Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə98/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   94   95   96   97   98   99   100   101   ...   131

408
İKİNCİ KİTAB
Oynayanlar öz rəqslərini  qurtaran  kimi  əllərində  yığılmış  pu­
lu  çalğıçıların  qabağına  atır.  Rəqs  edən  bəzən  şabaş  almaq  üçün 
dairə  boyu  oturmuş  adamların  qabaqlarından  keçməyi  kifayət bilir, 
əgər  o,  birinin  qabağuıda  dayanaraq  oynamağına  davam  edərsə, 
oturmuş adam mütləq ona şabaş verməlidir.
Toy  sahibi  şabaş  barəsində  çalğıçı  və  xanəndələrlə  qabaq­
cadan razılığa gəlməlidir.  O, öz çalğıçılarına ya yığılan şabaşı verir, 
özü  m üəyyən  məbləği  təklif  edib  razılığa  gəlir,  şabaşı  özünə 
götürür,  yaxud  da  şabaşı  onlara  verməklə  özündən  müəyyən  məb­
ləğ də üstünə qoyub onları razı salmalıdır. Bütün bu şərtlər barəsin­
də  çalğıçılarla  müzakirələr  aparmağa  toy  sahibi  tərəfindən  vəkil 
olunmuş  adam  qabaqcadan  razılığa  gəlib  pul  məbləği  haqqında 
danışmalıdır.  Tat  toylarında  əsasən  içki  yerinə  çay,  şərbət  verilir. 
Son  10-15  ildə  tatlar  içərisində  spirtli  içkilərlə  toy  etəmk  də 
yayılmışdır.  Bu m əsələdə  xoşa gəlm əyən cəhət odur ki,  toyda içki 
üçün  bir  norma  yoxdur,  kim  nə  qədər  içirsə  içsin,  toy  sahibi  öz 
qonaqlarının  arzusunu  yerinə  yetirməlidir.  Ona  görə  də  bəzən  ca­
vanlar  bundan  sui-istifadə  edir,  çox  içir,  məst  olur,  şuluqluq  salır, 
hətta  vuruşurlar da.  Bu  son halda  bəzən  vuruşanların qohum -əqrə­
bası  da  iki  dəstəyə  bölünür,  h ər  iki  tə rə f öz  adamının  haqlı,  o  bi­
rinin  haqsız  olduğunu  sübut  etməyə  çalışır  ki,  bu  m übahisələr  də 
çox  vaxt  böyük  incikliyə,  küsüşməyə,  hətta  iki  dəstənin  da­
laşmasına səbəb olur,  toyun şadlıq ritmi pozulur.  Ona görə də bizcə 
toy  üçün  içkilər  buraxan  ticarət  idarələri  (əlbəttə,  bu  təşkilatların 
satış  planı  zərərinə  olsa  da)  toyda  iştirak  edəcək  adamların,  həm 
də  bunlardan  içki  içənlərin  faizinə  uyğun  olaraq  içki  satması 
faydalı bir tədbir olardı.
Toyun  sonunda  divara  xalça  vurulur,  yerə  də  xalça  döşənir, 
meydanın kənarında bəy üçün xüsusi yer hazırlanır.  Bəy sağdışı və 
soldışı  ilə  musiqi  sədaları  altında,  ətrafdakıların  razılıq  və  sevinc 
sədaları  ilə  meydana  daxil  olur,  oynayır.  Toydakıların  hamısı  bəyə 
şabaş  verm əyə can  atır,  çox vaxt bu şabaş bəyin  cibinə qoyulur, bu 
pul  ona  qalır.  Bəzən  isə  bəy  yığılan  pulu  çalğıçı  və  xanəndələrin 
oturduğu  döşəkcənin  və  ya  stolun  üstünə  atır,  bu  pulu  onlara verir. 
Bəy  oynayıb  qurtarır,  keçib  həm in  iki  nəfərin  müşayiəti  ilə  divara
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
409
vurulmuş  xalçaya  söykənir.  Bu  zaman  onun  ən  əziz  adamları  onu 
öpür, ciblərinə pul qoyur,  ən çox pul verənlər isə hamı görsün deyə 
bəyin papağmı qaldırır, həmin pulu onun alnına yapışdırır.
Deməliyik ki, bu adət yalnız son illərdə, demək olar ki, dəb ha­
lına düşmüşdür.  Tatların özlərinin dediyinə görə, keçmiş illərdə toyun 
bu  mərhələsində  bəyin  boynuna  qohum-qardaş  xələt  salmaqla 
kifayətlənirdilər  ki,  bu  da  məcburi  deyildi  və  özlüyündə  indi  rəvac 
olmuş pul-şabaşa nisbətən daha dözümlü şəklidir.
Tatların  toylarında  bəy  ilə  gəlinin  bir  yerdə  meydanda  oy­
namağı  son  illərə  qədər  müşahidə  olunmurdu.  Təkcə  bunu  demək 
kifayətdir  ki,  m əsələn,  Qubanın  tat  kəndlərindən  olan  Gümür 
kəndində  toyda  ilk  dəfə  olaraq  öz  gələcək  həyat  yoldaşı  ilə 
oynayan  ali  təhsilli  zootexnik  H.Hacıyev  (1952-ci  ildə)  olmuşdur. 
Sonralar  bəzi  qohum-qardaş  onun  bu  hərəkətini  bir  növ  onlara 
hörmətsizlik  kimi  qiymətləndirmiş,  «bəydən»  incimişdilər.  Hətta 
gəlinin atasının da bu əm əldən, yəni hamısının qarşısında onun qızı 
ilə oynamasından xoşu gəlməmişdi.  Tat toylarında bəzən, məsələn, 
Quba rayonunun Afiırca,  Güləzi,  Kunxırt,  Xaşı,  Dəvəçi  rayonunun 
Zeyvə,  Pirəbədil,  Bilici,  Şamaxının  M əlhəm,  Dəmirçilər,  İsmayıllı 
rayonunun  Lahıc  və  s.  kəndlərində  toy  zamanı  bir  cavan  qız  toy 
dairəsində  oturmuş  cavanlardan  birinə  ağ  suyu  və  rəngi  bir- 
birindən  ayrılan  şirin  çay  verərsə,  bu  o  deməkdir ki,  həmin  qız bu 
oğlanla  oynamaq  istəyir,  ona  görə  ki,  qız  onu  sevir.  Əgər  oğlan 
həmin  çaydan  bir  qədər  içərək  onunla  oynayarsa,  deməli, 
ətrafdakılar  sözsüz  olaraq  belə  bir  şeyi  bir-birinə  pıçıldayırlar:  bu 
toyda  Hüseyn  kişinin  oğlu  ilə  Zeynalın  qızı  bir-birini  sevdilər. 
Tatların  adətinə  görə,  gəlini  gətirməyə  gedənlərin  içərisindən 
oğlana  ən  yaxın  adam  gəlinin  belini  bağlamalıdır  ki,  bu  da  adətən 
kişilərdən: əmi, ata,  dayı,  qardaş ola bilər.
Bəy  evinə  gətirilən  gəlin  adətən  bəzəkli  ata  minir,  yolboyu 
zuma-qavalla,  onu  müşayiət  edən  dəstənin  şənlik  səsləri  ilə  gəlir. 
Gəlinin  üzü  indi  də  hələ  bağlıdır.  O,  başma  ağ  örtük  örtməli, 
üzünü, ayaqlarını,  saçmı göstərməməlidir.  Əlbəttə,  bu hal get-gedə 
öz  yerini  daha  müasir  olan  açıq  formalara  verir.  Lakin  bu  sonuncu 
hal hələ də az da olsa müşahidə olunur.


410
İKİNCİ KİTAB
Gəlin  gətiriləndə  qabaqda  əlində  güzgü  tutmuş  şəxslə  vaxtm 
gecə və  gündüzlüyündən asılı  olmayaraq yanan çıraq  aparan  adam, 
sonra  isə  tabaq-tabaq  xonçalar,  qızın  cehizləri,  daha  sonra  gəlinin 
mindiyi  atın  yüyənini  çəkən  adam -   cilovkeş  gedir.  Oğlanın  yaxm 
adamlarından  biri  gəlini  bəy  qapısında  yerə  düşürməlidir.  Həmin 
adam  gəlindən  bir  hədiyyənin  vədəsini  aldıqdan  sonra  onu  atdan 
düşürür.  Əvvəl çıraq ilə güzgü evə aparılır.  Bu o deməkdir ki,  gəlin 
bu  evə  güzgü  kimi  təmiz  gəlmiş,  bu  ailəyə  xoşbəxtlik  və  səadət 
bəxş  etmək üçün bu  evi nura qərq edən müqəddəs  işıq gətirmişdir. 
Çıraq günəşin yerdəki nümayəndəsidir.  Bu,  azərbaycanlılarda oldu­
ğu kimi, tatlar arasında da qədim atəşpərəstlik adətlərinin mühafizə 
olunmasına  bir  sübutdur.  Q.P.Snesaryev  haqlı  olaraq  yazır  ki,  toy 
mərasiminin  bütün  m ərhələlərində  kəbinin  kəsilməsi  mərhələsi 
istisna  olmaqla  sonrakı  din,  demək  olar  heç  bir  rol  oynamır132.  Ər 
evinə  qədəm   qoyan  qızın  başma  xonça-xonça  noğul-şəkər  səpilir, 
ayağının  altında  qurban  kəsilir.  O,  həmin  evdə  gəlinin  ömrünün 
sonuna  qədər yaşamaq arzusunun rəmzi  olaraq  qapının astanasmda 
qoyulmuş  at  nalının  üstündən  adlayıb  keçir,  bəy  otağındakı  taxtm 
üstündə  bardaş  qurub  üzü  örtüklü  halda  əyləşir.  Züfaf vüsalından 
sonra  həmin  evin  damında  əvvəlcədən  əlində  tüfəng  hazır  dayan­
mış  adam  bəyin  sağdışının  işarəsi  ilə  qoşa  güllə  atır.  Bu  elandır:  o 
deməkdir  ki,  gəlin  üzü  ağ  çıxmışdır.  Yalnız  bundan  soma  oğlanın 
və  qızm  yaxm  qohum-qardaşı  gəlinin  otağına  daxil  olur  (əlbəttə, 
bəyi  onun  sağdışı  başqa  otağa  aparmışdır),  onu  öpür,  təbrik  edir, 
qədəmin  xoş  deyir,  onun  hənalı  barmaqlarını  qabaqcadan 
hazırlanmış  şərbətə  batırır,  ən  yaxm  adamlar  gəlinin  şərbətli 
barmaqlarını  yalayır,  nisbətən  uzaq  qohumlar  isə  onun  əlini 
batırdığı  şərbəti  piyalələrə  töküb,  içir,  «bəh-bəh,  nə  şirindir»  -  
deyə,  gəlini tərifləyirlər.  Qız adamları züfaf ağını əldən-ələ ötürür, 
orada  olanların  hamısına  onu  göstərməyə  çalışırlar.  Toy  mərasimi 
oğlan  tərəfi  adamlarının  gəlinin  yengəsinə  xələt  və  ya  pul 
hədiyyəsi verməsi  ilə qurtarır.
Toy  mərasimindən  qabaq  gəlinin  paltarını  biçməyə  çoxlu 
uşağı  olan  yaşlı  qadm  başlayır.  Belə  qadınların  magik  qüvvəsi 
soma  da  davam  edir.  Belə  ki,  gəlini  ata mindirib  bəy  evinə  göndə­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
411
rərkən belə bir yaşlı  və çoxlu törəməsi  olan qadının paltarından  bir 
tikə həmin atın yəhərinə bağlayırlar.  Gəlinin əyninə paltarı da belə 
qadın geyindirir.  Bəyin evində də bəyi çoxlu uşağı və nəvələri olan 
yaşlı  kişi  geyindirir.  Bəylik yatağmı  isə cavan,  sağlam,  lakin  oğlan 
doğmuş  qadm  düzəldir.  Bütün  bunlar  tatların  əqidəsində  övlad 
artırmaq  üçün  lazım  olan  magik  qüvvələrə  inamın  nəticəsindən 
başqa  bir  şey  deyildir.  Bu  adətlərdə,  heç  şübhəsiz,  nəsil  artırmaq 
həvəsi  və  çox yaşamış  şəxslərə  imitativ magik inam,  çoxlu övlada, 
beləliklə  də,  böyük  bir nəslə  sahib  olmaq  üçün  sakral  bir qüvvəyə 
xüsusi etiqad əsas rol oynayır.
Bir çox xalqlar üçün müştərək olan bu adətlər133, şübhəsiz ki, 
etnoqrafik cəhətdən diqqəti cəlb etməyə bilmir.
Bəy evinə gedən  gəlini ziyankar qüvvələrdən  mühafizə edən 
qüvvə və vasitə gəlinin qabağmda gedən lampadır.  Lampanın yolda 
sönməsi yaxşı əlam ət sayılmır.
Gəlinin xoşbəxtliyinin düşmənlərindən biri  də uşağı olmayan 
sonsuz qadındır.  Tatlar sonsuzluğa heç də təkcə Allahın  qismətinin 
nəticəsi  kimi  deyil,  həm   də  ziyankar  və  düşmən  ruhların  həmin 
qadm  bədəninə  daxil  olması  nəticəsi  kimi  baxırlar.  Elə  buna  görə 
belə  qadınların  «çülə»sini  (azərbaycanlılardakı  çillədir,  mənası 
«qırx»  deməkdir)  tutur,  onu  belə  bəladan  azad  etməyə  çalışırlar. 
Yeri  gəlmişkən qeyd edək ki, uşağı olmuş qadının da çilləsi -  qırxı 
çıxana  qədər  ona  napak,  natəmiz,  günahkar  gözü  ilə  baxır,  onu 
ətraf  mühitlə  təmasdan  ayırırlar.  Etiqada  görə,  belə  qadınların 
bədəninə  m üxtəlif  düşmən  ruhlar  girə  bilərlər,  onlar  da  çilləsi 
çıxmamış  qadınla  danışan,  görüşən,  onun  qabmdan  xörək  yeyən 
şəxslərə də dərhal keçə bilər134.
Elə bu əqidəyə görə də  sonsuz qadının gəlinin yolu üstündən 
keçməsinə  yol  verməmək  üçün,  gəlini  aparan  adamlar  xüsusilə 
diqqətli  olmalıdır.  Çünki  sonsuz  qadm  gəlinin  qabağından  yolu 
keçsə,  onun  çilləsi  alınaraq  gəlinə  verilmiş  kimi  sayılır.  Lakin 
təkcə bu kiafyət  deyil.  Gəlin bəy evinə gedərkən düşmənləri  onun 
yolunu  ovsunlaya  bilər,  yolda  sehrli  cadugərlik  tədbirləri  görər, 
beləliklə  də,  bəylə  gəlinin  yaxınlığına  mane  olar,  onlarm  arasmda 
məhəbbət  əvəzinə,  kin-küdurət  və  nifrət  toxumu  «səpə  bilərlər».


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə