M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə56/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   229

134 

 

element yoxdur ki, mikroorqanizmlərin təsirinə məruz qalmasın.  



Torpağın mineral hissəsi müxtəlif qeyri-üzvi və üzvi turşuların, qələ-

vilərin,  fermentlərin  və  digər  birləşmələrin  –  torpaq  mikroorqanizmlərinin 

həyat fəaliyyəti məhsullarının təsiri altında parçalanır. Belə ki, nitrifikasiya 

mikroorqanizmləri nitrifikasiya prosesində güclü azot turşusu ifraz edir. Əl-

verişli şəraitdə nitrifikasiya prosesində bir ildə 1ha torpaqda 300kq nitratlar 

formalaşa bilər.  

Mikroorqanizmlərin  tənəffüsü  nəticəsində  ayrılan  karbon  iki  oksid 

minertalların  həll  olmasını  asanlaşdırır.  Belə  ki,  həll  olmayan  fosfatlar 

karbonat turşusu ilə həll olur, hansı ki, mikroorqanizmlərin iştirakı ilə CO

 



və suyun qarşılıqlı təsirindən formalaşır:     

 

Ca



(PO


4

)



 + 2CO

+ 2H



O → 2CaHPO

 + Ca(HCO



3

)

2



 

      


Bu  proseslərin  intensivliyi  bitkilərin  qida  elementləri  və  enerji  ilə 

təmin olunma dərəcəsindən  asılıdır.                                        

Üzvi qalıqların parçalanması ilə paralel olaraq torpaqda humifikasiya 

prosesləri  də  gedir.  Bu  proseslərdə  torpaq  biotasının,  xüsusən  mikroorqa-

nizmlərin  rolu  böyükdür.  Bütün  ölü  üzvi  maddələr  torpaqda  bioloji  parça-

lanmaya  və  oksidləşməyə  məruz  qalir  –  humuslaşma,  torpaq  substratının 

kifayət qədər sabit kimyəvi substansiyası vahid humus maddələri yaranır.  

Torpaq  miroorqanizmləri  atmosfer  azotunu  mənimsəyərək,  miroor-

qanizmlərin aktiv ştammları  əsasında biopreparatların  hazırlanmasında isti-

fadə  edirlər.  Əgər  ilkin  hazırlanan  biopreparatlar,  məsələn,  nitragin  sim-

biotik mikroorqanizmlərin əsasında hazırlanırdısa, indi qeyri-simbiotik mik-

roorqanizmlərin  (Klebsiella,  Rhizobium)  əsasında  preperatlar  tətbiq  olunur 

(cədvəl 2.19).  

Mikroorqanizmlərin  atmosfer  azotunu  fiksasiya  etmək  kimi  unikal 

funksiyası  bitkilərin  qidalanmasının  bioloji  mexanizmində  istifadə  olunur. 

Bu  gələcəkdə  müasir  ―kimyəvi‖  əkinçilikdən  aqrobiosenozlarda  bioloji 

əkinçiliyə keçməyə imkan verir.  

Mikrob  biokütləsində  ali  bitkilərə  lazım  olan  müxtəlif  maddələr  var. 

Oazotla  xüsusən  zəngindir.  Mikroorqanizm  hüceyrələrində  onun  miqdarı 

12%, P


O

5  



- 3%,  K

O – 2,2%-dir.  



Mikrob  biokütləsinin  biokimyəvi  tərkibi  də  müxtəlifdir.  Onun  quru 

maddəsinin  tərkibində  -  53%  zülal,  16%  -  karbohidrat,  18%  -  nuklein  tur-

şusu,  10%  -  yağ,  3%  fermentlər,  vitaminlər,  antibiotiklər  və  digər  bitkilər 

üçün vacib olan maddələr vardır. Mikroorqanizmlər il ərzində 400q tiamin, 

300q  pridoksin,  1kq  nikotin  turşusu  sintez  edir,  həm  də  torpağın 

Azotobakterlə zənginləşdirilməsi zamanı vitaminlərin miqdarı 5 dəfə artır.  



135 

 

                                                                                            Cədvəl 2.19 



Bioloji aktiv maddə sintez edə bilən bakteriayların miqdarı (%) 

 (Lokxed, 1972) 

                                                                                                                  

Bioloji aktiv 

maddə 


Bakteriyalardan ayrılan 

Torpaq 


Rizosfer 

Rizoplan 

Tiamin 

28,0 


51, 

68,0 


Biotin 

14,0 


33,3 

43,0 


Nikotin turşusu 

32,7 


71,7 

74,0 


Fol turşusu 

26,2 


68,5 

61,0 


Riboflavin 

27,0 


72,7 

76,0 


Piridoksin 

18,7 


56,6 

58,0 


Vitamin B

12

 



14,0 

20,2 


27,0 

 

Çoxsaylı mikroorqanizmlərin yüksək generasiya sürəti və həyatlarının 



qısa  müddətli  olması  nəticəsində  bioloji  dövrana  mikrob  biokütləsinin  çox 

böyük miqdarı cəlb olunur ki, bu da torpaq münbitliyini və bitkilərin lazım 

olan  elementlərlə  təchiz  olunmasını  şərtləndirir,  həm  də  bu  maddələr 

balanslaşmış formada və bitkiyə lazım olan müddətdə daxil olur.  

Cədvəl  2.20-də  bioloji  dövrana  cəlb  olunan  mikrob  biokütləsinin 

miqdarı verilir.  



                                                                                                

                                                                                                  Cədvəl 2.20 

Ağac əkinləri altında olan torpağın mikrob məhsuldarlığı 

 

                                                                                                    

 

Əsas cins 



                          Mikrob biokütləsi, t/ha 

1977 


1978 

1979 


Orta qiymət  

Palıd 


21,1 

20,1 


14,8 

18,7 


Tozağacı 

22,4 


27,2 

29,5 


26,4 

Şam cökə ilə  17,1 

19,0 

15,5 


17,2 

Yarpaqlar: 

Yetgin 

21,7 


20,2 

24,5 


22,1 

Cavan 


20,3 

23,0 


34,2 

25,8 


 

Həm azota, həm də digər elementlərə çevirdikdə böyük rəqəmlər alınır 

ki,  bu  da  bitkilərin  həyat  əhəmiyyətli  maddələrlə  təmin  olunmasında,  son 

nəticədə  isə  ekosistemlərin  normal  funksiyalaşmasında  böyük  rol  oynayır. 

Baxmayaraq  ki,  aqroekosistemlərdə  bu  rəqəmlər  xeyli  azdır,  bitkilərin 

həmin  elementlə  təmin  olunmasında  bioloji  azotun  həcmi  kifayət  qədər 

əhəmiyyətlidir. 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə