Ma qs ud ha c I y e V


GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə127/131
tarix20.08.2018
ölçüsü16,3 Mb.
#63765
1   ...   123   124   125   126   127   128   129   130   131

524
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
g ö r k ə m l i
 
t a t ş ü n a s
.
TANINMIŞ  ŞƏRQŞÜNAS
Maqsud  İbrahim  oğlu  Hacıyev  1935-ci  il  sentyabr ayınm  10- 
da  keçmiş  Qonaqkənd  rayonunun  (indiki  Quba  rayonu)  Gümür 
kəndində anadan olmuşdur.  1954-cü ildə Qonaqkənd orta məktəbini 
bitirən  M.Hacıyev  həmin  ildə  Azərbaycan  Dövlət  Universitetinin 
Şərqşünaslıq  fakültəsinə  daxil  olaraq  oranı  1959-cu  ildə  İran 
filologiyası  ixtisası  üzrə  bitirmişdir.  Həmin  ildən  Azərbaycan  EA 
Şərqşünaslıq  İnstitutunda  əvvəl  laborant,  sonra  elmi  işçi  və  baş  elmi 
işçi  vəzifəsində  çalışmışdır.  Bir  müddət  Azərbaycan  EA  İ.Nəsimi 
adma  Dilçilik  İnstitutunun  ümumi  dilçilik  və  dil  əlaqələri  şöbəsinin 
böyük  elmi  işçisi  olmuşdur.  Müxtəlif  illərdə  İranda  və  Əfqanıstanda 
tərcüməçi,  İsfəhan  metallurgiya  zavodunun  sovet  mütəxəssisləri 
rəhbərinin  müavini,  Kabuldakı  sovet  səfirliyində  ikinci  katib 
vəzifələrində işləmişdir.
M.Hacıyev  Azərbaycan  Yazıçılar  Birliyinin,  Azərbaycan  Jur­
nalistlər  Birliyinin,  Beynəlxalq  Şərqşünaslar  Assosiasiyasının 
həqiqi  üzvü,  Azərbaycan  Ziyalılar  Cəmiyyətinin  idarə  heyətinin 
üzvü,  Respublika  «Azəri»  Tat  mədəniyyət  mərkəzinin  sədridir.  O, 
həmçinin  Respublika  «Bilik»  (indiki  Maarifçilik,  Mədəniyyət  və 
İnformasiya  Mərkəzinin)  və  «Kitab»  Cəmiyyətləri  idarə  heyətləri­
nin  üzvü,  Azərbaycan EA-sı rəyasət heyəti nəzdində fars dili komis­
siyasının  sədridir.  Əfqanıstandakı  Sovet  səfirliyinin  ikinci  katibi 
olmaqla,  Əfqanıstan  İctimai  Elmlər İnstitutunun  ədəbiyyat  kafedra­
sının  ustad-professoru  vəzifəsində  işlədiyi  zaman  (1987-1988)  «Əf­
qanıstan  siyasi  klubu»  siyasi-elmi  mərkəzinin  sədri  olmuşdur.  O, 
Lənkəran  Dövlət  Universitetində,  Azərbaycan  Ziyalılar  Universi­
tetində,  Azərbaycan  Baş  Pedaqoji  Kadrların  İxtisasının  Artırılması 
və Yenidən Hazırlanması İnstitutunda müxtəlif vaxtlarda dosent, Zi­
yalılar  və  Avrasiya  Universitetlərinin  professoru  vəzifələrində
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
525
çalışmış,  hazırda  da  müxtəlif elm  və  təhsil  ocaqlarında  mühazirələr 
oxuyur, seminarlar aparır.
O,  “Nailiyyət”  və  “Qızıl  qələm”  yüksək  jurnalist,  “Mahir 
sənətkar”  və  “Araz”  ədəbi  mükafatları,  akad.  Y.Məmmədəliyev 
“Qızıl medalı” laureatıdır.
M.Hacıyev  «Əmək  rəşadətinə  görə»  medal  və  Azərbaycan 
EA-nın  «Veteran»  döş  nişanı  ilə  təltif  olunmuşdur.  Əfqanıstan 
müharibəsi iştirakçısı və əmək veteranıdır.
M.Hacıyev  bir  sıra  monoqrafiya,  kitab,  broşura,  elmi  və pub­
lisistik məqalələrin müəllifidir.
M.Hacıyev  1962-1964-cü illərdə Əfqanıstanda,  1966-1968  və 
1970-1974-cü illərdə İranda,  1979-1984 və  1987-1988-ci illərdə ye­
nidən  Əfqanıstan  Respublikasında xalqımızı  ləyaqətlə  təmsil  etmiş, 
ona  tapşırılan  vəzifəni  şərəflə  yerinə  yetirmiş,  təmsil  etdiyi  və  iş­
lədiyi  ölkələrin rəsmi  dairələrinin  təşəkkür və  təqdirinə layiq  görül­
müşdür.  M.Hacıyev  işlədiyi  ölkələrin  ədəbiyyatı,  mədəniyyəti  və 
siyasi-ictimai  həyatı  ilə  də  dərindən maraqlanmış,  müxtəlif maraqlı 
materiallar  toplamış,  onları  yeri  gəldikcə,  işləyərək  Azərbaycan 
oxucularına təqdim etmişdir.
M.Hacıyevin  İran  səfəri  nəticəsində  yaranmış  «Beş  il  qonşu 
diyarda»  irihəcmli  publisistik  əsəri  1976-cı  ildə  nəşr  edilmişdir. 
Yetmişinci  illər  İran  ilə  Sovet  İttifaqı  arasında  soyuq  münasibət 
buzunun  təzəcə  əriməyə bäşladığı  illər,  iki  ölkə arasındakı  qonşulu­
ğun  keçmiş  illərə  nisbətən  yaxşılaşmağa  doğru  müsbət meyilin  ye­
nicə bərpa olunduğu  və qarşılıqlı etimad cücərtilərinin bəhrələndiyi 
dövr  idi.  Bu  zaman  hələ  İranla onun birbaşa qonşusu,  tarixi,  ədəbi- 
mədəni tellərlə, taleyin alın yazısı ilə əbədi bağlanmış Azərbaycanla 
münasibətlərdən  danışmaq  mümkün  deyildi.  Azərbaycanın  öz 
müstəqil  xarici  siyasəti  yox  idi  və  təbii  ki,  belə  şəraitdə  xarici 
ölkələrlə,  o  cümlədən  qonşusu  İranla  sərbəst və  azad qonşuluq  mü­
nasibətləri  yaratmağa  cəhd  belə  edə  bilməzdi.  Azərbaycanlıların 
müxtəlif illərdə  pənah  gətirmiş,  bəzən  hətta  sadəcə  olaraq  ehtiyac 
üzündən iş və dolanacaq dalınca Azərbaycanın müxtəlif şəhərlərinə, 
rayonlarına  gələrək  orada  məskən  salmış,  siyasi  ab-havadan  asılı


526
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ  ŞƏRQŞÜNAS
olaraq  daha  vətənə  qayıda  bilməyən,  buram  özünə  əbədi  məskən 
saymış  cənublu  qardaş  və  bacılarımız  İranda  qalmış  qohum-qar- 
daşlan  ilə  görüşməkdən  məhrum  idilər.  Adamların  ürəyində  Araz 
həsrəti,  Təbriz  nisgili  bir  düyün  bağlamışdı.  İranın  ictimai-siyasi 
həyatından,  ədəbi-mədəni  mühitdən  çatan  kiçicik  bir  xəbəri 
azərbaycanlılar  bir  müjdə  kimi  qəbul  edirdilər.  Elə  bu  zaman 
M.Hacıyevin  oxuculara  təqdim  etdiyi  «Beş  il  qonşu  diyarda»  əsəri 
həmin  mənəvi  boşluğu  dolduran  ədəbi  hadisə  idi.  Gərgin  zəhmətin 
bəhrəsi  olan  bu  əsər  dərhal  oxucuların  ürəyinə  yol  tapdı.  Bu  da 
təsadüfi  deyildi.  Əsər  qonşu  ölkəyə,  onun  qədim  mədəniyyətinə, 
özümüzün bir parçamız olan Təbrizimizə, bu qədim şeir və sənət di­
yarının mehriban  və qonaqpərvər insanlanna, ağsaçlı  Sədi  kəlamları 
ilə  böyüyən  Tehran  və  İsfahan  cavanlarına,  Hafizin  ecazkar 
qəzəlləri  ilə  açılan  Şiraz  gözəllərinə  məhəbbətlə  yazılmış,  hər 
səhifəsinə  ətirli  Abşeron  gülabından  səpilmiş,  ənənəvi  dostluq  və 
qardaşlığımıza  yeni  bir  ruh  hopdurmuşdu.  Əslində,  əsər  müəllifin 
bu  ölkədə  işlədiyi  altı  ildən  artıq  müddəti  əhatə  etsə  də,  on  çap 
vərəqi  həcmində olan bu əsəri  oxucu  bir nəfəsə  oxuyurdu.  Elə buna 
görə  də,  Cabir  Novruz  M.Hacıyevin  bu  əsərini 
sonralar 
ədəbiyyatımızda  xarici  ölkələrə  səfərlər  nəticəsində  yaranacaq  və 
ədəbi janr kimi formalaşacaq memuar-xatirə ədbiyyatınm başlanğıcı 
sayır.  Sabir  Rüstəmxanlı  isə  onu  həmin  illərin  ən  yaxşı  publisistik 
nümunəsi  hesab  edərək  Azərbaycan  publisistikasında  «Şərqi  bizə 
tam  əzəməti  ilə  yenidən  tanıtdıran  əsər»  adlandırmış,  əsəri  yalnız 
müəllifin  deyil,  bütün  siyasi-memuar  ədəbiyyatımızın,  ədəbi-siyasi 
publisistikamızın nailiyyəti hesab etmişdir.
M.Hacıyevin  İran  səfəri  ona  müxtəlif  illərdə  ölməz  Şəhri­
yarın,  İran  Azərbaycanının  görkəmli  uşaq  yazıçısı  Səməd  Beh- 
rənginin,  Təbriz  Universitetinin  professoru,  görkəmli  yazıçı 
Qulamhüseyn  Saedinin,  Abbas  Bariz  İslaminin,  Cəlal  Al-Əhmədin, 
Pərvin  Etisaminin  və  b.  yaradıcılığına,  Nəriman  Nərimanovun, 
Məmməd  Səid  Ordubadinin  əsərlərinin  İranda  nəşrinə,  Üzeyir 
Hacıbəyovun ölməz əsərlərinin qonşu ölkədə tamaşaya qoyulmasına 
və s. kimi mühüm ədəbi-mədəni məsələlərinə dair dəyərli məqalələr
GÖRKƏMLİ TATŞÜNAS, TANINMIŞ ŞƏRQŞÜNAS
527
yaratmaq  imkanı  verdi.  Onun  «İstedadlı  müəllim,  görkəmli  uşaq 
yazıçısı»,  «Ölümündən  sonra  doğulan  insan»,  «Cənub  nəsiminin 
ətri»,  «N.Nərimanovun  əsərləri  Təbrizdə»,  «Arşın  mal  alan  İran 
səhnəsində»,  «Bir İran  tayfası haqqında»,  «Qədim İran mədəniyyəti 
həftəsi»,  «Sovet-İran  münasibətlərinə  dair»,  «Bir  Azərbaycan 
kəndinin  ədəbiyyat  xəzinəsi  barəsində»,  «Azərbaycan  nağılları  fars 
dilində»,  «Puriya  Vəlinin yaradıcılığına dair»,  «İsfahanda Azərbay­
can  abidələri»,  «Şəhriyarın  Heydərbabaya  salam  poemasına  yeni 
nəzirə»,  «Dumanlı  Təbriz»  fars  dilində,  «Müasir  İran  uşaq 
ədəbiyyatı  və  S.Behrəngi  yaradıcılığı»  və  s.  kimi  oxucuların 
rəğbətini  qazanmış  məqalələri  yazıb  elmi-ədəbi  ictimaiyyətə 
çatdırdı.
Alimin rəhbərliyi və redaktorluğu ilə başqa müəlliflərlə şərikli 
yazılmış və İsfahanda çap olunmuş  (1973)  «İran haqqında məlumat, 
fars  dilinin qısa qrammatikası,  texniki  lüğət və  rusca-farsca danışıq 
kitabı»  çox  keçmədən  ikinci  dəfə  (1974)  çap  olundu,  İran  və  sovet 
oxucusunun  rəğbətini  qazandı.  Təsadüfi  deyildir  ki,  istər  İranda, 
istərsə  də  Sovet  İttifaqında,  o  cümlədən  Bakıda  bu  kitab  haqqında 
tanınmış 
iranist-şərqşünaslardan 
T.Ələsgərova, 
Ə.Azmudə, 
Z.Foruşani,  Z.İsgəndər  və  başqalarının  bir  sıra qəzet  və jurnallarda 
maraqlı tənqidi-biblioqrafık məqalələri çap olunur.
Onun  qonşu  İrana  səfərdən  sonra  yaranmış  «İran  etüdləri» 
sənədli  povesti  («Литературный  Азербайджан»  №  6,  1979), 
«Suda toy»,  «Torpağın kısməyi»,  «Bir yay axşamı»,  «Üç  kartof və 
üç yüz uşaq» və s. hekayələri də tələbkar oxucuların xoşuna gəlir və 
müxtəlif yerlərdə çap olunur.
M.Hacıyev dost  Əfqanıstana  üç  dəfə  səfər etmiş (1962-1964; 
1979-1984;  1987-1988-ci  illərdə),  bu  qədim  şərq  ölkəsinin,  coğrafi 
mövqeyinə  görə  «Asiyanın  ürəyi»  adlandırılan  bu  qəhrəmanlar 
diyarının  ədəbiyyat  və  mədəniyyətinə  dair  xeyli  əsər  və  məqalələr, 
bu ölkənin qəhrəman oğullarının həyatına aid müxtəlif oçerklər həsr 
etmişdir.  O,  bu ölkənin  həm sakit,  döyüşsüz  illərini,  həm də  işğalçı 
rus  ordusu  çəkmələri  altında  inlədiyi,  torpağınm-daşımn  amansız 
düşmən  silahlarının  odu-alovu  ilə  qarsalandığı  illəri  görmüşdür.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə