Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə107/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   103   104   105   106   107   108   109   110   ...   131

444
İKİNCİ KİTAB
yaraq  yaşayır,  islam  dini  ilə bərabər  addımlayır,  hətta islam  dininin 
bir çox məişət qaydalarının özünə təsir edirdi.
Tatların məişətində qalan dini qalıqlarla tanış olduqda belə bir 
nəticəyə  gəlmək  olur  ki,  genetik  cəhətdən  islamiyyətə  qədərki  adət 
və  ənənələrə  aid  olan  dini  adətlər  bu  etnik  qrupun  məişətində  orto­
doksal  islam  dininin  özündən  gələn  adətlərə  nisbətən  daha davamlı 
və  dözümlüdür,  dəyişməyə  daha  çox  müqavimət  göstərirlər.  İslam 
dininin  tələbi  ilə  yaranmış  rəsmi  qaydalar:  yəni  Allaha,  Peyğəmbə­
rə, onun imamlarına inam, namaz qılmaq, oruc tutmaq, dini bayram­
ları  qeyd  etmək,  qurban  bayramında  qurban  kəsmək  və  islam  dini­
nin tələb etdiyi başqa vacib adətləri  icra etmək kimi məcburi qayda­
lar  artıq  tatlar  içərisində  getdikcə  daha  təmtəraqla  qeyd  olunmur. 
Belə  ki,  cavan  və  orta  nəsil  bunlardan  çox  vaxt  uzaqdır,  hətta bəzi 
qocalar  da  bu  yaxın  vaxtlara qədər islam  dininin bu  tələblərinə ria­
yət  etməyi  zəruri  hesab  etmirdi.  Lakin  ailədə  qalan,  ilk  nəzərdə 
kiçik  və  əhəmiyyətsiz  görünən  bir  sıra  adət  və  ənənələr  vardır  ki, 
bunlar islamiyyətdən  qabaqkı dövrlərə,  yəni  primitiv adət və ənənə­
lər  dövrünə  aid olub,  islam dini  ilə heç  bir əlaqəsi olmasa da,  tatla­
rın məişətində ciddi kök salmışdır. Q.P.Snesaryev haqlı olaraq yazır 
ki, islam dini hər bir müsəlmanın həyatını  özü istədiyi kimi idarə et­
mək qabiliyyətinə  malik  olsa da,  məişətə  daxil  olmaqda onun  təsiri 
hərtərəfli deyildi.162
Məhz elə  buna  görə  də  təsadüfi  deyil  ki,  tatların  adət  və  ənə­
nələrində  “cin”,  “pəri”,  “dev”,  “əjdaha”,  “hal”  kimi  fövqəltəbii  var­
lıqlar özünü göstərir ki, bunlar islam dinindəki “şeytan”, “mələk” və s.- 
dən köklü surətdə fərqlənir.
Tatlann  əqidəsincə,  cinlər  insana  düşməndirlər,  onu  pis  yola 
dəvət  edir,  yolundan  azdırır,  ona  ziyan  yetirirlər.  Cinlərin  daimi 
məskəni  xaraba  evlər,  qəbiristanlıq,  dağılmış  məscidlər,  qurumuş 
arxlar və quyulann içi və s.-dir.  Onlar xüsusilə peyinlikdə, mal  təzə­
yinin  üstündə  “daha çox  yığışırlar”.  Tatlann  söylədiyinə  görə,  hətta 
“filan qız,  ona görə  xəstələnmişdir ki,  xarabalıqda cinlərin toplaşdı­
ğı  yerdə olmuş,  onların  ayağını basdaladığı üçün cinlər onun  üstünə 
tökülmüş,  ona  əziyyət  verərək  şikəst  etmişlər”.  Onlann  əqidəsincə,
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
445
kömürün,  közün  və  gülün  üstünə  də  suyu  ona  görə  tökmək  olmaz 
ki,  bu  şeylər  cinlərin  toplaşdığı  yerdir  və  onlann  üstünə  su  tökən 
adama ziyan  yetirə bilərlər.  Tatların  fikrincə, hətta cinlərin toyunda, 
şadlığında  “iştirak  edən”  adamlar  olmuşlar.  Cinlər  onun  ətrafında 
rəqs etmiş, çalıb-oxumuş,  onu əyləndirmiş,  sonra isə onu şikəst edə­
rək “çıxıb getmişlər” .
Tatlann  əqidəsincə,  daha  başqa  bir  fövqəltəbii  varlıq  olan 
pərilər  insanlann  onlara münasibətindən  asılı  olaraq  həm  xeyirxah, 
həm  də  ziyankar ola bilərlər.  Tatlann  əqidəsincə  xüsusilə  suda,  bu- 
laqlann və çayların,  duru  sulu göllərin  içərisində yaşayan pərilər in­
sanlara  yaxşılıq  etməyə  çalışır,  onlara  hədiyyələr  verir,  hətta  xoşu 
gələn oğlana suyun içindən çıxan kiçik qəşəng ağ at bağışlayırlar.
Bu  qüvvələr  sırasına  daxil  olan  başqa  bir  varlıq  “heybətli  və 
qüdrətli”  devlərdilər.  Devlərin  yaşadığı  yerlər əsasən  dağlar və  ma­
ğaralardır.163 Tatlann  inam  adətlərində olan dev qədim İran mifolo­
giyasında sonralar “Şahnamə”də qəddar və zülmkar əsatiri  İran pad­
şahı  Zöhhaka  çevrilmiş  Avestadakı  əjdaha  (Ajidaxaka,  əjdər- 
ha)164surətindən  ciddi  fərqlənir.  Adətən  çox  da  boyca  böyük  olma­
yan uzun qollu bu  tüklü  varlıq  tatlann  əqidəsincə  hətta insanlara da 
işləyə bilər. Belə ki, bir neçə kənddə danışıldığı kimi, həmin dev də­
mir şeylərdən  qorxduğu  üçün,  onun  bədəninə  bir sancaq  və  ya iynə 
keçirməklə  onu  insana  işləməyə,  məsələn,  ev  tikməyə,  daş  daşıma­
ğa,  odun  və  s.  gətirməyə məcbur etmək olar.  Qoca tatlann dediyinə 
görə,  hətta  onlardan  bəziləri  devin  belinə  minmiş,  onu  işlətmişlər. 
Nəql  edirlər  ki,  hətta  filan  adam  “tövlədə  atın  hər  gecə  tərlədiyini 
görür, elə bil ki,  bu at uzaq yoldan gəlmişdir, o yorulmuşdur və töv­
şüyür,  burun  pərləri  geniş  açılmış,  qarnının  altı  köpüklənmişdir. 
Deməli,  atı  kimsə  gecələr  minib  sürür.  At  sahibi  bu  sirrin  səbəbini 
açmağa çalışır.  O,  atın  belinə  qır  sürtür.  Səhər tövləyə  gələndə  atın 
belində tüklü və heybətli bir məxluq görür ki,  bu da dev imiş.  Onun 
bədəninə bir iynə  keçirməklə onu özünə işlədir, bütün qış üçün devi 
meşədən  odun  ehtiyatı  gətirməyə  məcbur  edir”.  Tatlann  fikrincə, 
sancaq və ya iynəni  devin yaxasından açan kimi  o, daha insana tabe 
olmur,  qaçıb  gedir.  Deyilənlərə  görə,  uzun  müddət  bir  nəfərə  işlə­


446
İKİNCİ  KİTAB
yən  dev  “əsirliyində  olduğu  adama”  yenə  də  odun  aparmaq  üçün 
meşəyə gəlidikdə orada bir kiçik qız  uşağı  görür.  Qız  ondan  qorxub 
qaçmaq istədikdə dev ona deyir:  “Sən məndən qorxma,  əgər yaxam- 
dakı  sancağı  açsan  sənə  iki  dənə  qırmızı  alma  verəcəyəm” .  Devin 
sözünə  inanan  qız  onun  yaxasındakı  sancağı  açır.  Artıq  dəmirin 
(sancağın)  “tilsimliyindən”  azad  olan  dev  qızın  alma  kimi  qırmızı 
yanaqlarını qoparıb özünə uzadır.
Maraqlıdır ki,  islam dininə məxsus olan şeytan -  yəni  Allahın 
antoqonist surəti  tatların inamında heç  də mühüm yer tutmur.  Ümu­
miyyətlə  isə,  bu  söz  altında həmin cinlər və devlər təsəvvür  olunur. 
Əgər  islam  dinində  qara  qüvvələrin  başında  duran  (şeytanı)  insan 
özünə tabe edə bilsə, o zaman Allahın bu  antoqonisti insana kömək 
edər,  insan  hara  əmr  etsə  onu  aparar,  onun  tapşırığını  yerinə  yeti­
rər.165  Məhz bu  nöqteyi-nəzərdən Avestada Əhrimənə münasibət də 
maraqlıdır.  Məhz qədim İran mifologiyasına işarə edən Əbu Reyhan 
Biruni  özünün  məşhur  “Keçmiş  nəsillərin  abidələri”  əsərində  qara 
qüvvələrin  başçısı  Əhriməni  insanın  ram  etməsindən  bəhs  edərək 
yazır:  “Kəyumərs Əhrimənə qalib  gəldi  və onun belinə  mindi,  onun 
belində bütün dünyanı dolaşmağa başladı...” 166
Beləliklə,  islam dinində təsvir olunan belinə adam minmiş bə­
zəkli  şeytan heç  də təsadüfi  yaranmışdır.  Bu qədim İran mifologiya­
sı  ənənələrinə  tamamilə  uyğun  gələn  bir  faktdır.  Pişdadilərin  ilk 
padşahlarından  olan  Tehma  (Təhmürəs)  qəhrəmancasına  Əhriməni 
yəhəri əyərək onun  belinə  minir  və  gəzməyə  çıxır.167  Buna  biz  son- 
ralar eynilə “Şahnamə”də rast gəlirik. Davada Əhrimənə qalib gələn 
qəhrəman  onun  belinə  sıçrayıb  at kimi  çapdı.  Sonra  da  o,  dəfələrlə 
onun  belinə  minərək  ölkədən  ölkəyə  keçirdi”.168  Bütün  bu  faktları 
nəzərə  aldıqda  tatların  inamında  qara  qüvvələr  başçısının  islamiy- 
yətdəki  şeytan deyil, qədim İran  mifologiyasının dəyişilməz surətlə­
ri olan devlər olduğu bir daha aydınlaşır. İnsanlara ziyankarlıq törə­
dən devin yaxasına iynə  (sancaq) sancmaqla insanın onu özünə işlə­
məyə  məcbur  etməsini  də  nəzərə  alsaq  tatların  inamındakı  devlə 
Əhrimən  pandemoniumu  arasında  son  dərəcə  böyük  yaxınlıq  yara­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
447
nır ki,  bu da ruhu  və məzmununun qədimliyi  ilə diqqəti cəlb etməyə 
bilmir.
Məhz  bu  baxımdan  tatların  bəzi  əqidə,  inam  və  adətləri  də 
diqqəti cəlb edir. Tatların fikrincə,  adamlar içərisində son dərəcə pis 
nəzəri  olanlar  vardır ki,  bunlar  “hər  şeyi  gözə  gətirər,  hətta  daşa  da 
“yaxşı”  desə onu çatladıb torpağa döndərə bilər”.  Adətən hər kəndin 
özünəməxsus  “pis  gözə  malik”  adamı  var.  Tatlar çox  vaxt yaxşı  ta­
nımadıqları  adama öz  uşaqlarını,  yorğa atını,  çox  süd verən  inəyini, 
an  pətəyini  və  s.  göstərməkdən  çəkinir,  ehtiyat  edirlər.  Uşaqlan  öl­
müş  qadınlann  bu  cür  adı  çıxmış  adamlan  görməyə  gözü  yoxdur, 
onlara nifrət edir, onlardan üz çevirirlər.  Belə “pis nəzərə” məruz qal­
mış heyvanın,  uşağın  “nəzərini  almaq  lazımdır”  onlar uşağın  boyuna 
ip  ölçür,  “müqəddəs  kitaba”  baxır,  orada  göstərildiyi  kimi,  məsələn, 
ipi dua oxuya-oxuya bir kasa suya salır,  apanb  qəbiristanlıqda basdı- 
nr, uşağa və ya heyvana “göz duası’ yazdınb boynundan asırlar.
Qadınlar uşağını  bir toydan  və  ya məclisdən  gətirəndən  sonra 
içəri  girən  kimi  bir ovuc  duz  götürür,  uşağın başına üç  dəfə çevirir, 
“pis  nəzəri  görüm  odda  yansın”  deyərək  duzu  oda  atır.  Yanan  duz 
çırtıldasa  (məlumdur  ki,  duz  yandıqca  mütləq  çırtıldamalıdır)  ana 
təskinlik  tapır,  bəd  gözün  partlayaraq  yandığını  güman  edir,  rahat 
olur.  Belə  məqsədlərdən  ötrü  uşaqların  və  heyvanların  boynundan 
göy muncuq, kaftar teli  (qoca canavar tükü) və  s.  asarlar.  Yaxşı bos­
tan  yetişdirmiş  tat  göz  dəyməsin  deyə  çəpərin  ağaclarından  birinə 
köhnə kəllə sümüyü  taxır,  təzə ev tikdiribsə evin girəcəyindən  tikan­
lı üzərlik asır. Bütün bunlar gözdəymənin qarşısım almaq üçündür.
Yuxarıdakı  faktlardan  göründüyü  kimi,  tatların  əqidəsində 
“gözdəymə”,  “gözə  aparmaq”  inamı  güclü yer tutur. Primitiv inama 
aid olan  “gözdəymə”  haqqındakı  təsəvvür” 169 keçmişdə  bütün  xalq­
lara  aid olan  bu  inam  həm  də  məişətdə  xüsusilə  möhkəm  qalır.  Bu 
inam  müxtəlif din  formalarına  xidmət  edərək bizim  bu  günlərə  qə­
dər özünü qoruya bilmişdir.  Bu inam hətta dini adət və mərasimlərə 
laqeyd  yanaşan,  tamamilə  dinsiz  olan  adamlarda  belə  yalnız  şüurlu 
şəkildə adət üzrə “gözdəyməyə”, deməli,  “pis gözə” inanır,170 həmin 
inama  aid  olan  mərasimi  yerinə  yetirirlər.  Əlbəttə,  tatların  fikrincə,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə