Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə50/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   46   47   48   49   50   51   52   53   ...   131

198
BİRİNCİ  KİTAB
III 
şəxs -  dire bürund (Q.), dirə bürund (Məl.), dirə binnd (M.) 
-  görmüşdülər.
Felin  təsrifindən  göründüyü  kimi,  əsas  fel  dəyişilməz  qalır, 
köməkçi  fel  şəxs  sonluqları  qəbul  edərək  dəyişilir.  Köməkçi  felin 
dəyişilməsi  də  xüsusi  formada  olur.  Belə  ki,  bəzi  İran  -   fars,  tacik, 
puştu  və  s.  dillərindən  fərqli  olaraq  tat  dilində  köməkçi  felin 
(“birən”)  kökü  belə  sabit  qalmır,  qəbul  etdiyi  şəxs  sonluqlarından 
asılı olaraq bir, bür, bur, bu, bü və s. kimi  şəkillərə düşərək dəyişilir, 
bir növ köməkçi felin sait səsi ona  qoşulan  şəxs  sonluğunun  sait 
səsinin təsiri altına düşərək ahəngə tabe olur.
Köməkçi  fel  şəxs  sonluğundan  asılı  olaraq  müxtəlif cür  işlə­
nir.  I şəxsin təkində şəxs sonluğunun saiti  “U”  olduğu üçün köməkçi 
fel də  öz “i”  saitini  “ü”-yə,  III şəxsin cəmində  şəxs  sonluğu  “u”  qa­
lın  sait  olduğu  üçün  köməkçi  fel  də  öz  “i”  saitini  u-ya  çevirir.  II 
şəxs  tək,  I şəxs cəm  və  II  şəxs cəmin  şəxs sonluqları  köməkçi felin 
saiti ilə eynicinsli (yəni “i”) olduğu üçün dəyişilmir.
3-cü  şəxsin  təkində  köməkçi  felin  şəxs  sonluğu  qəbul  etməsi 
istisna  olaraq  başqa  şəkildə  gedir.  Bütün  şəxslər  üzrə  keçmiş  felin 
kök səsləri eynilə qaldığı halda,  3-cü  şəxs  təkdə dəyişilir.  Bu şəxsdə 
şəxs sonluğunun qoşulması  kök hərflərdən ikisinin atılmasına  səbəb 
olur.  Bu  halda  kökün  yalnız  “b”  səsi  qalır  və  şəxs  sonluğu  yalnız 
ona qoşulur.
IV. 
Davam  keçmiş  zaman.  Davam  keçmiş  zaman  iş,  hal  və 
hərəkətin  keçmişdə  baş  verdiyini,  özü  də  qısa  müddətdə  baş  verib 
qurtardığını  deyil,  bu prosesin müəyyən müddət davam etdiyini  bil­
dirir.  Keçmiş  zamanın  davam  keçmiş  formasının  özü də  iki  cürdür: 
a)  iş,  hal,  hərəkətin  icrasının  ardıcıl,  çoxlu  davam  etdiyini  bildirən 
müntəzəm  davam  keçmiş;  b)  iş,  hal,  hərəkətin  icrasının  ardıcıl 
olmayaraq davam etdiyini bildirən qeyri-müntəzəm davam keçmiş.
I. 
Tat  dilində  müntəzəm  davam  keçmiş  forması  fel  kökünün 
əvvəlinə  mı,  mi,  mu,  mə  önqoşmalarım  və  fel  kökündən  sonra  isə 
şəxs sonluqlannı  artırmaqla əmələ gəlir. Məsələn:  “raftən” -  getmək 
məsdəri  müntəzəm  davam  keçmiş  formasında  aşağıdakı  kimi  təsrif 
olunur:
AZƏRBAYCAN  TATLARININ  DİLİ
199
Təkdə:
I  şəxs  -   mıraftüm  (Q.),  mıraftum  (Məl.),  mıraftım  (M.)  -  
gedərdim.
II şəxs -  mırafti  (Q.,  Məl., M.) -  gedərdin
III şəxs -  mıraft (Q., Məl., M.) -- gedərdi
Cəmdə:
I şəxs -  mıraftim (Məl., Q.),  mırafdng (M.) -gedərdik
II şəxs -  mıraftind (Məl., Q., M.) -  gedərdiniz
III şəxs -  mıraftund (Q., Məl.), mıraftind (M.) -  gedərdilər.
Misallar:  Mən  umhəli  ba şumrundan manftum  (Məl.) -  mən o
zamanlar şum  şumlamağa gedərdim;  hər səbəh  bə kinar arakərə mı- 
raftüm,  sino mübürüm (Q.) -  hər səhər çayın kənarına gedərdim,  çi­
mərdim;  Mən  əxov  mıvaxıştım  asbuna  (asbara)  bıçərrən  mıbardım 
(M.) -  mən yuxudan durardım,  atlan otarmağa aparardım.
Bu  cümlələrin  fellərindən  göründüyü  kimi,  hərəkət,  iş  qısa 
müddətdə deyil,  uzun müddət (bir neçə gün,  bir neçə ay,  hətta il  bo­
yu  və  ya illərlə) müntəzəm olaraq  davam edir.  Bəzən  bu zaman for­
masında yuxanda göstərilən önqoşmalann sait səsi ilə samit səsi  ye­
rini dəyişərək,  məsələn;  “mi” əvəzinə “im”,  “mı” əvəzinə  “ım”  və s. 
şəklini  alaraq  felə  qoşulur.  Məs.:  mıvaxıştım  (dudardım)  əvəzinə 
imvaxıştım, midirüm (görərdim) əvəzinə “imdirüm” və s.
2. 
Tat  dilində  qeyri-müntəzəm  davam  keçmiş  zaman  müntə­
zəm davam keçmişdən'fərqli  olaraq,  fel  kökündən  deyil,  eynilə  (ya­
xud  kiçik  dəyişikliklə)  məsdərin  əvvəlində  bə,  ba  (Q.,  Məl.),  be 
(Q.), bı  (Məl.) və mı,  mi  (M.) önqoşmalannı  artınnaq və məsdərdən 
sonra birən, buran  (olmaq) köməkçi  felinə şəxs  sonluqlarını  qoşmaq 
yolu ilə əmələ gəlir,  yəni  formula halında bu aşağıdakı  şəkildə olur: 
önqoşma + məsdər +  köməkçi  fel  + şəxs  sonluğu.  Məsələn,  “dirən” 
(görmək) məsdərini  şəxslər üzrə qeyri-müntəzəm  davam keçmiş za­
manda təsvir edək:
Təkdə:
I  şəxs  -   bədirən  bürüm  (Q.),  bədirən  burum  (Məl.),  mıdirən 
binm (M.) -  görərdim
II şəxs -  bədirən biri  (Q., Məl.), mıdirən biri  (M.) -  görərdin


2 0 0
BİRİNCİ  KİTAB
III  şəxs -  bədirən bü  (Q., Məl.), mıdirən bu (M.) -  görərdi
Cəmdə:
I  şəxs  -   bədirən  birim  (Məl.,  Q.),  mıdirən  biring  (M.)  -  
görərdik
II  şəxs  -   bədirən  birind  (Məl.,  Q.),  mıdirən  birind  (M.)  -  
görərdiniz
III  şəxs -  bədirən bürund (Q., Məl.),  mıdirən birund (M.) -  gö­
rərdilər.
Yaxud təkdə:
I  şəxs -   Baraftən bürüm (Q.),  bıraftən  burum  (Məl.),  mıraftən 
binm  (M.) -  gedərdim
II şəxs -  baraftən biri (Q.,  Məl.), mıraftən biri  (M.) -  gedərdin
III şəxs -  bıraftən bü  (Məl.,  Q.), mıraftan bu (M.) -  gedərdi.
Cəmdə:
I  şəxs  -   baraftən  birim  (Məl.,  Q.),  mıraftən  biring  (M.)  -  
gedərdik
II  şəxs -  baraftan  birind  (Məl.,  Q.),  mıraftən  birind  (M.) -  ge­
dərdiniz
III  şəxs  -  baraftən  bürund  (Məl.,  Q.),  mıraftən  birund  (M.) -  
gedərdilər.
Misallar:  bə  bazar  baıtəni  hərdən  ürə  bədirən  bürüm  (Q.),  bı 
hər bazar raftən ura mıdirən binm  (M.) -  bazara gedəndə ara bir onu 
görərdim;  uşun  hərdən-birdən bə  Quba  bıraftan  birund  (Məl.)  -  on­
lar  ara-bir  Qubaya  gedərdilər;  a  vagaştən  pəstə  həmmişə  mıraftən 
binm   ura vinım  (M.) -   qayıdandan  sonra həmişə  onu  görməyə  ge­
dərdim.
Cümlələrin  fellərindən  göründüyü  kimi,  hadisə,  iş,  mətləb  ar­
dıcıl -  müntəzəm deyil,  ara-bir,  qeyri-müntəzəm baş verir və davam 
edir.
İndiki  zaman.  Tat dilində indiki  zamanın aşağıdakı  şəxs son­
luqları  vardır:
Təkdə:
I  şəxs -  üm (Q.), um (Məl.),  ım (M.)
AZƏRBAYCAN  TATLARININ  DİLİ
201
II şəxs -  i  (hər üç ləhcədə)
III şəxs -  yoxdur.
Cəmdə:
I şəxs -  im (Q.,), ing (M.)
II şəxs -  ind (hər üç ləhcədə)
III şəxs -  und (hər üç ləhcədə)
Tədqiq  olunan  ləhcələrdə  mövcud  olan  indiki  zamanın  şəxs 
sonluqları  kiçik  fərqlərlə  tat  dilinin,  demək  olar  ki,  bütün  ləhcələri “ 
üçün  (Abşeron,  Quba, Lahıc  və s.) müştərəkdir.  İndiki  zaman  tat di­
lində felin əvvəlinə “bə”,  “ba” (Q„ Məl.), mı və mi (M.) önqoşmala- 
nnı,  sonuna isə  şəxs  sonluqlan  artırmaqla əmələ gəlir.  III şəxs  təkin 
sonluğu olmadığı  üçün felin əvvəlinə yalnız önqoşması qoşulur.
“Dirən” görmək felinin indiki zaman şəxslər üzrə təsrifi aşağı­
dakı şəkildədir:
Təkdə:
I  şəxs  -   bədirənüm  (Q.),  bədirənum  (Məl.),  mıdirənım  (M.)  -  
görürəm
II şəxs -  bədirəni  (Q., Məl.), mıdirəni (M.) -  görürsən
III şəxs -  bədirən (Q.,  Məl.), mıdirən (M.) -  görür 
Cəmdə:
I şəxs -  bədirənim (Q., Məl.), mıdirəninig (M.) -  görürük
II şəxs -  bədirənind (Q., M.), mıdirənind (M.) -  görürsünüz
III şəxs -  bədirənund (Q., M.), mıdirənund (M.) -  görürlər 
Yaxud:  birən -  olmaq məsdərini  təsrif edək:
Təkdə:
I  şəxs  -   bəbirənüm  (Q.),  bəbirənum  (Məl.),  imbirənım  (M.) -  
oluram
II şəxs -  bəbirəni  (Q., Məl.), imbirəni (M.) -  olursan
III şəxs -  bəbirən (Q., Məl.), imbirən (M.) -  olur
Cəmdə:
I şəxs -  bəbirənim (Q., Məl.), imbirəning (M.) -  oluruq
II şəxs -  bəbirənind (Q., Məl.), imbirənind (M.) -  olursuz
III şəxs -  bəbirənund (Q., Məl.), imbirənund (M.) -  olurlar.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə