M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə68/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   229

160 

 

Gübrə kimi istifadə olunan çirkab suların təmizlənməsi üçün müxtəlif 



maddələr  istifadə  olunur:  əhəng,  ionmübadilə  smolı,  sintetik  sorbentlər. 

Elektroliz, əks osmos effektiv metodlardır. Bir çox mikroorqanizmlərin bəzi 

metalları konsentrasiya etmə qabiliyyəti diqqətə layiqdir. Bu yolla mis, uran 

və  digər  metalları  mikrobioloji  üsulla  almaq  və  bununla  da  çirkab  sularını 

ağır metallardan təmizləmək olar. 

Artıq  mövcud  olan  çirklənməni  ləğv  etmək  üçün  ağır  metalları  bit-

kinin mənimsəyə bilməyəcəyi formaya salan materiallar tətbiq olunur (üzvi 

və mineral  gübrələr, əhəng, seolit,  sintetik smollar və s.). Eləcə  də  çirklən-

məyə  davamlı  olan  və  ya  texniki  məqsədlərlə  istifadə  olunan  bitkilərin 

becərilməsi tövsiyyə olunur.  

Güclü  çirklənmiş  ərazilərdə  çirklənmiş  qatın    götürülməsi,  sonra  isə 

ağır metalları mütəhərrik formaya keçirərək, turş mühitdə FeCl

3

 məhlulu ilə 



yuyulması  təcrübəsindən  istifadə  olunur.  Torpağa  dəmir  duzlarının  veril-

məsi onun fiziki vəziyyətini yaxşılaşdırır: dəmirhumat komplekslərinin bir-

ləşdirici  effektinin  hesabına  torpağın  aqreqatlaşması  baş  verir.  Təmizlən-

mənin  sonda  torpaqların  kompleks  mədəniləşdirilməsi  aparılır:  yuyulmada 

itən  biogen  elementlərin  kompensasiyası  üçün  əhəngləmə,  üzvi  və  mineral 

gübrələrin verilməsi.  

Torpaqların  rekultivasiyasının  daha  ucuz  başa  gələn  üsulu  –  inakti-

vator maddələrin tətbiq olunmasıdır. Bəzi ölkələrdə (Böyük Britaniyada, Al-

maniyada, Fransada, Yaponiyada) bunun üçün merkapto -8- triazin istifadə 

olunur.  Bu  zaman  Cd,  Pb,  Hg  və  Ni  həll  olmayan  və  bitkinin  məmimsəyə 

bilməyəcəyi formada torpaqda möhkəm fiksasiya olunur. Qida elementləri – 

kalsium,  maqnezium,  kalium  və  s.  –  bu  halda  birləşmirlər.  Bu  üsulun 

çatışmayan cəhəti – məhdud həcmdə olması və ə d 

Almaniyada  əlaqənin  yüksək  möhkəmliyinə  malik  olan,  metallarla 

xəlitə  birləşmələri  yaradan  ionmübadilə  üsulunun  tətbiqini  tapdılar.  Onları 

turşu və ya duz formasında, çirklənmənin səviyyəsi ilə təyin olunan dozada 

toz və ya qranul halında torpağa verirlər. Belə ki, kationitin natrium forması 

95%-ə kimi qurğuşunu sorbsiya edir.  

Kimyəvi  meliorasiyanın  əsasında  eləcə  də  ağır  metalların,  başlıca 

olaraq mühitin reaksiyasını dəyişməklə, mənimsənilə bilməyən formaya ke-

çirilməsi  durur.  İzafi  nəmlikli  humidli  regionlarda  buna  əhəngləmənin  kö-

məyilə  nail  ounur.  Torpaq  uducu  kompleksdə  (TUK)  hidrogenin  kalsiumla 

əvəzlənməsi  nəticəsində  əhəngin  müdafiə  edici  təsiri  üzə  çıxır.  Bu  zaman 

mühitin neytrallaşması baş verir və torpaq məhlulunda olan ağır metalların 

kalloid  hidroksidləri  yaranır.  Eyni  zamanda  bakterial  mikrofloranın  fəaliy-

yəti aktivləşir, mikroorqanizmlərin biokütləsi xeyli artır, hansı ki, onların bir 

hissəsi  metalları  akkumulyasiya  edə  bilər.  Əgər  bioloji  akkumulyasiya 



161 

 

prosesinin aktivliyi üzvi maddələrin minerallaşma prosesindən yüksəkdirsə, 



bu  zaman  TUK  tərkibində  birləşən  ağır  metalların  mütəhərrikliyinin 

azalması baş verir.  

Ən  yüksək  effekt  əhəng  və  mineral  gübrələrin  birlikdə  verilməsində 

alınır, belə ki, sonuncular ağır metalların  artıq miqdarının mənfi  təsirlərini 

kompensasiya  edir,  əhəngləmə  isə  metalların  daha  az  mütəhərrik  birləşmə-

lərin  (karbonatların,  fosfatların,  hidroksidlərin)  formalaşmasına  və  bunun 

nəticəsi  olaraq,  bitkilərdə  bu  elementlərin  miqdarının  xeyli  azalmasına 

gətirir.      

Üzvi  gübrələr  detoksikasiyada  mühüm  yer  tutur,  hansı  ki,  çətin  həll 

olunan  üzvi-mineral  birləşmələr  yaranması  nəticəsində,  ağır  metalların 

mütəhərrikliyini azaldır. Lakin bu zaman üzvi maddələrin parçalanma dərə-

cəsini  nəzərə  almaqlazımdır.  Torpağa  parçalanmayan  və  zəif  parçalanan 

küləşin pH 8 mühitində verilməsi ağır metalların mütəhərrikliyini artırır.  

Ağır  metalların  fitotoksikliyini  azaltmaq  üçün  təbii  seolitlərdən  isti-

fadə olunur. Bunlar təkcə yaxşı sorbentlər deyil, həm də qida elementlərinin 

mənbəyidir, eləcə də torpağın strukturunu yaxşılaşdıran maddələrdir. Geniş 

yayılmış  seolitlərdən  klinoptillolit  qurğuşunu  torpaqdan  5...10  dəfə  aktiv 

fiksasiya edir.  

Torpağın  ağır  metellarla  çirklənməsi  təhlükəsini  azaltmaq  üçün 

müdafiənin  aqronomik  vasitələrini  tətbiq  etmək  lazımdır  (kənd  təsərrüfatı 

bitkilə-rinin  seçilməsi,  müxtəlif  dərəcədə  metal  toplama  xassəsini  nəzərə 

almaqla,  bitkilərin  ayrı-ayrı  hissələrinin  istifadə  olunması).  Beləliklə,  ağır 

metalların  zəhərli  təsirinə  dözümlülük  dərəcəsinə  görə  bikiləri  azalma 

sırasıyla yerləş-dirmək olar: otlar – taxillar – dənlilər – kartof – şəkər çuğun-

duru.  Torpaqda  qurğuşunun  eyni  miqdarında  (1000mq/kq)  kartof  və  pomi-

dor  bu  elementi  çoxaz  miqdarda  topladı,  kök  və  turp  isə  YVQ  həddindən 

1,5...2  dəfə  artıq  miqdarda  akkumulyasiya  etdi.  Qarğıdalının  müxtəlif 

hibridlərində  kadmiumun  udulması  fərqi  13...18  dəfəyə  çatdı.  Çirklənmiş 

ərazilərdə yarpalı bitkilərin – salat, spanaq, soğan, əvəlik və b. becərilməsi 

xüsusilə arzu olunmazdır. Çirklənmiş torpaqları yemləri becərmək üçün isti-

fadə  etmək  olmaz,  belə  ki,  heyvanları  bitkinin  elə  hissələrilə  və  o  fazada 

yemləyirlər ki, onlarda daha çox metallar toplanmış olsun.  

Torpaq  münbitliyinin  səviyyəsi  və  ―sağlamlığı‖  bir  çox  hallarda 

torpağın canlı komponentlərinin vəziyyətindən asılı olur. Torpaq biotasının 

funksiyalaşması  qanunları  haqda  biliklər,  müxtəlif  inqridientlərin  davranış 

xüsusiyyətlərinin uçotu məhsuldar, davamlı aqroekosistemlərin yaradılması 

üçün  birinci  dərəcəli  əhəmiyyətə  malikdir.  Bunlar  ekoloji  təhlükəsiz  kənd 

təsərrüfatı  məhsullarının  becərilməsi  və  təbii  ətraf  mühitin  çirklənməsinin 

minimallaşması üçün zəmin yaradır.  



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə