Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə99/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   95   96   97   98   99   100   101   102   ...   131

4 1 2
İKİNCİ  KİTAB
Bunun  üçün  hər  ehtimala  qarşı  gəlin  bəy  qapışma  çatandan  sonra 
onu  iki  lampanın  arasmdan  keçirirlər.  Guya  bununla  ona  yetirilmiş 
bütün ziyan və pis niyyətli adamların ovsunu öz təsirini itirmiş olur. 
Gəlin bəy otağına gələndən sonra yengə bəylə gəlinin bütün paltar­
larında  olan  düyünləri  açmalıdır.  Çünki  əqidəyə  görə  onların  pal- 
tarlarmdakı  bu  və  ya  başqa  bir  hissəsini  çilləsi  olan  qadın,  uşağa 
olmayan  kişi  və  ya  qadm,  ümumiyyətlə,  bu  ailəyə  pis  münasibət 
bəsləyən  bir  şəxs  xəlvətdən  bu  və  ya  başqa  bir  niyyətlə  onların 
paltarlarında  düyün  ata  bilər.  Bu  düyünlər  mütləq  açılmalıdır  ki, 
təzə  evlənənlərdən  bəd  niyyətlər,  pis  arzular  uzaq  olsun,  onların 
paltarlarında  düyünlənmiş  gizli  ruh və  ya cinlər çıxıb  getsinlər.  Bu 
ailənin bədxahları tərəfindən eyni  məqsədlə paslı qıfıl  da açarlanıb 
bəy  evinin  yaxınlığında  və  ya  hətta  qapısının  ağzında  basdınla 
bilər.  Ona  görə  də  bəylə  gəlinin  züfaf  gecəsindən  qabaq  həmin 
«qıfıl  tapılıb  açılmalıdır».  Onun  tapılmasını  isə  adətən  kəndin  falçı 
qadmı öz öhtəsinə  götürür.
Tatların  əqidəsində  olan bu  adət və  inamlar nəinki  təkcə on­
lara  yaxın  olan  xalqlara,  hətta  ərazi  və  mənşəcə  çox  uzaq  olan 
xalqlara  da  aiddir.  İbtidai  insan  şüuruna,  gözə  görünməz  magik 
qüvvələrə  inanan  insanların  düşüncəsinə  xas  olan  bu  inam  və 
adətlər,  demək  olar  ki,  bəşəridir,  bütün  xalqlara  məxsusdur.  Belə 
ki,  düyümün  və  açarlanmış  qıfılın  magik qüvvəsi  təsirindən  xüsusi 
bəhs  edən  D.Frezer  Avropa  xalqlarında  bu  inamdan  danışarkən 
yazır:  «Orta  əsrlərdən,  VIII əsrə  qədər  Avropada  sanki  ümumi  bir 
inam  hökm  sürürdü  ki,  guya  kəbinin  xoşbəxtliyinə  aşağıdakı 
şəkildə  mane  olmaq  olardı:  toy  zamanı  qıfılı  açarlayıb,  yaxud  kən­
diri  düyünləyib  suya  atmaq  yolu  ilə.  Nə  qədər  ki,  qıfıl  və  düyün 
tapılıb  açılmayıb,  kəbin  kəsdirənlərin  bir-birinə  yaxmlaşması  heç 
cürə mümkün deyildir»135.
Bir  çox  tat  ailələrində  indi  də  bu  magik  qüvvəyə  inam  hələ 
də qalır və məişətdə müəyyən rol oynayır.
Tat  toylarının  əksəriyyəti  pəhləvanların  güləşməsi  ilə  bitir. 
Toy  sahibi  güləşmənin  qalibi  üçün  «xonça»  adlanan  hədiyyə 
hazırlayır.  Bu  xonça  içində  yağlı  təndir  çörək,  halva  şirniyyat, 
adətən qızardılmış toyuq, meyvəcatdan, qırmızı rəngə boyanmış bir
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 1 3
neçə  bişmiş  yumurta  olan  tabaqdan  ibarət  olur.  Toy  sahibinin 
səxavətindən  asılı  olaraq  bu  tabağın  üstünə  toxunma  yun  corab, 
yaxud köynək və ya parça da qoyulur.  Bu 
«xələt» adlanır.  Xonça 
musiqi  sədaları altında meydanın  ortasına gətirilir.  Bu müddət cən­
gi çalmır,  sonra xonçaya sahib olmaq istəyən pəhləvan qurşağa  qə­
dər  soyunub  şalvarını  çırmalayır.  Meydana  girib  dövrə  vurur,  bir 
kənardan  diz  üstə  sürünüb  xonçaya  tə rə f gedir.  Xonçanın  yanmda 
diz  çöküb  onu  öpür,  sonra  alnını  xonçaya  vurur,  yenə  də  dövrə 
vurub rəqib  gözləyir.  Bir güləşmənin qalibi  hələ xonçaya sahib ola 
bilmir,  yenə  də  çıxan  olsa  qalib  onunla  güləşməlidir.  Bu  o  qədər 
təkrar olunur ki, rəqib qalmasın.  Sonuncu qalib gələn alqış sədaları 
altmda xonçanı götürüb meydandan çıxır.
Hətta  ən  kasıb  tat  belə  qavallı-zumalı  toy  etməyə  cəhd  edir, 
çünki  toy  etmədən  evlənmək  bir  növ  kasıblıq  əlaməti  sayılır, 
camaat isə belə toyu «kor toy» adlandırır, onun haqqında danışanda 
dodaq  büzür,  gəlin  və  bəyin  adma  çoxlu  rəvayət  və  fərziyyələr 
yaradır,  qızın təmiz çıxmasına şübhə edirlər.  Ona görə də belə söz- 
shbətdən  yaxa  qurtarmaq üçün  hər bir tat borca  girsə  də  səs-küylü 
toy edir.
Keçmişdə  təzə  evlənənlərin  kəbini  kənd  mollası  tərəfindən 
oxunur,  kəbin  kəsdirmək  üçün  qızın  olması  belə  zəruri  sayılmırdı. 
Tat qızları  adından  razılığı  onlarm  ata-anası verir,  qızlarının  həmin 
adama  getmək  istəyib-istəmədiyini  çox  vaxt  soruşmurdular.  Belə­
liklə  də,  həmin qız  istəmədiyi'adama  ərə gedərək ömrünün sonuna 
qədər qul kimi yaşayırdı.
Sovet  hakimiyyəti  illərində,  xüsusilə  Vətən  müharibəsindən 
sonrakı  illərdə  tatlarm  da  nikahlanma  prosesi  qanuniləşdi,  dövlət 
qanunları əsasmda aparıldı,  vətəndaşlıq qeydiyyatı məcburi oldu.
Lakin  qeyd  etməliyəm  ki,  bu  m əsələdə  hələ  də  bir  sıra  tat 
kəndlərində  ciddi  nöqsanlara  yol  verilir.  Qanun  üzrə  hələ  həddi- 
büluğa çatmamış  qızların ZAQS  idarələrində yaşının  artıq yazılma­
sı, yaxud  hələ  qanunla, dövlət yolu ilə  kəbini kəsilməmiş  cavanla­
rın toy edib evlənməsi, icbari təhsilə riayət etməyərək, nişanlanmış 
qızları  məktəbdən  çıxarıb  evdə  oturtmaq  hallarına  hələ  də  təsadüf 
olunur.


4 1 4
İKİNCİ KİTAB
Gəlin  ər  evinə  özü  ilə  bərabər  cehiz  gətirir.  Bu  cehizi  tatlar 
adətən  qız  anadan  olandan  onun  üçün  tədricən  hazırlayırlar.  Tat 
qızlarının,  demək  olar  ki,  hamısı  xalça  toxumaq,  parça  üzərinə 
m üxtəlif naxışlar  salmaq,  paltar  tikmək,  corab  hörmək  kimi  işləri 
çox  böyük səliqə  ilə bacarır,  tədricən bu və ya başqa bir  şeyi toxu­
yub öz cehizi üçün yığır. Qız böyüyəndə onun qohum-qardaşı cehi­
zinin çatışmayan hissələrini doldurur, təkmilləşdirirlər.  Cehizə ailə 
üçün  lazım  olan  ən  zəruri  şeylər daxil  olunur.  Lakin  cehiz  özü bir 
adət olaraq dövrün,  ailənin müasir tələbatı ilə uyğunlaşır.  Beləliklə, 
artıq  cehizin  də  tatların  məişətində  hələ  də  dərin  kök  salmış  bu 
tarixi  adətin,  bu  yazılmamış  m əişət  qanununun  ictimai  mahiyyəti 
də dəyişir.
Keçmişdə  tat qızları  ər evinə  qədəm  qoyan  gündən onun gə­
tirdiyi  cehiz  oğlanın  xüsusi  malına  çevrilirdi.  Ər  nə  istəsə  həmin 
şeylərlə  edə  bilərdi:  satmaq,  bağışlamaq,  işlətmək,  yem ək  və  s. 
yalnız  onun  ixtiyarında  idi.  Keçmiş  illərdə  cehizin  miqdarı  heç 
yerdə rəsmi şəkildə öz əksini tapmırdı.  Qızın apardığı cehizi yalnız 
bir  neçə  şahid  görürdü  ki,  onlara  da  qızının  cehizini  adətən  qızın 
ata-anası  göstərirdi.  Son  illərdə  isə  bu  iş  yeni  bir  forma  şəklini 
almışdır.  Oğlan  evi  ilə  qız  evi  öz  aralarında  qeyri-rəsmi  bir  akt 
bağlayır,  cehizi  təşkil  edən  əşyaların  siyahısını  tərtib  edir136,  hər 
əşyanın  müasir qiymətini  yazır,  ümumi  qiyməti  cəmləyirlər  ki,  bu 
sənədi  də  «verdim»  qrafasmda  qız  evinin  nümayəndəsi  (adı  və 
familyası  ilə),  «aldım»  qrafasmda isə  oğlan evinin nümayəndəsi  (adı 
və  familyası  ilə)  imzalayır,  tarix yazılır və  tamamilə  hüquqi  formaya 
uyğun olaraq qeyd edilir ki,  «bu sənəd 2 nüxsədən ibarət tərtib olundu. 
Bir nüsxəsi qız evində  qaldı, o biri nüsxəsi  isə oğlan evinə verildi,  həm 
də hər ikisinin məzmunu eynidir və eyni qüvvəyə malikdir».
Belə  bir rəsmi  aktm  evlənənlər  arasında  olması,  bizcə,  tama­
milə  faydalıdır.  Çünki  sənədsiz  verilmiş  cehizi  ər  tədricən  xərc­
ləyir  və  ya  mənimsəyir,  sonra  isə  bu  və  ya  başqa  səbəbə  görə  öz 
arvadını boşadıqda,  yaxud  arvad boşandıqda  gətirdiyi cehizdən heç 
bir şey özü  ilə apara birmir  (yaxud ər vermir),  ona görə  də  ərindən 
ayrılmış  bəzi  qadınlar  ilk  vaxtlar  təsərrüfat  və  maddi  çətinliyə 
düçar  olurlar.  Onların  əlində  isə  bu  ailəyə  özü  ilə  nə  gətirdiyini
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
4 1 5
sübut  edə  biləcək  heç  bir  sənəd  yoxdur.  Bizcə,  özü  ilə  mütləq 
cehiz aparan qızlar (hər halda bu adət indi də tatlar arasında -  həm  
də  nəinki  təkcə  tatlar  arasında,  xüsusilə  kənd  yerlərində,  həm   də 
şəhər  yerlərində  geniş  surətdə  qaldığı  halda)  özlərində  həmin  ce­
hiz  haqqında  sənəd  saxlamalıdırlar.  Bu m əsələ  ilə  ZAQS  idarələri 
kəbin  kəsərkən maraqlanmalıdır.  ZAQS  idarəsi  qızın  cehiz aparıb- 
aparmayacağı arzusundan asılı  olaraq cehiz aparanlardan biri  siyahı 
istəyib  onu rəsmi  möhürlə  təsdiq etsəydi, bəlkə  də  məqsədəuyğun 
olardı.  Bu işi qızm yaşadığı kəndin kənd soveti idarəsi də edə bilər.
Tat  qadınları  çox  işgüzar və  zəhmətsevəndirlər.  Onlar yalnız 
öz  zəhm ətləri  ilə  kişilər  arasmda  özlərinə  hörmət  qazandıra 
bilmişlər.  Bununla  belə  lakin  yenə  də  tat  qadınlarının  bəzən  şəxsi 
azadlığı  hüququna  toxunma  halları  bir  sıra  tat  kəndlərində  və 
ailələrdə özünü göstərir. Belə ailələrdə tat qadınları və qızlarının bəzən 
məhəbbətə,  yaxşı  münasibətə,  sevilməyə  ehtiyacı  vardır.  Atasının, 
ərinin,  qardaşının  qarşısmda tam  aciz,  haqsızdır,  danışmağa,  öz  fikrini 
deməyə  haqqı yoxdur və ya  qorxur.  Əlbəttə,  bu  hal  bütün tatlar üçün 
ümumi bir hal deyildir,  istisna hallarım təşkil edir.  Lakin hər halda qa­
dına keçmişin bu  mənfur qalığının töküntüləri  olan  bu məsələyə kənd 
sovet idarələri, ictimai təşkilatlar xüsusi diqqət yetirməlidirlər.
Göstərdiyimiz kimi, tat qadınları son dərəcə əməksevərdirlər, 
onlar kişilərlə bərabər dövlət  idarələrində,  kolxozlarda bütün günü 
zəhmət  çəkməklə  yanaşı,  ailənin  ağır  yükünü  çiyinlərində 
daşıyırlar.  Tat kişiləri səhər yeməyini yeyib, m əsələn,  kolxoz işinə 
gedir,  axşam  isə  evə  qayıdanda  öz  işini  bu  günlük  bitmiş  hesab 
edir.  Qadmlar isə, xüsusilə kənd yerlərində səhər sübhdən durmalı, 
heyvanları  sağmalı,  südü  qaynatmalıdırlar.  O,  qatıq qoyur,  həm  də 
səhər naharı hazırlayır, uşaqlarm paltarı, nəhrə  çalxalamaq,  pendir 
tutmaq,  yağ duzlamaq,  motala tökmək,  çörək,  xörək bişirmək və s. 
ilə məşğul  olur.  Hamı kolxoz işinə çıxarkən o da gedir, bütün günü 
işləyir,  axşam  evə  qayıdandan  sonra  isə  ev,  təsərrüfat  üçün  vacib 
olan  işlərlə  məşğul  olur,  hamını  rahatlayandan  sonra  isə  yun 
darayır,  sap  əyirir,  taxıl  ələyir,  sap  rəngləyir,  fərş,  palaz,  xalça,  at 
yəhəri  xalçası,  cecim  toxuyur  və  s.  Onlar  öz  zəhmətləri  ilə  bütün


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə