Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə108/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   104   105   106   107   108   109   110   111   ...   131

4 4 8
İKİNCİ KİTAB
gözdəymə  həmişə  qəsdən  olmur.  Deməli,  pis  niyyətli,  pis  rəqbətli 
adamların  gözü  dəydiyi  kimi,  müqabil  tərəfə  heç  bir  pislik  etmək 
istəməyən şəxsin də gözü “özü bilmədən dəyə bilər”  (hətta çox  istə­
məkdən  də).  Deməli,  bu  qeyri-adi  qüvvəyə  qarşı  tədbir  görməklə 
onun nəticələrinin qarşısını almaq  lazımdır.  Bunun üçün tatlar müx­
təlif vasitələr  təklif edirlər.  Çuldaq  (qızmar bir dəmir parçasım  qırx 
dəfə bir parç  suya salıb-çıxarmalı,  həmin  suyu  “göz dəymiş”  adama 
içirtməli),  Quran  ayələri  yazılmış dua,  göz muncuğu  (yenə  suya sa­
lıb  içmək və ya boynundan asmaq),  ilan qabığı  (paltara tikmək), də­
və tükü171  (paltarın bir yerində gizlətmək),  duz,  soğan,  istiot,  sarım­
saq (bəzən  hətta təklikdə yox,  hərəsindən bir az qarışıq  şəkildə) pal­
tarların  astarına,  papağa  tikmək,  üskük  və  ispənd  yandırıb  onların 
tüstüsünü  “göz  dəyən”  insan  və  ya heyvanın  üstünə  üfürmək  (bura­
da  “ispənd”  sözü  Avestadakı  “müqəddəs”,  “pak”  mənalarında  olan 
“spenta”  (Spenta)172  sözü  ilə  eynilik  təşkil  edir),  dəmir parçası  (bu 
istər  küt,  istərsə  də  iti  bıçaq)  və  s.  ola  bilər.  Onu  uşağın,  xəstənin 
yaşdığı  altında  qoyurlar,173  “pis  gözü  olan  adamın  paltanndan  bir 
sap  və  ya  bir  tikə  (yandınb  “göz dəyənin”  üstündə  tüstülətmək)  və  s. 
kömək edə bilər.  Bu  tədbirlərlə,  guya  “Ziyankar və xəbis” qüvvələri 
kənara  qovmaq  olar.  Tatların  əqidəsindəki  “gözdəymə”  adətinin  də 
köklərini Avestada görmək olur ki, bu da həmin  əqidənin  islam dini 
ilə  heç  bir  əlaqəsi  olmadığına  sübutdur.  Avestada  “pis  gözün”  zi­
yankar qüvvəsi  devlərin düşmənçilik hərəkətləri  ilə bir sıraya qoyu­
lur  və  insanları  öz  bədənlərindən  “pis  nəzəri”qovmağa  çağırır.174 
Tatların  qeyri-adi  qüvvələrə  inam  və  bu  qüvvələrdən  xilas  olmaq 
üçün  görülən  tədbirləri  içərisində  cadugərlik  və  falçılıq  da  xüsusi 
yer tutur.  Bu və ya başqa ruhi xəstəliyə düçar olmuş  adamın  xəstəli­
yinin  səbəbini  başa  düşməyən  və  müalicə  üsulunu  bilməyən  xəstə 
sahibi  belə  hallarda  hələ  də  bəzən  kənddə  bu  və  ya  başqa bir ruhla 
“danışa  bilən”,  onunla “təmasda ola bilən”  şəxsə  müraciət edir,  on­
dan  kömək  diləyir.  Belə  şəxslərə  tatlar  “cingir”  (cin  tutan)  “falçı” 
deyirlər ki,  onlara  da kənddə  xüsusi  münasibət  vardır.  Belə  ki,  xəs­
təyə  baxan  cingir  onun  cinlər  tərəfindən  “əsir  alındığım”  və  onun 
bədənində  “cinlərin  yerləşdiyini”  söyləyir.  Bununçun  isə  “cinlü” -
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 4 9
yəni  bədənində  “cinlər  olan”  xəstəni  onlardan  “azad etmək”  lazım­
dır.  “Müalicə”  vasitəsi  kimi  sümük parçası,  bir piyalə  suya  salınmış 
sap; toyuq  (adətən qara rəngli)  tükü,  ayı dırnağı  və s. ola bilər. Falçı 
bunlardan  müxtəlif  şəkillərdə  istifadə  edərək  bəzi  sözlər  deməklə 
cəld  hərəkətlər  icra  edir,  suyu  xəstəyə  içirir,  toyuq  tükü  və  ya  ayı 
pəncəsini  yandırır,  onların  külünü  aparıb qəbiristanlıqda basdınr  və  s. 
Bununla  da  guya  cinləri  xəstənin  bədənindən  “çıxarmağa”  çalışır, 
xəstənin bədəninə bir-birinin ardınca çubuq vuraraq cinləri onun  bə­
dənindən  “qovur”.  Tat  falçısı  bu  işi  yerinə  yetirmək  üçün  xəstənin 
alnından başlayaraq ayaq dırnaqlarının ucuna qədər su çiləyir,  sonra 
ona çubuq  vuraraq  ən nəhayət  xəstənin  barmağının  ucunda  “dayan­
mış cini” bir qarğının, kuzənin  və s.  içinə “köçürür”, onu “əsir edir” . 
Tatlarda olan bu adətin arxaikliyini  sübut etmək üçün Avestada olan 
Nasu  adlı  iblisin  xəstə bədənindən qovulması qaydasına nəzər yetir­
mək  kifayətdir.  Avestada  da  iblis  Nasunun  bədənindən  qovulması 
üçün  xəstənin  alnından  tutmuş  dırnaqlarına  qədər  müqəddəs  sudan 
istifadə  olunur və  Nasu bədəndən  başqa yerə  “köçürülür” .  Bendida- 
dın  səkkizinci  və  doqquzuncu  hissələrinin  yazdığına görə  Nasu  adlı 
iblis  xəstənin  bədəninin 33  yerində  (alın,  çiyinlər,  sinə,  əllərinin  içi,
1 -1 C
yanlar,  dizlər,  ayaq  barmaqları  və  s.)  gizlənə  bilər. 
Tatlarda  cini 
bədəndən  çıxarmaq  üçün  ümumiyyətlə  təmiz  sayılan  iribuynuzlu 
mal-qara sidiyindən də su əvəzinə istfadə olunur ki,  bunun da eynini 
Avestada  tapmaq  mümkündür.  Bendidada  ümumiyyətlə  müqəddəs 
və  pak  olan  sudan  başqa  iblis  Nasunu  bədəndən  qovmaq  üçün  iri­
buynuzlu  mal-qara  sidiyindən  də  istifadə  olunduğu  da  göstərir176. 
Bu,  bir  daha  Avestadan  gələn  və  tatların  bu  gün  də  əqidəsincə  in­
sanları  dolandıran  və  təsərrüfata  lazım  olan  ev  heyvanlarına ehtiram 
əlamətidir ki, bu haqda sonra ətraflı izahat veriləcəkdir.
Tatların  fikrincə,  göydə  hər adamın  özünəməxsus  ulduzu  var. 
Bu  ulduz  onun  yerdəki  vücudunun  göydə  nümayəndəsidir.  Məhz 
ona  görə  də  tatlar  uçan  quyruqlu  ulduzu  gördükdə  “Allah  ona  rəh­
mət eləsin”  deyirlər.  Guya  bu  ulduzun  sahibi  öldü,  ulduzu  da  axıb 
yerə dəydi, parçalandı.


4 5 0
İKİNCİ KİTAB
Bir sıra tat kəndlərində xurafatın cin-əcinnə,  şeytan, iblis, dev- 
xortdan  kimi  surətlərinə  bərk  inanır,  uşaqlarını  onlarla  qorxudur, 
pirləri,  müqəddəs  yerləri,  demək  olar  ki,  müntəzəm  olaraq  ziyarət 
edirlər.
Tatların  fikrincə,  gecə yaşıl  ağacın  altında yatmaq çox  qorxu­
ludur,  belə  halda  adam  gecə  pis  yuxular  görər,  narahat  yatar,  guya 
həmin  adamı  qorxunc  qüvvələr  boğmağa  çalışacaq,  o,  gecə  səhərə 
qədər  bu  qüvvələrlə  vuruşacaq,  ağacın  altında  yatan  səhər  qan-tər 
içində oyanacaqdır.
Əsrlər boyu onların şəxsi təcrübələri  əsasında insanlarda əmə­
lə gəlmiş yaşıl  ağacdan  gecə qorxmaq  adətinin  yaranması çox  təbii­
dir.  Çünki  indi  botanika dərsini  oxuyan  hər bir məktəbli  də  bilir  ki, 
yaşıl  ağac gündüz karbonu  alıb  oksigeni  buraxdığı halda,  gecə  əksi­
nə  oksigenlə  nəfəs  alıb  karbonu  buraxır,  ona  görə  də  ağac  altında 
yatan  adam  narahat  olur,  nəfəsi  daralır,  səhər  yuxudan  oyandıqda 
ağzının  köpükləndiyini  görür.  Bu  nəfəs  aldığı  havada oksigenin ça­
tışmazlığından irəli gəlir.
Məhz əllamə  “mollanumaların”  əsrlər boyu  uydurduqları  “xa- 
rüqəladə” xurafı mövcudatlardan çəkinməyi təbliğ edən qorxu hissi­
dir ki,  tatlar gecə qaranlığında qəbiristanlıq və ya xarabalığın yanın­
dan  keçməz,  arxın  üstündən tullanmaz,  küçəyə  isti  su  və kül  atmaz­
lar.  Guya  gecə  vaxtı  yanında  dəmir,  bıçaq,  ülgüc,  balta  və  s.  olan 
adamın  hətta  qəbiristanlığın  yanından  da  keçməyə  qorxusu  yoxdur. 
Çünki  guya  onlann  əqidəsincə  əvvəldə  göstərdiyimiz  kimi,  cin  və 
şeytan dəmirdən bərk qorxurlar.
Tatlara  görə,  gecə  bu  evdən  qonşu  evə  od  aparmaq,  duz  və 
süd məshullan vermək qəti qadağandır.
Qadın  doğarkən  onun  əhvalı  xarablaşarsa,  tatların  fikrincə, 
buna  səbəb  qızılı  saçları  olan  “А Г,  ya  da  “Hal”  adlanan  mifik cin­
dir.  Tatlar belə fikirdədirlər ki,  Al  adlı  cin  yalnız qadın ciyəri  yeyir, 
özü  də  yalnız  doğan  qadınların  ciyərini.  Bütün  cinlərdən  ən  qorxu­
lusu  olan  Al  hər  yeri  gecə-gündüz  gəzir,  doğan  qadın  axtarır,  onun 
ciyərini  çıxarmağa  çalışır.  Al  bu  ciyərin  bir  hissəsini  yeyəndən 
sonra  qalanım  aparıb  çaya  və  ya  dənizə  atacaqdır.  Al  cinin  əlindən
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 5 1
doğan  qadını  xilas  etmək  üçün,  tatların  fikrincə,  ən  yaxşı  vasitə  bu 
cini  “görən”,  “onunla  vuruşub  ona  qalib  gələn”  qadın  və  ya  kişini 
doğmaqda  olan  qadının  yastığının  yanma  aparmaqdır.  Əgər  belə 
şəxs  tapılmasa,  onda nəsillərində  belə  bir adam  olmuş  bir kəsi  gəti­
rib  xəstənin  yastığı  yanında  oturdurlar.  Belə  adamları  tatlar  “udum- 
dar”  adlandırırlar.  Udumdarlar özləri  haqqında  belə rəvayətlər danı­
şırlar  ki,  o,  filan  vaxt bu qızılı  saçlı cini  görmüş,  onu  tutmuş,  saçla­
rından bir qədər yolmuş,  onun zinətli paltarından bir tikə qopartmış­
dır.  Tat kəndlərinin birində Əli  adlı  yaşlı  bir kişi  bu  sətirlərin müəl­
lifinə  Al  adlı  cin haqqında belə  dedi:  “Bir gün çöldən gəlirdim,  gör­
düm ki,  çılpaq bir qadına oxşayan bir şey göründü,  onun  uzun qızılı 
saçları var idi,  başına səbət qoymuşdu.  Bildim ki,  bu Aldır. Ona əmr 
etdim  ki,  yerində  dayan.  O  qaça  bilmədi.  Onun  saçlarını  kəsdim, 
barmağına  taxdığı  göy  muncuğu  əlindən  aldım.  Onun  başında  olan 
səbətin içində  bir qadının ciyəri  var  idi.  Onu yeməyə  və  ya çaya  at­
mağa  aparırdı.  Al  mənə  yalvardı  ki,  onu  öldürməyim.  Mən  də  ona 
əmr etdim  ki,  səni  bir şərt ilə  diri  buraxıram  ki,  səbətin  içindəki  ci­
yəri  aparıb  öz  sahibinin  sinəsinə qoyasan.  O,  söz  verdi,  and  içdi  ki, 
buna əməl edəcək. Mən də onu buraxdım”.
Hər halda tatların  əqidəsincə,  doğan qadının  başı  üstündə belə 
adamların  dayanması  son  dərəcə  zəruri  sayılır.  Lakin  əgər  Al  çox 
“həyasızlıq”  eləyərək  belə  adamlardan  da  qorxmasa,  yaxud  o  gəlib 
çıxana qədər  “öz işini” görsə;  o zaman  qadını  müalicəyə,  el  qaydası 
ilə  dava-dərmana  başlayırlar.  Müalicəyə  onlar  hay-küy  və  çığır-ba- 
ğırla başlayırlar.  Ala  əmr edərək müxtəlif göstərişlər verir,  bu  qadı­
nın ciyərini  yerinə qoyub çıxıb  getməsini  “əmr” edir,  “onu”  hədələ­
yirlər.  Haldan  düşərək  yuxuya  getmiş  qadını  oyatmaq  üçün  onun 
solğun  üzünə  bir-birinin  ardınca  bərk  şillələr  vurur,  göyərdirlər. 
Onun bədənini  çimdikləyir,  dərisinə  iynə  batırır,  onu gözünü  açma­
ğa,  oyanmağa  məcbur  etmək  istəyirlər.  Onun  üzünə,  bədəninə  kö­
mür sürtərək qaraldır,  bədənində qara xətlər,  dairələr çəkirlər,  yastı­
ğının üstünə qara parça atırlar. Tatlara görə, Al qara rəngdən qorxur. 
Yatmaq  istəyən  qadını  necə  olursa-olsun  yatmağa  qoymaq  olmaz. 
Çünki  doğan  qadın  yatdıqda  onun  ciyərini  çıxartmaq  asan  olur,  qı-


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə