Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   117   118   119   120   121   122   123   124   ...   131

500
İKİNCİ KİTAB
məklə,  insanın  düşməni  və  onun  ürəyinin  şeytanı  olan  tənbəlliyin 
qədim  adı  olan  (müasir  iran  dillərindən  çıxmış)  sözü  saxlamış, 
tənbəlliyi “Avesta”da olduğu kimi  “kahali” adlandırır,  tənbəl  adama 
“kahal” deyirlər.
Tatların  çörəyə,  taxıla  -   bu  mühüm  təsərrüfat  məhsullarına, 
alın  təri  ilə  qazanılmış  bu  nemətlərə  olan  müqəddəs  münasibəti  də 
(xəstənin başı  altına çörək qoymaq, sünnət olunan uşağın yaşdığı  al­
tında  çörək  gizlətmək,  göz  dəyməsinə  qarşı  uşağın  yaxasına  çörək 
tikmək  və s.  kimi adətlər)  məhz eynilə  Avestadan gələn qaydalardır 
ki, bir sıra xalqların da adət-ənənələrində qalır. Avestaya görə o yer­
də  ki,  çörək  tikəsi  var,  oraya  Əhlimənin  tərəfdarları  olan  əcinnə  və 
iblislər,  bəd  ruhlar  yığışa  bilməz.  Avesta  bu  haqda  deyir:  “Taxıl 
sünbülləri  boy  atanda onları  (iblisləri)  tər basır,  taxılı  ələyərkən on­
ları  öskürək tutur, taxılı  üyüdərkən onlar ağlaşıb, ah-nalə edirlər, çö­
rək bişəı ərkən onlar qaçıb gedirlər”276.
Tatlarda  qalaıı  bir  sıra  məhsuldarlıq  inam  və  rəvayətləri  də 
məhz  bu  Zərdüşt  təlimi  və  ideologiyası  ilə  bağlıdır.  Bu  da  təsadüfi 
deyil,  çünki  adət  və  ənənələrdə  dini  qaydaların  daha  qədim  tarixi 
mərhələlərinə  aid  kompleksin  komponent  uyğunlaşmaları  ənənəyə 
uyğun  olaraq  sonrakı  dinlər  zamanı  da  özünü  saxlamağa  müvəffəq 
olur.  Ona görə ki, “raz vozniknuv,  reliqiya vseqda soxranyaet izves- 
tmy  zapas  predstavleniy,  unasledovannıx  ot prejnıx  vıemen,  tak как 
vo vsex  voobşe oblastyax ideoloqii  tradisiya yavlyaetsya velikoy kon- 
servativnoy siloy” .277
Tatların əqidəsincə yazdan bir neçə gün qabaq  və hətta yaz gi­
rəndən  sonra da bərk qar yağa bilər ki,  bu da “qan  günləri”  adlanır. 
Deyilənə  görə  artıq  qışın  qurtarıb  yaz  gəldiyini,  günün  ətrafı  qı­
zdırdığını  görən  bir qan  öz  oğlanlannı  (başqa  rəvayətdə  keçilərini, 
daha başqa bir rəvayətdə isə öz danalarını) qabağına qatıb çölə otar­
mağa aparır.  Gün o qədər isti  imiş ki, qan  yüngül paltar geyinibmiş. 
Bir az keçəndən  sonra göyü qara buludlar  alır,  soyuq külək əsir,  qar 
yağır,  çovğun  olur.  Qannın  oğlanlan  (keçiləri,  danalan)  qınlır,  özü 
də  kəndə  çata  bilməyərək  yolda  donur.  Ona  görə  də  tatlar  indi  də 
yaz  qabağı  çölə,  meşəyə gedən  adama ehtiyatlı  olmağı,  qalın  geyin­
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
501
məyi,  hər ehtimala qarşı  özü  ilə  ehtiyat  yemək  götürməyi  məsləhət 
görürlər.  Qeyd etməliyik ki,  bu qan  mifoloji  surəti  ilə  əlaqədar olan 
bir  çox  qanlar  müxtəlif  xalqlann  mifologiyasında  da  vardır.
M.S.Andreyev dağ  taciklərində  “Oğuz  qan”  kimi  bir mifoloji  obra­
zın  qaldığını  söyləyir.  Bu  qanya  bəzən  taciklər  “Xəmpir  dər  qor” 
(mağara  qarısı)  da  deyirlər.  O,  guya  həmin  isti  gündə  çölə  getmiş, 
birdən başlamış  soyuq qar və çovğun  onu  dağdakı  mağaralardan  bi­
rində  gizlənməyə  məcbur  etmişdir.278 Yazılı  mənbələr  də  bu  namə­
lum  “qan  günləri”  haqqında  məlumat  verirlər.  Belə  bir  məlumata 
biz  min  il  bundan  qabaq  yaşamış  məşhur  alim  Əbureyhan  Məhəm­
məd ibn Əhməd Əl  Birunidə (973-1048 miladi) rast gəlirik.  O, qışın 
sonuncu ayı  haqqında yazır ki,  ““qan  günləri”  bu  aya düşür.  Onlar­
dan  birinci  gün  ayın  26-na  təsadüf edir.  Onlar  cəmi  yeddi  gündür”. 
Müəllif hər yeddi  günün ərəbcə  adını  verir  və  yazır ki, onlardan sonra 
“güclü soyuq olacaq və istinin elçiləri sənin yanma gələcək”.
Böyük  alim və mütəfəkkir Biruni eyni  zamanda qışla əlaqədar 
olaraq  yaranmış  “Q an”  surətinin  mənbəyini  və  mənşəyini  tapmağa 
cəhd  göstərir.  O,  Qurana  müraciət  edərək  adit  tayfasının  əfsanəvi 
həlakından  bəhs  edir,  eyni  zamanda  tatlarda  söylənən  rəvayətə  çox 
yaxın olan bir xalq rəvayətini də gətirərək yazır:  “Bəzilərinin fikrin­
cə  “qan  günləri” ona görə  adlanmışdır ki,  bir qan  yazın istisi gəldiyi­
nə inanaraq qalın paltanm  soyunur,  nazik geyimdə  səfərə çıxır və yol­
da soyuqdan donur”.280


502
İKİNCİ  KİTAB
SON  SÖZ
Yuxanda  göstərdiyimiz  adət  və  ənənələr  bir  daha  sübut  edir 
ki,  bu  və  buna  bənzər  məsələlərdə  Azərbycan  ərazisinin  başqa  qə­
dim  yerli  etnik  qruplan  kimi  tatlann  da  tarix  və  etnoqrafiyasının 
mükəmməl  və  hərtərəfli  tədqiqi  nəinki  təkcə  Azərbaycan  tarixinə 
böyük  fayda  verər,  həmçinin  Azərbaycan xalqının etnogenezi məsə­
lələrinin bəzi cəhətlərini  işıqlandırmağa da xidmət edər.
Buradakı  adət-ənənələri,  əqidə,  inam  və  dünyagörüşünün  bə­
ziləri  eynilə,  bəziləri  isə  qismən  bu  torpaqda  yaşayan,  Azərbaycan­
da  tarixi  kökü  olan  başqa  xalqlar  üçün  də  xarakterikdir.  Bu  da  tə­
biidir.  Birgə  yaşayış  birgə  mədəniyyət və  ya oxşar davranış  norma­
ları  yatarmışdır.  Məhz bunların eyniliyini -  deməli tarixi yaxınlıqla­
rını  deyə  bilmək,  bununla  da  onların  mədəniyyətinin  fərdilikdən 
ümumiliyə  doğru  inkişaf xəttini  düzgün  izləyə  bilmək  üçün bunlan 
ayrı-ayrılıqda  öyrənmək  vacibdir.  Çünki  oxşarlığı  da,  fərqi  də  ayrı- 
ayrı  tədqiqatlar  nəticəsində  müəyyən  etmək  olar.  Vahid  Xalqımızı 
isə birləşdirən oxşar cəhətlər və hətta eyniliklər isə çoxdur.  Bir ana­
nın  övladlarının  bir-birinə  oxşarlığı  isə  təbiidir.  Məhz  birliyimiz  və 
bütövlüyümüz  xətrinə  bu  eyniliklər  haqqında  indi  dünənkindən 
daha çox deməyə ehtiyac  vardır.
Belə  tədqiqatların  xüsusilə  indiki  şəraitdə  adət-ənənələri  daha 
çox qaynayıb-qarışmış xalqlann,  vahid Azərbaycan xalqının etnoge- 
nezində  iştirak  edən  bütün  böyüklü-kiçikli  etnosların:  Azərbaycan 
türklərinin,  tatlann,  talışlann,  kürdlərin,  ləzgilərin  və  s.  ümumiyyət­
lə,  bütün  azərbaycanlılann  (müxtəlif  dilli  etnoslann  nümayəndələri­
nin hamısı birlikdə Azərbaycan xalqını təşkil edir, ona görə də hamısı 
eyni dərəcədə azərbaycanlıdırlar) daha da yaxınlaşıb qardaşlaşmasına 
kömək edər, hamımızın ümumi evi və bir vətəni olan Azərbaycanımı­
zın  vahidliyinə, xalqımızın pozulmaz milli birliyinə xidmət edər. Xal­
qımızın gələcəyi  və səadət açan isə ançaq milli birliyimizdədir.
1970-1995
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
503
ƏDƏBİYYAT
1.  Tatlar  məhz  Azərbaycan  dilinə  türk  dili  deyir,  Azərbaycan 
türklərini türk adlandırırlar.
2. “Azadlıq” qəz., 23 may,  1992.
3. “Xalq” qəz.,  18.09.1992
4. “Soyuz”, № 34,  21-28  avqust,  1991.
5.  Azərbaycan  Dövlət  arxivi.  F.389,  op.l,  iş,  1  v.  34. 
Arxivdən istifadə  1970-ci illərə aiddir.
6.  Azərbaycan Dövlət arxivi, F.389, op.l, iş  1, v.36.
7.  «Народы Кавказа»,  II, M. 1962, c.181.
8. Yenə orada, c.181
9. Bax:  həmin illərin statistik məlumatına
10.  “Pravda” qəz., №4,  1990;  “Soyuz”, №34,  1991.
11.  1894-cü  il  məlumatına  görə,  təkcə  Bakı  qəzasında  300 
minə qədər tat vardı. Bax:  «Кавказский календар», Tiflis,  1895.
12.  B.V.Miller.  «Таты,  их  расселение  и  говоры».  Bakı, 
1929,  səh. 17.  Bundan sonra:  Б.В.Миллер,  «Таты».
13.  “Soyuz”, №4,  1991
14.  Г.А.Гулиев.  Таты.  «Народы  Кавказа».  И,  М.,  1969,
с.185. 
>
15.  “Ədəbiyyat və incəsənət” qəz.,  19 avqust,  1988-ci il.
16.  “Bakinskiy raboçiy” qəz., 21  aprel,  1992
17.  Yenə orada.
18.  “Azadlıq” qəz., 7.04.1992
19.  «Народы Кавказа», II, M.,  1962, c.181.
20.  Həsənbəy  Zərdabi.  Seçilmiş  əsərləri.  Bakı,  Azəməşr, 
1960,  s.  247.  Yeri  gəlmişkən  qeyd  etməliyəm  ki,  bir  çox  tat 
kəndlərinin  sakinləri  də  İrandan  Azərbaycana  köçüb  gəldiklərini 
əsla  qəbul  etmirlər.  Məs.:  Abşeronda  “altı  tərəkəmə,  ya  türkmən 
kəndindən başqa” qalan  kəndlər tat dilində  danışır,  yerli  olduqlarını 
söyləyirlər.  Bu  haqda  bax:  A.Bakıxanov.  “Qulistani-İram”,  Baku, 
1958,  səh.24.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə