torpaq-ekoloji  şəraitdə ekosistemlərin funksiyalaşmasının struktur 

dəyişkənlikləri  biokimyəvi  proseslərdə  muxtəlif  qrup  torpaq  biotunun  

iştirakı  ilə  təyin  olunur.  Məsələn,  şimal  ekosistemlərində  bioloji  dövranda 

göbələklər  daha  aktiv  iştirak  edir;  cənuba  doğru  mikrob  senozlarında  bak-

teriyalar və aktinomisetlər üstünlük təşkil edir.  

Müxtəlif  ekosistemlərin  funksiyalaşmasında  mikroorqanizmlərin  növ 

xüsusiyytləri  də  aydınlaşdrılmışdır.  Minerallaşma  prosesinin  zəif  getdiyi 

ekosistemlərdə (çimli-podzol və xüsusilə podzol torpaqlarda) dominant kimi 

üzvi  maddələrin  parçalanmasının  ilkin  mərhələsində  iştirak  edən  növlər 

çıxış  edir  (Bac.cereus,  Bac.virgulus,  Bac.agglomeratus).  Üzvi  maddələrin 

daha  dərin  trasformasiyası  Bac.idosus,  Bac.mezentericus,  Bac.subtilis  işti-

rakı ilə gedir. Yaxşı azot rejimli torpaqları olan ekosistemlərdə Bac. megath-

erium  rüşeymləri  olur.  Həddən  artıq  qurqalıq  olan  ekosistemlərdə  Bac. 

mezentericus niger dominantlıq edir.  

Beləliklə,  mikrob  senozunun  strukturuna  görə  və  xüsusilə,  mikro-

orqanizmlərin növ tərkibinə görə, torpaqəmələgəlmə prosesinin müddəti və 

ekosistemin vəziyyəti haqda fikir söyləmək olar.  

Torpaqda  yaşayan canlı orqanizmlər öz aralarında və abiotik mühitlə 

qarşılıqlı  əlaqədə olur. Bu qarşılıqlı təsir  ya trofik,  ya da metabolik  xarak-

terli olur. Belə əlaqə və qarşılıqlı təsirlər torpaq münbitliyinin səviyyəsini və 

torpağın  ―sağlamlığının‖  vəziyyətini  müəyyənləşdirir.  Yırtıcı-qurban  siste-

mindəki əlaqə trofik tip əlaqəyə misal ola bilər. Torpaq mühitində bu əlaqə 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə