Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə118/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   114   115   116   117   118   119   120   121   ...   131

488
İKİNCİ  KİTAB
Tatların  toy  adətlərində  göstərdiyimiz  güzgüyə  baxmaq  da  ən 
qədim  inam  və  adətlərdən  biri  kimi  (məhz  özbəklərdə,  taciklərdə, 
farslarda,  hindlilərdə  olan  qədim  adət  kimi)251  diqqəti  cəlb  edir. 
Şübhə  yoxdur  ki,  bu  aydın,  işıqlı  bir  mənbə  kimi  ağ  rəngin 
müqəddəs gücünə inamın nişanəsidir.  Orta Asiya  xalqları etnoqrafi­
yasının  tədqiqatçıl arından  olan  N.P.Lobaçeva  da  haqlı  olaraq  ağ 
rəngin müqəddəs gücü ilə gəlinin qarşısında güzgü tutmaq adəti  ara­
sında bir eynilik görür  və bunu  ağ rəngin  sakral  gücünə inamın mü­
asir qalıq formalarından hesab edir.252 Burada tatların duru  suya ba­
xaraq öz əksini görərkən salavat çevirməsi  adətini misal gətirmək də 
yersiz olmazdı. Bu adəti bizcə,  heç də ağ rəngin, o cümlədən güzgü­
nün  müqəddəs  gücündən  ayırmaq  və  bunu  islam  dini  ilə  bağlamaq 
olmaz.  Bu  məsələnin  L.Ştemberq  də  tamamilə  doğru  olaraq  isla­
miyyətdən  əvvəlki  qədim  dinin  ağ  rəngə  olan  sakral  münasibətilə 
izah edir.253
Tatlar  novruzdan  qabaq  qabların  içində  səməni  yetişdirirlər. 
Qeyd etməliyik ki,  bu məqsəd üçün tatlar eyni  dərəcədə buğda,  lob­
ya,  noxud,  küncüd,  arpadan  istifadə edirlər.  Səməni  adətən  Novruz­
dan  25  gün  qabaq  qoyulur.  Ən  qədim  zamanlarda  da  İbn  Osmanın 
yazdığı  kimi  hətta padşahın  sarayında  Novruzdan  25  gün qabaq kər­
picdən  12  tak  -   sütun  düzəldər,  göstərdiyimiz  toxumları  ayn-ayn  ora 
səpər, Novruza qədər göyərdərdilər.254
Tatlar  Novruz  üçün  hazırlanan  göyərti  nimçəsi  üçün  arpadan 
daha çox  istifadə edir,  səməni üçün  arpaya daha çox üstünlük  verir­
lər.  Eynilə  qədim  zamanlarda  iranlılar  da  bu  məqsəd  üçün  arpaya 
daha  çox  üstünlük  verir,  hətta  arpadan  göyərmiş  səmənini  şahlara 
layiq hesab edir,  sini  içində padşaha hədiyyə  aparırdılar.  Çünki pad­
şah  arpaya  baxmağı  daha xoş  məramlı  hesab edərdi.255  Tatlar Nov­
ruz bayramında göy səməninin ətrafında dövrə  vurub oynayır, bahar 
mahnıları  oxuyur,  gur bahar yağışının yağmasını  arzulayırlar.  Bu işi 
eynilə  qədim  iranlılar  da  görür,  bahar mahnıları  oxuyur,  yağış  yağ­
masını  arzulayırdılar.  Onlar “Bahar mahnıları  oxuyar,  yağışa sitayiş 
edərdilər” .256  Tatların  adət-ənənələrində  qədim  bayram  kimi  qalan 
Novruz bayramında heç bir dini mərasim  keçirilmir. Hətta bəzi  İran
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
489
alimləri  bu  bayramı  dini  bayram  hesab  etsələr  də  257  bu  bayramda 
elə  bir  cəhət  yoxdur  ki,  tatlar  onu  din  ilə  əlaqələndirsinlər.  Bu  ilin 
yeni  günü, bahar bayramımdır.
Tatlar Novruzdan258 qabaq evlərini  təmir edir,  ağ şirə  ilə ağar­
dır, ev əşyalarını silir, evi  süpürür, özlərinə təzə paltar tikdirir,  gülab 
suyu  hazırlayır,  qohumlara  və  qonşulara  şirni  paylayırlar.  Onlar da 
iranlılar kimi bayramdan qabaq 7  sin xonçasım hazırlamalıdırlar.  Bu 
xonçada  7  növ  yemək  olur ki,  onların  da  hamısının  adı  “s”  hərfi  ilə 
başlamalıdır:  Sib  (alma),  səməni,  sir  (sarımsaq),  sim  (gümüş), 
süncüd,  sünbül,  sirkə  və  s.  Qədim  dövrlərdən  7  rəqəmi  müqəddəs 
sayılmışdır.  Bu  rəqəm  Emşaspəndan  və  ya  ən  böyük  7  mələk 
deməkdir.  Əvvəldə  göstərdiyimiz  Əbu  Osmandan  başqa  Əbu 
Reyhan  Biruni  də  özünün  “Asar-əl-baqiyə”  kitabında  Novruz 
bayramından  bəhs  edərək  bu  bayramın  qədimliyini,  onun 
təmtəraqla,  şənliklə keçirildiyini qeyd etmişdir.
İslam  dinindən  qabaq  atəşpərəst  olan  tatlar  ilin  sonuncu  çər­
şənbə axşamında oda olan sonsuz ehtiramını tam dolğunluğu ilə üzə 
verirlər.  Tatlar bu  gecə  tonqal  yandırırlar.  Tonqal,  yəni  od  günəşin, 
ilahi  qüvvənin  yerdəki  nümayəndəsidir,  o  bütün  dərdləri  və  günah­
ları  yuya  bilər,  günahları,  insan  qəlbindəki  kini,  küdurəti,  paxıllığı 
təmizləyər.  Ona görə də tatlar kişi, qadın,  uşaq -  hamısı tonqalın üs­
tündən  tullanmalıdırlar,  hamı  bayrama qədər yeni  il  üçün qəlbən  və 
ruhən  tərtəmiz  olmalıdır.  Evlərin  qabağında,  yolda,  damda-bacada 
hamı  tonqal  qalayır,  üstündən  tullanır.  Tatlar  tonqalın  üstündən  tul­
landıqca  bu  sözləri  deyirlər:  “Zərdi  ruymən  əntü,  surxiyə  ru  tü  əl- 
mən” (üzümün  sarılığı sənin, üzünün qırmızılığı mənim).
Tatlar Novruz  bayramından  qabaq  köhnə  ilin  sonunda,  çahar- 
şənbə axşamım böyük təntənə ilə bayram edirlər.  “Çaharşənbə suri” 
adlanan bu  gün şər qatışan vaxt,  hələ tamam qaranlıq düşməmiş bü­
tün evlərin  üstündə hər ailə  üzvünə  bir dənə çıraq -  çubuğun  ucuna 
sarılmış  neftli  əski,  pambıq  və  s.  asırlar;  məşəllərə od  vururlar.  Bü­
tün evlərin  üstündə məşəllər şölələnməlidir.  Həyətlərdə tonqal  qala­
yır,  üstündən  tullanırlar.  Tatların  adətincə  tonqalın  üstündən  əvvəl 
nişanlı  qızlar  və  oğlanlar  tullanmalıdırlar.  Bu  gecəyə  bəzən  tat


490
İKİNCİ  KİTAB
kəndlərində  “şöçiraqi”  deyirlər  ki,  bu  da  çıraq  gecəsi  deməkdir. 
Novruz  bayramından  qabaq  axır  -   sonuncu  çaharşənbə  axşamında 
(axır çərşənbə)  keçən  ilin  günahlarım  təmizləmək  və yeni  ilə  “pak” 
gəlmək  üçün  odun  üstündən  tullanmaq  -   Zərdüşt  təliminin  qalığı 
olan və islam dini  ilə heç bir əlaqəsi olmayan bu adət bir çox xalqlar 
tərəfindən icra olunur.  Bu mərasimdən bəhs edən bir sıra alimlər bu­
nu  məhz  islamiyyətdən  qabaqkı  adət  və  ənənələrdən  hesab  etmiş, 
onu atəşpərəstliyin müasir arxaizmi saymışlar.259
Bayramlarda  tonqal  qalamaq  adəti  müsəlman  olmayan  başqa 
xalqlarda  da  vardır.  İsəvi  katoliklər pasxa  (ərəbcə  fəsəh)  bayramın­
dan qabaq çaharşənbə  günü tonqal  yandırırlar.  Skandinaviya ölkələ­
rində  hər  il  yay  fəslində  24  iyunda  Yəhna  Peyğəmbərin  (ərəbcə 
Yuhna)  anadan  olan  günündə  tonqal  qalayır,  od  bayramı  keçirirlər. 
Hindlilər  də  ilin  son  günündə  tonqal  qalayırlar.  Onlar bu  mərasimi 
keçirirkən  ehtirasa  qapılaraq  ifrata  varmaq  cəhətdən  hətta  irandilli 
xalqlardan da irəli getmişlər.260
Novruzdan  qabaq  həmin  gecə  tatların  adətinə  görə  “arzu  dü­
yümü”  də icra olunur.  Bu  o  deməkdir ki,  tatlar bu  və  ya başqa  arzu 
niyyət  edərək  öz  arzusunu  şirniyə,  qoğala,  çərəzə  deyir,  onu  da 
adamlara paylayır,  ümid edir ki,  onun  arzusu yerinə yetəcəkdir.  Ma­
hiyyət etibarilə bu özü də xeyirxahlıqdır və adamlara, qonşulara, qo­
humlara bayram payı verməkdir.
Bu  gözəl  bahar bayramından  qabaq taxta ata minib rəngli  pal­
tar geyinən  cavan  adam  (buna  “duguli”  deyirlər)  xalqı  bayram  ərə­
fəsində  şad  etmək,  güldürmək,  bayram  ərəfəsi  şənliyi  yaratmaq 
üçün  qapı-qapı  gəzir,  mahnılar  oxuyur,  lətifələr  danışır.  Şənlənən 
adamlar ona pay verirlər.
Uşaqlar  damlara  çıxıb  bacadan  torba  sallayırlar,  bacasından 
torba  sallanmış  ev  sahibi  uşağın  torbasına  qoğal,  rəngli  yumurta  və 
s.  qoymalıdır.  Buna  tatlar  “Çantaduluci”  deyirlər  ki,  bu  da  eynilə 
“torba  salladı”  deməkdir.  Novruz bayramı  ərəfəsində bacadan torba 
sallayan,  qapıya  gələn  adamın  üzünə  su  çiləyirlər.  Bu  lap  qədim 
dövrlərdən  qalmış  adətdir.  Sasanilər  dövründə  belə  bir  qayda  vardı 
ki,  Novuz  bayramı  ərəfəsində  bir-birinin  qapısına  gedən  adam  bir-
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
491
birinə  su  atardı.261  Hal-hazırda  da bu qayda Zərdüştlərdə  və  Novru­
zu keçirən xalqlarda vardır:  yəni adamlar yeni ildə bir-birinə su çilə­
yirlər.  “Kosa-mürd”,  “Tağı-Külah”,  “Nağı-sər”  və  s.  tat bayram mə­
rasimlərində olduğu kimi.
Tatlar çox  vaxt ili  iki  fəslə  bölürlər.  Onlar  üçün  il  yaz  və  qış­
dır.  Bu  qədim iranlılarda da var idi.  Onlar ili əvvəl  iki  fəslə bölmüş­
dülər.  10  ayı  qış,  2  ayı  yaz.262 Tat  dilində  özünün  qədim  formasını 
mühafizə etmiş fəsil  adları  da diqqəti cəlb edir.  Məlum olduğu kimi 
bahar fəslinin adının qədim  şəkli  “vəhar” idi,263 sonralar “v”  “b”-yə 
çevrildi  və  bu  söz  “bahar”  formasını  aldı.  Tat  dilində  bu  fəslin  adı 
özünün qədim şəklində olan  “vasal”  kimi  saxlanmışdır.  Yay fəslinin 
qədim  adı  olan  “hamin”  264  fars  dilindən  çıxmış,  öz  yerini 
“tabestan”  sözünə  verdiyi  halda  tat  dilində  bu  fəslin  adı  eynilə 
qədim  şəklində  “hamin”  kimi  qalmışdır.  Payız  fəslinin  adı  olan 
“paiz”  qədim  fars  dilində  Patiz  şəklində  olmuşdur.265  Tat  dilində 
buna  həmin  şəkildə  təsadüf olunmasa  da,  bu  fəslin  adı  olan  “paiz” 
formasında  da  təsadüf olunmur.  Belə  ki,  tat  dilində  olan  “pariz”  -  
“payız”  sözü bu  fəslin qədim  şəklinə  daha yaxındır  və  burada T-R- 
yə  çevrilmişdir  ki,  bu  da  İran  dilləri  üçün  xarakterik  bir  haldır.  Tat 
dilində  qış  fəslinin  adı  isə  İran  dillərində  geniş  yayılmış  “u”-laşma 
hadisəsi  nəzərə  alınmazsa,  “zumustun”  şəklində  işlənir  və  fars  di­
lindəki  “zemestan”  sözünə  tamamilə  uyğundur.  Biz  qış  fəslinin 
qədim  adı  olan  Zesgan,  Zərtı  şəkillərinin266  heç  birinə  tat  dilinin 
müxtəlif ləhcələrində təsadüf etməmişik.
Bəzi  alimlərin fikrincə  indi həm tatların, həm də bütün irandil­
li xalqların Novruz bayramında bəzədiyi  “7  sin” süfrəsi  ərəblərin is­
tilasından  sonra  əmələ  gəlmişdir267.  Bunların  fikrincə  atəşpərəst 
irandilli  xalqlar islam dininə qədər özlərinin böyük el  bayramında -  
Novruz  bayramında  “7  şin”süfrəsi  bəzəyirdilər:  yəni  süfrəyə  “ş” 
hərfi  ilə başlayan 7 növ şey qoyulardı.  Bu “7  şin” süfrəsinə aşağıda­
kılar daxil  idi:
Şəm -   Şirini -   Şərab -   Şir (süd) -  Şərbət -   Şəkər -   Şane  (da­
raq).  Ərəblərin başqa xalqlar üzərində qələbəsindən sonra islam dini 
ilə  haram  sayılan  “şərab”ın  bu  xalqların  yeni  il  süfrəsində olmasına


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə