Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə95/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   91   92   93   94   95   96   97   98   ...   131

3 9 6
İKİNCİ  KİTAB
təsərrüfat qanunauyğunluqlarım,  ictimai, mədəni,  beləliklə də etnik 
inkişaflarının  fərdi  xüsusiyyətlərini  tədqiq  etməklə  -   həm  də  eyni 
tipli materiallar əsasında, -  bu  inkişaf prosesinin məzmun və bəzən 
də  forma  eyniliyini 
sübut  etmək  olur.  Bu  məsələnin  obyektiv 
tədqiqi  isə m üxtəlif xalqlar və etnik qruplar arasmda ayrıseçkilik və 
nifaq  salan  m üxtəlif  millətçi,  şovinist,  yerliçilik  və  irqçi 
konsepsiyalara  qarşı  ciddi  mübarizədə  müasir  bəşəriyyətin  bütün 
mütərəqqi  qüvvələrinə  böyük  kömək  edir.  M əhz  elə  bu  nöqteyi- 
nəzərdən tatların  fərdi inkişaf formalarının əslində Azərbaycandakı 
m üxtəlif etnik  qruplarla eynilik təşkil  edən  etnik  xüsusiyyətlərinin 
mükəmməl tədqiqə ehtiyacı vardır.
Bu cəhətdən tatların ailə-qohumluq münasibətləri maraqlıdır və 
tatların müasir monoqam ailə məsələsi diqqəti cəlb edir.
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
3 9 7
TATLARDA  AİLƏ  VƏ  EVLƏNMƏ
Tat  ailə  forması,  nikah  və  evlənmə  prosesində  qan  qohum­
luqları  m əsələsi  müəyyən  dərəcədə  hələ  də  ön plandadır.  Hələ  də 
bir  sıra  müasir  xalq  və  etnik  qruplarda  bu  gün  belə  geniş  yayılmış 
dislokal  nikaha  (kollektiv  evlənmə)  tatlar  içərisində  son  dərəcə  az 
təsadüf olunur.  Etnoqrafik  məlumatların  interpretasiyasından  ötrü 
tatlar  içərisində  qismən  güclü  müşahidə  olunan  qan  qohumluqları 
(əqrəba  və  ya  tayfa  qohumluğu)  ibtidai-tarixi  ailə  məsələsinin 
nəzəri  bərpası  üçün  müəyyən  köməklik  göstərə  bilər.  Tatlar 
arasmda  evlənmə,  qız  alıb-vermək  islamm  şəriət  qaydalarından 
fərqli olaraq əsasən əqrəba qohumluğu prinsipi ilə gedir.
Tat  kəndlərinin  hamısında  kənd  əhalisi  bir  tayfa  qohumlu­
ğuna  (patronimiyaya)  daxil  deyildir.  Kənd  iki,  üç  və  s.  qohum 
tayfalara  bölünmüşdür  ki,  bunların  bir-birinə  münasibəti  də 
müxtəlifdir.  Bu tayfa o  biri  tayfaya ya qız vermir,  qız almır,  yaxud 
da  bu  m əsələyə  son  dərəcə  ehtiyatla  yanaşır,  məsələn,  Quba 
rayonunun tat kəndlərindən  olan  Gümür kəndinin  əhalisi  üç  böyük 
tayfaya  bölünmüşdür.  Bunların  hərəsinin  özünəməxsus  adı  vardır: 
Sədədinlilər,  Sədrədinlilər,  Zamanlılar.  Hara  köçüb  getsələr də  bu 
bölgü mənsubiyyətinə riayət edirlər.
Hətta bu gün belə bu üç nəslin bir-birinə qız  verib-alması  işi­
nə  kəndin  ağsaqqalları  ehtiyatla  yanaşır,  bu  məsələdə 
ra z ı lığa 
gəlmək  üçün  bəzən  uzun  müddət  fikirləşir  və  danışıqlar  aparırlar. 
Cavanlar  bu  «nəsli  təəssübkeşlik»  məsələsində  tam  laqeyd  olsalar 
da,  kəndin  yaşlı  nəsli  bu  köhnə  tayfa-qəbilə  münasibətinə  hələ  də 
əhəmiyyət  verir.  Əlbəttə,  bu  indi  çox  vaxt  yalnız  formal  və  ya 
keçici,  ani  xarakter  daşıyır  və  bu  münasibətdə  də  yeni  münasibət 
forması  -   bir-birinə  hörmət  və  ehtiram,  qarşılıqlı  güzəşt  forması 
üstünlük təşkil  etməyə  başlayır.  Belə misalları  Azərbaycanm  başqa 
tat kəndləri haqqmda da demək olar.
Tatların patrilokal  ailəsində  ən böyük sima atadır.  Onun sözü 
ailə  üçün  qanundur.  Ailə  ilə  əlaqədar  bütün  məsələləri,  qonşu  və 
qohumlara  münasibət,  kəndin  bu  və  ya  başqa  tədbirində  iştirak


3 9 8
İKİNCİ KİTAB
edib-etməməyi  həll  etmək  yalnız  onun  səlahiyyətindədir.  Onun 
qərarı  isə  qətidir,  onu  dəyişməyə  ailə  üzvlərindən  heç  kəs,  hətta 
böyük oğul belə çox vaxt cəsarət etmir.
Tatlar  içərisindən  ataya  olan  ehtiram  çərçivəsi  öz  tərkibi  və 
genişliyi  etibarilə  diqqəti  cəlb  edir.  Əlbəttə,  bu  müasir  ailələrdən 
çox  nisbətən  yaşlı  nəsildən  başçısı  olan  ailələrə  daha  çox  aiddir. 
Ata  içəri  girərkən  ailə  üzvlərinin  hamısı,  hətta  ana  da  ayağa 
durmalı,  ehtiramla  ona  yaxınlaşıb  «sabahınız»  və  ya  «axşamınız 
xeyir»  deməli,  əlini  öpməlidir.  O,  oturmayınca  adətən  heç  kəs 
oturmur,  demək  olar  ki,  hamı  ona  qulluq  edir,  əlinə  su  tökür, 
corablarını,  çarıqlarını,  ayaqqabılarını və  ayağma sarınmış  şah  açır, 
çuxasını, paltosunu götürür.
Kiçiklər də  səs  salmamağa  çalışırlar.  Bir qayda  olaraq xörək 
əvvəl  ataya,  sonra  böyük oğula  və ən nəhayət  kiçiklərə,  lap sonda 
isə  evin  gəlininə  və  anaya  verilir.  Süfrə  kənarında  ata  yeməyə 
başlamamış  adətən  heç  kəs  yeməyə  əl  uzatmır.  Tatlar  son  illərə 
qədər,  demək  olar  ki,  yalnız  yerdə,  döşəkcənin  üstündə  bardaş 
qurub  oturardılar.  Bu  h ələ  kənd  yerlərində  əsasən  qalır.  Yeməyə 
başlayan  tatlar mütləq  «Bismillah»  deyərək yeməyi  Allahın adı  ilə 
başlayır  və  qurtaranda  bu  yeməyə  görə  «Allaha  şükür»  edərək 
«Əlhəmdülillah»  (tatlar  bunu  «əlhəmdülla»  kimi  tələffüz  edirlər) 
deyirlər.  Bir  çox  tat  ailələrində  indi  də  ata  hələ  yeməyi  qurtarma- 
yıbsa,  heç  kəs  durmur,  onun  dua  etməsini  gözləyir,  atanın  duasın­
dan  sonra  qalan  ailə  üzvləri  çox  vaxt bir  səslə  «Amin»,  «Xuda,  tü 
rasun» (Allah,  sən yetir!) deyərək süfrədən qalxırlar.
Oğul  evlənmək və s.  m əsələlər barəsində atası ilə danışmağa 
cürət edə bilmir.  Bu  m əsələlərdə  ana ata  ilə  oğul  arasında  vasitəçi 
rolu  oynayır.  Atanın  yanmda  (hətta  bəzi  ailələrdə  ananın  da 
yanmda)  oğul  öz  arvadı  və  uşaqlarını  danışdırmır,  bir qayda olaraq 
onların  adını  çəkmir,  hətta  ata  oğuldan  bu  və  ya  başqa  bir  şeyi 
soruşduqda,  əgər  həm in  əşyanı  gəlin  götürdüyünü  bilsə  də,  ya 
bunu demir,  susur,  yaxud  «o,  götürdü»  deyir.  Beləliklə də,  gəlin və 
cavan  ər evdə  tək, üçüncü şəxs əvəzliyi  «o»  kimi  çıxış  edirlər.  Tatlar 
içərisində  indi  də  elə  adamlara  təsadüf  olunur  ki,  dörd-beş  oğlu, 
nəvələri olduğu halda hələ də öz uşaqlarım, arvadını atasının yanında
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
3 9 9
danışdırmır,  onların  admı  çəkmir,  uşaqlarını  qucağına  götürmür.  Bu­
nunla  belə  qeyd  etməliyik  ki,  tatlar  öz  uşaqlarını  son  dərəcə  çox 
istəyir, onları ən mehriban atalara məxsus bir nəvazişlə əzizləyirlər.
Tat  cavanları  öz  atasının,  əmisinin,  kiçiklər  isə  böyük  qar­
daşın  yanmda  papiros  çəkməz,  şərab  içməzlər.  Bu  ədəbsizlik 
sayılır.  Hətta  indi  də  bu  gözəl  davranış  və  əxlaq  normasını  pozan 
olduqca az tapılır.
Tatların  toya,  gəlin  gətirməyə,  ümumiyyətlə,  evlənmə  m ə­
sələlərinə  aid  çoxlu  maraqlı  adətləri  vardır  ki,  bunlardan  da  bə­
zilərini  apardığımız  şəxsi  müşahidələrin  qeydləri  əsasında  burada 
veririk.
Tatlar  arasmda  subay  qalmaq  böyük  günah  sayılır.  Sanki  bu 
və ya başqa kəndin əhalisi  həmin kənddə evlənmə vaxtı  çatmış  bir 
cavan  olarsa  və  o,  evlənməzsə,  bu  kənd  adamları  bir  növ  bu 
subayın  əlindən  cana  gəlmiş  kimi  olur,  hamı  ondan  gendə  gəzir, 
ona  m əsxərə  və  bəzən  də  təhqir  gözü  ilə  baxırlar.  Subay  kişinin 
qonşusu,  qohum-qardaşı,  yaxm  adamları  onu  evlənməyə  təşviq 
edir,  bəzən  də  hətta  utandırmaq,  nəsihət  vermək  və  s.  təsir 
etmədikdə onu evlənməyə sadəcə olaraq məcbur edirlər.  Evlənmə­
yən  adama  belə  bir  münasibət  qədim  zamanlardan  başqa  xalqlar 
içərisində  də  olmuş,  hətta  belə  adamlar,  yəni  evlənməkdən boyun 
qaçıran  adamlar  üçün  xüsusi  qanunlar,  cəza  tədbirləri  mövcud 
olmuşdur.  Bir  çox  xalqlarda  olduğu  kimi,  tatların da  milli  xüsusiy­
yətlərindən biri  daha çox uşağı  olması, nəsli artırmasıdır.  Bunun da 
səbəbi  hələ  bu  yaxınlara  qədər  davam  etmiş  nəsil-tayfa  qalıqlandır 
ki,  burada qan qohumluqları münasibətinə,  qohum-qardaşın çoxluğu­
na  və  qohumluq əlaqələrinə  böyük əhəmiyyət  verilirdi.  Bununla da, 
bu və ya digər adamın kənddəki ictimai mövqeyi müəyyən edilirdi.
Tatların  fikrincə  evlənməkdə  məqsəd  ev-eşik,  ailə,  təsər­
rüfatda  -   h ər  işdə  işləyə  biləcək  köməkçi  əldə  etməkdən  başqa, 
həm də övlad sahibi, xüsusilə oğul atası olmaqdır.  Çünki  oğul nəsli 
artırır,  qohum-qardaşın  sayma  daha  yeni  adamları  cəlb  edir.  Bu 
başqa xalqlara da xas olan bir hiss, bir haldır.  Orta Asiya xalqların­
dan,  xüsusilə  özbəklərdən  bəhs  edən  Q.P.Snesaryev  yazır  ki,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə