Ma qs ud ha c I y e V


GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə130/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   123   124   125   126   127   128   129   130   131

536
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
«Avesta  dili»,  «Bəluc  dili»,  «Tacik  dili»,  «Fars  dili»,  «Tat  dili», 
«Talış  dili»,  «Kürd  dili»,  «Pəncab  dili»,  «Pamir  dilləri»,  «İşkaşim 
dili»,  «Yazqulam  dili»,  «Puştu  dili»,  «Pəhləvi  dili»,  «Qədim  fars 
dili»,  «Orta  fars  dili»,  «Müasir  fars  dili»,  «Mixi  yazılar»,  «Urdu 
dili»,  «Osetin  dili»  və  s.  kimi  məqalələrlə  yanaşı,  M.Hacıyev  ASE- 
nin  IV,  VII  və  IX  cildlərinin  əsas  müəlliflərindən  biridir.  Onun 
ensiklopediyanın  müxtəlif cildlərindəki  məqalələri  yığcamlığı,  dərin 
təhlili ilə seçilir.
«Səməd  Behməgi»,  «İsfahan  abidələri»  və  s.  kimi  mövzular 
da  məhz  ASE  vasitəsilə  Azərbaycan  oxucusuna  ilk  dəfə  olaraq 
M.Hacıyev tərəfindən çatdırılmışdır.
M.Hacıyev  «Bir  ilk  farsca-rusca  lüğət  haqqında»,  «Azərbay­
canda  yazılmış  ilk  fars  dili  dərslikləri  haqqında»,  «İranda dramatur­
giyanın  yaranmasında  azərbaycanlıların  rolu»,  «Sabir  mənim  mü­
əllimimdir»,  «Şairlər məskəni»  və  s.  kimi  məqalələrində  İran-Azər- 
baycan ədəbi-mədəni  əlaqələr tarixindən bəhs edərək bu sahəyə dair 
yeni  materiallarla  oxucuları  tanış  edir,  qonşu  İranın  mədəni 
həyatında  Azərbaycan  alim,  maarif xadimləri  və  yazıçılarının  müs­
bət rolunu qabarıq göstərməyə çalışır.
M.Hacıyev  dahi  Nizami  Gəncəvinin  yubiley  elmi  konfran­
sında  ölməz  şairin  «Xosrov  və  Şirin»  poemasmdakı  coğrafi  adların 
etimologiyası  və  onların  lokalizasiyası  (yerləşməsi)  məsələsi  haq­
qında  maraqlı  məruzə  etmiş,  sonra  həmin  məruzəni  ayrıca  məqalə 
şəklində  çap  etdirmişdir.  Məzmun  və  əhatə  dairəsinə  görə  geniş  və 
yeni  mülahizələrdən  ibarət  olan  bu  məqalə  az  sonra  Əfqanıstanın 
Yazıçılar İttifaqının  orqanı  olan  «Jvəndun» jurnalında  çap  olunmuş 
və geniş farsdilli oxucu auditoriyasının diqqətini cəlb etmişdir.
M.Hacıyev qələminin məhsulu  olan  «Ehsan  Yarşater. İran dil­
ləri  və  ləhcələri»,  «Xaqani  Şirvani  harada  doğulmuşdur?»,  «İranda 
bir  tayfa  haqqında»,  «Pəhləvi  və  kürd  dillərindəki  eyni  mənşəli 
sözlər»,  «Puriya  Vəli  yaradıct lığına  dair»,  «Azərbaycan  nağılları 
Tehranda  nəşr  olunmuşdur»,  «Səməd  Behrəngi  Azərbaycan 
ədəbiyyatı  haqqında»  «Qolamhüseyn  Saedinin  rus  dilində  yeni  əsə­
ri»,  «Sözün  qüdrəti»,  «Ədəbi  əlaqələrimiz  haqqında  yeni  kitab»,
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
537
«Maraqlı  ədəbi  nümunələr»,  «Dilimiz  haqqında  kitab»,  «Avesta 
haqqında kitab»,  «İran jurnalı  Azərbaycan  şərqşünaslığı  haqqında», 
«Ədəbi  dilimiz  haqqında  qeydlər»,  «Azərbaycan  şöhrəti»,  «Bir 
faktın  izi  ilə»,  «Əsrin  böyük  sənətkarı»,  «Şairin  səsi»,  «Zərdabi 
harayları»,  «El  ürəyinin döyüntüləri»  və  s.  kimi  məqalələri  müxtəlif 
müəlliflərin  əsərlərinə  rəylərdən,  ayn-ayn  ədəbi  məsələlərin  təh­
lilindən,  dil  və  ədəbiyyatın  müxtəlif aktual  məsələlərinin  şərhindən 
ibarət  olub  oxucuları,  elmi-ədəbi  ictimaiyyəti  maraqlandıran 
faktların  açıqlanması  özü  ilə  yeni  faktlar,  elmi-ədəbi  mühitə  təzə 
nəfəs gətirən məqalələrdir.
M.Hacıyev  bir  şərqşünas  alim  kimi  orta  əsr  ədəbi  nümunə- 
lərimizlə  həmişə maraqlanmışdır.  Onun  son  dövrlərdə  çap  etdirdiyi 
«Mücməl  ət-təvarix»  əsəri  mənəvi  irsimizə  aid mənbə  kimi» məqa­
ləsi  Orta  əsr  əlyazmaları  və  Azərbaycan  mədəniyyəti  tarixi  prob­
lemlərinin bəzi  məsələlərini  açmaqda,  hələ X-XI əsrlərdə fars dilinə 
daxil  olmuş  Azərbaycan-türk  sözlərinin  tarixi-semantik  mənasını 
şərh  etməkdə  faydalı  olacağına  şübhə  yoxdur.  M.Hacıyevin 
tərcüməsində  bu  mühüm  orta  əsrlər  ədəbi  abidəsinin  çap  olunması 
(2008) təqdirə layiqdir.
Məlum  olduğu  kimi,  Araz  üzərindəki  su  bəndinin  tikilişi  ilə 
əlaqədar  qədim  Xudafərin  körpüsünün  dağıdılacağı  ehtimalı 
respublikanın  ictimaiyyətini  bərk  narahat  etdiyindən  ölkədə  Xu- 
dafərinin  müdafiəsi  cəmiyyəti  yaranmışdı.  Bu  cəmiyyətin  qarşısına 
qoyduğu  məqsəd  tarixi  bir  abidəmizi  -   Şimalla  Cənub  arasındakı 
yeganə  qədim  körpümüzü  dağılmaqdan  qoruyub  hifz  etmək  idi. 
Respublika  elmi  ictimaiyyətinin,  şair  və  yazıçılarımızın,  ziyalıları­
mızın səyi  hədər getmədi,  su  bəndinin  layihəsi  dəyişdirildi, Xudafə­
rin su altında qalmaqdan xilas edildi.  Bu  şərəfli  işdə -  bu tarixi  abi­
dənin  gələcək  nəsillər  üçün  qorunub  saxlanılmasında  M.Hacıyevin 
bir-birinin  ardınca  «Dalğa»  qəzetində,  «Qobustan»  jurnalında  çap 
etdirdiyi  «Pirimiz,  ocağımız  Xudafərin»,  «Xudafərin  harayı»  kimi 
irihəcmli məqalələrinin də səmərəli rolu olmuşdur.
M.Hacıyevin  Azərbaycan  xalqının  adət  və  ənənələrinə,  hə­
mişəyaşar  qədim  Novruz  bayramına,  unudulmuş  xalq  oyunlarımıza


538
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
həsr  olunmuş  və  bir  sıra  qəzet  və  jurnallarda  çap  olunmuş 
məqalələri:  «Azərbaycanlıların  adət  və  ənənələrindən»,  «Azərbay­
canlıların  bəzi  adət-ənənələri  haqqında»,  «İnamlar  və  inanclar», 
«Qədim  oyunlarımızı  həyata  qaytaraq»,  «Xalq  oyunlarımız  və  klas­
sik  poeziya»,  «Qədim Novruz  bayramı  haqqında»,  «Qədim  Novruz 
gəlir»,  «Torpağın  Novruz  nəfəsi»,  «Novruz  bayramı  min  il  bundan 
əvvəl  və bu gün»,  «Elimizə Novruz  gəlir»,  «Qədim azərbaycanlılar­
da  Novtuz  bayramı»  və  s.  kimi  aktual  yazılar  müəllifinə  rəğbət 
qazandırmış,  xalqımızın  qədim  adət-ənənələrinin,  toy-düyün  oyun­
larının  yenidən  bərpa  olunaraq  təmtəraqla  qeyd  edilməsində  az  rol 
oynamamışdır. Təsadüfi  deyil ki,  xalqımızın qədim və iftixarlı  adət- 
ənənələri  haqqında  M.  Hacıyevin  «Literatumıy  Azerbaydjan» 
jurnalının  iki  nömrəsində  verilmiş  geniş  məqaləsini  uzaq  Qaza­
xıstanın  Çuvalı  rayonunun  Kremenevka  kəndində  oxumuş  həm­
yerlimiz  Eldar  Sayadov  jurnalın  redaksiyasına  yazdığı  məktubda 
məqalənin  vətəndən uzaq düşmüş bir azərbaycanlının ürəyini qədim 
xalqı  üçün  iftixar  hissi  ilə  doldurduğunu  qeyd  edərək  yazmışdır: 
«Maqsud  Hacıyevin  «Azərbaycanlıların bəzi  adət və  ənənləri»  m ə­
qaləsinə  görə  çox  sağ  olun  («Literatumıy  Azerbaydjan» jurnalı,  № 
10,  1989-cu  il).  Mən  bu  məqalədən  xalqımın  keçmişi,  ulu 
babalarımın  iftixarlı  adət-ənənələri  haqqında  çox  şeyi  öyrəndim. 
Vətəndən  uzaqda  yaşayan  biz  azərbaycanlılar  üçün  belə  əsərlərin 
əhəmiyyəti  əvəzsizdir.  Bu  yazılan  tez-tez  çap  edin.  Qoy  ürəyimiz 
həmişə  xalqımızın  iftixarlı  keçmişi  ilə  döyünsün.  Bu,  yaşa­
mağımıza,  qürbət  niskilinə  dözməyimizə  də  kömək  edər».  Uzaq 
Qazax elində yaşayan eloğlumuzun (o,  orada doğulmuş üçüncü nəs- 
lə  aiddir)  M.Hacıyevin  zəhmətinə  verdiyi  qiymətə  heç  nə  əlavə 
etməyə  ehtiyac  qalmır.  M.Hacıyev  qələminə  məxsus  belə  yazılar 
çoxdur.  O,  belə  minnətdarlıq  məktublannı  Gəncədən,  Qazaxdan, 
Qubadan,  Qaxdan,  Moskvadan,  leninqraddan,  Krasnovodskdan,  Dər­
bənddən,  Daşkənddən,  Mahacqaladan  və  s.  şəhərlərin  müxtəlif  dilli 
oxucularından almış,  onlann alqışını qazanmışdır.
M.Hacıyev  uzun  illər  azərbaycanlıların  unudulmuş  adət- 
ənənələri,  inamları  və  in an d an   haqqında  tədqiqatlar  aparmış,
GÖRKƏMLİ TATŞÜNAS,  TANINMIŞ ŞƏRQŞÜNAS
539
onlardan  bəzi  parçalan  müvafiq  olaraq  bir  sıra  qəzetlərdə  də  çap 
etdirmişdir.  (Bax:  «Şəfəq» qəzeti, №  19-20, 22-23,  25-26-27-28-29- 
30,  1992-ci  il;  «Kəndin  səsi»  qəzeti,  №  10,  1993-cü  il  və  s.).  Sonra 
bu  axtanşlar  onun  «İnanclar  və  inamlar»  kitabında  toplanaraq 
“Gənclik”  nəşriyyatında çap  olundu.  Müəllifin  bu  faydalı  tədqiqatı­
nın  xalqımızın  yaddaşlardan  silinmiş  adət-ənənələrinin  məişəti­
mizdə yenidən bərpasına əhəmiyyəti şəksizdir.
Başımıza gələn faciələr,  son illərdə elan olunmamuş müharibə 
şəraitində  yaşayan  xalqımızın  köz  bağlamağa  macal  tapmayan  ya­
ralan,  nankor erməni  qonşulanmızm namərd gülləsinə  tuşlanan  ana 
və  bacılanmızın,  didərgin  həmvətənlərimizin  naləsi  həssas  qəlbli, 
vətənpərvərliklə  dolu  ürək  sahibi  olan  M.Hacıyevi  də  narahat  edir, 
düşündürür,  yazılan  ilə,  publisist  qələmi  ilə  erməni  xəyanətini 
damğalayaraq,  müharibə  dövrünün  sosial-iqtisadi  problemlərini 
təhlil  edir,  düşdüyümüz  çətin  şəraitdən  çıxış  yollan  axtanr.  Onun 
«Vətəndaşlıq  borcumuz»,  «Mərhəmət  hissimiz  korşalmasın», 
«Düşmən  fitvasına  uymayaq»,  «Niyə  belə  aciz  olduq?»,  «Yalan 
dəlillər  qurtaranda»,  «Birliyimizə  inanıram»,  «Bizi  nələr  birləşdi­
rir?»,  «Qələbəmizin  rəhni  birliyimizdir»,  «Diriliyimiz  birliyimizdə­
dir»  və  s.  kimi  məqalələri  düşmənə nifrət,  vətənə məhəbbət aşılayır, 
nankor  və  xəyanətkar erməni  yağılan  üzərində  labüd  qələbəyə  səs­
ləyir.  Düşmənə  nifrət  M.Hacıyevin  tat  dilində  yazdığı  şeirlərinin 
(«Vasal»  («Bahar»),  Aəzməşr,  1994),  «Bə  aftayaz  bə  yə  cigə» 
(“Günəşlə  birgə”,  Azəməşr,  1995),  şeir  və  poemalanndan  ibarət 
“Sevgi  nəğmələri”  (2006)  ikicildliyinin  bir  sıra  şeirlərinin  də  əsas 
leytmotivini təşkil edir.
M.Hacıyev  Azərbaycanda  yaşayan  tatlann  dili  və  mədəniy­
yətini  öyrənmək,  bu  xalqın adət-ənənələrini  yaşatmağa xidmət edən 
Respublika  «Azəri»  Tat  mədəniyyət  mərkəzinin  sədridir.  Qədim 
tarixə malik  olan  Azərbaycan  tatlarının da bu  torpağın həqiqi  varis­
ləri  kimi  vahid  və  bölünməz  Azərbaycan  xalqı  tərkibində  ləyaqətli 
yerinə,  onlann ümumi və müştərək vətənimizin ictimai-siyasi,  ədəbi 
və  mədəni  həyatında  oynadığı  rola  dair  bir  sıra  yazılan  sözün  əsl 
mənasında  ona  şöhrət  gətirmişdir.  İlk  dəfə  olaraq məhz  M.Hacıyev


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə