Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə36/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   32   33   34   35   36   37   38   39   ...   131

142
BİRİNCİ  KİTAB
Azərbaycan  toponimikasında  bu  sahə  demək  olar ki,  toxunulmamış 
bir sahə olaraq qalır'  və öz gələcək ciddi tədqiqatçısını gözləyir.
Yuxarıdakı  əsas  tezisə  -   Azərbaycan  dilinin  tat  dilinə  leksik 
təsiri  və bu təsir altında tat dilində söz yaradıcılığında yeni  imkanlar 
yaranması,  həmçinin  tat dilinin  leksik vahidlərinin Azərbaycan  dili­
nin  təsiri  ilə daha geniş  semantik mənalar  kəsb etməsinə  dair  verdi­
yimiz  misallar  Azərbaycan  diliçiliyinin  bu  mühüm  probleminə  an­
caq  diqqəti  cəlb  etmək məqsədi  daşıyır.  Belə  təsirin  daha  geniş  təd­
qiqi  Azərbaycan  dilçiliyi  üçün  çox  lazımlıdır.  Tat  dilinin  müxtəlif 
ləhcə və  şivələrini,  həmçinin,  Azərbaycanda mövcud olan  başqa az­
saylı  xalqlann  dillərini  geniş  və  hərtərəfli  tədqiq etməklə  daha  fay­
dalı  nəticələr əldə etmək mümkündür.  Azərbaycan  dili  ilə  Azərbay­
candakı başqa dillərin qarşılıqlı faydalı təsiri problemi  sahəsində da­
ha  geniş  tədqiqatlar  aparmağın  Azərbaycan  dilçiliyi  və  dil  əlaqələri 
probleminin  bir  çox  cəhətlərini  aydınlaşdırmaqda  əhəmiyyəti  şək­
sizdir.
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı,  1971, səh.  112
AZƏRBAYCAN  TATLARININ  DİLİ
143
MORFOLOGİYA
TAT DİLİNDƏ İSİM
İsim  tat  dilində  (Azərbaycan  dilində  olduğu  kimi)  özünü  söz 
əsası  ilə ifadə edir.  Mərd' -  kişi,  zən -  qadın.  Və ya söz yaradan şə­
kilçilərlə yaranır.
-i  suffıksi  Azərbaycan  dilindəki  lıq,  lik,  luq,  lük  şəkilçilərini, 
ya-  ud  fars  dilindəki  yayi-məsdəri  əvəz  edir  və  adətən,  sifətlərdən 
isim əmələ gətirir.  (Bəzən,  isimlərdən də);  Bülünd -  yüksək,  bülün- 
di -  yüksəklik;  fırəh -  geniş, fırəhi -  genişlik; gürun -  ağır, güruni -  
ağırlıq və s.
-ic  suffıksi  mənsubiyyət  və  yerlik  bildirir  və  adətən,  coğrafi 
adlara qoşulur (az.d.  lı,  li,  lu, lü şəkilçiləri, həmin mənada): gümüric
-  gümürlü  (Gümür kəndindən  olan  şəxs),  cimic -  cimili  (Cimi  kən­
dindən olan şəxs), qubayic -  qubalı (Quba şəhərindən olan şəxs) və s.
-çi  suffıksi  sənətkarlıq  və  sənətə  aid  olan  sözlər  yaradır  və 
Azərbaycan  dilindən  tat  dilinə  keçmiş  bu  şəkilçi  mənaca  da  Azər­
baycan  dili  ilə  eyniyyət  təşkil  edir:  çəkməçi  -   çəkməçi,  zumaçi  -  
zurnaçı  və  s.  Bu  suffıksə  “gəri”  suffıksi  əlavə  olunaraq  yenə  də  sə­
nət  və  vəzifə  bildirir:  quruqçi  -   qoruyan,  baxan  (bir  sahəyə),  ona 
“gəri”  suffıksi  əlavə  olunaraq  “quruqçigəri”  -  qoruqçuluq,  əsyoçi -  
dəyirmançı,  əsyoçigəri -  dəyirmançılıq və s.  kimi peşə bildirən  söz­
lər yaradır.
-lıq, -lik,  -luq, -Шк -  Azərb. dilindən keçmiş suffıks olub yer­
lik, məkanlıq bildirir:  Kuləluq -  kolluq,  sovetlik -  sovetlik, çətunluq
-  çətinlik,  bulluq -  bolluq, bazarluq -  bazarlıq və s.
-dun,  -dan,  -dün suffıksi  əşyanın yerini,  yerləşdiyi  yeri bildi­
rir.  Qənddan  -   qənddan,  sümərdun  -   samanlıq,  cumaxodun  -   yor-
1 Əgər  mən  ləhcə  variantları  vermirəmsə,  deməli,  bu,  mənim  tərəfimdən  tədqiq 
olunmuş tat dili ləhcələrinin hamısı üçün xarakterikdir. Müəllif.


144
BİRİNCİ  KİTAB
ğan-döşək  yığılan  yer,  yük yeri  və  s.  Həmin  funksiyalı  dan,  dən Az. 
dili  şəkilçiləri  ilə eyniyyət təşkil edir.
-stun,  stan  suffıksi  yerlik  bildirir:  qəbrustun  -   qəbiristanlıq, 
Dağıstun -   Dağıstan,  Gürcüstan -   gürcülər olan  yer  (Gürcüstan)  və 
s.  Tat  dilində  müxtəlif variantlı  olan  bu  şəkilçi  Azərbaycan  dilində 
bir variantlıdır -  (stan) kimi və eyni funksiyada işlənir.
-i  suffıksi  fars  dilindəki  yayi-nisbətdir.  Zumustini  (Ə.D.)  -  
qarpız (qışa aid), peyğəmbəri -  qarğıdalı (peyğəmbər-i) və s.
-“çə”  suffıksi  isimlərə  qoşularaq  kiçiklik,  xırdalıq  məfhumu 
yaradır:  xalinçə -  balaca xalı,  köçə -  çömçə, nalçə -  nalınça və s.
-“ava”  suffıksi,  adətən,  xörək,  yemək  adlan  yaradır:  ardava 
(ard  -   un  və  ava  -   un  xörəyi),  duqava  -   (duq-ayran,  ava)  -   ayran 
xörəyi, dovğa.
Bir  çox  tat  sözləri  ə,ü  suffıksləri  ilə  qurtanr  və  bu  dildə  söz 
yaradıcılığında  mühüm  rol  oynayırlar.  Kardə  (isim  kimi  “kard”)  -  
balaca bıçaq,  kourə  (kour-göy  sözündən) -   göyərti,  əncinə  (əncirən 
-  doğramac sözündən) -  armud qaxı və s.
-saz  suffıksi  sənət,  iş  peşə,  məşğuliyət  bildirir.  Karsaz  -  
işləyən, dürvənsaz -  biçinçi  və s.
Eləcə  də  -   “ u n ”  suffıksi  eyni  mənada:  malçərun  -   çoban, 
heyvan otaran.
-bənd  mənsubiyyət bildirir:  Kəmərbənd  (kəmər -  bel  sözünə 
bənd qoşulur və “beli bağlayan, qayış” mənasım yaradır).
Mürəkkəb  sözlər iki  və  daha çox  sözün  birləşməsindən  əmələ 
gəlir.  Zənbirar (zən -   arvad,  birar -  qardaş) -  qardaş  arvadı,  duxtə- 
rəmu  (duxtər -  qız,  əmu -   əmi)  -   əmiqızı,  amburundar  (amburun -  
armud,  dar  -   ağac)  -   armud  ağacı,  kələmay  (kələ  -   böyük,  may  -  
ana;  hərfən böyük aııa) -  yəni  nənə,  həftmərtəbə  (həft -  yeddi) yed­
di  mərtəbə (ev) və s.
-çı,  -çi,  -çu,  -çü  şəkilçiləri  tat  dilində  məhsuldar  şəkilçi  olub 
müxtəlif isimlərə  birləşərək  peşə  və  sənət  adı  bildirən  və  ya  ümu­
miyyətlə, iş görəni  ifadə edən  sözlər yaradır.  Lakin bu şəkilçi qədim 
türk dillərində olduğu  kimi  tat dilində də  leksik məzmunda iş görən 
anlayışı  olan  sözlərə  də  qoşulur.  Sözdüzəldici  şəkilçilərin  semantik
AZƏRBAYCAN  TATLARININ  DİLİ
145
cəhətdən  tam  təkmilləşmədiyi  qədim  dövrlərdə,  məsələn,  Orxon- 
Yenisey  kitabələrində  (V-VII  əsrlər)  bu  şəkilçi  iş  görən  məzmunlu 
sözlərlə də işlənmişdir.1
Bu  hal,  yəni  -çı,  -çi,  -çu,  -çü  şəkilçilərinin  bu  tipli  sözlərlə  iş­
lənməsinə  Azərb.  dilinin XVI əsr yazılı  abidəsi  “Şühədanamə”də də 
təsadüf olunur.2  Azərb.  dilinin  Qərb qrupu  dialekt və  şivələrində  bu 
şəkilçinin  həmin  qədim  xüsusiyyəti  qaldığı  kimi3,  tat  dilinin  müx­
təlif  ləhcələrində  indi  də  qalır.  Məs.:  qonaqçi  -   qonaq  saxlayan, 
marçi -  ilan oynadan,  ambarçi // isqilatçi -  ambardar,  əngçi  -  arıya- 
baxan, əsçi -  atabaxan,  vərəçi -  quzuyabaxan və s.  Vavilion  mətnlə­
rində  rast gəlinən  Qədim İran dilində xüsusi  şəxs  adlan,  əsasən,  “u” 
və  “i”  ilə  bitir.  Məs.:  Aisaridari,  Artapiti,  Satabari,  Baqazusti  və  s. 
Bu  xüsusiyyət  tat  dilinin  bəzi  ləhcələrində  (Məs.:  Qoııaqkəııd  ləh­
cəsinin  Cimi  şivəsində)  də  eynilə  müşahidə  olunur.  Məs.:  Xubyari, 
Maqsudi, Gülyari, Səmədi,  Nərgizi, Səknəyi  və s.
Tat  dilində  ismin  cəm  şəkilçiləri  canlı  və  cansızlara  aid 
olmaqla  iki  cür  olub  tədqiq  olunan  ləhcələrdə  fərqlənir.  Cəm 
şəkilçiləri  “a”,  ha // aha kimi  olmuşdur.  Bunlar bütün İran dillərində 
olduğu kimi  flektiv  şəkilçi  deyil  və yalnız sözlərin  sonunda gəlirlər. 
Cəm  şəkilçisini4 qəbul edən isimlərin sonuncu  hecalänııdakı  sait tək 
halında qısa deyildiyi  halda,  cəmdə  yalnız  uzun  tələffüz  olunur.  Bu 
zaman  vurğu  da  öz  yerini  dəyişərək  cəm  şəkilçisindəki  sait  üzərinə 
düşür.  Məs.:  dar (Q.)  (ağac)  -  dara (ağaclar);  gugut  (Q.) (gül) -  gu- 
guta  (güllər),  qüsbənd  (Məl.),  quspand  (Q.)  -   qoyun,  quspandun 
(Məl.) qusbandun (Q.) -  qoyunlar və s.
1 Ю.К.Мамедов.  Имя  существительное  в  Орхоно-енисейских  памятниках. 
(Автореферат канд.дисс.) Баку,  1967. стр. 5
2 S.Q.Əlizadə “Şühədanamə”də adlar (Namizədlik diss). Bakı,  1967,  səh.160
3 Azərb.  dilinin  Qərb  qrupu  dialekt  və  şivələri,  I  c.  Azərb.  SSR  EA  nəşriyyatı, 
1967,  səh.70.  M.Rəhimov.  Azərb.  dilinin  Qərb qrupu dialekt və şivələri haqqında 
qeydlər.  Azərb.  SSR  EA  “Xəbərləri”,  Ədəbiyyat,  dil,  incəsənət  seriyası,  1968, 
N4, səh.  127
Qəzvinin  Səgzabad  tatları  ləhcəsində  “aha”.  Bu  eynilə  qədim  fars  dilində  aha 
kimi olmuşdur.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə