M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə59/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   229

140 

 

Torpaq canlı orqanizmlərin yayılmasının tənzimləyicisi kimi çıxış edir, 



bioloji  müxtəlifliyin  qorunması  və  generasiyası  funksiyasını  həyata  keçirir. 

Çoxsaylı  orqanizmlərin  yaşayış  mühiti  olmaqla,  o  birinin  fəliyyətini  məh-

dudlaşdırır  və  digərinin  aktivliyini  artırır.  Torpağın  münbitliyi  və  aqroeko-

sistemin davamlılığı məhz bundan asılıdır. Məsələn, mikrob cəmiyyətlərinin 

çoxsaylı olması ilə xarakterizə olunan qara torpaqlar yüksək məhsuldarlığı və 

mühitin əlverişsiz faktorlarına yüksək davamlılığı ilə fərqlənir. Çimli-podzol 

torpaqlar, xüsusilə də podzol torpaqlarda mikroorqanizmlərin sayı daha azdır, 

buna görə də onların məhsuldarlığı və müxtəlif toksikantlara davamlılığı daha 

azdır. Uyğun olaraq, şimal senozları cənub senozlarından daha çox zədələnir, 

bunu istehsal fəalyyəti proseslərində nəzərə almaq lazımdır.  



Aqroekosistemlərdə  torpağın  əhəmiyyəti.  Torpaq  kənd  təsərrüfatı  is-

tehsalında əsas vasitədir və aqroekosistemin əsasıdır. Bəşəriyyət bütün ərzaq 

məhsullarının  95%-ni  torpaqdan  alır.  Torpağın  münbitliyinin  və  ―sağlam-

lığının‖ saxlanması kənd təsərrüfatı istehsalında prioritet qayğı olmalıdır.  

Torpaq  özlüyündə  həyat  məkanıdır  və  canlı  orqanizmlərin  yaşayışını 

təmin edir. Torpaq onun üzğrində bitən bitkilərin mexaniki dayağıdır.  

Torpağın  toxumları qoruma rolu  əvəzsizdir. Torpağın  toxumların cü-

cərmə  xassəsini  uzun  illər  qoruyub  saxlaması  qabiliyyəti  onda  toxumların 

cücərməsinin  ingibitorlarının  olması  ilə  izah  olunur.  Bununla  da  təbiətdə 

biomüxtəliflik və bitki populyasiyalarının yeniləşməsi xassəsi saxlanır.  

Torpaq  onda  məskunlaşan  orqanizmlərin,  o  cümlədən  ilkin  produt-

sentlərin  həyat  fəaliyyəti  üçün  lazım  olanları  –  suyu,  qida  və  enerji  mad-

dələlərini  akkumulyasiya  edir  ki,  bu  da  əhəmiyyətli  dərəcədə  onun  mün-

bitliyini təyin edir.  

Torpaq  fermentlərin  özünəməxsus  anbarıdır.  Onda  canlı  orqanizm-

lərdə  olan  bütün  fermentlər,  o  cümlədən  torpağın  münbitliyini  və  onun 

―sağlamlığını‖ təyin edənlər – peroksidazalar, nitrogenazalar, katalazalar və s. 

toplanır.  Bu  fermentlərin  işi  torpağın  azot  rejimini,  qida  elementlərinin 

mənimsənilməsini,  eləcə  də  torpağın  müxtəlif  pollyutantların  detoksikasi-

yasına uygunlaşmasını təyin edir.  

Torpaq  hidrotermiki  rejimi  tənzimləyir  ki,  bu  da  onda  məskunlaşan 

orqanizmlərin  temperatur  və  nəmliyin  müəyyən  qiymətlərində  həyat 

fəaliyyətlərini saxlamasına imkan verir.  

Torpaq  sanitar  funksiyasını  yerinə  yetirir.  Torpağın  onda  yaşayan 

biotanın hesabına yüksək özünü təmizləmə xassəsi  bir çox patogenlərin və 

toksikantların zərərsizləşməsinə səbəb olur ki,  bu da kənd təsərrüfatı məh-

sullarının keyfiyyətinə, təbii ətraf mühitin vəziyyətiə müsbət təsir edir.  

Torpağın  informasiya  funksiyası  var.  Məsələn,  məlumdur  ki,  yazda 

torpağın temperaturu +5

C – dən yüksək olduqda, azot,fosfor, kaliumun ak-




141 

 

tivləşməsini  stimulə  edir,  başqa  sözlə  temperaturun  göstərilən  həddi  vege-



tasiya dövrünün başlanması ilə əlaqədar qida elementlərinə tələbatın başlan-

masına ―siqnal‖dır. ―Torpağın  yetişməsi‖, müxtəlif ekoloji şəraitdə vegeta-

siya  dövrünün  müddəti  torpaq  örtüyünün  xüsusiyyətindən  asılıdır.  Torpaq 

biokimyəvi baryer kimi çıxış edir. Müxtəlif maddələri, o cümlədən zəhərli-

ləri, udmaq qabiliyyəti ona ətraf mühitin kimyəvi sanitarı rolunu oynamağa 

imkan  verir  və  bununla  da  kənd  təsərrüfatı  məhsullarına  çirkləndiricilərin 

daxil olmasının qarşısını alır.  

Torpağın başqa bir unikal - ―yaddaş‖ xassəsini qeyd etməmək olmaz 

(ərazinin  ekoloji  vəziyyəti  haqqında  uzunmüddətli  informasiyanı  qoruyub 

saxlamaq xassəsini). Bu monitorinq, proqnozlaşma və d.üçün çox vacibdir. 

Məsələn, XXəsrin əvvəllərində götürülmüş torpaq nümunələrinə əsasən yüz 

il  müddətində  ekosistemin  toksiki  ağır  metallarla  çirklənmə  dinamikası 

müəyyən olunmuşdur. Göstəricilərin nəticələrinə əsasən son yüz ildə ekoloji 

vəziyyət ən azı 50 dəfə pisləşmişdir.  



Torpağın yorulması. Torpağın eko- və aqroekosistemlərdə funksional 

roluna  baxarkən,  onun  müəyyən  məhdudiyyətlərini  nəzərdən  qaçırmaq  ol-

maz. Bu funksiyalar sərhədsiz deyil və istehsal fəaliyyəti nəticəsində pozula 

bilər. Belə pozuntulardan biri ―torpağın yorulmasıdır‖. Torpaq yorulmasının 

xarici  təzahürü  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığının  kəskin  azal-

ması  ilə  izhar  olunur  ki,  eyni  cinsə  məxsus  olan  bitkilərin  növbəsiz  becə-

rilməsində müşahidə olunur. Bu günəbaxan, şəkər çuğunduru, pambıq və bir 

çox digər bitkilərin təkrar sdəpinlərində müşahidə olunur.  

Torpağın  yorulmasının  əsas  səbəbləri  onda  bitki  kökləri  və  mikro-

orqanizmlərdən  ayrılan    toksiki  maddələrin,  xəstəlik  törədicilərinin  və  alaq 

otlarının toplanmasıdır. Müəyyən olunmuşdur ki, yulafin kök sistemləri sko-

poletin  maddəsi  ifraz  edir  (kumarinə  bənzər  maddə)  ki,  bu  da  ingibitor 

xassəsinə malikdir. Kətanın kök sistemi məhsullarında bir sıra aromatik bir-

ləşmələ (aqlikon, ferul, n-kumarin və n-hidrobenzoy turşuları) var, hansı ki, 

müəyyən zəhərliyə malikdir. Yoncanın köklərində alkaloidlər akkumulyasi-

ya olunur, hansı ki, torpağa diffuziya olunur.  

Torpağın yorulmasının qarşısını almaq kifayət qədər asandır. Növbəli 

əkinlərə riayət etmək, üzvi gübrələr, sideratlar, davamlı sortları becərməklə 

və s. torpağı sağaltmaq lazımdır.  

Xarici  ölkələrdə  xüsusi  xidmətlər  mövcuddur  ki,  o  yalnız  torpaq 

qatının  mümbitliyinin  vəziyyətinə  nəzarət  edir.  Onların  qərarlarına  əsasən 

torpaqları  kənd təsərrüfatı dövriyyəsindən  çıxarıb,  yaxşılaşdırmaq və mün-

bitliyini bərpa etmək üçün dincə  qoyulur ki,  bu  da torpağın  ekoloji  funksi-

yasının qorunmasını təmin edir. 

 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə