Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə110/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   106   107   108   109   110   111   112   113   ...   131

456
İKİNCİ KİTAB
sə ki,  “ruhu dürmare,  ama canu nədürmare”  (ruhu çıxıb,  ancaq canı 
çıxmır) bu  o deməkdir ki,  tatlarda insanın çox ruhluluğu haqqındakı 
qədim  primitiv  inam  qalmışdır.  Sonra  görəcəyimiz  kimi,  tatlara 
görə,  ölmüş (yəni  canı,  fiziki  bədəni  ölmüş)  adamın  ruhu  uçaraq  fə­
zada dolaşar,  kefi  istədikdə hətta öz evinə qayıdar,  onu bu evdə yad 
edib-etmədiklərini  də yoxlaya bilər.  Ruhun bu ikili  təzahürü məfhu­
mu  genezisi  heç  şübhəsiz  ibtidai  insanın  ruhun  çoxluğu  haqqındakı 
qədim  etiqadının  qalığıdır  ki,  bu  da  bir çox  dünya  xalqlannda  hələ 
də  aydın  surətdə  müşahidə  olunur.179  İnsan  həyatının  tənzimedici 
qeyri-adi  qüvvəsi  kimi  bədəndə olan ruha münasibət son  dərəcə qə­
dim  bir  yol  keçmişdir.  Məhz  tatların  daha  sonra  görəcəyimiz  kimi, 
insan  ruhuna  (ruhlarına)  bir  substans  varlıq  kimi  baxmaları,  ona 
inam  məhz  ibtidai  insanın  bu  ilahi  qüvvəyə  böyük  inamının  müasir 
arxaizmidir.  B.Marevskaya  doğru  olaraq  göstərir  ki,  təbiət  və  insa­
nın  canlanması  və  inkişafı nə  qədər  yonulsa da o,  həmişə  həm  din­
də,  həm də  adətlərdə  maddilik izlərini  saxlayır.180 Məhz bu nöqteyi- 
nəzərdən  tatlarda ruhun  qanla,  insan  beyni  və əqli  ilə,  insan  kölgəsi 
ilə  eyniləşdirilməsi  hallan  diqqəti  özünə  cəlb  edir.  Tat  üçün  canın 
bədəndən çıxması  ruhun bədəndən çıxmasıdır;  əqli  başından çıxmış 
-  yəni  dəli  olmuş adamın ruhu onu tərk etmişdir (lakin canı  vardır); 
insanın  bədənindən  “inciyib”  çıxmış,  bədəni  tənzim edən,  onun  hə­
rəkətlərinə  istiqamət  verən  ruh  bu  və  ya  başqa  səbəbə  görə  bədəni 
tərk  etsə  də,  çox  da  uzağa  getmir,  öz  sahibini  daban-dabana izləyir 
ki,  bu  da  onun  kölgəsidir.  Tat  öz  kölgəsini  görəndə  məhz  elə  buna 
görə də onu öz ruhu  hesab edərək ona dua edir, salavat çevirir.
Ölmüş  adamın  bədəni  qəbirdə  olsa  da,  onun ruhu  bədənindən 
ayrılıb  çıxa  bilər  və  bunun  üçün  bəzi  xalqlar  hətta  qəbirin  başdaşı 
tərəfində kiçik bir deşik qoyurlar ki, bu da ruhun çıxması üçündür.181
Tatlann  adətlərində ölü ilə birlikdə şey basdırmaq kimi qədim 
adətin  (qadın  və  kişinin  hərənin  özünə  aid  şəxsi  əşyalarını  qəbrə 
qoymaq)  qabarıq  nümunələrini  görməsək  də bəzən bunun  hər halda 
izlərini  görmək  olar ki,  bu da islam dini  ilə  bir araya sığmır.  Məsə­
lən,  qadının  qəbrinə  bəzən  boyunbağı,  qolbaq  atmaq,  uşağın  qəbri 
üstünə bəzi  qab-qacaq,  gəlincik, bələk və  s.  qoymaq qədim ölü bas­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
457
dırma  adətinin  qalıqlarından  başqa  bir  şey  deyildir.  Ölülərin  qəbri 
üstünə  çörək,  xörək,  şirniyyat  (halva,  qənd,  konfet,  peçenye  və  s.) 
qoyulması  da  həmin  qədim  və  ibtidai  ölü  basdırma  adətinin  arxaik 
qalığıdır.
Bəzi  xalqların  əqidəsincə,  ölənlərin  ruhu  guya  müxtəlif  sur­
ətlərdə  qayıdıb  evə  gələ  bilər.  Onları  yedirtmək  üçün  ev  sahibləri 
xörək  hazırlayıb süfrəyə  düzməli,  yaxud qapını  açıq qoyub qapı  as­
tanasında  bir qabda  ölənin  xörək  payını  qoymalıdır.  Məlumdur  ki, 
bir sıra  xalqların  etiqadmca,  ölən  şəxsin ruhu quş,  ilan  və  s.  şəkildə 
evə  gələ  bilər;  ona görə də quşa,  evdə  görünən  ilana ruhun  təcəssü­
mü kimi baxmalı,  onu öldürməməlidir. Əksinə onlara yemək (quşa), 
süd  (ilana)  və  s.  verməklə  evin  ölmüş  adamının  ruhunu  yedirtmək 
lazımdır.182  Yəqin  ki,  tatlarda qalan ölənin ruhuna hörmət,  evdə yu­
va  salmış  quşu  incitməmək,  evdə  görünən  ilana  süd  içirtmək;  onu 
nəinki  öldürməmək,  hətta  incitməmək,  -   bütün  bunlar ibtidai  dinin 
ruhlara sitayişinin qalıqları deyilmi? Buraya ölünü (xüsusilə, qadını) 
evin qabağında üç  dəfə  yerdən qaldırıb qoymaq adətini  də  əlavə et­
mək  lazımdır.  İslam  dini  ilə  əsla bir araya sığmayan  bu  qədim  adə­
tin  məzmunu  belədir  ki,  guya  üç  dəfə  qaldırıb  qapıda  yerə  qoyul­
maqla ölünün  ruhu razı  qalacaq,  daha ev  adamlarından  heç  kimi  öz 
ardınca  aparmağa  cəhd  göstərməyəcəkdir.  Bu  yenə  də  qədim  ruha 
sitayişin  islamdan  qabaqkı  formasıdır.  Tatlann  evdə  bərk  xəstə 
olanda,  heyvanlara azar düşəndə,  ailədə  bu  və  ya başqa bir bədbəxt 
hadisə  baş  verdikdə  öz  ulu  babalannm,  yəni  familiyanın  bir  neçə 
nəsil  qabaq  yaşamış  məlum babasının  ruhuna müraciət edib  kömək 
istəməsi,  toy qabağı  baba və nənənin  qəbri  üstünə gedib  onlann  ru­
hundan  xeyir-dua  diləməsi  də  bura  əlavə  olunarsa  yuxandakı  fikri­
miz tamamilə  aydın  olar.  Tatlar bu  əqidədədirlər ki,  onlann keçmiş 
babalannm  ruhu  onlara mütləq  kömək etməlidir.  Ona  görə  ki,  törə­
mələr  tərəfindən  ilahiləşdirilmiş  ulu  babalann  ruhu  sağ  olanlardan 
öz  paylannı  alır  və  onlar  da  öz  növbələrində  törəmələrinə  kömək 
edirlər. Bu tamamilə zərdüşt təlimi ilə uyğun gəlir və tatlann adətlə­
rində  bu  gün  də  qismən  yaşayır.  Ruha  inamın  parlaq  nümunələrin­
dən biri  də ölü  apararkən  sonsuz  qadının  meyidin qabağından qaça­


458
İKİNCİ KİTAB
raq  yolu keçməsidir.  Əqidəyə  görə  ölünün  ardınca “gedən”  ruhu tu­
taraq  onu  yeni  bədəndə  bir  anlıq  saxlamaqla  uşaqsızlıq  bəlasından 
xilas  olmaq  olar.  Tatlarda  olan  bu  qədim  ruha  sitayişin,  ondan  kö­
mək  diləməyin  eyni  nümunələrini  biz  bir  çox  dünya  xalqlarında,  o 
cümlədən  özbəklər  və  tükmənlərdə, 
afrika  bambaralannda, 
hindlilərdə,185 farslarda186 və s.  görə bilərik.
Ölüyə münasibətdə  tatların  məişətində  qalan qədim  dini  adət­
lərin qalıqlarından biri də ölüyə  əl  vurmağın,  ona toxunmağın zərər­
li  olması  inamıdır.  İbtidai  insanların  qədim  dini  inamınım  qalığı 
olan bu  əqidə,187  tatlarda da təsadüfü  yaranmamışdır.  Belə ki,  islam 
dininə qədər tatların da dini olan zərdüşt dininə  görə,  hər bir ölü şey 
murdardır,  onun  ruhu,  cam  yoxdur,  ona görə  də o,  qəzəb,  kin və  zi­
yan mənbəyi olan qüvvələrin  yığılan  yeri,  pənahgahı  ola bilər. Ven- 
didada  görə,  ölü  insan bədəni  də  belədir.  Orada Əhrimənin  kömək­
çilərindən  olan  ölü bədən  iblisi  Nasu  özünə  yer edərək  ətrafa ziyan 
yetirməyə çalışır, bu ziyan isə birinci  növbədə meyidə toxunan  ada­
ma  yetir,  çünki  o,  bilavasitə  ölüm  iblsinin  olduğu  yerə  toxunmuş, 
onunla  təmasda  olmuşdur.  Bu  ölü  iblisinin  bədəninə  girməsinə  im­
kan  verməmək üçün Avestaya görə, can  verməkdə olan  adamın başı 
üzərində  kahin  durmadan  müəyyən  dini  mətnlər  oxumalı,  ölməkdə 
olanm  boğazına  əbədi  həyat  suyu  olan  şərbət  tökməli  idi.  Zərdüşt 
təliminə  görə,  ölüm  iblisinin  bədənə  daxil  olmasına  yol  verməmək 
üçün ölənin  yanında daim  iki  adamın  olması  tələb  olunurdu.  Ölünü 
evdən  götürüldüyü  yerdə  üç  gün  çıraq  yanmalı,  oraya bir qabda  su 
qoyulmalı  idi.  Tatlarda  bütün  bu  əlamətlərin  hamısı  bu  gün  belə 
cüzi  dəyişiklik  edilmədən  icra  olunur  ki,  bu  da  öz  arxaizmi  ilə 
diqqəti cəlb etməyə bilmir.
Tatlar ölünün  üstündə ağlayıb şivən qoparır, qadınlar saçlarını 
üzlərinə  tökərək  saçlarını  yolurlar.  Bu  adət  islam  dininin  heç  bir 
qayda-qanunu  ilə  bir  araya  sığmır.  Şübhə  yoxdur  ki,  bu,  tatlarda 
qalan  islamiyyətdən  əvvəlki  adətlərdəndir.  Müxtəlif ərazilərdə  apa­
rılmış  arxeoloji  qazıntılar  da  sübut edir  ki,  ölən  üçün qadının  saçını 
üzünə  töküb  başını  yolması  islamiyyətdən  qabaq  mövcud  olmuş­
dur.188  İslam  dini  tərəfindən  sonralar  qadağan  olunmuş  bu  adət  hər
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
459
yerdə  aradan  çıxmamış,  ortodoksal  islam  dini  tələbləri  ilə  əsla  bir 
araya  sığmasa  da  189  tatlarda olduğu  kimi  bir sıra xalqlann  ölüm  və 
dəfn  mərasimlərində  qədim  dinin  nişanəsi  kimi  qala  bilmişdir.  Tat­
ların əqidəsincə ölü heyvan və ya insan düşmüş su (arx, çay) murdar 
deyil.  Bu  zaman  yalnız  həmin  ölü cismi  sudan  çıxarmaq kifayətdir. 
Onların  fikrincə  həmin  ölü  çıxarılmış  su  əgər  axırsa  o  murdar  ola 
bilməz.  Biz  bunu  eynilə  Avestada da  görürük.  Belə  ki,  Vendidadın 
yazdığına  görə  hətta  quyuya  belə  ölü  düşərsə  onun  suyundan  bir, 
iki,  üç,  dörd və ya beş  hissəni  (imkan  daxilində)  götürüb kənara at­
maqla  həmin  su  təmizlənərək  istifadə  üçün  yararlı  hala  düşür.190 
Axar  su  isə  Avestanın  yazdığına  görə,  içərisinə  ölü  düşmüş  yerdən 
üç  addım  axar  istiqamətdən  aşağı,  doqquz  addım  axarın  əksinə  yu­
xan  və altı addım enindən o  tərəfə halaldır,  yəni istifadə üçün yarar­
lıdır.191  Üstündən  ölü  adam  və  ya  ölü  it  tapılmış  torpaq  sahəsi  də 
maraqlıdır ki,  tatlarda  olduğu  kimi  Avesta  tələblərinə  görə  də bir il 
müddətində yararsız hesab olunur.  Bu torpaq bir il ərzində əkilib-bi­
çilmir, oradan su çəkilmir, kənd təsərrüfatı üçün istifadə olunmur.192 
Həmin  torpaq  sahəsindən  istifadə  edən  adam  Avestaya görə  iki  yüz 
çubuq  zərbəsi  ilə  cəzalanır.193  Çünki  Zərdüşt  təliminə  görə  hər  bir 
ölü bədən  torpağı  murdarlayır.  Zərdüştün tələbinə görə insan torpağı 
əkib-becərmək  üçün,  ondan  yaxşı  məhsul  götürmək  üçün  ən  əvvəl 
onun  üstündən  sür-sümüyü,  tükü,  qan  ləkəsini,  peyin  və  ifrazatı 
götürüb əkin üçün  yararsız убгә atmalı  və həmin  torpağı  təmizləmə­
lidir.194  Torpağa  -   yemək  mənbəyi,  insan  həyatının  dolanacaq  çeş­
məsi  olan  bu  böyük  nemətə  eyni  münasibəti  biz  bu  gün  də  tatların 
əməli həyatında görə bilərik.
Tatların  fikrincə  ölünü  yumaqla  məşğul  olan  xüsusi  adamlar 
“napak”,  “natəmiz”  olduqlari üçün onlarla oturub-durmaq, onlar öz­
lərini yuyub  “pak”  olana qədər onlarla həmsöhbət və ya yol  yoldaşı 
olmaq omaz.  Biz  bu  tələbi  eynilə Avestada  da görürük.1  5 Əgər tat­
lar ölən adamın paltannı ya apanb basdırır və ya onu əkinçilik,  hey­
vandarlıq,  evdarlıq  işləri  ilə  məşğul  olmayan  avara  adamlara  -   di­
lənçiyə,  dəliyə,  əldən-ayaqdan  şikəst kişi  və qadına  və  s.  verirlərsə, 
bu heç  də  təsadüfü  deyil  və  tamamilə  Zərdüşt  təlimi  tələblərinə  ca­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə