Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə106/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   102   103   104   105   106   107   108   109   ...   131

440
İKİNCİ KİTAB
dilindən  qəbul etdiyini  demək olar.  Çünki  məhz bu söz bir sıra  Qaf­
qaz  xalqlarının  dilində  “çoxa”,  “çukka”,  “çuxt”  ,”çuxta”  və  s.  şək­
lində təsadüf edilir ki, bu da,  heç  şübhəsiz, bu xalqların dilinə  Azər­
baycan dilindən keçmişdir.
Tatların başqa xalqlardan qəbul etdiyi  geyimlə  onun adının da 
eynilə  qəbul  olunması  faktına  ən  gözəl  misal  “şinil”  sözü  ola bilər. 
Bu  eynilə  rus  dilindəki  “şinel”-dir və  yalnız  hərbi  paltar tatlar içəri­
sinə  daxil  olandan  sonra,  bu  söz  də  geyim  leksikasına  keçmişdir. 
Hərbi  qulluqda  xidmət  edən  tat  öz  qulluğunu  başa  vurandan  sonra 
hərbi  geyimini  kəndə  gətirmiş,  beləliklə  də  şinelin  özü  ilə  bərabər 
onu ifadə edən söz də bu dilə keçmişdir.156
YEMƏK
T atların  yem əyi157 əsasən sacın üstündə bişən nazik lavaşdan, 
gil  təndirdə  bişirilən  üstünə  yumurta  sansı  sürtülmüş  xaşxaşlı  tən­
dir çörəyindən,  bozbaş,  piti,  xaşıl,  xəngəl,  plov,  bəzən  də  kababdan 
ibarətditr. Tatlar xüsusilə xəmir xörəklərini çox  sevir, undan müxtə­
lif  adlı  xörəklər  bişirirlər:  əriştə,  ardava  (südlü  və  südsüz),  umac, 
xaşıl,  xəngəl.  Tatlar  adətən  ət  az  yeyirlər.  Kənd  yerlərində  ət  evə 
qonaq  gələndə,  yaxud  qonşuda  heyvan  kəsiləndə  olur.  Bunlar  uzun 
müddət  olmadıqda  isə,  bütün  kənd  və  ya  bir neçə  qonşu  birləşərək 
birinin  qoyun,  inək  və  ya  öküzünü  kəsər,  öz  aralannda bölüşdürər­
lər,  əvəzində  pul  (yaxud  onu  əvəz  edən  və qonşuda  olmayan başqa 
bir təsərrüfat məhsulu -  un,  yumurta, yun və s.) verərlər.
Tatlar çox böyük ustalıqla əti  (həm də  nəinki  təkcə  əti, heyva­
nın  qarın-bağırsağım  da)  yayda  qurudub  qışa  saxlamağı  bacanrlar 
ki,  buna da “qaxac”  deyirlər.  Pendirin qurusu isə  “qurut”  adlanır ki, 
bu da Azərbaycan sözüdür.
Tatlar  əsasən  təndir  çörəyi  və  lavaşı  çox  sevirlər.  Ağ  buğda 
unundan bişirilmiş kağız kimi nazik böyük və dairəvi  sac çörəyi tat­
ların  süfrəsinin  bəzəyidir.  Bəzi  tat  kəndləri  öz  incə  çörəyi  ilə  məş­
hurdur.  Məsələn,  Quba  və  Dəvəçi  rayonlarında  “kağız  kimi  nazik
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
441
Gümür” 158  lavaşı,  yaxud  “çörəyin  bu  üzündən  baxanda  qarşıdakı 
adam  görünür”,  “şüşə  kimi  şəffaf sac  lavaşı”  ifadələrini  tez-tez  eşit­
mək olar. Bu ifadələr tatların ətirli çörəyi üçün ən haqlı tərifdir. Tatlar 
bir  sıra  Azərbaycan  rayonlarında,  məs.,  azərbaycanlıların  (Şamxor, 
Tovuz,  Səlyan,  Qazax  və s.) etdiyi  kimi  10-15 gündən bir çörək bişi­
rib  qurutmağı,  üstünə  su çiləyərək  isladıb  yeməyin  nə  olduğunu  bil­
mirlər.  Tat qadınları  hər  gün  və  ya  ən  çoxu  iki-üç  gündən  bir çörək 
bişirirlər.
Tatlar  əsasən  yeməyi  əl  ilə  yeyərlər.  Sulu  xörəyə  çörək  doğ­
rayar,  ətini  ayırıb  qoyar,  çox  vaxt  beş  barmağını  dərin  kasaya  salıb 
iri  tikələr  götürüb  yeyərlər.  Tatlar  yeməyi  tez  yeməyi  xoşlayırlar. 
Adətən,  menülannı  bir  yemək  təşkil  edər.  Lakin  bu  yemək  kifayət 
qədər  olmalı,  evin  qadını  onu  kifayət  qədər  bişirməli,  hamını  doy­
durmalıdır. Süfrədən  biri ac qalxdıqda evin kişisi özünü çox narahat 
hiss  edir.  Tatlar  çox  qonaqpərvərdilər.  Qonaq  üçün  evdə  olan  ən 
qiymətli şeyi əsirgəməzlər.
Tatlara  onun  əlində  olan  bu  və  ya  başqa  bir  şeyi  göstərərək 
“bu nə yaxşıdır” deyilərsə, o,  mütləq onu müsahibinə bağışlamalıdır 
(hətta ən  əziz qonağına öz  atını  da),  hədiyyə qəbul  olunmazsa,  tatın 
heysiyyətinə  toxunar.  Qonağa rahatlığı  üçün hər cür şərait yaradılır. 
Qonağa  yer  salınan  otağın  adətən  bayıra  müstəqil  qapısı  olur. 
Qonağın  evin  ailə  üzvlərindən  biri  yatan  otaqdan  keçib  bayıra 
çıxması  son  dərəcə  böyük  ədəbsizlik  (həm  də  qonağa hörmətsizlik) 
sayılır.  Ona  görə  də  adətən  tatlar çıxış  qapısına  yaxın  yerdə  xüsusi 
qonaq  otağı  tikdirir,  onu  ən  qəşəng  xalılarla  döşəyir  və  hər  bir  tat 
evində  vacib  olan  bütün  otaqboyu  bir  adamın  əli  çata  biləcək  hün­
dürlükdə  rəflərdə rəngarəng  çini  qablar,  nimçələr düzülür,  taxçalara 
pərdə  tuturlar.  Bu  otaqdan  yalnız  qonaq  gələndə  istifadə  olunur. 
Gələn  qonağa  bir  qədər  rahatlanandan  sonra  (əl-ayağını  yuyandan 
sonra) əvvəl çay verilir, sonra süfrəyə lavaş  və  təndir çörəyi, pendir, 
yağ,  mürəbbə,  bal,  qatıq,  qaymaq  qoyulur,  bir  qədər  onlardan 
yeyəndən  sonra  süfrəyə  əsl  şam  yeməyi  gəlir.  Biz  dəfələrlə  belə 
söhbətlərin  şahidi  olmuşuq  ki,  tatların  bu  adətini  bilməyənlər  ac 
olduqları  üçün  pendir,  qatıq,  qaymaq  və  s.  ilə  özlərini  doydurmuş,


442
İKİNCİ KİTAB
sonra gələn cücə plovu  və  ya quzu kababım  yeyə  bilməmişlər.  Belə 
halda  ev  sahibi  əsla  qonağa  deyə  bilməz  ki,  “sən  filan  şeyi  yemə, 
indi  xörək gələcək”. Bu ev sahibinin əqidəsincə düzgün deyil:  “belə 
çıxır  ki,  mən  öz  qonağımın  süfrəyə  qoyulan  yeməyi  yeməkdən  əl 
saxlamasım istəyirəm” -  deyə tatlar bunu izah edirlər.
Tatlar  çox  çaypərəstdirlər.  Onlar  çay  əvəzinə  çox  vaxt  dağ 
nanəsi işlədirlər.
Bir  sıra  tat  kəndlərində  indi  də  əmtəə-mal  alveri  sistemi  qal­
maqdadır  və  pul  hələ  də  kənddə  və  ya  kəndlər  arasında  bəzən  öz 
lazımi  rolunu  oynamır.  Məsələn,  Nohurlar,  Gümür,  Pucuq, 
Qarabulaq kəndlərində meyvə olmadığı  (və ya az olduğu üçün) Də- 
vəçinin  Zeyvə,  Kilvar  (indi  Giləvar),  Çinarlar,  Bilinci,  Düz  bilici 
kəndlərinin159  adamları  ora  meyvə  aparır,  kəndlər  arasında  möv­
sümdən asılı olaraq həmin ildə meyvənin və süd məhsullarının az və 
ya çoxluğundan  asılı  olaraq pendir,  yağ,  qatıq,  gön,  dəri  və  yun  ilə 
dəyişirlər.  Əlbəttə,  hər  məhsulun  dəyərinə  görə  əmtəə  mübadiləsi 
norması  vardır.  Məs.,  üç  girvənkə  armud  bir  girvənkə  pendirə,  10 
girvənkə  alça  bir girvənkə  yağa,  səkkiz  girvənkə  gilas  bir  girvənkə 
yuna və  s.  Bəzən  heç  çəki  daşı  da  tərəziyə qoyulmur.  Mal mala də­
yişilir:  tərəzinin  bir  gözünə  qoyulan,  məs.:  yağın  (qabaqcadan  söv­
dələşməyə  görə)  əvəzində  həmin  ağırlıqda  beş  dəfə  armud,  pendir 
dəyişilirsə, üç dəfə armud,  dörd dəfə məs.:  alça və s. çəkilib verilir.
Qeyd  etməliyik  ki,  başqa  rayonların  tat  və  ya  tat  olmayan 
kəndləri  arasında bu gün də belə əmtəənin bu formasına geniş surət­
də rast gəlmək olur.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
443
TATLARIN  İNAMLARI,  İNANCLARI
İslam dininin orta əsrlərdə bu  dini  qəbul  edən  xalqların mədə­
ni  həyatında  müsbət  rol  oynadığı  şübhəsizdir.  Bu  əlbəttə  tatlara  da 
aiddir.  Lakin tatların  mədəni  həyatına islam dini  tamamilə daxil  ola 
bilməmişdi.  Tatlann  adət  və  ənənləri  içərisində  islam  dinindən 
əvvəl  bu  xalqın məişətində  geniş  yayılmış  çoxlu  faklara rast gəlirik 
ki,  bunlar  da  sonralar onların qəbul  etdiyi  islam  dininin  özünə  təsir 
etmiş, ortodoksal dinin mifologiyası  və rəsmi qaydaları  içərisinə yol 
tapa bilmişdir. Azərbaycan ərazisində yaşayan tat,  talış və kürd kimi 
“irandilli  xaqlann  bir  çox  adət  və  ənənələri  islam  dövründə  nəinki 
yaşamış,  həm  də  bu  dövrdə  inkişaf etmişdir.  Məhz  bu  hal  da  İran 
xalqlarının  (və  irandilli  xaqlann)  yaşadığı  yerlərdə  onların  adət  və 
ənənələrinin  islam  mədəniyyəti  ilə  paralel  şəkildə  qalmasına  şərait 
və zəmin yaratmışdır.  Bundan əlavə ərəblərin işğal etdiyi bir çox öl­
kələrdə  bir  sıra  müsəlman  adət  və  ənənələri  bir  İran  və  irandilli 
xalqların  adətləri  ilə  əvəz  olunmuş  və  ərəblərin  məişətinə  daxil  ol­
muşdur” 160.
Məlum olduğu kimi,  ərəblər işğal etdiyi  yerlərdə heç də bütün 
yerli  əhalini  islam  dinini  bütünlüklə  qəbul  etdirməyə  müvəffəq 
olmurdu  və görkəmli  sovet islamşünası J.A.Belyayevin  haqlı  olaraq 
yazdığı  kimi, “əsl həqiqətdə başqa dinə mənsub əhalinin müsəlman- 
laşdmlması  xilafətdə  uzun  bir  proses  idi...” 161.  Məğlub  olmuş  xal­
qın  hətta  rəsmi  qaydalarda  uzun  bir  vaxt  tələb  edən  islamlaşdınl- 
ması  şübhəsizdir  ki,  həmin  xalqın  adət  və  ənənələrinə,  məişətinə, 
toy və yaslarına -  bir sözlə yüz illərlə nəsilbənəsil şüurlarda kök sal­
mış məişət  və  ənənələrinə daha az təsir etmişdir.  Çünki  bu qaydalar 
namaz  və  məscid  qaydalarından  fərqli  olaraq  kütləvi  xarakter 
daşımır,  ərəblərin  iştirak etdiyi  açıq  və  kütləvi  məclisdə  deyil,  fərdi 
halda,  yəni  ailədə,  əlbəttə,  etiqad  qaydalarına  əməl  edərək  bağlı 
qapılar  arxasında  icra olunurdu.  Bunun  üçün  də məişətdəki  bu  adət 
və  ənənələr  islam  dininin  bütün  ciddi  qanun  və  tələblərinə  baxma­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə