Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə114/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   110   111   112   113   114   115   116   117   ...   131

472
İKİNCİ  KİTAB
məbədlər tikilmişdir.228  Strabon da yazır ki,  albanlar Günəşə,  Zevsə 
və xüsusilə Aya sitayiş edirdilər. O, Albaniyada Ay ilə əlaqədar mü­
qəddəs yerlərdən və onlsnn kahinlərindən bəhs etmişdir.229
Günəş-günəş  Allahı  haqqında  deyilmş  sözləri  Ay-ay  Allahı 
haqqında  da demək  olar.  Ay  da tatlara  görə,  gündüzün  Günəş  Alla­
hından  sonra  gecənin  qaranlığını  yarıb  hər  tərəfi  işıqlığa  çıxarır  ki, 
ona sitayiş  etmək, ona and içmək tatlar arasında çox  geniş yayılmış­
dır.  Əgər tatlar Ayın tutulmasını müşahidə etsələr bu gecə Allahının 
qara qüvvələr -  qaranlıq  və zülmət tərəfdarları  tərəfindən əsir tutul­
duğunu  zənn  edir,  Ayı  onların  pəncəsindən  xilas  etmək  üçün  şivən 
qopanr, daş-dəmiri bir-birinə vurur,  tüfəng atır,  səs-küy salırlar.  Bu­
nunla  da  onlar  “ayı  tutmuş”  bu  qara  qüvvələri  “qorxuzmağa”  cəhd 
göstərir  və  buna  ürəkdən  inanırlar  ki,  yalnız  onların  səs-küyü  Ayı 
düşmən  əlindən  xilas  edə  bilər.  Tatların  Aya  olan  bu  İlahi  münasi­
bəti  də  təsadüfü  olmayıb  öz  əsasım  Avestadan,  Zərdüşt  dinindən 
alır.  Avestada Ay da Günəş kimi Allahdır, -  gecə Allahı.  Qaranlıq -  
gecə  Əhrimən  və  onun  devləri  üçün  çox  əlaverişlidir.  Onlar qaran­
lıqdan istifadə edərək pis əməllərini  həyata keçirməyə çalışırlar.  Elə 
bu  zaman  Ay  çıxır,  hər  yeri  işıqlandırır,  Əhrimən  və  onun  devləri- 
nin  qara  qüvvələrinin  bütün  planlarını  pozur.  Avestada  olan  “Yed­
dinci  Yəşt”  həm  də  “Ayin  Yəşti”  kimi  məşhurdur.  Bu  hissə  də  Gü­
nəşdən  bəhs  edərkən  göstərdiyimiz  kimi,  Aym  mədhinə  həsr  olun­
muşdur.  Bu  hissəni  də  Günəş  haqqında üç  dəfə  oxunduğu  kimi,  Ay 
Allahı  haqqında da oxumaq lazımdır. Lakin bu fərq ilə:  əgər Günəşə 
gündə  üç  dəfə  müraciətlə  onun  haqqında  deyilmiş  sözləri  oxumaq 
lazımdırsa,  Ay  haqqında  bunu  hər  gecə  deyil,  ayda  üç  dəfə  etmək 
lazımdır:  1)  aym  əvvəlində  -   Ay  hilal  olanda,  2)  aym  yarısında  -  
Ay  tam  yarı  olanda,  3)  aym  sonunda  -   Ay  dəyirmilənəndə. 
Maraqlıdır  ki,  Aya  ayda  üç  dəfə  olunan  bu  sitayiş  eynilə  tatların 
adət  və  ənənələrində  qalmış,  nəinki  qalmış,  hətta  indi  də  belə  dərin 
kök  salmışdır.  Tatlar  Aya  and  içməklə,  hər  ay  eynilə  Avestada  ol­
duğu  kimi  üç  halda  Ayı  gördükdə  üzünü  aya tutur,  əllərini  aya tərəf 
qaldırıb dua edir, çox  vaxt da diz çöküb üzünü ona tutur,  salavat çe­
virirlər.  Ayı  əvvəldə,  ortada  və  sonda  görən  adam  tez  evə  qaçıb  bu
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
473
xoş  xəbəri  başqalarına  da çatdırır,  bunu eşidən  ailə  üzvləri  və  s.  se­
vinclə  bayıra  çıxıb  Aya  baxır,  dua  edir,  “cüm-dültü  nşin”  (gözün 
aydın)  deyərək  bir-birinə  göz  aydınlığı  verirlər.  Bu  onun  üçündür 
ki,  deməli,  Ay  çıxdı,  hələ  təzə də olsa böyüyəcək,  hər tərəfi  işıqlan­
dırıb qaranlığı qovacaq; daha qara qüvvələrdən qorxu yoxdur.  Aves­
tada  deyildiyi  kimi  Əhrimən  və  onun  devləri  artıq  təmiz  ürəklərə 
girib  onu  aldada  bilməyəcək,  insanlara bədbəxtlik  gətirməyəcəkdir. 
Çünki qüdrətli Günəş çıxana qədər Ay bütün gecə insanların ürəyini 
öz  nuru  ilə  dolduracaq,  orada  qara  qüvvələrə  -   Əhrimənə  yer qoy­
mayacaqdır.
Tatlarda olduğu kimi yağışa olan ehtiram Avestada xüsusi  yer 
tutur.  Yağış  məhsul  verir,  heyvanları  artırır,  insanların  xoşbəxt  ya­
şamasına xidmət edir.  Qaranlıq olanda indi  də  tatlar hündür yerə çı­
xaraq Avestadakı  kimi  sitayiş edir,  yağış  Allahına yalvarır,  torpağa, 
məhsula,  heyvanlara  rəhm  etməsinə  dua  edirlər.  Avestada  “Səkki­
zinci  Yəşt”  yağış  Allahı  Thishtrya-ya  və  onun  qaranlıq  devi  olan 
Apausha ilə mübarizəsinə həsr olunmuşdur.
Avestada  külək  və  hava  mələyi  kimi  Vayu  göstərilir.  Bu  qə­
dim  külək  və  hava  mələyinin  adının  mənası  “külək”  idi230.  Bu  söz 
tat dilində var//varu -  “külək”  şəklində qalır. Bərk külək əsəndə  tat­
lar deyirlər ki, küləyin  (yəni külək mələyinin) kiməsə qəzəbi tutub.
İnsan cəmiyyətinin daş və dəmir dövrü ilə əlaqədar olan  Azər­
baycanda  olmuş qədim magiya d in i231 ilə bağlı  olan  bir çox  adətlər 
Azərbaycanda yaşayan başqa xalqlar və etnik qruplarda olduğu kimi 
tatların məişətində də mühüm yer tutur.
Tatların  məişətində  mühüm yer tutan  və  magiya dini,  daş,  də­
mir  dövrü  ilə  bağlı  olmasını  güman  etməyə  daha çox  imkan  verən 
bir sıra qalıqların nümunələrini qeyd edək.
Tatlar quraqlıq keçdikcə  və  məhsulun  məhv  olacağı  təhlükəsi 
qarşıya  çıxdıqda  müsəlla  təşkil  edirlər.  Müsəlla  təşkil  etmək  nə  de­
məkdir? Kəndin camaatı, xüsusilə kəndin uşaqlan, qadınları  (nə qədər 
çox əli  uşaqlı qadın  olsa,  o qədər yaxşıdır) dəstə halında qəmə,  yasa 
batmış  vəziyyətdə  kəndin  hündür  bir  yerinə  çıxır,  müəyyən  sözlər 
hərəkətlər  icra  edərək  atılıb-düşür,  səma  cisimlərinə  sitayiş  edirlər.


474
İKİNCİ KİTAB
Onlar başına,  dizinə  vururlar,  ah-nalə edərək  göz  yaşı  tökürlər.  Göz 
yaşı  yağışın oxşan  olduğu  üçün  guya Allahın  bu camaata yazığı  gə­
ləcək,  onlann  torpağı  göz  yaşları  ilə  islatdıqlannı  görüb,  onlara,  bu 
göz  yaşlarının  axmasına  son  verməsi  üçün  təcili  yağış  göndərəcək­
dir.  Bu  mərasimdə  çoxlu  qurbanlar  da  kəsilir  və  bu  kəsilmiş  hey­
vanlar  böyük-kiçiklikdən  asılı  olmayaraq,  bütün  kənd  camaatı  ara­
sında  (mərasimdə  iştirak  edib-etməməsinin  fərqi  yoxdur)  bərabər 
bölünür.  Uşaqlar və qadınlar bacardıqca daha çox  göz yaşı  tökməli­
dirlər.  Çünki  guya bunlar “ən  yazıq məxluq olduqlan  üçün”  Allahın 
onlara daha çox rəhmi gəlir.
Bu  cür  mərasimlərin  birində  qoca  bir  tatın  dediyi  sözlər  çox 
maraqlıdır.  Həmin qoca deyirdi  ki,  lap qədim  babalarımız bu  məra­
simdə  o vaxtlar heyvan deyil,  guya bir ailənin  ərköyün,  istəkli  uşağını 
kəsərmişlər.  Uşağı  ata-ana könüllü  verirdi  və bəzən  uşaq  doğulmamış 
onlar (ata-ana)  arzu  edirlərmiş  ki,  bizim  uşağımız olsun,  onu quraqlıq 
mərasimində qurban verərik. Ərlə-arvadın bu vədi  ümumi camaat qar­
şısında icra olunurmuş. Guya Allah da müqəddəs istəyi qəbul edir, ata- 
anaya övlad göndərirmiş.
Yaxud olduqca çoxlu  yağıntı  olduqda,  təsərrüfata bu yağışın zə­
rər vuracağı təhlükəsi qarşıya çıxdıqda tatlar arasında başqa bir magiya 
mərasimi  təşkil  edilir:  Böyük  bir  kəfkirə  günəş  əlaməti  olan  qırmızı 
parça  sarmır,  bu  kəfkir  qapı-qapı  gəzdirilir.  Bu  kəfkiri  gəzdirən  şəxs 
hansı evə yaxınlaşarsa, onu qapıda evin adamlarından biri əlində təsər­
rüfatın məhsulu nişanəsi olan çörəklə qarşılamalıdır. Həmin çörək kəf- 
kirin qırmızı parçasına toxundurulur. Sonra bu çörək həmin evin adam­
ları arasında bölüşdürülür.
Bu mərasim qurtarandan sonra kənd camaatı arxayın olur. De­
məli, gün çıxacaq və qorxulu yağıntı kəsiləcəkdir.
Günün çıxması  üçün  bəzən  bu mərasim başqa cür də icra olu­
nur:  Hər  hansı  bir  cücü  tapılır  və  palçığa  basdırılır.  Camaat  da  bu 
cücünün  palçıqdan  çıxarılması  üçün  günəşə  yanvanr,  onun  çıxması 
üçün  yeri  qurutmağını  xahiş  edirlər.  Guya  bu  cücünü  xilas  etmək 
üçün gün çıxacaq,  yeri elə qızdıracaqdır ki, cücünün  basdırıldığı  yer
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
475
quruyub  çatlayacaq,  həmin  yazıq  cücü  də  bu  yarıqdan  çıxacaqdır. 
Bununla da camaat qorxulu yağıntının əlindən xilas olacaqdır.
Daş  dövrünün  qalığı  olan  və  hal-hazırda  tatlar arasında yayıl­
mış  daşa  ilahi  qüvvə  münasibəti  çox  maraqlıdır.  Heyvanlarla  mü­
barizə,  özünü  qorumaq  və  yaşayış  vasitələrini  əldə  etmək  üçün  ib­
tidai  insanlar  daş  alətlər  qayırırdılar.  Bu  daş  alətlər  nicat  verən  və 
insana  kömək  edən  “qüvvə”  olduğu  üçün  daşa  sitayiş  ümumi  şəkil 
aldı.  Daş başqa  şeylərlə də  insana  kömək edə  bilər və  onda  bu  ilahi 
qüvvə  vardır -  fikri  uzun  müddət bəşəriyyətin  dəmir dövrünə -  də­
mir alətlər dövrünə qədər davam etmişdir.
İndi  dəmirə  sitayiş dövrü  başlasa da,  daş  alətlərin çox  da qüd­
rətli  olmadığı  fikri  meydana  gəlsə  də,  insan  cəmiyyəti  dəmir  döv­
ründə  belə  daşa  sitayişi  unutmur.  Hal-hazırda  belə  tatlar  arasında 
daş ilahi qüvvə kimi istifadə olunur.
Tatlar  arasında  daşa  ilahi  münasibət  həyat  hadisələri  və  qüv­
vələri  qarşısında  acizlik  göstərən  ibtidai  insanın  yaratmış  olduğu 
ilahi  qüvvə  toteminin  min  illər  ərzində  işanların  şüurunda  kök  sal­
mış bu günki qalığından başqa bir şey deyildir.
Sonsuz qadm uşağı  olsun  deyə pirə gedir və onun daşlarından 
qarnına  sürtür:  bir  arzu  və  ya  istəyi  olan  kəs  həmin  arzunun  yerinə 
yetirilməsi  üçün pirin  içərisindəki  ağac  və  kollardan  birinə  iplə  daş 
bağlayır.  Guya  həmin  daş  onun  arzusunu  yerinə  yetirəcək:  un  kən- 
dülərinə  (anbar)  un  töküldükdən  sonra  ora  bir  daş  da  atırlar. 
Bununla  da  unun  bərəkətli  olacağı,  bu  unun  gec  qurtaracağı 
haqqında  inam  əmələ  gəlir.  Tatlar  öz  günahlarını  ləvğ  etmək  üçün 
hər  hansı  bir  müqəddəs  sayılan  yerə  ətrafdan  gətirib  daş  qoyular. 
Guya  böyük  daş  böyük  günahın,  kiçik  daş  isə  kiçik  günahın 
yuyulmasına  səbəb  ola  bilər:  yağış  yağmadıqda,  quraqlıq  keçdikdə 
qara  bir  daşı  (bu  daş  əsrlərcə  nəsildən-nəslə  keçərək  həmin  nəslə 
gəlib çatan  daş  olur)  ipə bağlayıb  suya salır,  onu  yağış  yağana kimi 
sudan  çəkib  çıxarmırlar.  Tatlara  görə  bu  daş  mütləq  yağış 
yağdıracaqdır.
Dəmir dövrünə  keçən  bəşəriyyət  dəmirə  sitayiş etməyə  başla­
yır  və  dəmiri  ilahi  qüvvə,  möcüzə  yarada  bilən,  insana  kömək  edə


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə