Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə97/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   93   94   95   96   97   98   99   100   ...   131

404
İKİNCİ  KİTAB
sibətlərini  soyudurlar.  Elçilərə  müsbət  cavabı  verən  tat,  heç  bir  şe­
yin  bahasına,  hətta  arzusunda  olduğu  böyük  məbləğdə  «başluq» 
xatirinə belə başqa elçilərə müsbət cavab verməz.  Belə bir hal bizə 
məlum deyildir.
Əgər  bir nəfər  öz  qızını  verməkdən  peşiman olsa,  həm  də  o, 
peşmançılığı  öz  xeyrinə  tutarlı  dəlillərlə  sübut  edə  bilməsə,  o 
zaman  dinməz-söyləməz  aldığı  başlıq  xərcini  son  dənəsinə  qədər 
oğlan  evinə  qaytarmalıdır.  Lakin  əgər  oğlan  atası  və  ya  oğlan  öz 
fikrini  dəyişib  qız  evi  ilə qohum olmaqdan  imtina etsələr,  o zaman 
qız  evi  aldığı  başlığı  qaytarmır.  Başlıq  qız  atasının  tutduğu  vəzifə­
dən,  onun  hörmətindən,  nüfuzundan,  qız  nəslinin  böyüklüyündən, 
hətta qızın gözəlliyindən asılı olaraq çox və ya az ola bilər.
Cəsarətlə  qeyd  etmək  olar  ki,  tatlar  arasmda  hətta  60-70  il 
qabaq  mövcud  olmuş  evlənmə  m əsələlərində  başlıqdan  da  böyük 
və heç bir şeylə düyünü açılmayan əngəl olan  təbəqə münasibətləri 
(xan,  bəy,  kəndxuda  nəsli,  rəiyyət,  aşağı  təbəqə,  muzdur  və  s.) 
tamamilə  ləğv  olunmuşdur.  İndi  ölkədə  sosializm  prinsiplərinin 
ləğvi  ilə  azad  bazarın  tələblərinə  uyğun  olaraq  təbəqə  münasibət­
ləri  yenidən  bərpa  olunacaqdır.  Azərbaycanda  sahibkar  əmələ  gə­
lir,  muzdurlar  yaranır,  varlı-kasıb  təbəqəsi  formalaşır.  Hal-hazırda 
belə  misallara  son  dərəcə  çox  təsadüf olunur:  böyük  bir  kolxozun 
sədri  öz  qızını  çobana,  əkinçiyə,  məktəb  direktoru  öz  qızını 
arıyabaxana,  dülgərə,  dəmirçiyə  verir  və  s.  Bunun  əksini  isə  yaz­
mağa  dəyməz.  Çünki  həkim   və ya  müəllim öz  oğluna kefi  istədiyi 
qızı  (hətta  ən  adi  bir  kolxozçunun  qızını)  böyük  ehtiramla  alır. 
Tatlar arasmda mövcud olmuş sinfi  (və ya,  daha doğrusu,  təbəqəvi- 
mənsəb-nəsilli)  barışmazlıq,  hörmətsizlik,  ehtiramsızlıq  köklü  su­
rətdə  təbəqələrin yeni  sosialist  münasibətləri,  qarşılıqlı ehtiram  və 
hörmətlə əvəz olunmuşdur.  İndi daha bir vaxtlar «əsil-nəsəbli» tat­
lar  arasmda  işlədilən  «alçaq  təbəqə»  (bununla  dəmirçi,  dülgər, 
dəllək,  zurnaçı və s.  sənət sahiblərini adlandırırdılar) ifadəsinə əsla 
təsadüf olunmur.
İnqilaba  qədər  belə  sənət  sahibləri  ilə  qohum  olmaq 
nisbətən  yaxşı  ictimai  mövqe  tutanlar  üçün  son  dərəcə  nifrətə 
səbəb olurdu.  Belə sənət sahiblərinə  həqarət gözü ilə  baxmaq baş­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
405
qa  qədim xalqlarda da var idi.  Belə ki,  qədim yunanlar sənəti  ilə pul 
qazancı  gətirən  adamlara  (Ksenefin  fikrincə)  məclislərə  girməyi 
qadağan etmişdilər. Aristotel isə onların vətəndaşlıq adı daşımağa belə 
ixtiyarları olmadığmı qeyd etmişdi.
Oğlan  evi  ilə  qız  evi  toy  günü  haqqında  razılığa  gələndən 
sonra,  oğlan  evi  öz  öhdəsinə  ağır yük  götürmüş  olur.  O,  bütün  im­
kanlarını,  qohum-qardaşının köməyini  işə  salıb toya  hazırlıq  görür. 
Oğlan  evi  hər  şeyə  dözməyə  razıdır,  ta  ki,  bu  ağır  imtahandan  və 
ağır yük altmdan  qalib  çıxsın,  üzü  ağ  olsun.  Toy etmək  tatlar üçün 
ən  azı  üç  gün-üç  gecə  çalıb-oynamaq,  yemək-içməkdir.  Toya 
gəlmək  hamı  üçün  azaddır,  hətta  bir növ  məcburidir.  Biri  o  birisi­
nin  toyunda  iştirak  etməsə,  ona  «xeyirə-şərə  yaramaz  adam  de­
yirlər».  Beləliklə,  toya  gəlməli  olanların siyahısını  toy  sahibi  tutur 
(məsafənin uzaqlığının dəxli yoxdur,  hətta Bakıdan, Quba,  Dəvəçi, 
Xızı  və  s.  uzaq  dağ  kəndlərinə  toya  getməyi  toy  sahibi  adi  bir  şey 
hesab edir), toydan bir neçə  gün qabaq, adətən 20-30 gün əvvəl oğ­
lan atası qoyun kəsir,  şam yeməyi hazırlayır, öz qohum-əqrəbasmın 
ailə başçılarını (və ya nümayəndələrini) şama dəvət edir, xərclərini 
hesablayır,  toya  çağırılan  adamların  siyahısını  oturanlara  elan  edir. 
Tatların  arasmda  bir  sıra  başqa  etnik  qrupa  aid  kəndlərin 
əhalisindən  fərqli  olaraq  gözəl  bir  adət  vardır.  O  da  budur  ki, 
qohum-əqrəba  toy  xərcini  öz  arasmda  bölməyi  özünə  borc  bilir, 
yaxud  h ər  vasitə  ilə  olsa  imkanı  daxilində  kömək  edir.  Biz  toya 
hazırlıq  məclislərinin  birində' olmuşuq.  Bu  məclisdə  bütün  otaq 
boyu  döşəkçələrin  üstündə  bardaş  qurub  oturmuş,  mütəkkə  və  ya 
yastığa  söykənmiş  qohumlar  (burada  bir  neçə  ailə  tərəfindən 
qadmlar da bərabər iştirak edirdilər.  Ərləri  bu və  ya  başqa  səbəbə 
görə  gələ  bilməmişdilər)  bütün  toy  xərcini  öz  aralarında  bölüşdü­
rürlər.  Hər kəs  öz  imkanma  görə  təklifini  verir:  kimsə  əti  (qoyun, 
mal və  s.),  kimsə  düyüsünü,  başqası  ununu,  o  biri  qəndini,  çayını 
və  s.  öhdəsinə  alır.  Elə  buradaca  qonaqların  atma  kim  baxacaq, 
atların  arpa-samanını,  otunu  kim  verəcək,  hansı  tövlədə  neçə  at 
bağlanacaq,  qonaqlar  hansı  evlərdə  yatacaq,  toya  çağırılanlara  ю т  
xəbər  verəcək  (tarixini  göstərməklə)  və  s.  kimi  bütün  toyla 
əlaqədar  m əsələlər  müzakirə  olunur,  qərar  qəbul  olunur,  hərə  öz


406
İKİNCİ KİTAB
evinə  gedib  payma  düşən  vəzifəni  yerinə  yetirməyə  başlayır. 
Beləliklə də, əsl həqiqətdə toy sahibi üçün nisbətən az xərc qalır və işi 
yüngülləşir.  Tatların  fikrincə,  toyda  belə  köməklik  göstərmək  hamı 
üçün  vacibdir,  çünki  «dünyanın  işi  borca-borcdur,  bu  gün  səninçün, 
sabah  mənimçün».  Toya  çağırılmış  adamlar göstərilən  vaxtda  (bə  ərsi 
gal  zərəgar -  toy carçısının  elan etdiyi  tarixdə)  hər  tərəfdən bu kəndə 
tərəf axışırlar (kimi piyada, kimi atda-eşşəkdə, kimi maşında).
Toy  meydanı  (mağar,  toyxana)  adətən  toy  olan  evin  yaxın­
lığında  bir  rahat  çəm ənlikdə  qurulur,  hava  yağıntılı  olarsa,  evin 
qabağmda  böyük  çadırlar  salmır,  buna  «toyxana»  deyirlər,  dörd­
bucaq şəkildə tirlər uzadılır,  çalğıçılar üçün xüsusi yer ayrılır,  onun 
sağ  və  sol  tərəfindən  isə  son  illər  daha  əziz  və  hörmətli  qonaqlar 
üçün  stullar  qoyulur,  üstünə  döşəkcə  salınır,  gecə  də  toyun  davam 
etməsi üçün elektrik işığı olan kəndlərdə xüsusi güclü projektordan 
istifadə  olunur,  elektrik  işığı  olmayan  kəndlərdə  isə  qonum- 
qonşudan  lampa  və  fanar  alınıb  düzülüb,  hazırlanır.  Toya  gələn 
tatlar  ən  təzə  paltarlarını 
geyinir,  bərbəzəyini  taxır,  qadınlar 
əllərinə  xına  qoyur,  bəzənib-keçinir,  bir  tərəfdə  dövrə  vurub 
otururlar.  Maraqlıdır ki,  toy meydanında hamınm qarşısında kişi  ilə 
qadm oynadıqları halda h ər toyda cinslərin hərəsinin öz yeri vardır, 
qadınların  hamısı  topa  halmda  üzü  meydana  tə rə f  bir  qədər 
meydandan  aralı,  kişilər  bir  az  qabaqda  özlərinə  yer  tuturlar. 
Deməliyəm  ki,  bu  qaydaya  indi  də  bir  sıra  tat  kəndlərində  riayət 
olunur.  Çox  vaxt  qadınların  yeri  oğlan  evinin və  ya  qonşu  damının 
üstü  seçilir.  Rəngbərəng  paltarlar  geyinmiş,  başlarına  öz  yaşmdan 
asılı  olaraq  yaylıq  və  ya şal  bağlamış  əli  hənalı,  ənlikli-kirşanlı  tat 
qadmları və qızları bu toylarm yaraşığıdır.
Toya  gələnlərin  hamısı  bir  şey  gətirməlidir  ki,  buna  «töhfə» 
deyirlər.  Bu  belinə  m üxtəlif  rənglər  vurulmuş  quzu  və  qoçdan 
başlamış,  şahin quşu kimi  qol üstündə  oturmuş  rəngli xoruza qədər 
(hətta  parça,  paltar,  zinət  və  s.)  ola  bilər.  Bundan  əlavə,  toyda 
iştirak  edənlər  son  illərdə  əm ələ  gəlmiş,  özü  də  get-gedə  azarkeş 
oyunlarda  məbləğ  artan  kimi  çoxalan  pullu  toy  tələblərinə  əməl 
edərək  toyda  pul  xərcləməlidir.  Toy  sahibinin  imkanından  asılı 
olaraq  toyda  yığılan  pul  ya  çox,  ya  da  az  ola  bilər.  Toyun  son
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
407
günündə  son  dəfə  yem ək  yeyən  dəstə-dəstə  adamların  qabağına 
qırmızı  örtüklə  örtülmüş  padnos  və  ya  nimçə  qoyulur.  Bu  nimçə 
ə w ə l  ən  hörmətli  adamm  qabağında  tutulur.  Çünki  o,  öz 
şəxsiyyətinə  uyğun olaraq yəqin  ki,  pulu çox  verəcək,  beləliklə də 
bir növ qalanlar üçün də verilən pulun miqdarı məlum olacaq.
Pul  verən  adamların  siyahısı  tutulur,  verdiyi  pulun  miqdarı 
yazılır,  pullarla  birlikdə  toy  sahibinə  verilir.  Həmin  yığılan  pul 
onun  öz  şəxsi  malıdır.  Bizim  ictimai  ruhumuza  yaraşmayıb  şəxsi 
varlanma kimi pis niyyətə xidmət edən son illər yaranmış bu qaydaya 
qarşı mübarizə aparmaq hamınm borcudur.
Bəzi  tat kəndlərində  toy üçün çağırılan  xanəndə və çalğıçılar 
(bu əsasən zurnaçılar dəstəsindən ibarət olur,  tatlar toy üçün zurna- 
balabanı başqa musiqi növlərindən daha münasib hesab  edirlər)  toy 
sahibinin  göndərdiyi  adamla  zəhm ət  haqları  barəsində  razılığa 
gəlib  əvvəlcədən  şərt  kəsməlidirlər.  Bu  şərt  m üxtəlif şəkildə  ola 
bilər.  Bu  m əsələ  ilə  əlaqədar  olaraq  əvvəl  başqa  bir  şeyi  qeyd 
edək.  Toyda  oynayan  adamlara oynayanların qohum-qardaşı,  dostu 
və  ümumiyyətlə  h ər  kim  istəyirsə,  meydana  çıxıb  əlinə  pul  verə 
bilər. Bu verilən pula tatlar «şabaş» deyirlər.
Doğrudan  da,  əgər  bir  toyda  oynayan  adama  heç  kəs  şabaş 
verməsə, o adam çox pərt olur, utanır.  Çünki heç kəs ona sevinc və 
ya  şad  (tatca  şar)  olmaq  arzusu  əlaməti  olan  şabaş  vermədi. 
Oynayan  adam  kefi  istədiyi, qədər  oynaya  bilər  və  o,  meydandan 
çıxmadıqca musiqini  kəsməyə  hətta  çalğıçıların  da  ixtiyarı yoxdur. 
Bu,  böyük  narazılığa  səbəb  ola  bilər.  Belə  hal  xüsusilə  oynayan 
adamın  tərəfdarlarının  heysiyyətinə  toxunar,  onlar  bunu nəinki  oy­
nayanın,  həm  də  özlərinin ünvanına pis  münasibət nümunəsi kimi 
qiymətləndirərlər.  Çalğıçılar  yorulub  tər  töksələr  də  ya  həmin 
oyun  havasını  dəfələrlə  təzədən  təkrar edir,  ya  da  oyun  havalarını 
tez-tez dəyişir,  lakin musiqini kəsmirlər.  Bu sətirlərin müəllifi  keç­
miş  Qonaqkənd  rayonunun  (indiki  Quba  rayonu)  tat  kəndlərinin 
birində  bir  qız  ilə  oğlanm  bir  saat  qırx  beş  dəqiqə  meydanda  süz­
düklərini  müşahidə  etmişdir  ki,  bu  müddət  ərzində  zurnaçılar 
dəstəsi  göz-qaş  işarələri  ilə  kənardan  kömək istəsələr də,  musiqini 
kəsməmiş, tərləri  axsa da çalmaqda davam etmişlər.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə