M ü n d ə r I c a t



Yüklə 5,58 Mb.
Pdf görüntüsü
səhifə49/229
tarix17.01.2018
ölçüsü5,58 Mb.
#21247
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   229

115 

 

Q.L.Tışkeviç (1987) əsaslı olaraq qeyd edir ki, pestisidlərlə bağlı olan 



mənfi  nəticələr  əsasən  biogeosenozunların  dağılması  ilə  şərtlənir,  hansı  ki, 

heyvanların  yaşaması  və  sayı  öz  aralarında  sıx  bağlıdır.  Pestisid  ziyan-

vericini məhv etməklə əlaqəni pozur, hansı ki, təbii şəraitdə onlar müəyyən 

səviyyədə  saxlanırdı.  Əgər  belə  ziyanvericidə  tətbiq  olunan  preparata  qarşı 

dözümlülük  varsa,  bu  zaman  partlayış  baş  verir  (onun  kütləvi  artımını 

bumeraq təsir  yaranır), çünki bu prosesi saxlayan  əlaqələr  ya dağılır,  ya da 

zəifləyir.  Parazitlər  və  yırtıcılarla  yanaşı  həm  də  simbiontlar  bitkilər  və 

heyvanlar  var.  Bunlar  olmadan  orqanizm  normal  yaşaya  bilməz.  Belə  ki, 

həşəratlar  hər  inkişaf  mərhələsində  (yumurta  sürfə,  pup,  yaşlı  forma)  öz 

düşmənləri  və  simbiontları  var.  Aydındır  ki,  öz  təsirində  seçici  olmadığı 

üçün  pestisid  bitkini  bu  və  ya  digər  ziyanvericilərdən  tamamilə  qurtara 

(qoruya)  bilmir.  Az  sayda  qalan  fərdlərə  toksikant  təsir  edə  bilmir,  başqa 

əlaqələrin zəifləməsi və dağılması (faktiki olaraq baş verir) çox halda həmin 

ziyanvericilərin sayının sonradan kəskin artmasına səbəb olur.  

Çiçəkli bitkilərin 80% - dən artığını tozlandıran həşəratlar pestisidlərin 

təsirindən  xeyli  itki  verir.  Təkcə  bal  arılarının  məhv  edilməsindən  dəyən 

ziyan 2 milyard manat çox təşkil edir (1985-ci ilin qiymətləri ilə). Həm də 

sübut  olunub  ki,  həşəratların  sayı  tək  herbisidlərlə  birbaşa  zəhərlənmədən 

deyil, ximikatlar verilmiş sahələrdə başqa qorxular olduğundan həmin areal-

dan uzaqlaşırdılar. Belə ki, Kaliforniyada (ABŞ) əkinləri pestisidlərlə avia-

abrabotka etdikdə 10-20% bal arası ailəsi məhv olur. Oxşar hallar Bolqariya 

və Polşada qeydə alınıb. Krasnadar ölkəsində pestisidlərin təsirindən ölmüş 

arı  ailələrini  müqayisə  etdikdə  aydınlaşdırılıb  ki,  birinci  növbədə  güclü 

ailələr məhv olur. Çünki onlar çox bitkiyə qonur və daha uzaq sahələrə uçur 

(şəkil 2.11) 

Herbisidlərin  köməyi  ilə  ―birinci  nəsil‖  alaqlardan  təmizlənmiş 

tarlalara əvvəllər daha az rast gələn alaqlar yerləşirlər.  

70-ci  illərin  ortalarında  pestisidlərlə  zəhərlənmə  nəticəsində  keçmiş 

SSRİ-nin  ərazisindən 40%-ə qədər los,  kaban və dovşan məhv oldu,  77%-

dən çox ördək və qaz və 30%-dən çox balıq göllərdə məhv oldu.  

Statistik  rəqəmlər  göstərir  ki,  1938-ci  ildə  pestisidlərə  dözümlü  olan 

cəmi 7 növ ziyanverici həşərat məlum idi, lakin 1984-cü ildə insektisidlərə 

qarşı  rezistentliyi  (latınca  resistere  –  müqavimət  göstərmək)  olan  450  növ 

qeydə  alınıb,  başqa  sözlə  desək  daha  çox  yayılmış  ziyanvericilərin  böyük 

hissəsi  (və  ya  həşəratların  zərərli  sayılan  növlərinin  demək  olar  10%-i) 

pestisidlərə davamlı olan 150-dən çox fitoportogen orqanizmlər, 50 növ alaq 

və  10  növ  xırda  məməlilər  və  nemadorla  qeydə  alınıb.  Krossrezistentliyi 



116 

 

nəzərə almaqla, qeyd olunan rezistentlik hallarının ümumi sayı 1600-ü keçir. 



Əlbəttə,  insana  faydalı  olan  növlərin  rezistentliyi  müsbət  faktdır.  Rezis-

tentlik  qazınmaqla  bağlı,  ―car  nitridat  effekti‖ni  yada  salmaq  yerinə  düşər. 

deyilənlərə görə çar özünü az dozalarla siçan zəhərinə öyrədir. Düşmənlərin 

hazırladığı zəhərlədiyi şərablardan içdikdə zəhərlənmirdi) 

 

 

ġəkil 2.11.  Bal arısının ailəsinin həyat fəaliyyətinə pestisidlərin təsiri. 



 

Torpağa verilən pestisidlər həmişə orada yaşayan və həyat fəaliyyətli 

torpaq  münbitliyindən  asılı  olan  canlılara  mənfi  təsir  edir.  Mis  tərkibli 

pestisidlər  nitrifikasiya  prosesini  dayandırır.  Torpağa  kimyəvi  yükləmələr 

çox  olduqda  fitopatogen  mikroorqanizmlər  dominantlıq  etməyə  başlayır. 

Pestisidlərin intensiv tətbiqi torpağın sterilləşməsinə gətirib çıxarır (məsələn, 

Hindistan və İndoneziyanın bir neçə rayonlarında şəkər qamışı sahələrində). 

Hesab olunur ki, herbisidlər tətbiq olunan dozadan asılı olaraq, mikro-

bosenozlara təsir edir, homeostazı (müxtəlif qrupların sayının müəyyən orta 

səviyyəsi  və  ya  metabalik  proseslərin  aktivliyi  ətrafında  dözümlü  tərəddüd 

etmə)  pozur  yaradır,  dominant  formaların  rezistentliyini  dəyişir,  eləcə  də 

represiyaya səbəb olur (geri dönməyən reaksiya). Əgər mikrobioloji fəaliy-




117 

 

yət  pestisid  təsirindən  60  güb  ərzində  bərpa  olunursa  mikrobosenozun 



reaksiyası  geri  dönəndir;  Əgər  mikroorqanizmlərin  müəyyən  formalarının 

50%-dən çoxunun inqibitorluğu vegetasiya dövrünün axırınacan saxlanırsa, 

reaksiya geri dönməyən sayılır. 

Herbisidlərin  ot  örtüyünün  olmadığı  və  zəif  inkişaf  etdiyi  yerdə 

istifadəsi torpaq eroziyası prosesinin inkişafının ehtimalını çox dəfə artırır. 

Su  –  biosferin  əsas  komponenti  və  biotanın  mövcudluğu  üçün  əvəz-

olunmaz  faktor  –  opestisidlərin  yayılmasında  əsas  nəqliyyat  vasitəsi  hesab 

olunur (başqa sözlə pestisidlər su ilə asanlıqla bir yerdən başqa yerə aparılır. 

Torpaq  və  qurunt  sular,  daxili  su  anbarları,  sonra  isə  Dünya  okeanı  toksi-

kantların cəmləşdiyi axırıncı məntəqə (punkt) olur. Lipofil pestisidlərin əra-

zilərdə  davamlı  istifadəsi,  sututarların  hökmən  çirklənməsinə  səbə  olur. 

Toksikantlar bərk və  maye  axınlarla qarışır. Səth  suları  qəzalar nəticəsində 

birbaşa çirklənir.  

Hesablamalara görə Volqa çayının aşağı axınında və onun deltasında 

zəhərli  kimyəvi  maddələrin  miqdarı  bəzən  YVQ-dan  min  dəfə  çox  olur. 

Kubadan düyü  əkilən  ərazidə orta davamlı  herbisidləri tətbiq etdikdə, çox-

illik müşahidələrin nəticələri göstərir ki, (Sokolov və b. 1994) suvarma sis-

temlərindən  Azov  dənizi  limanlarının  Axtaro-Qrivenski  sisteminə  həmin 

pestisidlər  daxil  olur.  Ksenbiotiklərin  miqrasiyası  birbaşa  lil  hissəciklərinə 

birləşməklə baş verir. Limanların az sulu olması və zəif axını akvatoriyanın 

başlanğıcında  həmin  lil  hissəcikləri  yığılır  və  geniş  çirklənmiş  zonalar 

yaradır (bir neçə km-lə). Herbisidlərin qrunt sularından və çöküntülərindən 

itməsi çox gec baş verir. Pestisidlərin tətbiqinin dünya təcrübəsi göstərir ki, 

onlar özündə potensial təhlükə daşıyır. İnsan üçün zəhərli olmayan pestisid 

yoxdur. Pestisidlərin saxlanmasında və istifadəsində bir çox hallar baş verir: 

allergen  təsir,  kanserogen,  mutagen,  dəri-aşılayıcı  təsir,  insanlarda  embrio-

gen və  embriotrop təsir və s. 

Tətbiq  olunan  pestisidlərin  birbaşa  və  dolayı  təsirindən  yaranan 

neqativ  hadisələrin  çoxluğu,  ekoloji  nöqteyi-nəzərdən  qanunauyğun  səbəb-

nəticə əlaqələri və asılılığının olduğunu düşünməyə vadar edir. Mur (Moore, 

1967)  bu  səbəbdən  böyük  marağa  səbəb  olur.  Tədqiqatçı  göstərir  ki,  pesti-

sidlərin təsiri bu sxemlə baş verir: pestisidlər 

 ziyanvericilər,  xəstəliklər,  



alaq  otları 

 bir neçə ―ikinci effektlər‖. 



Faktiki olaraq istifadə olunan pestisidlərin təsiri başqa sxemə tabedir:  

Pestisidlər 

 Bütün ekosistem 



Doğrudur  ki,  başlanğıc  məlumatlar  ondan  çıxan  hissəciklər  birlikdə 

tamamilə  səhv ola bilər. hazırda ekosistemə  tətbiq olunan istənilən pestisid 

onda dərin dəyişikliklər yaradır. Pestisidlərin təsiri heç vaxt birtərəfli olmur. 



Yüklə 5,58 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə