Ma qs ud ha c I y e V


GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə129/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   123   124   125   126   127   128   129   130   131

532
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
İran  və  Əfqanıstandakı  Sovet  səfirləri  V.Yerofeyev  və  F.- 
Tabiyev,  Sov.  İKP  MK-nın  Kabuldakı  xüsusi  nümayəndəsi  A.Ro- 
mantsev  M.Hacıyevin  qonşu  ölkələrdəki  xidmətlərini  yüksək  qiy­
mətləndirmiş,  təmsil  etdikləri  ölkə  rəhbərliyi  adından  ona  rəsmi 
tərifnamələr təqdim edərək minnətdarlıqlarını bildirmişlər.
Əfqanıstanın  ictimai-siyasi  həyatında  müsbət  və  səmərəli  fəa­
liyyətini nəzərə alaraq,  ölkənin o zamankı iqtidarı B.Karməl avtoqrafı 
ilə öz böyük portretini M.Hacıyevə bağışlamışdır.
M.İ.Hacıyev  Əfqanıstanda  olarkən  Kabul  Universitetində  So­
vet-Əfqan dostluq Cəmiyyətinin şöbəsinin  yaradılması  və fəaliyyətə 
başlamasında  çəkdiyi  böyük  zəhmətə  görə  Əfqan-Sovet  Dostluq 
Cəmiyyətinin  xüsusi  tərifnaməsinə  layiq  görülmüşdür.  Kabul 
Universitetinin  Əfqan-Sovet  Dostluq  Cəmiyyətinin  sədri,  görkəmli 
şair  və  ictimai  xadim, professor Əbdülqadir Əbhər 24 dekabr  1983- 
cü  il  tarixdə  M.Hacıyevə  ünvanlanmış  təşəkkür  məktubunda 
azərbaycanlı  həmkarının  Əfqanıstan  elmi-mədəni  həyatındakı 
rolunu  yüksək  qiymətləndirir.  M.Hacıyev  Kabuldə  olarkən  təkcə 
son  iki  ildə  (1987-1988-ci  illər)  Kabuldə nəşr olunan  «Planeta»  adlı 
siyasi-ictimai  və  ədəbi  referativ  bülletendə  5  çap  vərəqə  qədər mə­
qalə  çap  etdirir  ki,  bunlardan  da  əksəriyyəti  iki  ölkənin  ədəbi-mə- 
dəni  həyatına  aid elmi  və  məlumat xarakterli  şərhlər,  məqalələr idi. 
Onun  da  bu  dövrdə  Sovet-Əfqan  dostluğuna,  Lenin  və  Oktyabr 
mövzusuna,  Əfqan  və  Azərbaycan  ədəbi  əlaqələrinə,  Əfqanıstanda 
milli  barışıq siyasətinə, Əfqanıstanın bəşər mədəniyyətindəki roluna 
və  s.  dair  müxtəlif  elmi  konfrans  və  simpoziumlardakı  məruzələri 
maraqla  dinlənilmiş,  onun  çıxışları  dərhal  «Jvəndun»,  «Dusti», 
«Milləthaye  bəradər»,  «Həmbəstəgi»,  «Ənis»,  «Həqiəqte  inqilab-e 
saur»,  «Pamir»  və  s.  kimi  Əfqan  qəzet  və  jurnallarında  çap 
olunmuşdur.  Onun  bu  məruzə  və  çıxışlarının  əksəriyyəti  1988-ci 
ildə  Kabildə  nəşr  etdirdiyi  «Əfqan  ədəbiyyatı  və  milli  banşıq 
siyasəti»  adlı  kitabında  (həcmi  12  ç.v.)  toplanmış,  kitabın  I 
hissəsində toplu halında oxuculara təqdim olunmuşdur.
İran-Sovet  Dostluq  Cəmiyyətinin  sədri  senator-general  Ca- 
hanbani  də  iki  ölkə  arasındakı  dostluq  münasibətlərinin  möhkəm-
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
533
ləndirilməsindəki  xidmətlərinə  görə  M.Hacıyevə  xüsusi  təşəkkür 
etmiş, ona bu mühüm işdə müvəffəqiyyətlər arzulamışlar.
M.Hacıyevin  dost  Əfqanıstan  diyarındakı  səmərəli  fəaliyyəti 
bu  ölkədəki  Sovet  Səfirliyi  rəhbərliyinin  Azərbaycan  EA-nın 
prezidenti  A.Salayevə  məktubunda  xüsusi  qeyd  olunur,  onun  bu 
dost ölkədə  sovet xalqının,  xüsusilə,  Azərbaycan  xalqının mədəniy­
yəti  və  ədəbiyyatının  təbliği  işi  yüksək  qiymətləndirilir.  Bu  cəhət­
dən  həmyerlimizin  dost  ölkədəki  fəaliyyəti  haqqında  aşağıdakı 
təşəkkür məktubu çox  xarakterikdir.  Məktubu  Əfqanıstan Respubli­
kasının  Yazıçılar  İttifaqının  sədri  Əkrəm  Osman  Azərbaycan 
Yazıçılar  İttifaqının  (indiki  Yazıçılar  Birliyi)  sədri  Anara  ünvanla­
mışdır. Məktubda deyilir:
«Hörmətli  Anar  yoldaş!  Olduqca  səmimi  salamlarımı  və  xoş 
arzularımı qəbul etməyinizi xahiş edirəm.
Bununla  nəzərinizə  çatdırıram  ki,  Azərbaycanın  publisist  ya­
zıçı  və  tərcüməçisi  Maqsud  Hacıyev  Əfqanıstan  Respublikasında 
olduğu  müddətdə  ölkəmizin  Yazıçılar  İttifaqı  ilə  yaxından  həmkar­
lıq etmiş,  «Jvəndun»,  «Milləthaye  bəradər»,  «Dusti»,  «Həqiəqte  in­
qilab-e  saur»,  «Ənis»,  «Pamir»  və  s.  kimi  qəzet  və jurnallarımızda 
vətənimizdə  gedən  milli  barışıq,  Əfqanıstan  və  Sovet  xalqları  ara­
sındakı  dostluq  və  s.  kimi  mühüm  məsələlərə  həsr  olunmuş  elmi- 
publisistik məqalələr çap etdirmiş,  «Yazıçı və milli banşıq»,  «Kabul 
tarixlər  qovuşağmda»  kimi  Beynəlxalq  simpoziumlarda,  görkəmli 
əfqan yazıçı və şairləri Gülpaça Ülfət, Əbdül Rauf Binəva və s. yaradı­
cılığına  həsr  olunmuş  elmi-ədəbi  konfranslarda  maraqlı  çıxışlan  ilə 
Əfqanıstan  və  Azərbaycan  ədəbi  əlaqələrini  fəal  surətdə  təbliğ 
etmişdir.  Bu  səmərəli  fəaliyyətinə  görə  biz  Maqsud  Hacıyevə 
minnətdanq.
Sizə  və  bütün  Azərbaycan  yazıçılanna  ən  səmimi  arzulanım 
yetirir,  qədim  və  şərəfli  tarixə,  ümumbəşəri  misilsiz  mədəniyyətə 
malik olub dünya şeir-sənət xəzinəsinə görkəmli sənətkarlar bəxş et­
miş Azərbaycan xalqının sülh,  əmin-əmanlıq və səadət naminə,  xalq- 
lanmız  arasındakı  böyük  dostluğa xidmət  edən  xeyirxah  əməyinizdə 
müvəffəqiyyətlər arzu edirəm.


534
GÖRKƏMLİ TATŞONAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Hərarətli  salamlarla,  Əfqanıstan  Respublikası  Yazıçılar  İt­
tifaqının  sədri,  Əfqanıstan  Elmlər  Akademiyasının  müxbir  üzvi 
doktor Əkrəm Osman.  30 aprel  1988-ci  il».
M.Hacıyev  17  iyun  1982-ci  ildə  SSRİ  Xarici  İşlər  nazirliyi 
nəzdindəki  Ali  Xarici  Dillər  Kollegiyasının  xüsusi  yoxlamasında  və 
son  dərəcə  çətin  imtahandan  sonra  xüsusi  attestasiya  komissiyası 
tərəfindən  «əla»  qiymətlə  «Yüksək  dövlət  səviyyəsində  siyasi 
tərcüməçi» diplomatik adına layiq görülmüş, diplom almışdır.
M.Hacıyev Əfqanıstanda işləyərkən  bu ölkənin müxtəlif qəzet 
və  jurnallarında  çap  etdirdiyi  məqalələrin  böyük  məbləğli 
qonorannı  o  zamankı  SSRİ-nin  Lenin  adına  Beynəlxalq  Uşaq 
Fonduna  köçürdüyü  üçün  Kabildəki  Sovet Səfirliyinin  xüsusi  yazılı 
təşəkkürünü almışdır.
M.Hacıyev  uzun  illərdir  ki,  Azərbaycan  tatlarının  dili,  tarixi, 
etnoqrafiyası,  xüsusilə,  bu  xalqın  adət  və  ənənələrinin  tədqiqi  ilə 
məşğuldur.  O,  xüsusilə  tatların  dilinə  dair  bir  neçə  məqalə  və 
monoqrafiya  çap  etdirmişdir.  Bakıda  Azərbaycan  EA-nın  elmi 
«Xəbəı»ləriııdə,  İranın  «Peyam-e  Nevin»  jurnalında,  Moskva, 
Sankt-Peterburq,  Düşənbə,  Tiflis  şəhərlərinin  elmi  orqanlarında 
tatlar  və  tat  dilinə  dair  məqalələr nəşr etdirmiş,  bu  barədə  müxtəlif 
elmi  konfranslarda  məruzələr  etmişdir  (Bu  konfranslar  haqqında 
əsərin  sonundakı  ədəbiyyat siyahısında  məlumat verilmişdir).  Onun 
«Tat  dilinin  öyrənilməsi  tarixindən»,  «S.Ə.Kəsrəvinin  «Azəri»  dili 
materiallarının  təhlilinə  dair»,  «Tat  dilindəki  bəzi  bitki  adlarının 
etimologiyasına  dair (Tat dili  əsasında)»,  «Tat etnonimi  haqqında», 
«Azərbaycan  ərazisindəki  bəzi  toponimik  adların  mənşəyinə  dair», 
«Azərbaycanın  bəzi  toponimləri  haqqında»,  «Sovet  İttifaqında  bir 
İran  dilinin  tədqiqinə  dair»,  «Bakı  Şərqşünaslıq  İnstitutu»,  «Tat 
dili»,  «Tatlar  haqqında  söz»,  «Tat  mədəniyyətinin  inkişaf yolları», 
«Tat dilində  Azərbaycan  sözləri»,  «Milli  məsələ və  Azərbaycan  tat­
larının  ikidillilik  məsələsi»,  «Bir  can,  bir  ürək»,  «Nicatımız  birlik­
dədir»,  «Birliyimizə  inanıram»,  «Düşmən  fitvasına  uymayaq», 
«Tatlar kimdirlər?»,  «Türkün türkdən başqa dostu  var!»,  «İftixar və 
qürur  haqqı  ilə  (tatlar  haqqında)»,  «Əsl  ziyalılıq  milli  birlik  rəmzi
GÖRKƏMLİ TATŞONAS, TANINMIŞ ŞƏRQŞÜNAS
535
olmaqdır», 
«Azsaylı 
xalqlara 
böyük 
qayğı», 
«Dövlətçilik 
ənənələrimizdə  milli  siyasət»  və  s.  kimi  tatlar  və  tat  dilinə, 
xalqımızın  birlik  və  vəhdətinə  həsr  olunmuş  məqalələri  çap 
olunmuşdur.
M.Hacıyevin  tat  dilinin  müxtəlif  ləhcələrindən  birinə  -   bu 
dilin  Qonaqkənd  ləhcəsinə  dair  yazdığı  «Tat  dilinin  Qonaqkənd 
ləhcəsi»  adlı  monoqrafiyası  Azərbaycan  EA  «Elm»  nəşriyyatında 
çap  olunandan  (1971)  sonra  istər  Azərbaycanda,  istərsə  də  onun 
hüdudlarından  kənarda  bu  dillə  maraqlanan  tədqiqatçılar  arasında 
maraqla  qarşılanır  və  haqqında  ən  yüksək  rəylərin  yaranmasına 
səbəb  olur.  Ak.  Əlisohbət  Sumbatzadə,  ak.  Məmmədağa  Şirəliyev, 
prof.  Əbdüləzəl  Dəmirçizadə,  prof.  Əkrəm  Cəfər,  Tofiq  Əhmədov, 
Əbülfəzi  Azmudə,  Naseh  Nateq,  Mahmud  Əfşar  Yəzdi  və  s.  kimi 
Azərbaycan və İran alimlərinin bu monoqrafiyaya dair elmi  resenzi- 
yalan  və  rəyləri  əsərin  İranşünaslıq,  Azərbaycan  dilçiliyi  və  ümu­
miyyətlə,  Azərbaycan  ərazisindəki  müxtəlif dillərin  bir-biri  ilə  qar­
şılıqlı əlaqələri məsələsinin əhəmiyyətinə həsr olunduğu qeyd edilir. 
Az  müddətdə  M.Hacıyevin  bu  monoqrafiyası  İran  dilləri,  ümumi 
dilçilik və dil əlaqələri problemləri ilə məşğul olan mütəxəssis dilçi­
lərin  istinad  etdikləri  ədəbiyyat  cərgəsinə  daxil  edilir  və  indi  də 
istinad olunan mötəbər dilçilik ədəbiyyatı siyahısmdadır.
M.Hacıyev  uzun  illər  üzərində  çalışdığı  «Azərbaycan  tat­
larının  dili  (fonetika,  leksika,  morfologiya  və  sintaksis)»  (Bakı, 
1995)  adlı  fundamental  əsərini  çap  etdirərək  oxuculara  təqdim 
etmişdir.  O,  tat  dilinin  müxtəlif  ləhcələrinin  dil  materiallarını  bir 
sıra türk dilləri,  o cümlədən,  xüsusilə tat dilinin ən yaxın ünsiyyətdə 
olduğu  Azərbaycan  dili  ilə,  fars,  tacik,  kürd,  talış,  əfqan  və  s.  İıan 
dilləri  ilə  müqayisə  edərək  maraqlı  nəticələr  əldə  etmiş,  müxtəlif 
sistemli  dillərin  qarşılıqlı  əlaqələr  probleminə  xeyli  yenilik 
gətirmişdir.  Həmin  monoqrafiya  ilə  oxucular  bu  kitabda  tanış 
olacaqlar.
M.Hacıyev «Azərbaycan  Sovet Ensiklopediyasında dilçiliyin 
müxtəlif  məsələlərinə,  xüsusilə  İran  dilçiliyi  və  İran  dillərinə  dair 
50-yə  qədər  məqalə  çap  etdirmişdir.  «İran  dilləri»,  «İran  dilçiliyi»,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə