Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə94/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   90   91   92   93   94   95   96   97   ...   131

3 9 2
İKİNCİ KİTAB
Pribaltika  ölkələri  və  Şimali  Qafqazda  müxtəlifdilli  xalqların 
bir-birinə  yaxm  maddi  m ədəniyyətə  malik  olduğunu  müşahidə 
etdiyimiz  kimi,  Azərbaycan  ərazisində  də  bunun  müxtəlif dillərdə 
danışan  xalq  və  etnik  qrupların  hamısı  üçün  müştərək  olan  bir- 
birinə  yaxm  və  oxşar  maddi  (yaxud  tekniki)  mədəniyyət  (əmək 
alətləri,  m üxtəlif vasitələr,  tikinti  və  s.),  sosioloji  (bu  cəmiyyətdə 
yaşayan  insanların  bir-birinə  münasibətindən  doğan)  və  ideoloji 
(ideya,  etiqad-inam,  qavrama  və  düşüncə  tərzi  və  s.)  mədəniyyət 
yaratdığı  nümunəsinin  tipik  misalmı  görmək  olar.  Lakin  qeyd  et­
m ək  lazımdır  ki,  təsərrüfatda  işlənmə  və  istifadə  üsulundan  asılı 
olaraq  müxtəlifdilli  etnik  qruplarda  eyni  zamanda  bir-birindən  xə­
bərsiz  oxşar tipli  əm ək  alətləri  yarandığı  kimi,  oxşar coğrafi  şərait 
və  iqlimdən  asılı  olaraq  da  oxşar  tikintilər,  m əişət  vasitələri,  ge­
yim lər  də  əm ələ  gələ  bilər.  Belə  oluqda  bu  etnik  qrupların  tarixi 
inkişaf yolunu  düzgün  əks  etdirən  doğru  nəticələr  çıxarmaq  çətin­
ləşir və nəticədə  əslində bunlarda  göstərdiyim təbii-coğrafi  səbəb­
lərə  görə müstəqil  yaranmış  təsərrüfat əm ək alətləri,  tikinti  və  ge­
yim  tiplərinin  bu  etnik  qrup  içərisində  gəlmə,  başqa  xalq  və  etnik 
qrupların  maddi-mədəni  təsiri  nəticəsi  olduğunu  deməyə  gətirib 
çıxarır ki, bu da çox vaxt hər yerdə, bu  və ya başqa  qrupun konkret 
misalında  doğru  olmur.  Belə  hallarda  olduqca  çoxlu  müştərək 
cəhətləri  olan  qonşu  etnik  qrupların  öz  simasını  göstərmək,  öz 
«xəttini»  tapmaq  üçün  bu qrupun  bədii  formalarmın  təzahürü  olan 
tikinti,  geyim,  alət və  s.-də əksini  tapmış omamentlərə -  naxış ciz­
gilərə,  qab-qacaq formalarına müraciət etmək lazımdır.  Çünki  bun­
lar -  bu naxışlar və  qab-qacaq formaları «mədəniyyətin olduqca sa­
bit və  dəyişməz  elementləri  olub,  əksərən bu və  ya  başqa tayfanın 
taleyində  baş  verən  dəyişikliklərə  baxmayaraq  bir ənənə  kimi  əsr­
lər boyu saxlanıb mühafizə olunur» П9.
M əhz  bu  etnik  əlam ətlər  bu  etnik  qrupun  dil  xüsusiyyətləri 
ilə  paralel  inkişaf edərək  formalaşır  və  beləliklə  də  maddi  mədə­
niyyətlə dil arasında etnolinqvistik əlaqə yaranır120.
Hər  bir  etnik  qrup  içərisində  yaranan  ənənələr  onu  göstərir 
ki,  bu  qrupun  üzvlərinin  bir-birilə  rəftarı,  münasibəti  olmuşdur. 
M ünasibət  və  rəftar  forması  vasitəsi  isə  bu  etnik  qrupun  dilidir.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
3 9 3
Azərbaycan  ərazisində  yaşayan  m üxtəlif etnik  qrupların,  o  cümlə­
dən  tatlarm  da  arxeoloji-etnik  fərdi,  özünəməxsus  xüsusiyyətlərini 
öyrənərkən  m əhz  onların  «öz  xətti»ni  aşkar  edə  biləcək  fərdi 
cəhətlərə  ilk  növbədə  fikir  verməli,  etnolinqvistik  cəhətlərinə  xü­
susi  diqqət yetirilməlidir.  Bu  m əsələdə  böyük  xalq  və  ya  kiçik  et­
nik qrup yoxdur.  Burada  tarixilik,  hər  bir qrup  və  ya tayfanın  inki­
şaf yolu  vardır.  Bunu  unutduqda  tədqiqat  birtərəfli  nəticələrə  apa­
rıb  çıxarır.  Təkcə  böyük qrupa -  Azərbaycan  ərazisində  yaşayaraq 
Azərbaycan dilində danışan qrupa əsaslandıqda, bu qmpun yaşadığı 
ərazidə  onun maddi mədəniyyətinə aid aşkar edilən bir sıra mühüm 
xüsusiyyətlərin  elmi  təhlilini  vermək  çətinləşir.  Çünki  ətrafda  ta­
pılan,  lakin  «öz  xətti»  olan  başqadilli  etnik  qrupa  aid  maddi  mə­
dəniyyət  nümunələrindəki  spesifik  xüsusiyyətlərə  fikir  verilmir. 
Bu  gün  Azərbaycan  dilində  danışan  bir  sıra  Azərbaycan  kəndləri 
və rayonlarının bir neçə yüz  il və hətta bir neçə on  il bundan əvvəl 
Azərbaycan  ərazisində,  həmin  rayon  və  kəndin  qonşuluğunda  bu 
gün  də  nisbətən  böyük  ərazidə  yaşayaraq  mövcud  olan  İran 
dillərindən  birində  (tat,  talış,  kürd  dillərində),  yaxud  İber-Qafqaz 
(ləzgi,  udin,  buduq  və  s.)  dillərində  danışıldığı  məlumdur.  Dil 
assimilyasiya  olunaraq  öz  sərhədlərini  geri  çəksə  də,  onun  yerini 
tutan  dildə  danışan  qrupun  maddi  mədəniyyətində  «öz  xətti»ni 
qoymuş,  onu  miras  verərək  çəkim işdir.  M əsələyə  bu  nöqteyi- 
nəzərdən yanaşdıqda belə bir fikirlə razılaşmalıdır ki,  «etnogenetik 
tədqiqatlar zamanı  heç  vaxt  təkcə  bir mədəniyyət və ya etnik qrup 
materialları  ilə  məhdudlaşmaq  olmaz,  əksinə  tarixi şəraiti  (kursiv 
bizimdir -  M.H.) nəzərə almaqla bütün prosesə mümkün qədər ge­
niş baxmaq lazımdır»121.
Belə tədqiqatda xarakter  əhəmiyyəti  olmayan  ikinci  dərəcəli 
tarixi  faktları  və  hadisələri  nəzərdə  tutmaqdansa,  yerli  əhalinin 
etnik  tərkibinin  dəyişilməsinə  səbəb  olmuş  əsas  tarixi  faktları,  dil 
mənsubiyyətini  və  tədqiq  olunan  ərazi  əhalisinin  mədəni  münasi­
bətlərini ən mühüm və həlledici amil km i nəzərdə tutmaq lazımdır122.
Qeyd etmək  lazımdır k ,   hər bir  böyük  və  ya  kiçik xalq  k m i 
tatlarm da mədəniyyətində özünəməxsus  üslubu,  ştrixləri, element­
ləri olmuşdur ki, bu  fərdi,  bəzən qonşu etnik qruplardan ciddi  fərq­


3 9 4
İKİNCİ KİTAB
lənən  mədəni stil  indi  də  bu  etnik qrupun ümumi  mədəniyyəti  içə­
risində  «öz  xətti»ni  saxlamaqdadır.  Bu  onların  tikintisində,  tikinti 
materiallarında,  qab-qacaq  istehsalında,  arxlar  və  kanalizasiya  qu­
ruluşunda,  məscid  və  qəbiristanlıqlarda,  nəğm ələrində123,  xalq 
ədəbiyyatında124 və s.  özünü aşkar surətdə  göstərir.  Şübhəsizdir ki, 
xalqların  və  etnik  qrupların  ictimai  quruluşunu  tədqiq  etmək  üçün 
onların maddi və m ədəni mədəniyyətini tədqiq etmək zəruridir.
Belə  bir faktı əsla  inkar etmək olmaz ki,  etnoqraflar üçün bü­
tün  etnik  ümumiləşdirmə  əlamətlərindən  ən  mühümü  spesifik 
mədəniyyətdir.  Hər  bir  qrupun  spesifik  mədəniyyətini  öyrənib 
bütöv  bir  mədəniyyət  halında  ümumiləşdirmək  aşağıdakı  belə  bir 
faktı nəinki  inkar edir,  əksinə təsdiq edir: böyük və ya kiçik xalqla­
rın,  etnik  qrupların  hər  birinin  ayrılıqda  mədəniyyətində  elə  xüsu­
siyyətlər  vardır  ki,  bunlar  ya  başqa  qrupların  etnik  mədəniyyətinə 
yaxmdır,  ya  da  bu  əlam ətlər  onların  eynidir125.  Tamamilə  təbiidir 
ki,  Azərbaycan tatlarının  də  özlərinəməxsus  spesifik mədəni  xüsu­
siyyətləri  olmaqla  bərabər,  bu,  respublikada  yaşayan,  onlar m  qon­
şuluğunda  olan  başqa  etnik  qruplarla  ümumi  olan  -   yaxm  və  ya 
etnik  mədəni  xüsusiyyətləri  də  vardır.  Azərbaycanda  m üxtəlif 
etnik qruplarda getmiş  mədəni  inkişafın ümumi  qanunauyğunluqla­
rını  müəyyənləşdirmək  üçün  tatlarm  təsərrüfat-mədəni  tiplərində, 
həmçinin  tarixi-etnoqrafık  sahələrində  spesifik xüsusiyyətlərin öy­
rənilməsinin də əhəm iyyəti az deyildir. Tatlar başqa etnik qruplarla 
eyni coğrafi  şəraitdə yaşasalar da,  təsərrüfat-mədəni xüsusiyyətləri 
başqa  etniklərdən  asılı  olmayaraq müstəqil  inkişaf etmiş,  formalaş­
mışdır  ki,  bu  da  bir  növ  «milli»  xasiyyət  daşıyn.  Lakin  tatların 
tarixi-enoqrafik  xüsusiyyətlərində  bu  etnik  qrupla  faktik  əlaqə  və 
ya  rabitədə  (qonşu  ərazidə  yaşamaq  və  s.)  olmuş,  hətta başqa  tipli 
təsərrüfat-mədəniyyət  qrupuna  daxil  olan  etnik  qrupların  tarixi- 
etnoqrafik  xüsusiyyətlərinə  yaxın  cəhətlər  də  vardır  və  bəzən  bu 
nöqteyi-nəzərdən  hətta  eynilik təşkil  etmişdir.  Tarixi-etnoqrafik vi­
layətlərin öyrənilməsi  Azərbaycanda yaşayan xalq və  etnik qrupla­
rın etnik klassifıkasiyası üçün əsas ola bilər.
Tatlarm  m ədəni  tarixini  öyrənmək,  onu  müqayisəli  şəkildə 
tədqiq  etmək  və  düzgün  nəticələr  almaq  üçün  belə  axtarışa  şəxsi
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
3 9 5
müşahidələr  nəticəsində  toplanmış  təkcə  etnoqrafik  materialı  cəlb 
etmək heç də kifayət deyil, bu tədqiqata mütləq arxeoloji qazıntılar 
(yaxud  təsadüfi  və  ya  təbii  tapıntılar)  nəticəsində  əldə  olunmuş 
materialları  və  həmçinin yazılı  tarixi  mənbələri  cəlb etmək zəruri­
dir.  Təsadüfi deyil ki,  son illərdə bir sıra  tədqiqatçıların etnoqrafik- 
mədəni  tarixi  axtarışlarına  yuxarıda  göstərdiyim  materiallar  da 
geniş  surətdə cəlb olunur126.  Bunu hələlik ümumi  Azərbaycan mə­
dəniyyətini,  etnik  tarixini  və  s.  öyrənmək  üçün  burada  yaşayan 
m üxtəlif etnik qrupların, o cümlədən tatların materiallarından istifa­
də dərəcəsi üçün demək olmaz. Bu etnik qrupların maddi və mədə­
ni  materiallarını  cəlb  etmədən,  ümumiyyətlə,  azərbaycanlıların127 
maddi  mədəniyyəti  haqqında  dolğun,  bitkin  və  düzgün  fikir  söy­
ləmək  çətindir.  Belə  olduqda  məlumdur  ki,  tatlarm  maddi  və 
mənəvi  mədəniyyətinin  və  ya  başqa  elementlərinin  öyrənilməsi 
heç  də  az  əhəm iyyətli  deyildir.  Bunun  üçün  tat  etnik  qrupunun 
kənd  təsərrüfatı  alətlərinin  (texnikasının)  yaranma  və  təkmilləşmə 
formaları,  gediş-gəliş,  yaxud  hərəkət-nəqliyyat  vasitələri,  yaşayış 
evlərinin  quruluşu  və  xüsusiyyətləri,  yemək  və  geyimləri,  həmçi­
nin  xalq bədii yaradıcılığının  şeir,  dram,  musiqi,  rəqs,  təsviri  incə­
sənət  kimi  sahələrinin  tədqiqinə  ciddi  fikir  vermək  lazımdır.  Bun­
dan  əlavə,  tatlarm  məişətində  hələ  də  güclü  yer  tutan  dini  inam, 
müqəddəs  sayılan  yerlərə,  daşlara,  ocağa  və  s.  kimi  bütlərə  və 
kultlara  sitayiş  etmək adətlərini  də  geniş  tədqiq  edərək bu  adətləri 
hələ də yaşadan səbəblərin ictimai mahiyyəti aşkara çıxarılmalıdır. 
Bu məsələnin öyrənilməsi  həm bütövlükdə mədəniyyət tarixi məsə­
lələrinin ümumi nəzəri problemlərini aydınlaşdırmaq,  həm də elmi- 
əxlaqi  işin  əməli  vəzifələri  üçün  böyük  əhəmiyyəti  vardn.  Belə 
məsələlərin  tədqiqi,  şübhəsiz  ki,  nəsildən-nəslə  keçərək  müasir 
adamlara miras  qalmış  dini  ənənələr,  mənəvi  dəyərlərdir.  Bunların 
tədqiqi  tatlann  mədəni  inkişafında  əldə  olunmuş  innovasiyaları 
(təzələşmələri)  daha  qabarıq  nəzərə  çarpdırmaq  üçün  də  son 
dərəcə əhəmiyyətlidir.
Elmi-müqayisəvi  metodologiyaya  əsaslanaraq  hər  bir  xalqm 
və  etnik  qrupun  mədəni-məişət  xüsusiyyətlərinin  xarakterik 
cəhətlərini  öyrənməklə  bu  xalqlar  və  etnik  qruplar  üçün  ümumi


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə