Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə86/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   82   83   84   85   86   87   88   89   ...   131

Xastə bə el ədətu,  tata duxtər,
Ki,  turə xast xoşbəxtu, tata duxtər, 
Əşuq burum mə bətü tata duxtər, 
Həri  ustarum əstu tata duxtər.
İkinci kitab
TATLARIN
TARİXİ-ETNOQRAFİK
OÇERKİ
Monoqrafik todqiqlor


360
İKİNCİ  KİTAB
ÖN  SÖZ
Azərbaycan  ərazisi  bir sıra  xalqların,  milli  azlıqların  və  etnik 
qrupların  vətənidir.  Bu  ərazidə  sayca  böyük  türkdilli  xalqdan 
başqa,  kiçik,  yaxud  da  azsaylı  adlandırılan  xalqların  nüm ayəndələ­
ri:  ləzgilər,  kürdlər,  talışlar,  udinlər  və  başqaları  da  yaşayarlar.  Bu 
kiçik  xalqların  bəzilərinin  tarixi,  dili,  mədəniyyəti,  adət-ənənələri 
də m üxtəlif dövrlərdə  dilçi  və  tarixçilərin  diqqətini  az,  ya çox  cəlb 
etmiş,  onların  mənşəyi,  dili  bu  və  ya  başqa  dərəcədə  öyrənilmiş, 
m üxtəlif səviyyələrdə  tədqiq  olunmuşdur.  Bu  xalqlardan  bəziləri­
nin dili və tarixi çox az elmi tədqiqat obyektinə çevrilmişdir.
Azərbaycan  tatları,  m əhz  tarixi  və  dili  az  öyrənilmiş,  kifayət 
qədər tədqiq olunmamış  azsaylı xalqlardandırlar.  Halbuki bu m əsə­
lənin  azərbaycanşünaslığın  bəzi  mühüm  cəhətlərini  aydınlaşdır­
maqdan ötrü müstəsna əhəm iyyəti vardır.
Azərbaycanda  tatlar  əsasən  Abşeronda,  Xızı,  Dəvəçi,  Quba, 
Şamaxı,  İsmayıllı  rayonlarının  bir  sıra  kəndlərində  yaşayırlar. 
M üxtəlif  m əntəqə  və  kəndlərdə  onların  məskunlaşmasına  qarışıq 
olduğu  kimi,  yığcam  -   kompakt  halda  da  təsadüf  olunur.  Bu  tat 
kəndlərinin  əksəriyyətinin dili indi əhəmiyyətli dərəcədə türkləşsə 
də*,  bəziləri  öz  dilini  saxlayır,  məişətdə,  ailədə,  bəzən  hətta  icti­
mai yerlərdə və yığıncaqlarda tat dilində danışırlar.  Türk1-Azərbay­
can  dili  tatlar üçün  də  rəsmi  dövlət dili,  təhsil-idarə  dili,  ikinci ana 
dilidir.  Buna  görə  də  Azərbaycan  tatlarım  hal-hazırda  ikidillilik 
m ərhələsi keçirən etnoslara aid etmək olar.
Azərbaycandakı  azsaylı  xalqların,  o  cümlədən  tatların  dil  və 
mədəniyyətinin  əsasən  türkdilli  olan  mühitdə  qorunub  saxlanılması
*  Monoqrafiya  1995-ci  ildə  Azərbaycan  «Bilik»  Maarifçilik  Cəmiyyətinin 
«Bayatı»  Sifariş  Ədəbiyyatı  Mərkəzində  “Maqsud  Hacıyev.  Toy-düyün 
xəzinəmizdən.  Azərbaycan  tatlarının  tarixi-etnoqrafik  oçerkindən”  adı  ilə  çap 
olunmuşdur.  İxtisas  redaktoru:  Professor  Rəfiqə  Mustafayeva.  Rəyçilər:  Tarix 
elmləri  doktorları  Kamal  Əliyev,  Qəmərşah  Cavadov,  Qiyasəddin  Qeybullayev. 
O illərdə Azərbaycan dilinə türk dili deyilməyə üstünlük verilirdi.
TATLARININ  TARİXİ-ETNOQRAFİK  OÇERKİ
361
həm  elmi,  həm   də  siyasi  cəhətdən,  xüsusilə  bu  gün  olduqca 
mühümdür və bu məsələ indi xüsusi məna kəsb etmişdir.
Hal-hazırda  Azərbaycanda  dövlət  səviyyəsində  azsaylı  xalq­
ların  qorunması  üçün  mübarizə  aparılır,  dövlət  tərəfindən  onların 
mədəni  inkişafı  üçün  yardım  edilir.  Azərbaycan  Respublikasının 
Prezidenti  respublikanın  azsaylı  xalqlarının  nümayəndələri  ilə  gö­
rüşəndə  demişdir:  «Dövləti  etnik  azlıqların  çoxluğu  deyil,  yoxluğu 
məhv  edər;  dövlət  ayrı-ayrı  azsaylı  xalqların  itməsinin  və  ərimə­
sinin  qarşısını  almalıdır.  Əgər  Azərbaycanın  yaxşı  yaşamısını 
istəyiriksə,  Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələ­
rinin hüquqları  qorunmalıdır»2.  Bu mühüm müddəa öz əksini Prezi­
dentin son  fərmanı olan «Azərbaycan Respublikasında yaşayan milli 
azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorun­
ması,  dil  və  mədəniyyətinin  inkişafı  üçün  dövlət  yardımı  haqqın­
da»  (16  sentyabr  1992-ci  il)  adlı  olduqca  humanist  fərmanında  da 
tapmışdır3.
Heç  şübhəsiz,  bu  fərman  Azərbaycan  tatlarının  da  mədəni 
həyatında  mühüm dönüş nöqtəsi olacaqdır.  Təkcə onu demək kifa­
yətdir  ki,  qonşu  İranda  yaşayan  tatların  belə  mədəni  inkişaf per­
spektivləri  yoxdur.  Belə  ki,  tatların  mühüm bir hissəsi  -   300  minə 
qədəri -   İranın  şimal-qərbindəki  kəndlərdə  Tehran  və  Qəzvin  ara­
sında,  Taliğan  dağ  rayonu  ilə  Zəhra  aran rayonlarında  (İbrahimabad, 
Səgzabad,  Keringan,  Gəlinqaya və s.  yaşayış  məntəqələrində)  dis- 
pers halında (adalar şəklində) yaşayırlar4.
Azərbaycan  ərazisində  tatların  sayı  haqqında  dəqiq  məlumat 
yoxdur.  Bunun  səbəblərindən  ən  mühümü  budur  ki,  tatların  bir 
hissəsi  güclü  şəkildə  könüllü  assimilyasiyaya  uğrayaraq  Azərbay­
canın  türkdilli  xalqı  içərisində  «ərimiş»,  bu  xalqla  qaynayıb-qa­
rışmışlar.  Başqa  səbəbi  isə  budur  ki,  Azərbaycan  ərazisində  eyni 
dildə  danışan  tatdilli  əhali  müxtəlif  dinlərə  mənsubdur  və  bun­
lardan  bəziləri  özlərini  tat adlandırmazlar.  Səbəb  isə  onların Azər­
baycan  ərazisindəH  müxtəlif  xalqlar  arasında  dispers  şəklində  -  
adda-budda  halında  kiçik  ərazilərdə  yaşamalarıdır.  Bütün  bunlar 
tatların  sayını  dəqiqləşdirməyə  çətinlik  törədir.  Bunun  da  əsas  sə­
bəbi  tatların  türkdillli  böyük  qrupla  qaynayıb-qarışmasıdır.  Burada


362
İKİNCİ KİTAB
hər  iki  xalqın eyni  din  -  müsəlman  dini  təmsilçiləri  olması  da  mü­
hüm  rol  oynayır.  Həm  də  son  illərdə  Azərbaycandakı  bütün  xalq­
ları  eyni  «etnik»  ad  -   azərbaycanlı  adı  altında  birləşdirmək  üçün, 
«biz hamımız müsəlmanıq»  təbii  formulasından artıq «biz hamımız 
türkük» birləşdirici  formulaya meyil  getdikcə  gücləndi və beləliklə 
də  bir müddət azsaylı  xalqların  milli  varlığı  belə  şübhə  altına  alın­
dı.  Tatlar  da  bu  cəhətdən  istisna  deyildilər.  Azərbaycan  tatlarının 
sayı m üxtəlif illərdə  tamamilə  m üxtəlif şəkildə  göstərilmişdir.  K e­
çən  əsrin  sonlarında,  məsələn,  1891-ci  il  «Tiflis  şəhəri  təqvimin­
də»  onların  sayı  118165  nəfər,  1894-cü  il  «Qafqaz  təqvimində» 
124693  nəfər göstərilmişdir.  1921-ci  ildə  tatların  sayı  101383  nəfər 
göstərilmişdir ki,  onların da  52208  nəfərinin Bakı və onun rayonla­
rında,  42212  nəfərinin  Quba  rayonunda,  2874  nəfərinin  Göyçayda, 
3988  nəfərinin  Şamaxıda  yaşadığı  qeyd  olunmuşdur5  (Bu  rəqəmə 
daxil olmayan 41020 nəfər şəhər sakini olan tat isə səhv olaraq fars 
göstərilmişdir6).  1926-cı  il  siyahıyaalmasmda  isə  onlarm  sayı  rəs- 
mən  28443  nəfər  qeyd  edilmişdir7.  Azərbaycanda  1934-cü  ildə 
100000  nəfər,  1939-cu  ildə  38713  nəfər,  1959-cu  ildə  11000  nəf­
ər8,  1970-ci  ildə  9000  nəfər,  1979-cu ildə  18000  nəfər tat yaşadığı 
göstərilmişdir9.
Son  1989-cu  il  statistik  məlumatına  əsasən  keçmiş  SSRİ-də 
olan  30  min  tatdan  Azərbaycanda  10239  nəfər  yaşayır10.  Əlbəttə, 
bu  rəqəmin dəqiqləşdirilməyə  ehtiyacı  vardır11.  Azərbaycan ərazi­
sindəki  tatlar  yəqin  ki,  müəyyən  müddətdən  sonra  Azərbaycan 
türklərinin  təsirinə  daha  çox  məruz  qalacaq,  öz  ana  dillərindən 
xeyli uzaqlaşacaqdır.  Bir sıra tat kəndləri əgər 60-70-ci illərdə hələ 
tat dilini qoruyub saxlayırdısa,  indi onlar tamamilə Azərbaycan dili­
nə  keçmiş,  birdilli  olmuşlar.  Bu  da təbii  assimilyasiyanm  nəticəsi­
dir.  M əhz buna görə də tat dilini, onun m üxtəlif ləhcə və şivələrini 
hərtərəfli  tədqiq  etmək,  bu  dilin  qorunub  saxlanması  imkanlarını 
araşdırmaq,  Azərbaycan-türk və tat dillərinin qarşılıqlı əlaqələri və 
zənginləşmə yollarını öyrənmək olduqca vacibdir.
Azərbaycan  tatlarının  mənşəyi  və  dilinin  tədqiqinin  zəru- 
liliyini  dəfələrlə  qeyd  etmiş  alimlərdən  prof.  B.V.Miller  bu  mə­
sələni Azərbaycan tarixi və dili  kimi  məsələlərin, Azərbaycanın bir
TATLARININ  TARİXİ-ETNOQRAFİK OÇERKİ
363
sıra  tarixi,  etnik  və  linqvistik  problemlərinin  açarı,  bunların  elmi- 
tədqiqi  işinə  kömək  edə  biləcək  amil  hesab  etmişdir.  O,  bu  m əsə­
ləyə  o. qədər  mühüm  əhəm iyyət  vermişdir  ki,  bu  problemi  ümumi 
qafqazşünaslıq  probleminin  bir  hissəsi  kimi  tədqiq  etməyi  təklif 
etmişdir12.
Tat dili  Hind-Avropa  dillər ailəsinin İran qrupuna daxildir  və 
şifahi  nitqdə  bir-birini  qarşılıqlı  başa  düşən  Şimal,  Mərkəzi  və 
Cənub (Azərbaycan  Respublikası  ərazisində)  kimi üç  əsas  ləhcəyə 
bölünür.
Tatlar  antropoloji  cəhətdən  böyük  avropoid  irqinin  kiçik 
Balkan-Qafqaz irqi tərkibinə daxildir13.
Bu  gün  tatların  ictimai  vəziyyəti  və  ailə  məişəti  keyfiyyətcə 
yeni  məzmun  kəsb  etmiş,  xeyli  inkişaf etmişdir14.  Onların  mədəni 
inkişafı  Azərbaycan  türklərinin mədəni  tərəqqisi  ilə  eyniləşmişdir. 
Elə buna görə də bu  gün tatlarm nəinki təkcə məişəti  və həyat tər­
zini,  hətta,  ümumiyyətlə,  tarixi-mədəni  inkişafını  ümumi  mənada 
Azərbaycan  xalqından,  o  cümlədən  də  azəri  türklərinin  inkişaf 
problemlərindən,  bu  xalqın  ümumi  irəliləyiş  prosesindən  ауп  tə­
səvvür  etmək  mümkün  deyildir.  Azərbaycandakı  azsaylı  xalqların, 
etnik  qrupların  və  milli  azlıqların  hər  birini  ümumazərbaycan 
inkişaf prosesindən ayırmaq sadəcə  olaraq məntiqsizlikdir.  Bu eyni 
dərəcədə çoxmillətli və müxtəlif etnik tərkibli Azərbaycanda yaşa­
yan  tatlara  da  aiddir.  Azərbaycanda  yaşayan  başqa  etnik  qruplar 
kimi  tatların  da  tarixini,  dilini,  adət  və  ənənələrini  öyrənməyin 
aktuallığı  və  zəruriliyi  Azərbaycan  hökumətinin  son  illərdə  qəbul 
etdiyi rəsmi sənədlərdə daha tez-tez öz əksini  tapmağa başlamışdır. 
Bu  məsələnin  əhəm iyyəti  xüsusilə  son  dörd-beş  ilin  (1988-1993) 
qərarlarında  və  sərəncamlarında  daha  ciddi  şəkildə  qoyulur  ki,  bu 
da  müstəqillik  dövrünün,  hüquqi  dövlət  prinsiplərinin  demokratik 
və  aşkarlıq  tələblərindən,  xalqların  sosial  hüquqlarma  ehtiram 
prinsiplərindən  doğur  və  zamanın  millətlərarası  münasibətlərinin 
yaxşılaşması  zərurətinə  tamamilə  cavab  verir.  Həmin  qərarlarm 
birində  haqlı  olaraq  göstərilir ki,  «indi  yeniləşdirmə»  -  yeni  təfək­
kür dövründə  Azərbaycanda  yaşayan  kiçik  xalqların  milli  xüsusiy­
yətlərinə,  dilinə,  adətlərinə  çox  diqqətli  olmaq,  həssas  yanaşmaq


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə