456
İKİNCİ KİTAB
sə ki, “ruhu dürmare, ama canu nədürmare” (ruhu çıxıb, ancaq canı
çıxmır) bu o deməkdir ki, tatlarda insanın çox ruhluluğu haqqındakı
qədim primitiv inam qalmışdır. Sonra görəcəyimiz kimi, tatlara
görə, ölmüş (yəni canı, fiziki bədəni ölmüş) adamın ruhu uçaraq fə
zada dolaşar, kefi istədikdə hətta öz evinə qayıdar, onu bu evdə yad
edib-etmədiklərini də yoxlaya bilər. Ruhun bu ikili təzahürü məfhu
mu genezisi heç şübhəsiz ibtidai insanın ruhun çoxluğu haqqındakı
qədim etiqadının qalığıdır ki, bu da bir çox dünya xalqlannda hələ
də aydın surətdə müşahidə olunur.179 İnsan həyatının tənzimedici
qeyri-adi qüvvəsi kimi bədəndə olan ruha münasibət son dərəcə qə
dim bir yol keçmişdir. Məhz tatların daha sonra görəcəyimiz kimi,
insan ruhuna (ruhlarına) bir substans varlıq kimi baxmaları, ona
inam məhz ibtidai insanın bu ilahi qüvvəyə böyük inamının müasir
arxaizmidir. B.Marevskaya doğru olaraq göstərir ki, təbiət və insa
nın canlanması və inkişafı nə qədər yonulsa da o, həmişə həm din
də, həm də adətlərdə maddilik izlərini saxlayır.180 Məhz bu nöqteyi-
nəzərdən tatlarda ruhun qanla, insan beyni və əqli ilə, insan kölgəsi
ilə eyniləşdirilməsi hallan diqqəti özünə cəlb edir. Tat üçün canın
bədəndən çıxması ruhun bədəndən çıxmasıdır; əqli başından çıxmış
- yəni dəli olmuş adamın ruhu onu tərk etmişdir (lakin canı vardır);
insanın bədənindən “inciyib” çıxmış, bədəni tənzim edən, onun hə
rəkətlərinə istiqamət verən ruh bu və ya başqa səbəbə görə bədəni
tərk etsə də, çox da uzağa getmir, öz sahibini daban-dabana izləyir
ki, bu da onun kölgəsidir. Tat öz kölgəsini görəndə məhz elə buna
görə də onu öz ruhu hesab edərək ona dua edir, salavat çevirir.
Ölmüş adamın bədəni qəbirdə olsa da, onun ruhu bədənindən
ayrılıb çıxa bilər və bunun üçün bəzi xalqlar hətta qəbirin başdaşı
tərəfində kiçik bir deşik qoyurlar ki, bu da ruhun çıxması üçündür.181
Tatlann adətlərində ölü ilə birlikdə şey basdırmaq kimi qədim
adətin (qadın və kişinin hərənin özünə aid şəxsi əşyalarını qəbrə
qoymaq) qabarıq nümunələrini görməsək də bəzən bunun hər halda
izlərini görmək olar ki, bu da islam dini ilə bir araya sığmır. Məsə
lən, qadının qəbrinə bəzən boyunbağı, qolbaq atmaq, uşağın qəbri
üstünə bəzi qab-qacaq, gəlincik, bələk və s. qoymaq qədim ölü bas
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
457
dırma adətinin qalıqlarından başqa bir şey deyildir. Ölülərin qəbri
üstünə çörək, xörək, şirniyyat (halva, qənd, konfet, peçenye və s.)
qoyulması da həmin qədim və ibtidai ölü basdırma adətinin arxaik
qalığıdır.
Bəzi xalqların əqidəsincə, ölənlərin ruhu guya müxtəlif sur
ətlərdə qayıdıb evə gələ bilər. Onları yedirtmək üçün ev sahibləri
xörək hazırlayıb süfrəyə düzməli, yaxud qapını açıq qoyub qapı as
tanasında bir qabda ölənin xörək payını qoymalıdır. Məlumdur ki,
bir sıra xalqların etiqadmca, ölən şəxsin ruhu quş, ilan və s. şəkildə
evə gələ bilər; ona görə də quşa, evdə görünən ilana ruhun təcəssü
mü kimi baxmalı, onu öldürməməlidir. Əksinə onlara yemək (quşa),
süd (ilana) və s. verməklə evin ölmüş adamının ruhunu yedirtmək
lazımdır.182 Yəqin ki, tatlarda qalan ölənin ruhuna hörmət, evdə yu
va salmış quşu incitməmək, evdə görünən ilana süd içirtmək; onu
nəinki öldürməmək, hətta incitməmək, - bütün bunlar ibtidai dinin
ruhlara sitayişinin qalıqları deyilmi? Buraya ölünü (xüsusilə, qadını)
evin qabağında üç dəfə yerdən qaldırıb qoymaq adətini də əlavə et
mək lazımdır. İslam dini ilə əsla bir araya sığmayan bu qədim adə
tin məzmunu belədir ki, guya üç dəfə qaldırıb qapıda yerə qoyul
maqla ölünün ruhu razı qalacaq, daha ev adamlarından heç kimi öz
ardınca aparmağa cəhd göstərməyəcəkdir. Bu yenə də qədim ruha
sitayişin islamdan qabaqkı formasıdır. Tatlann evdə bərk xəstə
olanda, heyvanlara azar düşəndə, ailədə bu və ya başqa bir bədbəxt
hadisə baş verdikdə öz ulu babalannm, yəni familiyanın bir neçə
nəsil qabaq yaşamış məlum babasının ruhuna müraciət edib kömək
istəməsi, toy qabağı baba və nənənin qəbri üstünə gedib onlann ru
hundan xeyir-dua diləməsi də bura əlavə olunarsa yuxandakı fikri
miz tamamilə aydın olar. Tatlar bu əqidədədirlər ki, onlann keçmiş
babalannm ruhu onlara mütləq kömək etməlidir. Ona görə ki, törə
mələr tərəfindən ilahiləşdirilmiş ulu babalann ruhu sağ olanlardan
öz paylannı alır və onlar da öz növbələrində törəmələrinə kömək
edirlər. Bu tamamilə zərdüşt təlimi ilə uyğun gəlir və tatlann adətlə
rində bu gün də qismən yaşayır. Ruha inamın parlaq nümunələrin
dən biri də ölü apararkən sonsuz qadının meyidin qabağından qaça
458
İKİNCİ KİTAB
raq yolu keçməsidir. Əqidəyə görə ölünün ardınca “gedən” ruhu tu
taraq onu yeni bədəndə bir anlıq saxlamaqla uşaqsızlıq bəlasından
xilas olmaq olar. Tatlarda olan bu qədim ruha sitayişin, ondan kö
mək diləməyin eyni nümunələrini biz bir çox dünya xalqlarında, o
cümlədən özbəklər və tükmənlərdə,
afrika bambaralannda,
hindlilərdə,185 farslarda186 və s. görə bilərik.
Ölüyə münasibətdə tatların məişətində qalan qədim dini adət
lərin qalıqlarından biri də ölüyə əl vurmağın, ona toxunmağın zərər
li olması inamıdır. İbtidai insanların qədim dini inamınım qalığı
olan bu əqidə,187 tatlarda da təsadüfü yaranmamışdır. Belə ki, islam
dininə qədər tatların da dini olan zərdüşt dininə görə, hər bir ölü şey
murdardır, onun ruhu, cam yoxdur, ona görə də o, qəzəb, kin və zi
yan mənbəyi olan qüvvələrin yığılan yeri, pənahgahı ola bilər. Ven-
didada görə, ölü insan bədəni də belədir. Orada Əhrimənin kömək
çilərindən olan ölü bədən iblisi Nasu özünə yer edərək ətrafa ziyan
yetirməyə çalışır, bu ziyan isə birinci növbədə meyidə toxunan ada
ma yetir, çünki o, bilavasitə ölüm iblsinin olduğu yerə toxunmuş,
onunla təmasda olmuşdur. Bu ölü iblisinin bədəninə girməsinə im
kan verməmək üçün Avestaya görə, can verməkdə olan adamın başı
üzərində kahin durmadan müəyyən dini mətnlər oxumalı, ölməkdə
olanm boğazına əbədi həyat suyu olan şərbət tökməli idi. Zərdüşt
təliminə görə, ölüm iblisinin bədənə daxil olmasına yol verməmək
üçün ölənin yanında daim iki adamın olması tələb olunurdu. Ölünü
evdən götürüldüyü yerdə üç gün çıraq yanmalı, oraya bir qabda su
qoyulmalı idi. Tatlarda bütün bu əlamətlərin hamısı bu gün belə
cüzi dəyişiklik edilmədən icra olunur ki, bu da öz arxaizmi ilə
diqqəti cəlb etməyə bilmir.
Tatlar ölünün üstündə ağlayıb şivən qoparır, qadınlar saçlarını
üzlərinə tökərək saçlarını yolurlar. Bu adət islam dininin heç bir
qayda-qanunu ilə bir araya sığmır. Şübhə yoxdur ki, bu, tatlarda
qalan islamiyyətdən əvvəlki adətlərdəndir. Müxtəlif ərazilərdə apa
rılmış arxeoloji qazıntılar da sübut edir ki, ölən üçün qadının saçını
üzünə töküb başını yolması islamiyyətdən qabaq mövcud olmuş
dur.188 İslam dini tərəfindən sonralar qadağan olunmuş bu adət hər
TATLARININ TARİXİ-ETNOQRAFİK OÇERKİ
459
yerdə aradan çıxmamış, ortodoksal islam dini tələbləri ilə əsla bir
araya sığmasa da 189 tatlarda olduğu kimi bir sıra xalqlann ölüm və
dəfn mərasimlərində qədim dinin nişanəsi kimi qala bilmişdir. Tat
ların əqidəsincə ölü heyvan və ya insan düşmüş su (arx, çay) murdar
deyil. Bu zaman yalnız həmin ölü cismi sudan çıxarmaq kifayətdir.
Onların fikrincə həmin ölü çıxarılmış su əgər axırsa o murdar ola
bilməz. Biz bunu eynilə Avestada da görürük. Belə ki, Vendidadın
yazdığına görə hətta quyuya belə ölü düşərsə onun suyundan bir,
iki, üç, dörd və ya beş hissəni (imkan daxilində) götürüb kənara at
maqla həmin su təmizlənərək istifadə üçün yararlı hala düşür.190
Axar su isə Avestanın yazdığına görə, içərisinə ölü düşmüş yerdən
üç addım axar istiqamətdən aşağı, doqquz addım axarın əksinə yu
xan və altı addım enindən o tərəfə halaldır, yəni istifadə üçün yarar
lıdır.191 Üstündən ölü adam və ya ölü it tapılmış torpaq sahəsi də
maraqlıdır ki, tatlarda olduğu kimi Avesta tələblərinə görə də bir il
müddətində yararsız hesab olunur. Bu torpaq bir il ərzində əkilib-bi
çilmir, oradan su çəkilmir, kənd təsərrüfatı üçün istifadə olunmur.192
Həmin torpaq sahəsindən istifadə edən adam Avestaya görə iki yüz
çubuq zərbəsi ilə cəzalanır.193 Çünki Zərdüşt təliminə görə hər bir
ölü bədən torpağı murdarlayır. Zərdüştün tələbinə görə insan torpağı
əkib-becərmək üçün, ondan yaxşı məhsul götürmək üçün ən əvvəl
onun üstündən sür-sümüyü, tükü, qan ləkəsini, peyin və ifrazatı
götürüb əkin üçün yararsız убгә atmalı və həmin torpağı təmizləmə
lidir.194 Torpağa - yemək mənbəyi, insan həyatının dolanacaq çeş
məsi olan bu böyük nemətə eyni münasibəti biz bu gün də tatların
əməli həyatında görə bilərik.
Tatların fikrincə ölünü yumaqla məşğul olan xüsusi adamlar
“napak”, “natəmiz” olduqlari üçün onlarla oturub-durmaq, onlar öz
lərini yuyub “pak” olana qədər onlarla həmsöhbət və ya yol yoldaşı
olmaq omaz. Biz bu tələbi eynilə Avestada da görürük.1 5 Əgər tat
lar ölən adamın paltannı ya apanb basdırır və ya onu əkinçilik, hey
vandarlıq, evdarlıq işləri ilə məşğul olmayan avara adamlara - di
lənçiyə, dəliyə, əldən-ayaqdan şikəst kişi və qadına və s. verirlərsə,
bu heç də təsadüfü deyil və tamamilə Zərdüşt təlimi tələblərinə ca
Dostları ilə paylaş: |