Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə102/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   98   99   100   101   102   103   104   105   ...   131

424
İKİNCİ  KİTAB
dəyişiklikləri  xeyrinə  həlledici  təsir  göstərən  vasitələrdən  olan 
uşaq  körpə  evləri  və  bağçaları,  internatlar,  ümumi  yeməkxanalar, 
ictimai-iaşə və m əişət ocaqları,  kənd kitabxanaları və s.-nin də rolu 
az deyildir.
Tat  kəndlərində  günü-gündən  bu  mədəni-məişət  ocaqlarının 
sayı  daha da artır.  Bununla  qadınlara  işləmək üçün  yaradılan şərait 
onlara  ailədə  hörmət  və  ehtiramm  artmasına  səbəb  olmuşdur.  Tat 
qadmı  indi  ailəyə  kişi  ilə  bərabər (hətta bəzən  çox)  qazanc  gətirir, 
əm ək  günü  alır.  Bunu  nəinki  təkcə  qadın  haqqında,  həm   də  tat 
qızları  və  cavanları  haqqında  da  demək  olar.  Tat  ailəsinin  əmək 
qabiliyyətinə  malik  bütün  üzvlərinin  təsərrüfatda  çalışması  tat 
ailəsinin  mahiyyətini  dəyişmişdir.  Çünki  ailədə  işləyənlərin  hamı­
sının rəyi və  əqidəsi  ailə  ilə  əlaqədar bu və  ya başqa m əsələdə  ata 
tərəfindən nəzərə almır.  Ata  indi  ailənin ümumi  xərclərini  və  ehti­
yacını  təkbaşına  həll  etmir.  O,  hamının  fikrini  bu  barədə  soruşur, 
planlaşdırır,  verilən  təkliflərə  qulaq  asır,  ümumi  ailə  rəyi  ilə 
hesablaşır.  Müasir tat ailəsində ata indi demək olar ki,  ailədə yalnız 
ailənin  ümumi  xərclərinin  təkcə  xəzinədarı  rolunu  oynayır.  O, 
ailənin  ümumi  büdcəsini  ailə  üzvləri  ilə  razılaşmadan  bu  və  ya 
başqa  məqsədə  sərf edə  bilməz.  O,  bu  əməlinə  görə  ailə  üzvləri 
qarşısında  cavab  verməlidir.  Çünki  burada  onların  hamısının  (işlə­
yən ailə üzvlərinin) payı vardır.  Bu tat  ailəsinin yeni və ən  mühüm 
təsərrüfat və hüquqi keyfiyyətidir.  Tat ailəsində kişi ilə qadın, yaşlı 
nəsil ilə  cavan nəsil, valideynlər ilə övladlar arasında yeni qarşılıqlı 
münasibətlər əm ələ  gəlmişdir.  Tat cavanları orta  və  ali  məktəblər­
də,  texnikumlarda  təhsil  alır,  ixtisas  sahibi  olurlar ki,  bu  da  onların 
hörmətini ailədə daha da artırır, onlarda yeni keyfiyyətli münasibət 
əm ələ gəlir.  Tat ailəsinin pul büdcəsində mədəni xərclərə getdikcə 
daha  çox  yer  verilir  və  büdcənin  bu  qolu  getdikcə  artır.  Büdcənin 
bu  qolunu  ailəyə  kitablar  alınması,  qəzet  və  jurnallara  abunə  ol­
maq,  kino  və  teatrlara  getmək,  radio  qəbuledicilər  və  televizor, 
həm  də  ev  əməyini  yüngülləşdirən mexaniki vasitələr:  paltaryuyan 
maşın,  tozsoran,  ütü və  s.  almaq kimi  xərclər təşkil  edir.  Ailə  məi­
şətinin  yeni  tələbləri  ilə  əlaqədar  olaraq  tat  ailələri  yaşayış  ev­
lərinin  sahəsini  genişlədir,  çox  otaqlı evlərə  köçürlər ki,  bu  da ailə
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
425
daxilindəki  münasibətlərə  yeni  keyfiyyətli  təsir  edir,  ailə  üzvləri­
nin şəxsi azadlığını artırır, müstəqilliyini yaradır,  onların öz arzu və 
meyilləri ilə yaşamasına imkan verir.
Keçmişdə  tatlar arasında  olduqca  az  və  ya  heç  təsadüf olun­
mayan qeyri-tat m üxtəlif etnik qruplarla  qarşılıqlı evlənmənin rədd 
olunması  tat  ailəsinin  arxaikliyini  qoruyub  saxlamaqda  mühüm 
amillərdən  olsa  da,  bu  hal  tatlara  hər  şeydən  əvvəl  qarşılıqlı  və 
qarışıq  milli  mədəniyyətini  yaratmağa  və  artırmağa  imkan 
vermirdi.  Qapalı evlənmə  isə (tayfa üzvlərinin ancaq tayfadaxili və 
qohumluq  evlənmələri)  təbiidir  ki,  nəsli  cılızlaşdmr,  fiziki  və 
mədəni  inkişafi  məhdudlaşdırır,  durğunlaşdınrdı.  Azərbaycanda 
inqilabın  ilk  illərindən  tatlar  üçün  də  qarışıq  evlənməyə  əməli, 
ictimai  şərait  yarandı.  Qarışıq  nikahdan  əmələ  gələn  uşaqlar  qan 
qarışıqlığı  cəhətdən  yeni  keyfiyyət  alır,  fiziki  inkişaf  nöqteyi- 
nəzərindən  təzələşir,  qarışıq  nikah  həmçinin  etnik  təəssübkeşliyi, 
adət və ənənə arxaikliyini aradan qaldırır, etnik qrupların qaynayıb- 
qanşmasına  və  bir-birinin  adət  və  məişət  ənənələrinə  qarşılıqlı 
hörmətlə  yanaşmağa  səbəb  olur.  İnqilaba  qədər  tatlar  içərisində 
qarışıq  nikah  hallarına  yalnız  bu  etnik  qrupun  yuxarı  təbəqələrini 
təşkil  edən  qruplar arasında  təsadüf olunurdu.  Belə  ki,  tatlar  içəri­
sində  yüksək  ictimai  mövqeyi  olan  bir  şəxs  öz  siyasi  mövqeyini 
möhkəmləndirmək,  iqtisadi  imkanlarını  genişləndirmək  üçün  qon­
şuluqda  yaşayan,  yaxud  başqa  şəhər  və  vilayətdə  nisbətən  möh­
kəm  mövqe  tutan  azərbaycanlı  ailəsi  və  ya  onun  dairəsinə  daxil 
olan şəxslərlə qohum olmağı üstün tuturdu.  Bu qarışıq nikahlar hər 
iki  tərəfin  iqtisadi,  siyasi,  ictimai  mövqeyini  möhkəmləndirməyə 
xidmət  edirdi.  Beləliklə,  bu  qarışıq  nikahlar  sırf karyeristik,  yaxud 
məqsədli evlənm ələr idi.
Tatların  aşağı  təbəqəsini:  kəndli  sinfini,  sənətkarları,  kustar 
istehsalçılarını  təşkil  edən  qruplar  içərisində  başqa  dildə  danışan, 
özgə  etnik  qrupa  daxil  olub  yaxın  ictimai  və  iqtisadi  vəziyyəti, 
həyat tərzi olan kəndlərin özünə uyğun olan şəxsləri ilə qohumluq- 
qarışıq  nikahlar,  qız  verib  almaq  isə  heç  də  məqsədli  evlənmə 
deyildi.  Çünki bunlar,  demək olar ki,  hər cəhətdən  iqtisadi  və icti­
mai  mövqe  nöqteyi-nəzərindən  eyni  vəziyyətdə  idilər.  Bu  m əsələ­


426
İKİNCİ KİTAB
də ciddi  fərq olan tərəflər isə aşağı təbəqə ilə yuxarı təbəqə nüma­
yəndələri belə  qarışıq evlənmələrə razı  olmurdular.  Daha doğrusu, 
yuxarı  sinfin  nümayəndəsi  bunu  özü  üçün  təhqiramiz  qohumluq 
hesab  edirdi  ki,  bu  da,  onun  fikrincə,  cəmiyyətdə  tutduğu  ictimai 
və iqtisadi mövqeyinə böyük zərbə vura bilərdi.
Belə  qarışıq  nikahlarda  tatlar  içərisində  son  dərəcə  möhkəm 
bir  qanun  var  idi  ki,  evlənmənin  bu  növünü  həyata  keçirmək  üçün 
ona mütləq riayət etmək lazım və vacib idi. Bu şəriət islam dini qa­
nunlarına  mütləq  riayət  etmək  idi.  Belə  ki,  tatlarda  inqilabdan 
əvvəl  dini  ayrı  olan  xalqlar  və  etnik  qruplarla  qarışıq  evlənməyə 
əsla  təsadüf  olunmur.  Axtarışlar  və  informatorlara  verilən  suallar 
nəticəsində belə bir nəticəyə  gəlmişik ki,  inqilabdan  əvvəl  tatların 
rus, erməni,  gürcü və s.  xristian xalqlarla,  bu xalqların nümayəndə­
ləri  ilə  qarışıq nikah  hallarını sübut  edə  biləcək heç bir misal  yox­
dur  (hətta  əgər  xristian  qızı  müsəlman  dinini  və  ya  əksinə  qəbul 
etsə  də).  Tatlar  hətta  yaxın  səksəninci  illərə  qədər  öz  qonşuluqla­
rında  yaşayan,  aralarında  güclü  iqtisadi  və  təsərrüfat  əlaqələri  ilə 
bərabər hətta tat dilində danışan yəhudi və ermənilərlə belə qarışıq 
nikaha  yol  verməzdilər  (qeyd  etməliyik  ki,  məhz  buna  müsəlman 
tatları  müxalif idilər,  göstərdiyimiz başqa  dinə  mənsub  etnik qrup­
lar  isə  tat  qızlarını  öz  oğlanlarına  alıb  onlara  öz  dinlərini  qəbul 
etdirə  bilərdilər ki, bu halda da faktlar olduqca azdır).  Tatlar nəinki 
başqa dinə  mənsub etnik qruplarla qarışıq nikahın əleyhdarlarından 
idilər,  onlar  hətta  eyni  dinə  mənsub  olan,  eyni  etnik  qrupu  təşkil 
edən və bir dildə danışan,  lakin islam dininin başqa qoluna mənsub 
olan  öz  həmqruplarma  da  belə  münasibət  bəsləyirdilər.  Belə  ki, 
bir-biri  ilə  qonşu  olan,  lakin  biri  sünni,  o  biri  şiə  olan  iki  tat kəndi 
də  bütün  qarşılıqlı  münasibətlərin  davam  etməsinə  və  artmasına 
riayət etsə də, çox vaxt bir-biri  ilə qarışıq nikaha müxalif idilər.
Azərbaycandakı  inqilabi  proseslər  tatlar  içərisində  başqa  et­
nik qrup  nümayəndələri  ilə  qarışıq nikah  forması  üçün  siyasi,  iqti­
sadi  və  m ədəni  məişət  imkanları  yaratdı.  Gənc  Azərbaycan 
Respublikası  bütün  dini  və  milli  fərqləri  aradan  qaldıraraq  Azər­
baycan  ərazisində  yaşayan  bütün xalqları  və  etnik  qrupları  tam bə­
rabər  hüquqlu  üzvləri  elan  etdi.  Beləliklə  də,  Azərbaycanda  olan
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
427
m üxtəlif  dilləri  və  dini  münasibəti  olan  etnik  qrupları  bir-birinə 
yaxınlaşdırmağa ilk addımlar atıldı, onlar arasmda əsrlər boyu möv­
cud  olmuş  dini  münasibətlərin  aradan  qaldırılması  üçün  əməli 
şərait yarandı.
Bir-birilə  düşmənçilik  edən  və  ya  bir-birinə  rəğbət  bəslə­
məyən  etnik  qruplar  Azərbaycan  Respublikasmm  vahid  məqsədi 
olan  milli,  mədəni  və  iqtisadi  inkişafı  yoluna  bütöv  bir  kütlə  kimi 
qədəm  qoydu.  Azərbaycanda  gedən  sənayeləşmə  və  kollektivləş­
mə  zavodlarda,  fabriklərdə,  mədənlərdə,  meşə  təsərrüfatı  idarələ­
rində,  sovxoz  və  kolxozlarda  birgə  çalışan  müxtəlif etnik  qrupları 
təcəssüm  etdiyi  adamların  milli  və  etnik  yaxınlaşması,  qaynayıb- 
qarışması  üçün  əlverişli  zəmin yaratdı.  Bu  qrupların bir-birinə  keç­
mişdən  köklü  surətdə  fərqlənən  müsbət  münasibətləri  yarandı. 
Yeni  yaranan  sənaye  və  təsərrüfat  mərkəzləri  müxtəlif etnik  qrup­
lara məxsus  şəxslərin yaxın təmas  məntəqəsinə  çevrildi.  Bu adam­
lar və onlarm övladları,  gənc nəsil məktəblərdə,  texnikum və  insti­
tutlarda təhsil dövründə,  mədəni-maarif ocaqlarmda,  tibbi,  elmi  və 
başqa  dövlət müəssisə  və  idarələrində bərabər işlədiyi  dövrdə  bir- 
birinin  etnik  psixologiyası,  dünyagörüşü,  məişət  və  həyat  tərzi  ilə 
daha  yaxından  tanış  olub  bir-birini  daha  yaxşı  öyrəndilər,  qay­
nayıb-qarışdılar.  Eyni  zamanda,  birgə  iş  əsasmda  müxtəlif  etnik 
qruplapı  əks  etdirən  bu  dəstələrin  dünyaya  baxışı  da  dəyişildi, 
onlarm  arasmda mövcud olmuş  etimadsızlıq yaradan  əsassız müna­
sibətlərə  tənqidi  və  obyektiv  yanaşmağa  başladılar.  Bu  adamların 
şüurunda  möhkəm  kök  salmış  keçmişin  qalığı  olan  dini  dünya­
görüşü tədricən inkişaf sürəti və mədəni yüksəliş tələblərinə cavab 
verən  müasir  və  mütərəqqi  dünya  görüşü  ilə  əvəz  olundu.  Bütün 
bunlar  Azərbaycanda  olan  başqa  etnik  qruplar  kimi  tatların  həya­
tında  da,  onların  şüurunda  və  məişətində  də  inqilab yaratdı.  Tatlar 
hələ  inqilaba  qədər  misli  görünməmiş  bir  həyati  tələblə  qarşılaş­
dılar,  başqa  dinə  mənsub  etnik qruplarla  mənəvi  və  iqtisadi  yaxın­
lıq  da  əinələ  gəldi,  tatların  içərisində  qarışıq  nikah  hallarına  artıq 
təsadüf  olunmağa  başlandı.  İndi  artıq  hər  iki  cinsdən  olan  tat 
cavanlarının  azərbaycanlı,  rus,  erm əni145,  yəhudi,  ləzgi  və  s.  xalq-


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə