Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə96/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   92   93   94   95   96   97   98   99   ...   131

400
İKİNCİ KİTAB
«özbəklər  qohum-qardaşı  olmayan  adam a...  həqarətlə  baxırdılar»
128
Keçmişdə  tatlar  övladsız  qadınlara  m ərhəm ət  gözü  ilə  bax­
mır,  onu  hər  addımda  «qüsür»  (yəni  sonsuz)  adlandıraraq  təhqir 
edir,  qohum-qardaş  arasında  hörmət  etmirdilər.  Bu  hələ  azdır. 
«Uşaqları  olmayan  adama  ətrafdakılar  nəinki  təəssüflə  yanaşır, 
hətta  onu  ittiham  edirdilər» 129.  Övlad  doğmuş  qadınların,  xüsusilə 
oğul doğanların  isə hörməti  son dərəcə böyükdür və bəzən  hörmət 
əlaməti  olaraq  kişi  onunla  bu  və  ya  başqa  ciddi  m əsələdə  m əslə­
hətləşməyi belə özünə ar bilmir.  Keçmişdə  oğulu olmayan kişilərə 
də  tatlar  m ərhəm ət,  rəhm,  yazıq  gözü  ilə  baxır,  onu  «ağacı  quru 
bitmiş  kişi»  adlandırır,  ona ürəkləri  yanırdı.  Hamının  fikrincə,  belə 
kişi  bədbəxt  sayılırdı,  çünki  onların  fikrincə,  belə  kişinin  özündən 
sonra  ocağını  tüstülədə  biləcək  bir  adam  yoxdur.  Belə  adam  isə 
yalnız  oğul  ola  bilər.  Oğlan  uşağı  nəslin  davamçısı,  ata  divarının 
dirəyidir.  Belə  ailələr xoşbəxt  ailə  sayılır,  iki-üç  oğlu  olan  kəslərə 
«bəxtəvər» deyirlər.  Qədim İran,  türk-turan, yunan,  rum və s.  kimi 
xalqlarda da oğula xüsusi  bir ehtiramla yanaşmaq,  onu evin dirəyi, 
atanm  nəslinin  davamçısı  hesab  etmək  çox  geniş  yayılmışdı.  Bu 
xalqların  qədim  adətlərinə  görə,  yalnız  oğul  evin  odunu  sönməyə 
qoymaz,  evi  saxlaya  bilər,  yalnız  oğul  nəslin  adət-ənənələrini 
qoruya  bilər,  dini  saxlayar,  nəsli  hər  cür  təhlükədən,  təhqir  və 
ləkədən  mühafizə  edər.  Bunun üçün  isə  evlənmək  lazımdır.  Məhz 
buna  görə  də  bütün  xalqlarda  olduğu  kimi  tatlar  arasmda 
evlənməmiş  oğlan  və  ya  ərə  getməmiş  qıza  az  təsadüf olunurdu. 
Evlənmə  tatların  öz  adət-ənənələrinə  uyğun  olaraq  icra  olunur. 
Yalnız  sovet  dövründə  yaranmış  nikahın  qanuni  qeydə  alma 
tələblərinə  tatlar  ciddi  əm əl  edirlər.  İnqilaba  qədər  isə  bir  kənd 
mollası  bütün  evlənmə-boşanma  işlərinə  nəzarət  edirdi.  İnqilaba 
qədər  kəbin  kağızına  ehtiyac  yox  idi.  Çünki  kişi  kefi  istədikdə 
arvad alıb-boşaya bilərdi.
İnqilaba qədər tatlar arasmda qızın ərə getməsi, yaşı məsələsi 
tamamilə hər ata-ananm öz  ixtiyarında idi.  Yəni  ata istəsəydi  hətta 
8-10  yaşında  belə  qızmı  30-40  yaşlı,  hətta  60-70  yaşlı  qoca  kişiyə 
verə bilərdi.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
401
Tatlar  arasmda  keçmişdə  son  dərəcə  güclü  olan  «göbək kəs­
di»  adətinin130  qalıqları  indi  də  müşahidə  olunur.  Anadan  olan  qız 
həmin  anda,  ya  bir-iki  ay  və  ya  bir-iki  il  sonra  təntənəli  surətdə 
başqa bir oğlana ad olunurdu.  Hətta  inqilabdan  əvvəl  oğlan atasının 
öz  gələcək  gəlinini  5-6  yaşında  öz  evinə  köçürdüyü  hallar 
məlumdur  (Puçuq,  Xaşı  və  s.  kəndlərdə).  Ata  kiçik  «bəylə» 
«gəlini»  evlənmə  vaxtları  çatana  qədər  saxlayırdı.  Bəlkə  də  onlar 
böyüyəndən  sonra  bir-birini  sevməzdilər.  Bu  mühüm  deyildi. 
Həlledici  rolu  ata-ana  oynayırdı.  Hətta  oğlanın  fikrini  belə 
soruşmurdular.  Onlar  öz  ömürlərini  həsrətdə,  əsarətdə,  bir-birini 
sevmədən  başa  vurub  qocalırdılar.  Göbək  kəsdi  olunmuş  uşaqların 
evlənməsini  təşkil  etmək  valideynlər  üçün  şərəf  sayılırdı.  Bunu 
pozmaq  isə  böyük  cəncələ,  hamınm  heyrətinə  səbəb  olur,  hətta 
nəsil düşmənçiliyi yaradırdı.
Oğlanlar  əsasən  həddi-buluğa  çatandan  sonra  evlənirdilər. 
Lakin  bəzən  belə  hallar  da  olurdu  ki,  ata  özünün  və  ya  oğlunun 
başına gələ biləcək gözlənilməz hadisələrdən qabağa düşmək üçün 
öz  yeganə  oğlunu  13-14  yaşmda  evləndirirdi.  Bununla  da  nəslin 
kökünün təsadüfən kəsilməsi ehtimalının qarşısı almırdı.
Bu  və  ya  başqa  qızı  almaq  üçün  oğlan  atası  qərara  gələndən 
sonra,  kəndin  hörmətli  ağsaqqal  kişilərindən  və  nadir  hallarda  ən 
hörmətli  qadınlardan  seçir,  evinə  qonaq  dəvət  edir  və  ya  sadəcə 
olaraq  onlarm yanma  gedib  filan  qızın  ata-anasınm  razılığını  almaq 
üçün  elçi  getməyi  xahiş  edir.,  Bu  münasibətlə  tatlar  Azərbaycan 
dilindən  götürdükləri  «ilçi»  («elçi»)  sözünü  işlədir,  «filan  qıza» 
«elçi  gedir»  -   deyirlər.  Oğlan  atası  elçiləri  seçərkən  çalışır  ki,  son 
dərəcə  diqqətli  olsun.  Elçi  gedən  adamlara  qız  evinin  münasibəti, 
elçilərin və ev yiyəsinə təsiri dərəcəsi, sözlərini redd edə bilər ya yox 
və  s.  mühüm  rol  oynaya  biləcək cəhətləri  nəzərdə  tutur.  Oğlan  atası 
çalışır ki,  elçilər nüfuzlu adamlar olsunlar.  Belə  olduqda hətta qız atası 
öz qızını verməyə razı olmasa da,  onu elçilər razı  salacaqlar.  Bunu oğ­
lan atası əvvəlcədən çox götür-qoy edəndən sonra elçilərini təyin edir.
Elçilərə  rədd  cavabı  vermək  oğlan  atasma  hörmətsizlik  və 
təhqirdən  başqa  birinci növbədə  elçilərin  özləri  üçün  təhqir  hesab 
olunur.  Ona  görə  də  çox  vaxt  elçilər  rədd  cavabı  alacaqları


402
İKİNCİ  KİTAB
ehtimalına  qarşı  elçi  getməkdən  imtina  edir,  bir  bəhanə  ilə  boyun 
qaçırırlar.  Qız  evinə  gedən  elçilər  müəyyən  vaxtda  oğlan  evinə 
yığışır,  sonra  bir  yerdə  yola  düşürlər  (elçi  təkcə  kənd  içərisinə 
deyil,  qonşu  kəndlərə  də  göndərilir).  Əlbəttə,  qız  evi  onlarm 
gələcəyi  haqqında  qabaqcadan  xəbər  tuta  da  bilər,  tutmaya  da. 
İçəri  girən  elçilər  ehtiramla  əyləşirlər,  adətən  uzun  müddət 
m üxtəlif  m əsələlər  barəsində,  m əsələn,  təsərrüfat,  əkin-biçin, 
məhsul bolluğu və ya qıtlığından, mal-qara üçün qışa ot tədarükündən 
və  müxtəlif söhbətlərdən  danışdıqdan  sonra  çox  ehtiyatla  filankəsin 
ailəsindən,  onun  cavan  oğlundan  söhbət  salır,  sonra  ən  hörmətli 
ağsaqqal elçi adətən soruşur:
-   Sizin  də,  eşitdiyimə  görə,  maşallah,  Allah  saxlasm,  cavan 
qızınız var.  Bir qız bir oğlan üçün yaranıb. Bizi filankəs sənin evinə 
göndərib,  qızını  öz  oğluna  almaq  və  sənin  kimi  yaxşı  adamla 
qohum olmaq istəyir və s.
Əgər  qızm  atası  təklifə  razı  deyilsə,  daha  artıq  ciddi-cəhd 
olunmur.  Qeyd  etməliyik  ki,  bir  dəfə  sözü  rədd  olunmuş  elçi 
adətən çox nadir hallarda bir də o evə getməyə cəhd göstərir.  Hətta 
əgər  həmin  elçi  bir  daha  o  evə  getsə,  bu  dəfə  artıq  hətta  qız  atası 
belə  ona  pis  nəzərlə  baxır,  çox  vaxt  da  «üzlü  elçini»  evindən  qaş­
qabaqla  yola  salır.  Qız  atası  təklifə  razı  olduqda  isə  adətən  öz 
arvadını  səsləyib,  çay  istəyir.  Bəzən  qız  atası  utandığından  və  ya 
gələn  elçilərin  ağsaqqallarına  ehtiram  olaraq  aşkar  surətdə  «razı­
yam»  demir.  Süfrəyə  şirin  çay  (və  mütləq  yalnız  şirin  çay)  qoyu­
lursa,  elçilər  sevinirlər.  Çünki  bu  razılıq  əlamətidir.  Bundan  sonra 
ümumi  qayda  üzrə  oğlan evi  qıza  nişan taxır,  müəyyən  hədiyyələr 
göndərir.
Nişan  qəbul  olunandan  sonra,  oğlanın  atası  öz  qohum-əqrə- 
basmdan  bir neçə nəfəri  qız evinə nə qədər «başluq»  (başlıq,  Azər­
baycan  sözüdür)  verəcəyini  müəyyənləşdirmək  üçün  danışıqlara 
göndərir.  «Başluq»  oğlan  evinin  qız  evinə  verdiyi  xərclikdir.  Bu 
mal, pul və s.  şəklində ola bilər.
Deməliyik  ki,  hətta  ən  yaxın  qohumların  arasında  da,  az  da 
olsa,  belə «başluq» vermək adətinə riayət olunur.  Əlbəttə, bu halda 
qohumlar bir-birinə çoxlu  güzəşt edirlər.  Tatlar arasında əgər biri o
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
403
birindən  (hətta  ən  yaxın  qohum)  başlıq  almasa,  o  vaxt  hamı  bu 
əməli  pisləyir,  «qızı  qoyun  kimi  verdi»  deyir.  Bu  birinci  növbədə 
(başlıq almamaq) qızı təhqir deməkdir,  guya oğlan atası onu başlığa 
layiq  bilmədi  deyirlər.  Bəzən  başlığın  miqdarı  qızın  gətirdiyi 
cehizdən belə bir neçə dəfə artıq olur.  Çox vaxt başlıq məsələsində 
düzəlişməyən  valideynlər  öz  fikirlərindən  əl  çəkir,  qohum  olmur­
lar.  Bəzən  də  elə  olur ki,  oğlan  atası,  necə  deyərlər,  pişik  ikmi  be­
lini  yerə  vurmur,  xərc-borc  ilə  tələb  olunan  başlığı  düzəldib  verir. 
Lakin sonra borc  içərisində batıb  qalır,  müflisləşir,  maddi  çətinliyə 
düşür.  Bu sətirlərin müəllifi  bir neçə belə  adamlar tanıyır ki,  özləri 
demişkən  «qeyrət  və  namus  xətrinə»,  «əziz  oğlunun  xətrinə»  olan- 
olmazım satmış, üstəlik borc  da alıb  «oğlum pərt olmasın»  deyərək 
başlıq vermiş, sonra uzun müddət kasıblıqla keçinmişdir.
Başqa xalqlarda olduğu kimi,  tatlar  içərisində də ən geniş  ya­
yılmış  qohumluq  münasibətlərindən  biri  də  yaxm  qohumların 
yenidən  calaqlanmasıdır.  Belə  ki,  tatlar  arasındakı  ümumi  fikrə 
görə,  əmi oğlu,  əmi qızı, xala oğlu, xala qızı,  bibi oğlu, bibi qızmm 
«kəbinini»  göydə  «mələklər»  kəsiblər.  Beləliklə,  bir-birini  sevib- 
sevmədiyindən  asılı  olmayaraq  bibi  qızı  dayı  oğluna,  əmi  qızı  əmi 
oğluna və s.  ərə verilir.  Tatlarda qalan qohum evlənmələr münasibəti 
bəzi  tədqiqatçıların,  məs.:  S.İ.Bruk  və  başqalarının  dediyi  kimi,  bu 
sosial  adətin  «hər  şeydən  əvvəl  köçəri  və  yanmköçəri  xalqlara 
məxsus  olduğu»  131  tezisini  inkar  edir  və  bu  adətin  qədim 
dövrlərdən  bəri  oturaq  həyat  tərzi  keçirən  tatlar  üçün  xarakter 
olduğunu  təsdiq  edir.  Bu  hal  çox  vaxt  həmin  yuxarıda  qeyd 
etdiyimiz  başlıq  tələblərinin  ağırlığından  irəli  gəlir.  Oğlan  atası 
kənardan  qız  almağa  çox  vaxt  ehtiyat  edir  (hətta  oğlu  sevsə  də), 
çünki  ya  sözünün  rədd  olunacağından,  ya  da  başlığın  çox 
olacağından  qorxur,  yaxm  qohumlar  isə,  qeyd  etdiyimiz  kimi, 
həmişə  bir-birinə  güzəşt  edər,  razılığa  gələ  bilərlər.  Bir  də 
kənardan  qız  almağm  özü  qohum-qardaş  arasında,  oğlan  atası 
haqqında  pis  fikir  əm ələ  gətirir.  «Özümüzün,  qohum-əqrəbamızın 
bu  qədər  qızı  qalıb,  o,  isə  kənardan  birini  gətirib  çörək  verib 
saxlayır.  Yəqin  onun  üçün  biz  pis  qohum-qardaşıq»  -   deyə,  onu 
məzəmmət edir,  ondan gileylənir, bir qayda olaraq ona qarşı müna­


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə