M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə51/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   229

121 

 

məşhur  olan  və  geniş  istifadə  olunan  yırtıcılar  –  qızılgöz,  qarışqalar, 



parabüzənlər və.s 

Bioloji  mühafizə  üçün  çox  vaxt  pulcuqqanadlı  həşəratlardan    (trixo-

qramlar,  brakonidlər,  telenomuslar,  enkazinlər  və  s.)  və  milçəklər  (taxinlər 

və s.) istifadə olunur. Yeni yaşayış yerlərində onlar öz düşmənlərindən məh-

rum olur və buna görə də daha çox ziyan vururlar. Bu cür ziyanvericilərlə ən 

effektli mübarizə üsulu onların öz vətənindən entomofaqların introduksiya-

sıdır. Gətirilmiş parazitlər və  yırtıcılar  ya  yeni  şəraitə akklimatsiya edirlər, 

ya da biolaboratoriyalarda çoxaldılıb təbiətə buraxılır, onlar isə müvəffəqiy-

yətlə kimyəvi emalı əvəz edir. Yerli entomofaqların mühafizəsi tədbirlərinin 

böyük əhəmiyyəti var: mikroqoruqların yaradılması, ərazi boyunca bir neçə 

növlərin  yerləşdirilməsi  (məsələn,  qarışqalar),  kənd  təsərrüfatı  tarlaları 

yaxınlığında yaşlı parazitlərin yemləndirilməsi üçün nektardaşıyıcıların əkil-

məsi,  yüksək  selektiv  pestisidlərin  entomofaqlar  üçün  təhlükəsiz  olan  və s. 

vaxtında  istifadə  olunması.  Faydalı  orqanizmlərin  bioloji  xüsusiyyətlərinin 

öyrənilməsi və onların inkişafını təmin edən metodların işlənib hazırlanması 

biosenotik tarazlığın saxlamağa imkan verir və ziyanlı orqanizmlərlə müba-

rizərə kimyəvi vasitələrin istifadəsini azaldır və ya aradan götürür.  

Bioloji  vasitələri  bitkiləri  xəstəlilərdən  də  qorumaq  üçün  istifadəyə 

başladılar. Belə ki, xiyarın hiperparaziti  unlu şeh xəstəliyi xəstəliyinin öyrə-

nilməsi əsasında bioperaparat yaranıb. Bu preparat mühafizə olunan qruntda 

xiyarın  daha  təhlükəli  xəstəliklərə  qarşı  mübarizədə  kimyəvi  vasitələrdən 

istifadəni  dayandırır  (aradan  götürür).  Bu  məqsədlə  bakteriya  və  göbələk-

lərin  bir  sıra  avirulent  ştammlarından  istifadə  üsulları  işlənib  hazırlanır. 

Alaq otları ilə mübarizədə bioloji metodlardan istifadə imkanları tətbiq olu-

nur, məsələn, çəhrayı göyçək, ambpoziya, nobulika  

Alaq  otlarına  qarşı  xüsusi  bitki  yeyən  həşəratları  (herbifaqların) 

istifadəsi perspektivlidir. 

Bitki  mühafizəsində  torpağın  hazırlanması  üsulları,  səpinin  vaxtı  və 

üsulu, bitkilərə qulluq, vaxtında məhsul yığımının aparılması, növbəli əkinə 

riayət etmək və onlarda bitkiləri düzgün növbələşdirmək mühüm rol oynayır.  

Monokulturadan polikulturaya keçmək lazımdır: mürəkkəb ekosistem-

lərdə  qarşılıqlı  əlaqə  belədir  ki,  hər  hansı  bir  növün  (alaq  otu  və  ya  ziyan-

verici) daima çox sayda olması mümkün deyil.  

Xəstəliklərə və daha təhlükəli zərərvericilədə davamlı kənd təsərrüfatı 

bitkilərinin  yeni  sortlarının  gətirilməsi,  toxumçuluq  qaydalarına  riayət 

olunması.  Mühafizə  tədbirləri  sistemini  təşkil  edən  vacib  və  perspektivli 

istiqamətlərdir.  Məsələn,  keçmiş  SSRİ-də  pilləli  hibridləşdirməklə  çoxillik 

təcrübələr yeni viltlə xəstələnməyən bir qrup pambıq sortları yaradıldı. 

Hazırda həşəratların metomorfozu və çoxalması ilə idarə edən hormon 



122 

 

ların alınması və indektisikasiyası işləri başa çatdırılıb. Bir çox ormanların 



kimyəvi quruluşu açılıb və onların sintezi həyata keçirilib. 

Bitki mühafizəsi praktikasında sintetik cinsi feromonlar (bioloji aktiv 

uçucu maddələr) geniş tətbiq olunur.  

Pestisidlərin  qida  zəncirinə  daxil  olmasını  azaltmaq  üçün  torpağın 

kimyəvi  tərkibini  idarə  etmək  vacibdir:  N,  S  və  ya  B-un  defisi  bitkilərdə 

toksikantların yığılma prosesini aktivləşdirir, uyğun olaraq 27, 18və 23%. 

Bundan  başqa  pestisid  çirklənməsinin  qarşısını  almaq  üçün  pestisid-

lərdən istifadə norması və emalın sayını azaltmaq lazımdır, pestisidlərin isti-

fadəsini tezləşdirmək, əmtəə formalarına adsorbentlər əlavə etmək, pestisid-

lərin miqrasiyasını və onların hərəkətliliyinin azaltmaq lazımdır.  

Hazırda Almaniya, Fransada və ABŞ-da kənd təsərrüfatı bitkiləri bitki 

mühafizəsində kimyəvi  vasitələr olmadan böyük müvəffəqiyyətlə becərilir. 

Rusiyada  da  elə  təsərrüfatlar  var  ki,  pestisidlərsiz  yaxşı  məhsul  alınır 

(Krasnodar ölkəsi, Omsk vilayəti, Cuvassk  respublikası) Krasnadar ölkəsi-

nin bir sıra təsərrüfatlarında düyünü pestisidləri Kuban YDA-nın professoru 

E. B. Veliçko və V.P. Amelin texnologiyası əsasında becərilir. Yenə də bu-

rada qarğıdalının oxşar herbisidsid texnologiya ilə becərilməsi həyata keçi-

rilir.  Novosivils  rayonunun  bir  çox  rayonlarında  ziyanvericilərin  proq-

nozlaşdırılan sayını nəzərə almaqla əkinlərin strukturunu dəyişmə parktikası 

müvəffəqiyyətlə tətbiq olunur. 

Kənd  təsərrüfatı  bitkilərinin  ziyanvericilərdən,  xəstəliklərdən,  alaq 

otlarından  mühafizəyə  kompleks  yanaşma  bitki  mühafizəsinin  inteqral 

sistemini yaratmaq üçün əsas oldu ( və ya zərərli növlərlə inteqral mübarizə). 

M.  S.  Sokolovun  və  başqalarının  (1994)  təyinatına  görə  zərərli  orqanizmə 

bütün  təsir  vasitələrinin  mexaniki,  fiziki,  bioloji,  biosenotik,  aqrotexniki, 

kimyəvi  və  s.)  birgə  istifadəsinə  xüsusi  yanaşma  zərərli  növün  populya-

siyasının təhlükəsiz, effektli və minimum vəsait sərfi ilə azaltmağa xidmət 

edir. Bu müəlliflər tərəfindən bitki və kimyəvi məhsulu mühafizənin orijinal 

sistem formalı sxemi təklif olunub (şəkil 2.13).

  

Bitki  mühafizəsinin  inteqral  sisteminin  xarici  analoqu  məlumdur  – 



zərərvericilərin  sayını  idarəetmənin  inteqral  sxemi:  Sandra  Postel  (1998) 

qeyd  edir  ki,  ziyanvericilərə  qarşı  kompleks  mübarizə  sistemi  (KBV) 

adlandırmaqla  o  kənd  təsərrüfatı  yerlərinə  ekosistem  kimi  baxır,  hansı  ki, 

orada çoxlu təbii faktorlar qarşılıqlı təsirdə olur və ziyanverici həşəratlara və 

alaq otlarına təsir göstərir.  

Bu  sistem:  bioloji  nəzarət  mexanizmini  (ziyan¬vericilərin  təbii 

düşmənləri) kənd təsərrüfatı istehsalı bitkiləri genetik yeni¬dən formalaşma 

(ziyanvericilərə  dözümlü  olan  kənd  təsərrüfatı  bitkilərinin  yaradılması)  və 

ximikatlardan ağılla istifadəni özündə birləşdirir

.  



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə