M ü n d ə r I c a t


 Torpağın antropogen çirklənməsi



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə60/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   229

142 

 

2.5.5. Torpağın antropogen çirklənməsi   



TBK-ə  neqativ  təsirlərin  əsas  növləri.  Torpaq  həyat  təminatlı  sfera 

olaraq, daima insanın müxtəlif formalı istehsal fəaliyyəti ilə şərtlənən təsir-

lərə məruz qalır. İnşaat  və nəqliyyat məqsədi ilə torpaqların ayrılması, ero-

ziya və deqradasiya, çirklənmə kimi qlobal xarakterli hadisələrdən meydana 

çıxır. B.Q.Rozanovun qiymətləndirməsinə əsasən bəşəriyyətin inkişaf tarixi 

boyunca  dağıntılar  və  deqradasiyadan  zərər  çəkmiş  torpaqların  ümumi  sa-

həsi  20  mln.km

-ə  çatmışdır.  Bu  rəqəm  müasir  dünyanın  15mln.km



–  lik 


ümumi  əkin

 

sahəsindən  çoxdur.  1992-ci  ildə  Rio-de-Janeyroda  BMT-nin 



Konfransında  qəbul  olunmuş  ətraf  mühit  və  inkişaf  üzrə  sənədlərdə  qeyd 

olunur ki, son dərəcə deqradasiyaya uğramış torpaqların sahəsi 1%,  güclü – 

15, orta – 46, yüngül – 38%-dir. Bu zaman deqradasiya proseslərinin 56%-i 

su eroziyası, 28%-i külək eroziyası, 12%-i kimyəvi deqradasiya, 4%-i fiziki 

deqradasiya hesabına baş verir. BMT-nin Baş Assambleyasının Xüsusi XIX 

sesiyasında  (iyun  1997-ci  il)  ―XXI  əsrin  gündəlik  məsələləri‖  həyata 

keçirilməsi üçün fəaliyyət proqramı qəbul olundu. Müasirliyinə görə seçilən 

kəskin  ekoloji  problemlər  arasında  torpaqların  mühafizəsi  və  rasional 

istifadəsi vəzifəsi də vardır.  

Torpaq  resurslarının  vəziyyətinin  pisləşməsi  və  münbitliyinin  azal-

ması milyonlarala insanların  yaşama vasitələri üçün təhlükə  yaradır. Təcili 

olaraq  torpaqların  ümumdünya  deqradasiya  proseslərinin  qarşısını  almaq 

üçün  əhalinin  tələbatını  nəzərə  almaqla  ekosistem  yanaşmadan  istifadə 

etməknlazımdır. Bəşəriyyətin ən çətin vəzifəsi təbii ehtiyatlar bazasının qo-

runmasının və davamlı istifadəsinin təmin olunmasıdır, hansı ki, ərzaq isteh-

salı onlardan asılıdır. Rusiyada və ölkəmizdə müxtəlif təsərrüfat məqsədilə 

istifadə  olunan  torpaqlar  qeyri-qənaətbəxş  vəziyyətdədir.  Bu  qeyri-rasional 

təbiətdən  istifadənin,  torpağın  və  torpaq  ehtiyatlarının  mühafizəsi  işlərinin 

xeyli  azalmasının  nəticəsidir.  Şübhəsiz,  torpağın  pisləşməsində  antropogen 

faktorlara  aparıcı  rol  düşür  (dəmyə  və  suvarma  əkinçiliyin  düzgün  aparıl-

maması,  həddən  çox  otarma,  torpaq-bitki  örtüyünün  sənaye,  kommunal  və 

irriqasiya inşaatı ilə məhv edilməsi, dağ-mədən işləri, atmosferə texnoloji və 

sənaye qəza tullantılarının atılması, çirkab və drenaj sularının atılması və s.). 

Nəticədə  şimal  rayonlarında  maral  otlaqlarının  pisləşməsi,  Rusiyanın 

mərkəzi  rayonlarında  dehumifikasiya,  torpağın  eroziyası  və  kasıblaması, 

cənubda  səhralaşma  baş  verir;  torpaqda  təhlükəli  təbii-texnogen  subasma-

ları,  sənaye  mənşəli  toksikantlarla  çirklənmə  (ağır  metallar,  neft  və  neft 

məhsulları və b.), torpaqların cadarlaşması və pozulması artır.    

XX  əsrin  son  on  illiklərində  kənd  təsərrüfatı  istehsalı  sferində  20 

mln.ha. şum  sahələri dövriyyədən çıxmışdır. Torpağa antropogen təsirlərin 

və  onların  nəticələrinin  sistemləşdirilməsi  diqqətə  layiqdir.  Hər  bir  prob-



143 

 

lemli  situasiya  üçün  münasib  qərarlar  hazırlamalı  və  realizə  olunmalıdır. 



Eroziya  və  defilyasiya,  bataqlaşma  və  duzlaşma  mübarizədə  zəngin  tarixi 

təcrübə  toplanmışdır,  lakin  torpaqların  ağır  metallarla,  dioksinlərlə,  neft  və 

neft  mıhsulları  ilə,  pestisidlərlə,  radioaktiv  elementlər  və  digər  zərərli 

maddələrlə çirklənməsi nisbətən ―cavan‖, kifayət qədər spesifik hadisələrdir 

və  çox  hallarda  nəticələri  əvvəlcədən  bəlli  olmur.  Əlbəttə,  söhbət  ondan 

getmir ki, neqativ təzahür səviyyəsinə görə antropogen təsirlərin biri  yaxşı, 

digərləri  isə  pisdir.  Əgər  öz  vaxtında  uyğun  əks  tədbirlər  görülməzsə, 

onların hər biri təhlükəlidir.  

Biosferin  canlı  komponentlərinə  (hüceyrə  səviyyəsindən  orqanizm 

səviyyəsinədək)  çirkləndirici  maddələrin  təsiri  kimi  təhlükəni  də  nəzərdən 

qaçırmaq olmaz. Onlar ekosistemin trofik zəncirlərində funksional əlaqələri 

parçalayaraq, maddələr mübadiləsi və enerji axını proseslərinin təbii  mexa-

nizmini pozur. Ətraf mühitdə mineral elementlərin balansınının bərpasını və 

çirkləndirici maddələrin emalını təmin edən atmosferdə fotokimyəvi, su və 

torpaq  mühitində  kimyəvi  və  bioloji  proseslər  çirkləndirici  maddələrin 

kəskin  artan  miqdarının  detoksikasiyasının  öhdəsindən  gələ  bilmir.  Belə 

balansın bərpasının təbii requlyatorları əhəmiyyətli dərəcədə pozulur.  

Ağır  metallarla  çirklənmə.  Mikroelemtlərin,  o  cümlədən    ağır 

metalların    biosferdə  yaratdəğı  problemlərin  öyrənilməsinin  kifayət  qədər 

uzun  tarıxi  olmasına  baxmayaraq,  problemin  öyrənilməsinin  müasir 

vəziyyəti  yalnız  səthi  xarakter  daşıyır.  Ağır  metalların  biosferin  müxtəlif 

komponentlərində  miqdarının  səviyyəsi,  canlı  orqanizmlərin  onların 

çatışmazlığına  və  artıq  miqdarına  reaksiyası,  ağır  metalların  xüsusi  analiz 

metodları  üzrə  çoxsaylı  faktiki  məlumatlar  toplanmış  və  biokimyəvi 

rayonlaşma  xəritələri  tərtib  olunmuşdur.  Bütün  bunlara  baxmayaraq, 

biosferdə  ağır  metalların  təsir  mexanizmi  və  roluna  dair  ümumi  nəzəriyyə 

hələlik  yoxdur.  Yalnız  onu  təsdiq  etmək  olar  ki,  ağır  metallar  istisnasız 

olaraq  bütün  canlı  orqanizmlərə  lazımdır,  çünki  onlar  ağır  metalların  həm 

artıq  miqdarına,  həm  də  çatışmazlığına  kəskin  reaksiya  verirlər.  Torpaqda 

kimyəvi  elementlərin  normalaşdırılması  kifayət  qədər  çətindir.  Bu  bir  neçə 

səbəblərlə izah olunur. Məsələn, normalaşdırmanın vahid metodologiyasının 

olmaması, ekosistemin vəziyyəti haqda obyektiv informasiyanın alınmasının 

çətinliyi  və  s.  Buna  baxmayaraq,  toplanmış  materiallar  torpaq-bitki 

sistemində ekoloji vəziyyətin qiymətləndirilməsi üçün əsas ola bilər.  

Torpaqda  kimyəvi  elementlərin  miqdarının  normalaşması  bu  və  ya 

digər  elementin  qatılığının  müəyyən  olunmasıdır,  hansı  ki,  torpaq 

münbitliyini  azaldır,  bitkiləri  zədələndirir  və  onlarda  həmin  elementlərin 

müəyyən olunmuş miqdarından az və ya çox olduğunu göstərir.  



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə