Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə105/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   101   102   103   104   105   106   107   108   ...   131

436
İKİNCİ KİTAB
mək  olar  ki,  uzun  ağ  köynəklərini  rəngli  qotazları  olan  tumanba- 
ğısınm  üstündən  bayıra  salladıb  bir köynəklə  işlədiyi  halda  başında 
motal  papaq  vardır.  Həm də onlar bu papağın  altından  qabaqdan  ar­
xaya qatlayaraq  düyünlənmiş  dəsmal  bağlayır,  üstündən  də  yun  pa­
pağı  örtürlər.  Papağın  altındakı  dəsmal  tərləyib  islandıqca onun  su­
yunu  sıxır,  azca  qurudub  yenə  də  başlarına  örtürlər.  Tat  kişilərinin 
yemək  yeyəndə  də  mütləq  başlan  örtülü  olmalıdır.  Əgər  papaq  ol­
mazsa  dəsmal  bağlamalıdır.  Kişilər  yatarkən  də  başlanna  papaq 
qoyurlar.  Bu  adətən  yun  parça  və  ya  sadəcə  keçədən  toxunulmuş 
gecə  papağıdır  ki,  buna  bəzi  yerlərdə  «təsək»,  bəzi  kəndlərdə  isə 
«şö  papaği»  (gecə  papağı)  deyirlər.  Hər  halda,  tatlann  əqidəsinə 
görə,  başı  açıq  saxlamaq  günahdır,  necə  ki,  yemək  üstündə 
danışmaq  da  günah  sayılır.  Əlbəttə,  qadınlar da  hər  iki  göstərdiyim 
halda tələb olunan  şərtlərə,  heç şübhəsiz, riayət etməlidirlər.
Qadınların  paltannı  üst-üstə  bir  neçə  qat  geyinilmiş,  ətəkləri 
ayaqlannm  üstünü  örtən,  sinəsi,  ətəyi,  qollannm  dövrəsi  gümüş  və 
qızıl  pullarla  düzülmüş  rəngbərəng  paltar  təşkil  edir.  Onların 
paltarlarının  qolu  mütləq  əl  barmaqlarının  üstünü  örtməlidir. 
Qadınlar  başlanna  iki  və  üç  baş  örtüyü  bağlayır,  onlan,  özləri 
demişkən, çarqat (dörd qat) bağlayıb arxaya atmalıdırlar.
Alın  bərk bağlanmalıdır.  Qadınlar uzun corablar geyinməzlər. 
Onlar  altdan  iki-üç  qat  uzun  tuman  geyinib,  ayaqlanna  boğazı  iplə 
bağlanan  rəngli  toxunma  corab  geyinərlər.  Qaloş  və  gen  ayaqqabı 
çıxana qədər tat qadınlan kustar şəkildə hazırlanan  dabbaqlı  göndən 
tikilmiş  bumu  yuxanya  tərəf  qalxaraq  geriyə  əyilən  məst 
geyinərdilər.
Əlbəttə,  qeyd  etməliyik  ki,  bu  göstərdiyimiz  paltar  təsviri 
uzaq  tat  kəndlərində  yaşayan  əhaliyə,  həm  də  əsasən  orta  və  yaşlı 
tıəslə aiddir.
İndi  tat  cavanlarının  heç  biri  pambıqdan  sınqlı  şalvar  geyin­
mir,  ayağına  çarıq  taxmır.  İndi  hətta  qoca  kişilərin  çoxu  da  uzun­
boğaz  çəkmə,  ayaqqabı  geyinir,  kostyumda  gəzirlər.  Müasir  nazik 
ipək,  modalı paltarlarda, hündürdaban ayaqqabıda gəzən tat qadınla­
rının  geyimini  indi  onların  ana  və  nəvələrinin  geyimi  ilə  müqayisə
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
437
etmək son  dərəcə gülməli  olardı.  Lakin qeyd etməliyik ki,  hətta özü 
savadlı  olan  və  ya  savadlı  ailədən  çıxan  qadın  və  qızlar  belə  öz 
evində  başı  açıq  gəzməsinə  baxmayaraq  kənd  içərisinə  çıxdıqda, 
qonşuya və bir məclisə  getdikdə ən azı kiçik bir nazik baş örtüyü  ilə 
başını bağlamalı,  ayağına uzun və ya qısa corab geyinməlidirlər.
Tat  geyimlərini  tədqiq  etmək,  onlarda  inikas  olunmuş  milli 
etnik  xüsusiyyətlərin  inkişaf  mərhələlərini  təhlil  edərək  aydınlaş­
dırmaq  ən  azı  Azərbaycanın  etnoqrafik  atlasını  yaratmaq üçün  əhə­
miyyətlidir.  Belə  atlasların  isə  nəinki  təkcə  etnoqraflar,  həm  də  ar­
xeoloq,  tarixçi,  incəsənət xadimləri  və  s.  elm  sahələrində çalışanlar, 
hətta  sənaye  işçiləri  və  ticarət  mallarının  istehsalı  ilə  məşğul  olan 
mütəxəssislər  üçün  də  zəruriyyəti  şübhəsizdir.  Çünki  bu  etnoqrafik 
atlas  tarixçi  və  arxeoloq  əldə  etdiyi  tarixi  faktın  bəzi  elementlərini 
bu  və  ya  başqa  bir  müasir  etnik  qrupun  paltarlarında  (həm  də 
əksinə)  taparaq  ümumiləşdirici  nəticələr  çıxara  bildiyi  kimi,  ticarət 
də, yüngül  sənaye işçiləri də etnik qrupların milli  formalarından özü 
də tarixin uzun müddətli sınaqlarından çıxmış milli bəzək, ornament 
və naxışlarından müasir geyim  istehsalında istifadə edər153,  bununla 
da  bu  və  ya  başqa  malın  daha  tez  satılmasına  imkan  yaradar, 
əhalinin tələbini ödəməyə müəyyən dərəcədə müvəffəq olarlar.
Maddi  mədəniyyətin  hər hansı  bir sahəsindən  ən çox  milli  et­
nik  spesifika  geyimlərdə  öz  əksini  tapır.  Bu  məsələyə  də  tarixilik 
nöqteyi-nəzərindən  yanaşaraq onu düzgün  elmi  təhlil  etdikdə  bu  və 
ya  başqa  etnik  qrupun  maddi  mədəniyyətinin  yüksəliş  və  tərəqqi 
mərhələlərini müəyyən etmək olar.
Sovet  dövründə  əmələ  gəlmiş  milli  mədəniyyətlərin,  o  cüm­
lədən geyimin  ümumiləşməsi  və  bununla da ümumi  sovet mədəniy­
yətinin  yaranması  halı  istisna  olarsa,  tatlar  bu  dövrə  qədər  öz  milli 
paltarlarından,  adətən  kustar  halında özü  üçün  (daha  sonra  isə  satış 
üçün) hazırladığı  geyim  formalarından  istifadə edirdilər.  Bu geyim­
lərdə tatlar özlərinə məxsus  spesifik xəttini,  stilini,  əsrlər boyu yara­
nıb təkmilləşmiş milli etnik ruhu hifz edib qoruya bilmişdilər.
Tatlann  geyimini  cinsə,  yaşa  görə  öyrənməli,  çoxlu  faktik 
material  toplamalı,  özü  də  bunlan  tatlann  yaşadığı,  bu  geyimlərin


4 3 8
İKİNCİ  KİTAB
hələ  də  istifadə  olunduğu  və  ya  əhali  tərəfindən  qədim  yadigarlar 
kimi  sandıqlarda  saxlanılan  yerlərdə  toplamaq  vacibdir.  Orijinallı­
ğım  hələ də hifz edən  geyimləri  tezliklə öyrənməyin əhəmiyyəti mə­
lumdur.  Qafqaz  xalqlarının  geyimi  ilə  məşğul  olan  E.A.Studenets- 
kayanın  haqlı  olaraq  qeyd  etdiyi  kimi,  yadda  saxlamaq  lazımdır  ki, 
biz nə qədər bu işlə məşğul olmağı gecikdirsək, bir o qədər də bizim 
imkanlarımız  azalacaqdır.154  Tatların  geyimi  ilə  məşğul  olarkən  bu 
mühüm  məsələyə  fikir  vermək  lazımdır.  Bu  və  ya  başqa  paltarın 
başqa etnoslardan keçdiyinin və ya həmin etnik daxilində yarandığı­
nı  müəyyənləşdirmək  üçün  bilmək  lazımdır  ki,  həmin  paltarı  tatlar 
öz mərasimlərində, məsələn,  toyda,  yasda,  ərə getdikdə, evləndikdə, 
nikahda,  cavan  ölən  adamın  pal tarlan  üstündə  ağlaşanda  və  s.  gör­
mək  olurmu?  Çünki  belə  hallarda  məlumdur  ki,  seçmə,  götürmə, 
kənardan  gəlmə  paltar  formalanm  adətən  adamlar  öz  milli,  məhz 
özünəməxsus arxaik adətlərini,  bayramlanm  keçirdikdə geyinmir və 
ya ondan istifadə etmirlər.
Belə  olduqda məlumdur ki, bu geyim  vasitəsi  yalnız həmin et­
nik  dairədə  əmələ  gəlmişdir.  Bu  məsələdə geyimin  etimoloji  məna­
sı, onda işlədilmiş  naxışların  adı və s.-yə də  diqqət vermək vacibdir. 
Tatların geyimini  tədqiq etməklə məşğul olduqda əsasən yaşlı nəslin 
paltarlan  ilə  maraqlanmaq  lazımdır.  Çünki naxışlar,  xətlər,  astar,  ti­
kiş,  içəriyə  və  bayıra  qatlamalar  və  s.  kimi  spesifik  etnik  xüsusiy­
yətlər  yaşlı  nəslin  geyimində  daha  çox  mühafizə  olunmuşdur.  Tat 
cavanlarının  geyimi  isə  tez-tez  əmələ  gələn,  yeni  yaranan  müasir 
geyimlərlə  uyğunlaşır,  öz  etnik  xüsusiyyətini  əks  etdirmir.  Tatların 
hansı  rəngləri  (həm  kişi,  həm  qadın,  xüsusilə  sonuncuda)  daha çox 
meyil  göstərdiklərini  də etnoqrafik  geyim  tədqiqatı  zamanı  nəzərdə 
tutmaq  lazımdır.  Məsələn,  şəhərlərdə  və  rayon  mərkəzlərində  yaşa­
yan  tat qızları  müasir moda ilə  əlaqədər olaraq,  müasir geyim tələb­
lərilə  ayaqlaşaraq  müxtəlif  rənglərdə  yubka,  kofta  geyinir,  başına 
cürbəcür  rəngli  və  ya  bütöv  rəngli  müxtəlif baş  yaylıqları  örtürlər. 
Bu  qızlar  üçün  qara  yubka  ilə  qırmızı  (və  ya  başqa  rəngli)  kofta, 
qara  corab,  qara  ayaqqabı,  qara  yubka  və  qara  kofta  geyinməsi, 
başına  qara  rəngli  baş  örtüyü  bağlaması  heç  də  təəccüblü  deyildir.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 3 9
Lakin  tat kəndlərində  başında qara örtüyü  və  ya yaylığı  olan,  yaxud 
qara corab  və qara yubka  geyinmiş qıza  və ya qadına bir toy məcli­
sində  və  ya  sadəcə  bir  şənlik  qonaqlığında,  kənd  bayramında  rast 
gəlmək olmaz.  Belə halda onu tanıyan  və  ya hec tanımayan  adamlar 
ona  yaxınlaşaraq  başsağlığı  verəcək,  ona  üz  verən  kədərə  şərik  ol­
duqlarını  bildirəcəkdir.  Qara  geyim  yalnız  matəm  və  ya  yas  əla­
mətidir.
Bəzən  tat  paltarlarının  adı  özü-özlüyündə  bu  geyimin  tatların 
milli  geyimi  deyil,  başqa-başqa  xalqlardan  götürüldüyünü  göstərir. 
Çünki  təsərrüfat  və  məişətdə  istifadə  olunmaq  üçün  başqa  etnik 
qrup  və  xalqlardan  bu  və  ya  başqa  bir  əşyanı,  vasitəni,  aləti  qəbul 
etdikdə  bu  əşya  ilə  onu  ifadə  edən  ad  da  həmin  xalqın  leksikasma 
daxil  olur.  Bu əşyanın “təzə sahibi”  heç də onun adını  dəyişməyi  la­
zım bilmir, çünki buna ehtiyac  da yoxdur (məsələn,  samovar, aftafa, 
televizor  və  s.  kimi).  Geyimlərdə  də  bu  belədir.  Məsələn,  köynəyin 
üstündən  geyinilən  kaftan  şəkilli,  dar,  bədənə  yapışan  gödəkçəyə 
tatlar  “ərxəluq”  deyirlər  ki,  bu  da  eynilə  Azərbaycan  dilindəki  “ar­
xa”,  “bel”  ismi  ilə  “lıq”  sözdüzəldici  şəkilçisinin  birləşməsindən 
əmələ  gəlmişdir.  Özü  də  “bel  üçün”,  “beli,  arxanı  örtən”  və  s.  de­
məkdir.  Deməli, tatlar heç şübhə yoxdur ki, bu geyimi  azərbaycanlı­
lardan  götürmüşlər.  Lakin  gümüş,  qızıl  və  s.  qiymətli  metallardan 
hazırlanmış  və  tat  kişilərinin bellərinə  bağladıqları,  onun  bir həlqə­
sindən xəncər və ya bıçaq asdıqları “kəmər” adlanan bel qayışı azər­
baycanlılara tatlardan  keçmişdir.  Çünki  “kəmər”  sözü eynilə tat  (və 
bir çox İran dillərində)  dilində  “bel” deməkdir: beli  bağlayan  vasitə. 
Araqçın kimi. Tat sözü ərəq -  tər, çin isə -  vəçiıən  (yığan) məsdəri- 
nin kökü:  yəni “tər yığan”.
Bəzən  elə  geyim  terminlərinə  də  təsadüf  olunur  ki,  sözün 
mənşəyini  tapmaq çətindir.  Başqa xalqların etnoqrafiyası  ilə məşğul 
olan mütəxəssislər belə faktlarla üzləşmişlər ki,  bu və  ya başqa xalq 
və  ya  etnik  qrup  geyim  formasının  özünü  deyil,  təkcə  onun  adının 
qəbul  etmiş,  öz  milli  geyimini  keçmə  sözlə  adlandırmışlar.155 Məhz 
bu nöqteyi-nəzərdən  yanaşdıqda tatların paltar üstündən geyindiklə­
ri uzun qolları,  uzun  və  geniş  ətəyi  olan “çuxa”  sözünü Azərbaycan


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə