Ma qs ud ha c I y e V


GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə128/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   123   124   125   126   127   128   129   130   131

528
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Ona  görə  də,  onun  elmi-publisitik  fəaliyyətində  dost  diyarın 
yaşadığı  iztirabları,  kasıb  və  sadə  xalqın  gələcəyə  ümidlə  dolu 
arzularını  izləmək  olar.  Onun  bu  ölkəyə  ilk  səfərinin  bəhrəsi  olan 
«Məzari-Şərif  muzeyində»,  «Sönməz  məşəl»,  «Qardaşlaşma», 
«İnsan hücum edir»,  «Üç  il  əfqanlar arasında»,  və  s.  kimi publisitik 
yazılan  oxuculann  xoşuna  gəlir.  Sonrakı  səfərlərin  məhsulu  olan 
«Əfqanıstan  görüşləri»  kitabı,  «İnqilabi  Əfqanıstanda»,  «Dörd  ildə 
gördüklərim»,  «Xəzər  tez-tez  yuxuma  girir»,  «Dostluq  təranələri», 
«Dost  diyardan  məktub»,  «Qərib  damla  ana  dənizə  qovuşur», 
«Əfqanıstan:  ağnm,  sevincim»,  «Yaxın  qonşu  uzaq  qohumdan 
yaxşıdır»,  «Əfqan  ədəbiyyatında  milli  banşıq»,  «Ədəbiyyat  sülhün 
xidmətində»,  «Əfqan  aprel  inqilabı  mövzusu  sovet  ədəbiyyatında», 
«Əfqan  qadınları  inqilabi  keşikdə»,  «Azadlığın  böyük  günəşi», 
«Müasir 
əfqan 
şeirində 
Azərbaycan 
mövzusu», 
«Zamanın 
sınağından 
çıxmış 
dostluq», 
«Qoca 
diplomatın 
xatirələri», 
«Əfqanıstandakı  əfşarlar haqqında»  və  s.  kimi  elmi-publisistik  əsər 
və  məqalələri  geniş  oxucu  auditoriyasının  müzakirəsinə  verilir. 
Bunlarda müxtəlif ədəbi-mədəni və ictimai-siyasi məsələlərin aktual 
cəhətləri  qoyulur,  izah  olunur,  onlara  münasibət  bəslənilir, 
Əfqanıstan  həyatı  və  əfqan  hadisələri  barəsində  ən  cüzi  məlumatı 
səbirsizliklə  gözləyən  oxucularla  mübahisələr  edilir,  xüsusilə, 
səksəninci  illər  sovet  işğalı  dövründə  Əfqanıstanın  ictimai-siyasi 
həyatının  bu  və  ya  başqa  sahəsi  haqqında  oxuculara  məlumat 
verilirdi.
M.Hacıyevin  inqilabi  Əfqanıstana  dair  elmi-publisistik  ya­
zılan,  əfqan  yazıçısı  və  şairlərdən  olan  Əbdülqadir Əbhər,  Dəstəgir 
Pəncşiri,  Seyid Hüseyn  Aşəftoyi-Baxtəri,  Xəlilullah  Xəlili,  Abdulla 
Naibi,  Ə.R.Zəryab,  H.Neysan,  Ziyai  və  başqalannın  ədəbi  yaradı­
cılığından  elədiyi  tərcümələr  bu  qədim  ölkəni  Azərbaycan  oxucu­
suna  sevdirməkdə  az  rol  oynamır.  Elə  buna  görə  də,  «Son  illərdə 
doğma  respublikamızla  yaxından  tanış  olmaq  imkanı  tapan  əfqan 
şairlərinin  Azərbaycan  və  onun  ürəyi  olan  Bakıya,  qəhrəman  xaqı- 
mıza yazdıqlan  şeirləri  üzərində geniş dayanaraq onları  düzgün  təh­
lil  edən  M.Hacıyev  xalqımızı  əfqanlara,  Əfqanıstanı  xalqımıza
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
529
sevdirir,  ürəyimizi  doğma  yurdumuz  üçün  iftixar  hissi  ilə  doldurur. 
Bu  sözlər  dost  ürəyindən  gələn  sözlərdir.  Məhz  bu  dost  sözünü 
Azərbaycan  oxucularına  çatdırmaqda  yazıçı-publisist  olan  M.Hacı- 
yevin  zəhməti  təqdirəlayiqdir».  Bu  sözləri  görkəmli  yazıçı, 
Prezident  təqaüdçüsü,  Əfqanıstanın  həyatına  həsr  olunmuş  məşhur 
trilogiyanm  müəllifi  Əlibala  Hacızadə  M.Hacıyevin  «Müasir  əfqan 
şeirində Azərbaycan mövzusu» əsəri  haqqında yazmışdır.
M.Hacıyevin  «Əfqanıstan  görüşləri»  (rəyçi  Əlibala Hacızadə, 
redaktor  Həsən  Əlibəyli)  «Yazıçı»  nəşriyyatında  çapdan  bu­
raxılmışdır  (1989).  Əsər  Azərbaycan  oxucusunun  mühüm  maraq 
dairəsinə daxil olan bir məsələyə -  dost əfqan xalqının həyatına həsr 
olunduğundan böyük şöhrət qazanır.  Elə buna görə də əsər haqqında 
bir-birinin  ardınca  Bakı  radio  və  televiziyası  ilə  verilişlər  verilir, 
respublikanın  mərkəzi  qəzet  və  jurnallarında, 
hətta  rayon 
qəzetlərində  mütəxəssis  əfqanşünaslar  və  Əfqanıstanda  vuruşmuş 
«azərbaycanlı  əfqanlar»m  rəyləri  çap  olunur.  Aydın  Ağayev,  Tofiq 
Mütəllimov,  Ağacavad  Cəfərov  və  başqaları  öz  məqalələrində 
əsərin  aktuallığım  qeyd  edir,  əsəri  resuplikamızm  əsl  siyasi 
nailiyyəti  hesab  edirlər.  Tarix elmləri  doktoru,  prof.  Həsən  Əlibəyli 
«Əfqanıstan 
görüşləri» 
kitabının 
müqəddiməsində 
yazırdı: 
«Oxucular  M.Hacıyevin  «Əfqanıstan  görüşləri»  kitabı  vasitəsilə 
əfqan  torpağına  səfər  edəcək,  müəllifin  bu  ölkənin  müxtəlif  nü­
mayəndələri  ilə  maraqlı  görüşləri,  Azərbaycan-Əfqan  ədəbi-mədəni 
əlaqələri,  əfqan  ictimaiyyəti  qarşıısnda  duran  ciddi  siyasi-iqtisadi 
problemlər,  qədim  Şərq  mədəniyyətinin  inkişafında  misilsiz  rol 
oynamış  ağsaçlı  şəhərlərin  tarixi,  xalqın  özü  kimi  qədim  olan 
bayram,  toy  və  digər  mərasimlərlə  yaxından  tanış  olacaqlar...  Heç 
şübhəsiz,  dost  ölkə  və  qardaş  xalq  haqqında  səmimiliklə  qələmə 
alınmış  bu  əsər  oxucular  tərəfindən  rəğbətlə  qarşılanacaqdır». 
Tanınmış  şərqşünas  alim  Həsən  Əlibəylinin  bu  sözlərinin,  zənni- 
mizcə,  izaha  ehtiyacı  yoxdur  və  onun  bu  sözləri  M.Hacıyevin  dost 
ölkə  və onun  qədim xalqı  haqqında gərgin  zəhmətinə verilən layiqli 
qiymətdir.


530
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
Azəməşr  tərəfindən  1993-cü  ildə  böyük  tirajla  çapdan  bu­
raxılmış  «Yuxuyozma,  istixarə,  bürclər,  talelər»  kitabının  ixtisar 
redaktoru,  rəyçisi,  müqəddimə və  şərhlərin müəllifi  olan M.Hacıye- 
vin  kitaba yazdığı  müqəddimə  yığcam  və  səlis  elmi-publisistik jan­
rın  ən  yaxşı  nümunəsi  sayıla  bilər.  Həmin  müqəddimədən  aşağıda 
verəcəyimiz parça  buna ən  yaxşı  sübutdur:  «...Ümumbəşəri  tərəqqi 
mənasında  xalqların  mədəni  inkişaf  yollan  daha  da  yaxınlaşaraq 
çarpazlaşdıqca  onların  özünü  dərk  etməsi,  öz  kökünə  qayıdışı,  öz 
soy  ağacına  söykənəcəyi  daha  da  daralır,  fərdiləşir,  özününküləşir. 
Bunu  yetmiş  ildə  zorla  tətbiqinə  səy  göstərilmiş  «vahid  sosialist 
mədəniyyəti»,  «sovet  xalqlan  mədəniyyətinin  vahid  yolla  inkişafı» 
kimi dövlət siyasəti  səviyyəsinə qaldmlmış qondarma ideologiya da 
sübut  etdi.  Xalqlar  birləşməkdənsə  daha  da  parçalandılar.  Çünki 
inam  və  əxlaq  normalan  müxtəlifdir.  Gələcək  nəhəng  millətlər 
okeanında və kiçikliyindən asılı olmayaraq hər xalqın varlığını təyin 
edəcək  mühüm  amillərdən  biri  də  onların  özlərinə  məxsus  adətləri 
olacaq;  ancaq  özlərininki  olan,  öz  həyat  tərzləri  və  əxlaqi  təfəkkür 
anlamlarının  təzahürü  olan  daşlaşmış,  arxaiklikdən,  «köhnəlikdən» 
çıxarılaraq  yaradılmış  (bununla  da  mənsub  olduğu  xalqı  yaşatmış) 
adət-ənənələr,  inam  və  duyumlar  onların  «pasportu»  olacaq». 
Göründüyü  kimi,  müəllif  M.Hacıyev  doğru  olaraq  xalqm  unudul­
muş  adət-ənənələrinin,  yaddaşlardan  silinmiş  inam  və  inanclarımı­
zın  yenidən  dirçəldilməsini  xalqın  gələcək  milli  və  özünəməxsus 
«pasportu»  adlanıdrır.  Onun  bu  mühüm  məsələ  haqqındakı  belə 
tutarlı mühakiməsi ilə razılaşmamaq çətindir.
M.Hacıyev  vuruşan  Əfqanıstanın  Nəngəıhar  vilayətinin  mər­
kəzi Cəlilabad şəhərində Əfqanıstan İctimai Elmlər İnstitutunun fili­
alının  yaradılmasında  fəal  iştirak  edir.  Bu  mühüm  işi  təşkil  etmək 
məqsədilə  yaradılmış  komissiyada  Əfqanıstan  dövlət  və  partiya 
rəhbərliyi  nümayəndələri  ilə  bərabər  (cəmi  12  nəfər)  Sovet  səfirliyi 
tərəfindən  M.Hacıyev  məsul  təyin  olunmuşdu.  Olduqca  çətin  hərbi 
və  siyasi  şəraitdə,  1987-ci  il  sentyabr  ayının  14-də,  Cəlilabadda 
filialın  təntənəli  açılışı  oldu.  Açılışda  ilk  sözü  Əfqanıstan  Xalq 
Demokratik  Partiyası  siyasi  bürosunun  üzvü,  ölkənin  baş  nazirinin
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
531
birinci  müavini  Nəzər  Məhəmməd  söylədi.  Kabul  İctimai  Elmlər 
İnstitutunun birinci  prorektoru professor Puyan hökumətə rəsmi  he­
sabatında  institutun  bu  filialının  yaradılmasında,  onun  işinin  təşki­
lində  professor M.Hacıyevin  xidmətini  xüsusi qeyd edir.  Nəngərhar 
vilayətinin  general-qubernatoru  Məhəmməd  Ənvər  İsar  Əfqanısta­
nın  Pakistan  ilə  həmsərhəd  olan  bu  qədim  vilayətində  belə  bir mü­
hüm  elm  və  tədris  ocağının  yaranmasında  yorulmaz  səmərəli 
fəaliyyətinə və müharibə şəraitində özünün təhlükə  altında qalması­
na  baxmayaraq,  institutun  açılışını  və  ilk  dərslərin  yüksək  şəkildə 
təşkil  etdiyinə  görə  dost  Azərbaycan  nümayəndəsi  M.Hacıyevə 
minnətdarlığını  bildirir.  Əfqanıstan sərhəd qoşunları  komandanı  ge­
neral  Bəha  da  Sovet  səfirliyi  rəhbərliyinə  təşəkkür  məktubunda 
səfirliyin  H  katibi  M.Hacıyevin  Cəlilabad  İctimai Elmlər İnstitutunun 
açılışmdakı xidmətini çox yüksək qiymətləndirir.
O,  xaricdə  olarkən  görkəmli  şairlərimiz  Rəsul  Rza,  Nəriman 
Həsənzadə,  unudulmaz  nasirimiz  Əlfi  Qasımov,  tanınmış  yazıçı 
Əlibala  Hacızadə,  görkəmli  jurnalist  Fazil  Rəhmanzadə,  tarixçi- 
şərqşünas  Həsən  Əlibəyli,  şair Abbasəli  Sarovlu  və  başqaları  ilə ya­
zışmış,  oxucularımızı  qonşu ölkədə Azərbaycan  diyarına aid olan mə­
dəni-siyasi hadisələrlə tanış etmişdir.
Əfqanıstanın  İctimai  Elmlər  İnstitutunun  rektoru  akademik 
Qafari  həmyerlimizə  təşəkkür  məktubunda  əfqan  dinləyicilərinin 
onun  mühazirələrindən  razı  qaldığını,  onun  hazırladığı  Elmi-meto­
dik  ədəbiyyat proqramının,  elmi  tədqiqatlarının  yüksək  elmi  səviy­
yədə olduğunu xüsusi qeyd edir.
M.İ.Hacıyev İran  və Əfqanıstanda işlədiyi  müddətdə İran şahı 
Məhəmməd  Rza  Pəhləvi,  Monqolustan  rəhbəri  Sedenbal,  Əfqanıs­
tan  rəhbəri  Zahir  şah  ,  Əfqanıstanın  baş  naziri  d-r  Yusif,  sonralar 
Əfqanıstanın  dövlət  rəhbəri  Bəbrək  Karməl,  Sovet  rəhbərlərindən 
L.İ.Brejnev,  A.N.Kosıginlə  görüşlərdə  iştirak etmişdir.  O,  görkəmli 
şəxsiyyətlərdən 
M.Tursunzadə, 
Ç. Aytmatov, 
R.Həmzətov,
L.Oşanin,  S.Batalov,  T.Salahov,  M.İbrahimov  və  başqaları  xarici 
səfərlərdə  olarkən  onlarla  ünsiyyətdə  olmuş,  səfərlərinin  səmərəli 
olmasına kömək etmiş,  onların səmimi  təşəkkürünü qazanmışdır.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə