M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə63/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   229

148 

 

 



ġəkil 2.16.  Torpaqda ağır metalların dövranı. 

    


 

Torpağa  düşdükdə  onlar  torpağın  üzvi  fazasına  keçirlər,  üzvi  maddələrlə 

kompleks  birləşmələr  yaradaraq,  əsasən  vertikal  istiqamətdə  torpaqda 

miqrasiya  edirlər,  su  hövzələrinə  və  qida  zəncirinə  daxil  olurlarƏtraf 

mühitin  dioksinlərlə  çirklənməsilə  əlaqədar  böyük  ekoloji  təhlükəsi  olan 

torpaqların  müxtəlif  məqsədlə  istifadəyə  yararlı  olmasına  məhdudiyyətlər 

qoyulur. Dioksinlərin 1nq/kq  qatılığında çirklənmiş torpaqlar yaşayış üçün 

yararsız  sayılır;  sənaye  tikintiləri  istifadəsi  üçün  0,25  nq/kq  qatılığı 

yararlıdır,  kənd  təsərrüfatında  istifadəyə  0,01  nq/kq  qatılığı  uyğun  gəlir 

(Pols,1988, ABŞ).  

Torpağı  dioksinlərdən  təmizləmək  olduqca  çətindir.  Hələlik,  yalnız 

onların yaratdığı təhlükənin azaldılmasından söhbət gedə bilər. İlk növbədə 

toksikantların mənbəyi olan istehsal texnologiyalarını təmilləşdirmək, müx-

təlif obyektlərdə (suda, torpaqda) onların miqdarının normasına ciddi riayət 

etmək,  onları  parçalayan  texnologiyalar  işləyib  hazırlamaq  lazımdır.  Artıq 

çirklənmiş  ərazilərin  zəhərliliyini  azaltmaq  üçün  mümkün  olan  tədbirlər  – 

infraqırmızı  isitmənin  köməyilə  dioksinlərin  termiki  emal  üsulu  ilə  parça-

lanması  və məhv edilməsi,  elektrik pirolozi  metodu, ultrabənövşəyi  fotoliz 

və s.   

Mikotoksinlərlə  çirklənmə.  Ekosistem  üçün  ciddi  təhlükılərdən  biri 

torpağın  mikotoksinlərlə  -  mikroskopik  göbələklərin  yaratdığı  zəhərlərlə 




149 

 

çirklənməsidir. Mikotoksinlər yem bitkilərinə, yemlərə, eləcə də heyvanlara 



və  insanlara  zərər  vura  bilir.  Göbələklərin  məşhur  olan  çoxsaylı  növlərinin 

təxminən  50%-i  zəhərlər  yaradırlar  (göbələk  cinsləri:  Aspergillus,  Penicil-



lium,  Fusarium,  Mucor,  Rhizopus,  Helmintosporium,  Cladosporium, 

Alternaria və s.)   

Toksinlər  yaratmaq  qabiliyyəti  yalnız  göbələklərdə  deyil,  həm  də 

bakteriyalar  və  aktinomisetlərdə  də  qeyd  olunur.  Bu  qabiliyyət  ekoloji  və-

ziyyətin  pisləşməsində  daha  da  güclənir.  Qurğuşunun  və  kuprozan  pestisi-

dinin yüksək dozasınıın öyrənilməsində yulafın cücərmə enerjisinin və kök 

sisteminin inkişafının zəifləməsi müəyyən olundu ki, bu da torpaqda zəhərli 

maddələrin  olduğunu  göstərir.  Bu  zaman  mikrob  cəmiyyətinin  tərkibində 

Niger qrupundan olan aktinomisetlər və onların steril formaları dominantlıq 

edirlər, batsillərin növmüxtəlifliyi isə azalır.  



Cədvəl 2.27 

 

Ölkənin müxtəlif regionlarında torpağın Ģum qatında humusun miqdarının 

dəyiĢməsinin dinamikası (Üzvi gübrələrin Ümumrusiya layihə-tenologiya 

institutunun ümumiləĢdirilmiĢ məlumatlarına görə) 

 

Respublika, ölkə, vilayət 

Müayinələr 

arasındakı 

period, il 

Humusun  miqdarının 

dəyişməsi, t/ha ildə 

RF bütünlüklə 

15...20 

-0.6 


Udmurt Respublikası 

15 


-0.6...1.0 

Tatarıstan Respublikası 

30 

-0.97 


Altay ölkəsi 

20 


-0.52 

Krasnodar ölkəsi  vilayəti 

20 

-1.5 


Tver vilayəti 

15..25 


-0.5 

Ryazan vilayəti 

15..25 

-0.5 


Tula vilayəti 

15..25 


-0.7 

rVladimir vilayəti 

16...18 

-0.4...0.5 

Belqorod vilayəti 

18..20 


-0.6...1.4 

Leninqradvilayəti 

13 

+0.8 


Samara vilayəti 

15...25 


-0.6 

Rostov vilayəti 

15..25 

-0.7 


Omsk vilayəti 

15..25 


-0.7 

 Orenburq vilayəti 

12...20 

-0.82 


Novosibirsk vilayəti 

12...20 


0.68 

  

Mikrob  zəhərlərilə  çirklənmənin  qarşısını  almaq  və  azaltmaq  üçün 



struktura mikrob senozu və onun biomüxtəlifliyini əlavə edərək, torpaq mü-

hafizəsinin təbii bioloji mexanizmindən istifadə etmək lazımdır. 




150 

 

Antropogen təsirlər nəticəsində torpaqlarda ekosistemin davamlılığını 



və məhsuldarlığını, eləcə də ətraf mühitin keyfiyyətini təyin edən təbii təbiət 

mexanizmlərinin  aktivliyi  kəskin  azalmışdır.  Bu  proseslərin  pozulmasının 

əsas  səbəbləri:  dehumuslaşma,  turşuluğun  artması,  hidroloji  rejimin  pozul-

ması, torpağın kipliyinin artması və s. -dir.  

XX əsrin 60-cı illərindən Rusiya torpaqlarında humusun miqdarı orta 

hesabla 0,4...0,6% azalmışdır  (cədvəl 2.27) .                                                                                                                  

Müəyyən  olunmuşdur  ki,  tərkibində  2%-dən  az  humus  olan  əkin 

torpaqlarının  miqdarı  müayinə  olunan  sahələrin  23%-ni  təşkil  edir.  Qeyri-

Qara  torpaq  zonasında  tərkibində  2%-dən  az  humus  olantorpaqlar  50% 

təşkil edir. Məlumdur ki, humusun miqdarının yalnız 0,1% azalması, 1ha-da 

məhsulun 80...120 dən vahidi azalmasına səbəb olur.  

Şum  qatında  qida  elementlərinin,  humusun  optimal  miqdarını  təmin 

etmək  üçün  Rusiyada  hər  il  torpağa  16,5mln.ton  mineral  gübrələr, 

50mln.ton meliorantlar və 600mln.ton üzvi gübrələr verilməlidir. 

Torpaq  örtüyünün  vəziyyətinin  pisləşməsi  mikroorqanizmlərin  miko-

toksinlər istehsal etməsinə əlverişli şərait yaradır ki, bu da gələcəkdə gözlə-

nilməz  ekoloji  nəticələr  verə  bilər.  Buna  görə  də  torpaqda  humusun  sax-

lanmasına,  torpaq  məhlulunun  turşuluğunun  optimallaşdırılmasına,  kipləş-

məni  aradan  qaldırmağa,  oksidləşdirici-bərpaedici  potensialın  tənzimlən-

məsinə istiqamətlənmiş vəzifələri həll etmək lazımdır.  

Rusiyada  iqtisadiyyatın  aqrar  sektorunu  da  (aydın  görünən  ekoloji 

uğursuzluqlarla  birgə)  əhatə  edən  dərin  iqtisadi  böhran,  dövlətin  ərzaq 

təhlükəsizliyinin təmin olunması imkanlarını ciddi şübhə altında qoymaqla, 

torpaq münbitliyinin dönməyən dəyişməsi təhlükəsi yardır.  

 

2.5.6. Torpaqda kimyəvi elementlərin miqdarının normalaşdırılması 

Normalaşmanın  növləri.  Torpaqda  kimyəvi  elementlərin  normalaş-

dırılması kifayət qədər çətindir. Bu bir neçə səbəblərlə izah olunur. Məsələn, 

normalaşdırmanın  vahid  metodologiyasının  olmaması,  ekosistemin  vəziy-

yəti haqda obyektiv informasiyanın alınmasının çətinliyi və s. Buna baxma-

yaraq, toplanmış materiallar torpaq-bitki sistemində ekoloji vəziyyətin qiy-

mətləndirilməsi üçün əsas ola bilər.  

Torpaqda  kimyəvi  elementlərin  miqdarının  normalaşması  bu  və  ya 

digər  elementin  qatılığının  müəyyən  olunmasıdır,  hansı  ki,  torpaq  münbit-

liyini azaldır, bitkiləri zədələndirir və onlarda həmin elementlərin müəyyən 

olunmuş miqdarından az və ya çox olduğunu göstərir.  

Torpağın çirklənmə səviyyəsinə standartlar sisteminə daxil olan müx-

təlif normativlərlə nəzarət olunur. Torpaqda kimyəvi çirkləndirici maddələ-

rin miqdarının normalaşdırılmasının ümumi prinsipləri daima yeniləşdirilir.  



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə