Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə101/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   97   98   99   100   101   102   103   104   ...   131

420
İKİNCİ  KİTAB
heç  bir  imkan  olmadığı  qənaətinə  gələndən  sonra  belə  bir  tədbirə 
əl  atmağa  məcbur  olmuşlar  ki,  beləliklə  evlənmənin  yeni  forması 
da  əm ələ  gəlmişdir.  Qeyd etməliyəm ki,  zahirən tatlarda  da  (hətta 
məxfi  şəkildə  atanın  köməyi  ilə  bu  əm əl  icra  olunduğu  halda  da) 
qız qaçırılması qızı qaçırılan ailənin,  qohum-qardaşın «qanını qaral­
dır»,  onlar «qəzəblənir», oğlan tərəfini  «cavab vennəyə çağırırlar». 
Tatların  söylədiyinə  görə,  keçmişdə  qız  qaçırdandan  sonra  oğlanın 
adamları  qaçırmanın  müqabilində  müəyyən  xərc  verib  barışırdılar. 
Lakin  sonralar  bu  yalnız  tərəflərin  barışması  ilə  bitirdi  ki,  bu  da 
əsasən  ümumi  hal  təşkil  edirdi.  Ailənin  razılığı  olmadan  qoşulub 
qaçan  qızların  ataları  bəzən  bir  neçə  ay  cavanlardan  «küsülü» 
qalmaqla kifayətlənir,  sonra barışırlar.  Lakin bu gün belə uzun illər 
ərzində  qızı  və  kürəkəni  ilə  barışmayan  «təəssübkeş»  atalara 
təsadüf etmək olar.
Qeyd  etməliyəm  ki,  şübhəsiz  bu  halda  da,  yəni  qız  qaçırıl- 
masında  da  ölkə  qanunlarının  tələblərinə  riayət  olunur,  vətən­
daşların  vəziyyətini  qeydə  alma  idarələrində  qanuni  kəbin  kə­
siləndən  sonra  sevdiyi  oğlanla  qoşulub  qaçan  qız  ailə  həyatı  qur­
maq ixtiyarı əldə etmiş olur.
Qızın  razılığı  olmadan  onu  götürüb  qaçmaq  hallarına  tatlar 
arasında  çox  nadir  halda  təsadüf olunur.  Belə  hal  qanun  üzrə  son 
dərəcə  bərk  cəzalandırılır.  İnqilabdan  əvvəl  belə  hallara  yalnız  o 
zaman  təsadüf  olunurdu  ki,  bu  düşmənçilik  məqsədilə  olunsun, 
şübhəsiz, bu  halda qızın adamları  onlara dəyən namus  ləkəsini qan 
ilə  yuyardılar  və  bir  kəndlə  o  biri  kənd  arasmda  tüfəng-xəncər 
davası düşərdi.  Hal-hazırda bu hal tamamilə aradan çıxmışdır.
Beləliklə,  qız  qaçırma  formasının  özü  də  mahiyyət  etibarilə 
dəyişilmişdir.  Bu  forma,  şübhəsiz,  qızı  alıb-satma  forması  olan 
«başlıq» sistemini aradan çıxarmaqdadır.
Tatlar  içərisində  qədim  matemitet  (ana  tərəfinin  hakim  rolu) 
formasını  h ələ  də  mühafizə  edən  amillərdən  biri  ana  qardaşının  -  
daymın  qız  üzərində  olan  təsiridir.  Hətta  ata  öz  qızını  birinə  ərə 
vermək  istədikdə  də  əksərən dayının etirazı  və ya şəxsi  əqidəsi  bu 
m əsələdə mühüm rol oynaya bilir.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
421
Tatlara  görə,  nişanlı  oğlan  öz  sevgilisi  ilə  evlənənə  qədər 
gizli  görüşməyə  cəhd  etməməlidir.  Hər  halda  belə  səy  göstərən 
nişanlı  oğlan  qız  adamlarmm  gözünə  sataşmamağa  çalışır. 
Keçmişdə  belə  bir cəhdin üstündə  oğlanm nişanmı  geri  qaytarmaq 
halı  adi  bir  şey  sayılırdı.  Müasir  tatlarda  isə  buna  riayət  olunmur 
(keçmişdə  belə  hallarda  təkcə  gizli  görüşə  görə  nişan  geri 
qaytarıldıqda  iki  nəsil arasında  ixtilaf yaranır,  hətta düşmənçilik və 
qisas  alma  düşərdi),  tat cavanları  hətta  qocaların  etirazma  və  nara­
zılığına  baxmayaraq  yenə  də  görüş  təyin  edir,  kənddən  kənara  çı­
xır,  bağlarda-bağçalarda  sevişir,  öz  məhəbbətlərini  bir-birinə  izhar 
edir, heç kəsdən də qorxmurlar.  Çünki onlar yaxşı bilirlər ki,  indiki 
şəraitdə  bütün  respublikada,  hətta  ən  ucqar  yerlərdə  belə  kişi  ilə 
qadının hüququ birdir, bilirlər ki, mövcud qanunlar tatların da arxasında 
möhkəm durmuşdur və onların qanuni hüquqlarını müdafiə edir.
Tatların adətinə görə ərə  getmiş  qız ən  azı  qırx gün,  ən  çoxu 
isə  bir  il  toydan  sonra  öz  ata-anasmın  evinə  qonaq  gəlməlidir.  Bu 
yalnız  m əhz  qonaq  getmək,  ata  evində  bir  daha  ona  hörmət 
göstərilmək üçün qəbul olunmuşdur.  Özü də ata evi öz qızını dəvət 
edəndən  sonra,  gəlin  öz  atası  evinə  qonaq  gedə  bilər.  Bu,  bir  sıra 
xalqlarda,  məsələn,  tacik  və  özbəklərdə,  türkmən  və  qazaxlarda 
olan  və  kalım  almaq  üçün  düşünülmüş  «kaytarma»  (qızın 
evlənəndən  sonra  ata  evinə  qaytarılması)  formasında142  tamamilə 
fərqlənir.  Tat  qadını  «ata  evinə  ayaqaçdıya  getmək»  adlanan  bu 
mərasimi  yerinə  y etird ik d ə/o ,  ər  evindən  qohum-qardaşı,  ata- 
anasmı,  qonşuları  və  s.  üçün  hədiyyələr  aparır,  onlara  paylayır. 
Adətən  10-15  gün  davam  edən  bu  ata-ana  ilə  görüş  günlərinə 
qadının  ata  tərəfinin  bütün  yaxın  və  bəzən  də  hətta  nisbətən  uzaq 
qohumları  onu  qonaq  çağırır,  süfrə  açır,  onun  ayağının  altında 
heyvan  kəsirlər  (qoyun,  quzu,  keçi,  hətta  toyuq,  cücə  də  kəsilə 
bilər),  qonaq  çağırılan  qadın  ata  qohumlarının  evinə  qonaq 
getdikdə  də  özü  ilə  hədiyyələr  aparır.  Qonaq  getdiyi  evin  ailə 
üzvlərinə  paylayır,  qonaqlıqdan  sonra  isə  onun  ata-ana  qohumları 
da  cavan  gəlinə  hədiyyələr  verirlər.  Müəyyən  müddət  ata  evində 
qonaq  qalan  qadın  ər  evinə  qayıtdıqda  özü  ilə  heç  bir  şey 
gətirməyə  də  bilər.  Adətən,  o,  ata-ana  qohumlarının  ona  verdiyi


422
İKİNCİ KİTAB
hədiyyələri  özü  ilə  ər  evinə  gətirir  və  onları  da  öz  növbəsində 
ərinin qohumlarına paylayır.  Orta Asiya xalqlarında keçmişdə geniş 
yayılmış  kalım almanın  («kaytarma»  fonnasından fərqli  olaraq təzə 
ərə  getmiş  tat qadının  ata-ana  ilə  görüşə  getmək mərasimi  ata evi­
nin və ya ər evinin) əlavə qazanc mənbəyi deyildir.
Tatların toy adətlərində özbək, qazax,  qırğız, tacik və  s.  xalq­
larda  təsadüf olunan  toyun  qız  evində  keçirilməsi  adəti  müşahidə 
olunmur.  Məlum  olduğu  kimi,  bu  toyun  adətinə  bəzi  tədqiqatçılar 
nikahın  keçmişdə  mövcud  olmuş  matrilokal  qaydası  qalığı  kimi 
baxırlar.  Tatlarda  isə  əksinə  patrilokal  münasibət  güclü  olduğu 
üçün,  əsl  və  böyük  toy  yalnız  oğlanın  evində  olur.  Əlbəttə,  qız 
gəlin gedənə qədər qız evində kiçik bir məclis düzəlir ki, bu heç də 
yuxarıda  göstərdiyim  xalqlarda  olan  qız  toyu  ilə  eynilik  təşkil 
etmir.  Tatlarda  adətən  bir  gecəlik  qonaqlıq  olan  bu  məclis  əslində 
qızın  qohum-əqrəbasının  onunla  xudahafızləşməsi  və  onu  təbrik 
etməsi  üçün  təşkil  olunan  məclis  xarakteri  daşıyır.  Tatların  adətinə 
görə  nişanlı  olan  oğlan  öz  sevgilisilə  evlənənə  qədər  nişanlısının 
ata-anasından  qaçmalı,  onları  görən  kimi  gizlənməlidir.  Kürəkənlə 
qızın  valideynləri  arasında  olan  bu  münasibətdə  də  matrilokal 
nikahın qalıqlarını  görmək mümkündür.  Lakin maraqlıdır ki,  qız da 
həm  ərə gələnə qədər,  həm  də ər evinə köçəndən sonra uzun müd­
dət  qayınatasından  və  qayınanasından  (xüsusilə  birincidən)  qaçıb 
gizlənməli,  gözünə  görünməməlidir.  Bu  m əsələdə  qadm  kişiyə 
nisbətən  daha arxaikdir.  Bizcə,  bu  adətdə  də  birincinin  əksinə olaraq 
nikahın patrilokal şəklinin qalıqlarını görmək olar.
Maternitet  adətlərin  qalığı  kimi  tatlar  arasmda  ananm  qardaşı 
qızı  ilə  (yəni  dayısı  qızı  ilə)  evlənmək  halını  da  göstərmək  olar. 
Əvvəldə  göstərdiyimiz  kimi,  dayı  qızı  ilə  xala  oğlunun  evlənməsi 
halına xüsusi  qiymət verilir.  Bununla da həmin əm əldə ana nəslinə 
olan hörmət və ehtiranı, ona üstünlük vermək misalını görmək olar. 
Çünki  dayı  öz  bacısı  uşaqlarına  ən  yaxındır,  onlarla  oynayıb 
əylənmiş,  tez-tez  onlara  hədiyyələr  gətirmiş,  ailənin  (öz  bacısının 
və  uşaqlarının)  qayğısına  qalmışdır,  onların  «qanuni»  (qohumluq 
adətləri 
nöqteyi-nəzərindən) 
qəyyumlarıdır, 
bacısı 
uşağının 
toyunda  yaxından  iştirak  edir,  qızı  almaq  üçün  verilmiş
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
423
(«başlıqdan»)  ən  yaxşı  və  qiymətli  pay  dayıya  düşmüşdür  və  s. 
Bütün  bu  hallar  ana  tərəfinə  göstərilən  ehtiram  və  ona  üstünlük 
üçün  kifayət  qədər  əsas  verir  ki,  bu  da  nikahın  maternitet 
qalığından başqa bir şey deyildir.  Məlumdur ki, nikahın  bu  forması 
qohumluq  münasibət  və  əlaqəsində  olan  şəxslərin  evlənməsini 
qadağan  edən  islam  şəriəti  qaydalarına  143  ziddir,  bu  evlənmə 
forması tatlarda islamdan əvvəlki dövrə aiddir.
Tat  toylannda  (hətta  toydan  çox  illər  sonra  da)  bəyin  (yəni 
evlənən  oğlanın)  yaxın  yoldaşlarına  həm   oğlan  tərəfinin,  həm  də 
qız  tərəfinin  adamları  xüsusi  hörm ət  göstərir,  onları  ən  şərəfli 
yerdə  oturdur,  çox  vaxt  isə  onlar  üçün  oğlanın  gəlin  otağında 
(yaxud bəy  otağında)  süfrə  açılır,  onlara  ən yaxşı yeməklər verilir, 
oğlan və  qız adamlarından hədiyyələr  alırlar.  Qeyd etdiyimiz  kimi, 
oğlanın  sağ  və  sol  müdafiəçiləri  də  (sağdış  və  soldış)  onlar  təyin 
olunurlar.  Bizcə,  bu  m əsələdə  nikahın  ən  qədim  formalarından 
olan qrup halında evlənmə nişanələrini axtannaq olar144.
Tatların  məişətində,  ailə,  nikah  adətlərində  forma  və  key­
fiyyət  dəyişikliklərinin  baş  verdiyi  şübhəsizdir.  Lakin  qeyd  etmək 
lazımdır  ki,  keçmiş  adət  və  ənənələr  hələ  də  öz  güclü  təsirini  tat 
ailəsi  üzərində  saxlamaqdadır.  B əzən  forma  dəyişikliyi  heç  də 
məzmun  dəyişikliyi  demək  deyildir.  Əgər  indi  bəzi  tatlar  qızı  ərə 
vermək  üçün  başlıq  almağı  köhnəlik  və  geriliyin  qalığı  hesab 
edərək  başlıq  formasını  oğlan  tərəfindən  qiymətli  hədiyyələr 
almaqla  əvəz  etmişsə,  bu  əslində  həmin  başlığın  dəyişmiş  şəkli, 
daha doğrusu,  başlığın mədəni  formasıdır.  Qeyd etmək lazımdır ki, 
bəzən  qızı  hədiyyə  ilə  satmaq  formasının  ümumi  dəyəri  başlıq 
tələblərinin  qiymətindən  də  artıq  olur.  Hələ  də  tatlarda,  qeyd 
etdiyimiz kimi,  atanm qadm,  qız və oğlanlarının üzərində patriarxal 
təsiri  güclüdür.  Bununla  belə  tat  ailəsində  qadınların  rolu  müasir 
ailə  səviyyəsinə  yüksəlməkdə,  ailənin  bu  yeni  keyfiyyətinin 
xeyrinə  artmaqdadır.  Getdikcə  qadmın  ailə  və  təsərrüfatda  rolu 
artır.  Tat  qadınları  daha çox yardımçı  əm əyə  cəlb  olunur ki,  bu da 
tat  qadmlarmı  kişinin  mütləq  təsiri  altından  azad  edir.  Qadm  indi 
kişi  ilə  bərabər  kəndin  təsərrüfatında,  kolxoz  tarlalarmda, 
fermalarda  çalışır.  Tat  qadınlarının  ailədəki  vəziyyətinin  keyfiyyət
1
л
1


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə