Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə100/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   96   97   98   99   100   101   102   103   ...   131

416
İKİNCİ KİTAB
ailə  işlərinin  öhdəsindən  gələ  bilirlər.  Bu  işlərdə  isə  kişilər 
qadınlara az kömək edirlər.
Tatlar arasında keçmişdə çox arvadlılıq az yayılmışdı.  İki, üç, 
dörd  arvad  almaq  istisna  hallar  daşıyır.  Evlənmə  zamanı  qadınla 
kişi  arasında olan  yaş  fərqi  nəzərdə  tutulmurdu.  Belə  hallar olurdu 
ki,  iki  arvadı  olan  70  yaşlı  tat  kişisinin  arvadlarından  birinin  60,  o 
birinin isə  16 yaşı ola bilərdi və bu heç də təəccübə  səbəb olmazdı. 
Qeyd  etməliyik  ki,  tarixən  tatlar  çoxarvadlılığı  bir  m əişət  norması 
kimi  heç  də  genişləndirməmiş,  əksinə  onu  tədricən  özlərindən 
uzaqlaşdırmışlar.
Bizə  məlum  olan  bir  çox  tat  kəndlərinin  hər  birində  bir,  iki 
nəfərdən  çox  arvadlı  kişi  olmamışdır.  Hətta  bəzi  kəndlərdə  isə  bir 
dənə  də  çoxarvadlı  kişiyə  rast  gəlmək  olmazmış.  Başqa  xalqlarda 
və  etnik  qruplarda  təsadüf  olunan  keçmişdə  geniş  yayılmış 
çoxarvadlılığa  tatlar  rəğbət  bəsləməmişlər.  Tatların  adətinə  görə 
ikinci  arvadı  almaq  istəyən  kişi  öz  arvadının razılığını  almalıdır ki, 
bu  da  tatları  bu  m əsələyə  münasibətinə  görə  öz  qonşuları  olan 
başqa etnik qruplardan  fərqləndirir.  Arvad öz ərinin  evlənməsinə o 
zaman  razılıq  verirdi  ki,  buna  ciddi  səbəb  olsun.  Adətən  nəsli 
artırmağa  qabiliyyəti  olmayan  tat  qadınlarının  özləri  öz  ərləri  üçün 
münasib  qadm  və  ya  qız  almağa  səy  göstərir,  özlərinin  ikinci 
toyuna  tədarük  görər,  hazırlaşardılar.  Yalnız  belə  hallarda 
(məsələn,  ərə  gələndən  sonra  şikəst  olduqda,  uzun  illər  xəstə 
yatdıqda  və s.) tat kişiləri öz  əvvəlki  arvadlarının  xahişi və  razılığı 
ilə  ikinci  dəfə  evlənirdilər.  Elə  buna  görə  də  hətta  yaşlı  tat  nəsli 
içərisində  indi  də  çoxarvadlılığa  son  dərəcə  az  təsadüf  olunur. 
Göründüyü  kimi,  bu  m əsələdə  tatların  adəti  İslam  dinində  icazə 
verilən  geniş  yayılmış  çoxarvadlılıqdan  fərqlənir.  Çoxarvadlılıq 
ərəb  ölkələrinin  özündə  də  fərqlidir.  Bəzi  ərəb  ölkələrində  əksər 
müsəlman ölkələrindən  fərqli  olaraq,  məsələn, Yəm ən Xalq Demok­
ratik Respublikasında ikiarvadlılığa  istisna hallarda (birinci arvad xəs­
tə olduqda və s.), Tunisdə isə heç bir halda icazə verilmir137.
Ərləri  ölən  tat  qadınlarının  əksəriyyəti  adət  üzrə  ərə  getmir, 
dul  qalmağı  üstün  tuturlar.  Bu  öz  ərinin  m əhəbbətinə  olan  hör­
mətinin  nişanəsidir.  Əri  ölmüş  qadını  əgər  ölənin  qardaşı  almaq
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
417
istəsə,  bu onun haqqıdır.  Bununla da tatların fikrincə, ölən qardaşın 
namusuna  başqalarının  təcavüz  etməsinin  qarşısı  alınmış  olur. 
Xüsusiю  bu  o  vaxt  daha  vacib  sayılır  ki,  ölən  qardaşuı  uşaqları 
qalsın.  Tatlara  görə,  qeyrəti  olan  qardaş  öz  qardaşı  uşaqlarının 
başqa  adamın  əlinə  baxmasına  razı  olmaz,  o,  öz  dul  qardaşı 
arvadını almalı, onun uşaqlarını da saxlamalıdır.
Tatların  bu  və bundan  sonra  qeyd  edəcəyimiz  bir sıra adətlə­
ri,  ailə-m əişət qaydaları və  nonnaları  başqa m əişət və mədəni  m ə­
sələlərlə birlikdə bir sıra m üəlliflər tərəfindən bu və ya başqa etnik 
və  linqvistik  m əsələ  ilə  əlaqədar  qismən  toxunulsa  da  geniş 
işıqlandınlımamışdır.  M əlumdur  ki,  bu  m əsələlərə  ilk  növbədə  o 
şəxslər  toxunmuşlar  ki,  onlar  yerli  əhalinin  həyatı,  adət-ənənələri 
ilə  əsla  tanış  deyildilər.  Bu  m əsələlərdə  «ekzotikaya»  aludə  olan 
bir  neçə  alim  və  ya  səyyahı  (çox  vaxt  da  hökumət  idarələrinin 
tapşırığı  və  sanksiyası  ilə)  yeni  bir  şey  demək,  naməlum  faktlarla 
qarşılaşmaq  ehtirası  müəyyən  rol  oynasa  da,  çar  Rusiyasının 
iqtisadi,  inzibati  və  hərbi  idarələrinin  strateji  əhəm iyyət  nöqteyi- 
nəzərindən  bu  və  ya  başqa  yerin  ilk  növbədə  tədqiq  olunması 
prinsipi  əsas rol oynamışdı.  M əsələn,  İsmayıllı rayonunun uzaq dağ 
kəndlərindən  olan,  həm   də  ə tra f kəndlərlə  və  ovalıq-düzənliklərlə 
yaxın  keçmişə  qədər yalnız təkcə bir at və ya qatırın gedə biləcəyi 
və əsasən çarvadarların gedib-gəldiyi  bir dağ  cığırı  ilə əlaqəsi  olan 
Lahıc  kəndinin  əhalisinin  ləhcşsi,  adət  və  ənənələri  başqa  tatlara 
nisbətən  geniş  öyrənilmişdir.  Bu  da,  şübhəsiz,  onunla  izah  olunur 
ki, Lahıc kəndinin coğrafi mövqeyi elədir ki, bu kənd Kiçik Qafqaz 
dağ  silsiləsinin  yüksək  təpələrinin  birində  yerləşərək  münasib 
üstünlük şəraitindədir.  Bu kəndi aşmaqla həm  Şamaxı-Bakıya, həm  
də Xaçmaz,  Dəvəçi,  Quba,  oradan da hətta düz Baba dağına qədər 
rahat getmək olar.
Məlumdur  ki,  rus  imperiyasının  Qafqazdakı,  o  cümlədən 
Azərbaycandakı siyasəti ən əvvəl hərbi-strateji məqsəd güdürdü138. 
Məhz  buna  görə  də  rus  hakim  dairələrinin  Qafqazdakı  ilk 
addımları  hərbi  müdafiə  məqsədləri  yerinə yetirmək istiqamətində 
atılmışdır.  Burada  ilk  tədbirlər  kimi  rus  hökumətinin  Qafqazda,  o 
cümlədən  Zaqafqaziyada  yeritdiyi  siyasətinin  əsasında  iqtisadi


418
İKİNCİ KİTAB
siyasətdən,  yəni  iqtisadi  problemləri  həll  etməyə  yönəldilmiş 
iqtisadi tədbirlərdən danışmaq olmaz.
Belə  olduqda  məlumdur  ki,  Lahıc  kəndinin  belə  münasib 
coğrafi  şəraiti  Azərbaycanda  olan  rus  hərbi  komandanlığını  strateji 
nöqteyi-nəzərdən  cəlb  etməyə  bilməzdi.  Bunun  üçün  isə  bu  kənd 
əhalisinin  adət  və  ənənələri  ilə  tanış  olmaq,  bir  növ  onların,  necə 
deyərlər,  «zəif damarını» tutmaq lazım idi.
M əhz  ona  görə  də  ilk növbədə  Lahıc  tatları  diqqəti  cəlb  etdi 
və  onların  etnoqrafik  tədqiqi  sahəsində  qismən  əhəmiyyətli  iş 
görüldü139. Bu sözü, məsələn,  düzənliklərdə, yolların kənarında, dağ 
ətəklərində  yaşayan  Abşeron,  Şamaxı,  Quba,  Dəvəçi  rayonlarında 
yaşayan tatlar haqqmda heç də demək olmaz.
Tatlar  haqqında  yazılmış  bu  və  ya  başqa  qeydlərdə  onların 
adət  və  ənənələri  sadəcə  sadalama  yolu  ilə  gedir  və  burada  et­
noqrafik ümumiləşdirmələr olunmurdu.  Belə ümumiləşdirmələr isə 
lazım  idi.  M əsələn,  təkcə  bunu  demək  kifayətdir  ki,  əvvəldə 
göstərdiyimiz  tatların  qızı  vermək  üçün  tələb  olunan  başlıq  almaq 
m əsələsi,  şübhəsiz  ki,  qızın  alımb-satılmasından  başqa  bir  şey 
deyildir.  Bu  patriarxal  qohumluq  münasibətlərinin  təzahürüdür  ki, 
bu da əşya-pul təsərrüfat formasından doğan amildir.
Şübhə  yoxdur  ki,  tatların  da  ailə-nikah  m əsələsi  tarixi  ma­
terializmin  möhkəm  fimdamenti  əsasında  öyrənilməlidir:  tatların 
ailə  m əsələsi  sosial-iqtisadi  faktorlarla  sıx  əlaqədə  tədqiq 
olunmalıdır.  Ailə  m əsələsinə  indi  sadəcə  olaraq  statistik  nöqteyi- 
nəzərdən  baxmaq  olmaz.  Bu  m əsələyə  ümumi  ictimai  inkişaf 
m ərhələləri  nəzərindən  baxmaq  lazımdır.  Azərbaycanda  yaşayan 
tatların  ailə  m əsələsinin  tədqiqi  müntəzəm  surətdə  aparılmalıdır. 
Bu  işlə nəinki  təkcə  Bakıda,  hətta rayon mərkəzlərində  də  məşğul 
olmaq  lazımdır.  B əzən  hətta  orta  məktəblərin  humanitar  fənn 
müəllimlərinin  yaşadığı  yerin  ailə-m əişət  münasibətlərini  (nəinki 
təkcə  bunu,  həm   də  tarixi,  toponimikası,  şivələri  və  s.-ni) 
öyrənm əyə cəlb etmək və uzun müddətli ardıcıl etnoqrafik müşahi­
dələrin  nəticəsini  m ərkəzləşdirərək  ümumiləşdirmək  lazımdır.  Bu 
tədbir ailə münasibətlərində əm ələ gələn müasir dəyişiklikləri təh­
lil etm ək üçün əhəm iyyətli fayda verərdi.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
419
Tatlar içərisində qız qaçırılması  hallarına bu gün belə təsadüf 
olunur.  Bu  m əsələyə  müxtəlif  etnoqrafların  münasibəti  də 
müxtəlifdir.  Evlənmənin  bu  formasının  çox  qədim  dövrlərdən 
mövcud olduğunu qeyd edənlər də vardır və onun,  məsələn, evlən­
mənin  kalım  vermə  formasından  qədim  olduğunu  göstərir,  evlən­
mənin  bu  formasını  m əişətin m üxtəlif təsərrüfat-iqtisadi  formaları­
na aid edirlər140.
Tatlar  qız  qaçırma  m əsələsinə  heç  də  fövqəladə  bir  hadisə 
kimi  baxmırlar.  Keçmişdə  qız  qaçırma  adəti  tatlar  arasmda  geniş 
yayılmışdı141.  Əgər  qızla  oğlan  bir-biri  ilə  razılığa  gələrək 
evlənmək  istəyirlərsə,  onlar  qoşulub  qaçırlar.  Bu  forma  o  vaxt 
qəbul  olunur  İd,  oğlan  tələb  olunan  «başlığı»  vermək  imkanına 
malik  deyil,  yaxud  qızın  da  el  adəti  ilə  yaxşı,  «varlı»  cehiz 
gətirməyə  qüdrəti  çatmır.  Bu  səbəblərdən  biri  təklikdə  və  ya  hər 
ikisi birlikdə qız qaçırılması üçün səbəb ola bilər.
Maraqlıdır  ki,  tatlar  göstərdiyimiz  kimi  belə  evlənmə  for­
masına heç  də  təhqir və  ya  biabırçılıq  kimi  deyil,  m əsələn,  qazax, 
türkmən,  özbək  və  s.  xalqlarda  böyük  fövqəladə  hadisə  kimi 
baxıldığı  halda  buna  çox  soyuqqanlı  yanaşırlar.  Əgər  tatlarda  bu 
müəyyən qəzəb  və  etiraz yaradırsa,  bu yalnız  formal  və müvəqqəti 
xarakter daşıyır.  Təkcə bunu demək kifayətdir ki, bəzən hətta qızın 
atası,  anası  belə  öz  qızını  qaçırmaq  istəyən  oğlana  əməli  köməklik 
göstərir,  vaxt  təyin  edir,  qızm  harada  gözləyəcəyini  və  s.  oğlana 
xəbər verirlər.  Çünki bu  halda  qızm atası  da  cehiz  vermək,  ailənin 
ehtiyat  m ənbələri  hesabına  el  adətilə  «qeyrət  xatirinə»  üç  gün,  üç 
gecə toy etmək üçün lazım olan xərclərdən azad olur.
M əhz  bu  nöqteyi-nəzərdən  cəsarətlə  demək  olar  ki,  heç  də 
evlənmənin  qız  qaçınna  forması  qızı  alıb-satmaq  vasitəsi  olan 
«başlıq»  formasından  qədim  deyildir.  Əksinə,  evlənmənin  bu 
forması  matriarxal  ailə  formasından  (kişi  öz  evləndiyi  qadının 
evinə,  yurduna  köçür,  özü  ilə  də  bəzi  təsərrüfat  və  ev  əşyalarını 
qadının  evinə  gətirir)  sonra əm ələ  gəlmiş  patriarxal  ailənin  (matri­
arxal  formanın  əksi)  «kalım  xerçi»  (yaxud  «başlıq»)  adlanan  satıb- 
alma  formasından  sonra  əm ələ  gəlmişdir.  Çünki  evlənm ək istəyən 
cavanlar  kalım  xərcinin  hamısını  verə  bilməyəcəyi,  bunun  üçün


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə