Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə104/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   100   101   102   103   104   105   106   107   ...   131

432
İKİNCİ KİTAB
oldu.  Bu  hal  İngiltərə,  Fransa,  Almaniya  və  s.  ölkələrdə  də  geniş 
yayılmış idi.
Yaşlı tatlar içərisində bu və ya başqa bir ciddi müamilə -  alış- 
veriş getdikcə müqabil tərəfdən, qeyd etdiyimiz kimi, heç bir sənəd 
tələb  etmir.  Lakin  bu  işi  öhdəsinə  alan,  yaxud  həmin  əməli  icra 
edəcəyinə söz verən adam öz saqqalından bir tük dartıb qarşı tərəfə 
verir.  Bu  vəd  verməyin  ən  ciddi  formasıdır,  ona  əm əl  etməmək, 
verdiyi vədəni yerinə yetirməmək tatların yazılmamış el-adət qanu­
nu  ilə  əsla  mümkün  olan  deyil.  Əks  halda  həmin  şəxsin  hərəkəti 
namərdliyin və xəyanətin, vədə xilaf çıxmanın ən ağır forması kimi 
qiymətləndirilir, həmin şəxs tamamilə hörmət və etibardan düşə bilər.
Tatlar  içərisində  keçmişdə  qətl  böyük  bir  hadisə  idi.  Əgər 
qatil  özünə  yaxın  ailədən  birini  öldürərdisə,  bu  yalnız  xüsusi  bir 
ailə  haqq-hesabı  kimi  qiymətləndirilirdi  və  buna  ciddi  əhəm iyyət 
verilmirdi.  Belə  halda  həmin  yaxın  ailələrin  ağsaqqalları  araçılıq 
edir,  tərəfləri  bir-birini  bağışlamağa  vadar  edirdilər.  Lakin  əgər 
kənardan  bir  nəfər  o  birisini  öldürərdisə,  bu  qatil  mütləq  öldürül­
məli idi.  Çünki «xun-xunü» «qana-qan» tatların qanunu idi148.
Belə  hallarda  qohum-qardaş  öldüriilənin adamlarından  canını 
üzr  istəməyə  məcbur  edərdilərsə,  bu  işi  qan  bahası  almaqla 
unutmaq  olardı.  Çox  vaxt  isə  qan  bahası  da  miqdarmdan  asılı 
olmayaraq kömək etmirdi. Əgər ailənin yeganə oğlu öldürülmüşdürsə, 
onun əvəzinə mütləq günahkar tərəf qatili  ziyankar tərəfə verməli  idi 
ki, sonuncular da onu mütləq öldürürdülər149.
Qan  bahasınm  miqdarı  müəyyən  olunub  öldürülənin  ailəsinə 
veriləndən  sonra  qatil,  qoca,  tatların  dediyinə  görə,  keçmişdə  öz 
adamlarınm müşayiəti  ilə bir əlində xəncər,  o biri əlində Quran öl­
dürülənin  evinə gedərdi.  Qılınc və ya xəncər o deməkdir ki,  həmin 
xəncərlə  istəsələr onu  öldürə bilərlər,  o,  öz qanmı  halal edir.  Belə 
hallarda  öldürülənin  adamları  Quran  xatirinə  onu  bağışlayırlar. 
Bəzən  belə  qan  düşmənçiliyi  həmin  ailələrin  qız  alıb-verməsi  ilə 
də tamamilə aradan götürülürdü.
Qeyd  etməliyik  ki,  hətta  qan  bahası  nə  qədər  çox  olurdusa, 
yenə  də  əgər  öldürən  ölənə  nisbətən  yüksək  təbəqədəndirsə,  bu 
əsla  qəbul  olunmurdu.  Belə  halda  yalnız  qan  qisası  alınmalı  idi.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
433
Nisbətən eyni vəziyyətdə  olan,  aralarmda tarixən  qan  düşmənçiliyi 
olmayan  ailələr  arasında  isə  cinayət  işi  qəsdən  düşünülmüş  qisas 
olmamışsa,  o  zaman  qan  bahası  qəbul  olunardı  və  qeyd  etdiyimiz 
kimi,  öldürülənin  evindən  və  ya  yaxm  adamlarından  biri  qatilin 
bacısını və ya yaxm qohumlarından birinin qızını alar,  barışardılar.
Əlbəttə,  bu  göstərdiyimiz  faktlar  yalnız  tarixilik  nöqteyi-nə­
zərindən  maraqlıdır.  Sovet  hakimiyyəti  illərində  isə  bunlarm 
hamısı  qanun  əli  ilə  həll  olunur,  qatil  hər  kim  olur-olsun,  ölənin 
qohumlarına  nə  qədər  qan  bahası  təklif  edirsə  etsin,  yenə  də 
tutulub  həbs  olunur,  öz  cəzasına  çatırdı.  Belə  hadisələr  tatlarm 
xatirəsində  yalnız  tarixi  lətifələr  kimi  qalmışdır  və  arxaiklik 
xarakteri dayışır.
Tatların  adətinə  görə  hətta  ən  ağır  günah  işləmiş  adam  bi­
rinin evinə pənah  gətirərsə,  bütün ailə  onu mühafizə etməyi  özünə 
borc  bilir.  Əgər onlar pənah  gətirəni  müdafiə  etməkdə  aciz olduq­
larını hiss edərlərsə,  onlar da başqa bir nisbətən güclü ailəyə pənah 
aparırdılar.  Beləliklə,  bəzən  bir  adamın  müdafiəsi  üçün  bütün  taf- 
ya,  qohum-əqrəba  ayağa  qalxardı.  Pənah  gətirən  hər  nə  qədər  ki, 
həmin ailədədir o,  hər cür  cəzadan  azaddır.  Yalnız bu  evdən  çıxıb 
özü  getdikdən  sonra  qatili  tələb  edənlər  onu  cəzalandıra  bilərlər. 
Buna  bir  el  adəti  kimi  bəzən  hətta  gizli  şəkildə  indi  də  riayət 
olunur.
Tatlarm  fikrincə,  oğurluq  dilənçilikdən pisdir.  Tatlarm  bir sı­
ra  kəndlərində,  məsələn,  bü  və  ya  başqa  bir  oğurluq  nümunəsini 
gətirə bilmirlər.  Bu sətirlərin müəllifi bir sıra tat kəndləri tanıyır ki, 
orada  heç  bir tatm  qapısı  açar  görmür  (hətta  çox  vaxt qapıya  cəftə 
yeri  qoymurlar),  hara  getsələr  də  qapıları  açıq  qalır  və  qapmı 
kilidləmək  qonşuya,  həm  də  kənd  əhalisinə  inamsızlıq  və 
etimadsızlıq kimi  qiymətləndirilir.  Bu  m əsələdə  bir sıra  dağ kənd­
lərinin tacikləri  haqqında  deyildiyi kimi150,  tatlarda  da bu yaxınlara 
qədər  dediyimiz  kimi,  ibtidai  kommunizm  əlamətlərini  görmək 
olar.  Axşam tatlardan kimin  qapışma başqasının heyvanı  gəlsə (qo­
yun,  keçi  və  s.)  səsləyib  sahibini  axtarır,  əgər yiyəsi  tapılmasa  sə­
hər həmin  heyvanı  yenidən  sürüyə  buraxır  ki,  axşam  öz  yiyəsinin 
tövləsinə getsin.


434
İKİNCİ KİTAB
Tatların  m əişətinə  fonna  və  məzmunca  yeni  rəsmi  və  qeyri- 
rəsmi  bayramlar daha  çox yol  tapır,  ailədə  yeni  bayramlar  (anadan 
olma  günü,  ilk  dəfə  məktəbə  getməyi,  təhsili  başa  vurmağı, 
Azərbaycan  ordusu  sıralarma  əsgəri  xidmətə  yola  salması  və  s. 
bayram etmək) yaranır.
Tatların bir sıra  burada qeyd olunmamış ailə-məişət adətləri 
də  yuxarıda  qeyd 
etdiyimiz  m əsələlər  nöqteyi-nəzərindən 
maraqlıdır.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
435
TATLARIN  MADDİ  MƏDƏNİYYƏTİ
/L
GEYİM
Tatlann  mənzili  hal-hazırda  azərbaycanlıların  yaşayış  ev­
lərindən,  demək  olar  ki,  fərqlənmir.  Əsasən  meşə  materiallarından 
istifadə  edən  dağlıq  tat  kəndlərinin  evlərindən  fərqli  olaraq  düzən­
likdə  və  meşəsiz  yerdə  yaşayan  Abşeron  tatları  öz  evlərini  palçıq- 
qumdan  tikiblər,  evlərin  damı  adətən  yastı  və  dördkünc  olur. 
Tatlann  ev əşyalan da kökündən dəyişilmişdir.  Qədim  sac,  məcməi, 
qazan,  taxta  qaşıq  və  s.  əvəzinə  indi  tat  ən  müasir  servizlərdən 
istifadə  edir,  evinə  müasir  mebel  avadanlığı  qoyur.  Bu  cəhətdən 
tatların  mənzili  müasir  inkişaf  tələblərindən  geri  qalmır,  başqa 
azərbaycanlılann mənzili ilə eyniyyət təşkil edir131.
Tatlann  geyimi  məsələsi  də,  demək  olar  ki,  xüsusi  bir etnoq­
rafik vahidin paltar forması kimi aynlıqda əsl öyrənilməmişdir152.
Halbuki,  bu  məsələdə  də  etnoqraflan  maraqlandmb  diqqətini 
cəlb  edə  biləcək  mətləblərin  olduğu  şübhəsizdir.  Tat  kişilərinin 
paltannı  əsasən  çuxa,  arxalıq,  boyuna  bağlanmış  şal,  üstündən  enli 
dəri  qayış  bağlanmış  uzun  köynək  təşkil  edir.  Onlar  keçmişdə  kə­
tandan kustar parça toxuyar,  ondan qaba yunlu şalvar tikər, geyinər­
dilər.  Tat  kişilərinin  şalvan  qəlifə  tipində  olub  dizdən  aşağı  bədənə 
yapışmalıdır.  Həm  uzun  alt  tuman,  həm  də  şalvar  ayağın  boğazına 
iki  tərəfdən  sallanan  iplə  bağlanır.  Tatlar  əsasən  çöldə  çarıq,  evdə 
isə  nadir  hallarda  məst  geyinərdilər.  Tatlar  bir  qayda  olaraq  evə 
gələndən  sonra  ayaqlarını  soyuq  su  ilə  yuyur,  köhnə  də  olsa  adətən 
ev qadınlarının toxuduqları rəngbərəng yun corab geyinir, yaxud ev­
də  ayaqyalın  gəzərlər.  Tatlara  görə,  ayaqlan  soyuq  su  ilə  yumaq 
(həmçinin  də  soyuq  aftafadan  istifadə  etmək)  adamın  sağlamlığına 
kömək edir.  Onlara görə,  ayaqlann  əksinə olaraq  başı  isti  saxlamaq 
lazımdır.  Hətta  yayın  istisində  də  dağ kəndlərində yaşayan  yaşlı  tat 
kişiləri  indi  də  başlanna  qoyun  dərisindən  tüklü,  dairəvi  şəkilli 
papaq  qoyarlar.  Yayda  dağda,  aranda  biçin  biçən  tat  kişilərini  gör-


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə