196
BİRİNCİ KİTAB
Yuxarıdakı misallardan göründüyü kimi, tat dilində fel köklə
rinin əvvəlinə “və”, “va” hissəciklərini, sonra isə şəxs sonluqlarını
əlavə etməklə keçmiş zamanın şühudi forması əmələ gəlir. Orta fars
dilində də fel əvvəlinə “və” hissəcikləri əlavə olunardı. Bu hissəcik
lərin tat dilində qalması arxaiklik nöqteyi-nəzərdən diqqətə layiqdir.
Müqayisə üçün qeyd etməyi lazım bilirik ki, kürd dilində də
həmin zaman forması felin əvvəlinə “ve”, “va” hissəciklərinin, felin
sonuna isə şəxs sonluqlarının əlavə edilməsi ilə yaranır.1 Məsələn:
öz vekətım - mən (indicə) yıxıldım.
II.
Nəqli keçmiş zaman. Nəqli keçmiş zaman iş, hal və
hərəkətin icrasım məlumat verilən vaxtla əlaqələndirən zaman olub,
aşağıdakı şəxs sonluqlarını qəbul edir:
ТәЫә:
I.şəxs - am (Q., M.), om (Məl.)
П. şəxs - eyi (Q.), ey (M.), i (Məl.)
Ш. şəxs - e (Q., Məl.), ə (M.)
Cəmdə:
eyim (Q.), em (Məl.), eng (M.)
eyind (Q.), ind (Məl.), end (M.)
und (Q.), and (Məl., M.)
Məsələn: “arnarən” - gəlmək felifıin nəqli keçmiş zamanda təsrifi
aşağıdakı kimi olur:
Təkdə:
I. amaram (Q., M.),
umorom - gəlmişəm
П. amaıeyi (Q.), umori (Məl.), amaıey (M.) - gəlmisən
Ш. amare (Q.), итоге (Məl.), amarə (M.) - gəlmişdir
Cəmdə:
I. amareyim (Q.), umorem (Məl.), amareng (M.) - gəlmişik
II. amareyind (Q.), umorind (Məl.), amarend (M.) - gəlmisiniz
III. amarund (Q.), amarand (M.), umorand (Məl.) - gəlmişlər
Tat dilinin Qonaqkənd ləhcəsinin Arurça - Güləzi şivəsində
nəqli keçmiş zaman 3-cü şəxsdə özünü xüsusi bir formada göstərir.
Belə ki, burada bu zamanın yuxarıdakı 3-cü şəxs, cəm sonluqlan
olan “und” və “and”-dan fərqli olaraq bu şəxsin şəxs sonluğu “u”
və ya “i” kimi çıxış edir. Felin son hecasmdakı saitin qalın və incə
liyindən asılı olaraq bu sonluq “u” (qalın saitli hecalarda) və “i” (in
cə saitli hecalarda) ola bilər, məsələn: amarandu - gəlmişlər, guftən-
1 К.Курдоев. Грамматика курдского языка. M., Л., 1957, стр. 210-211
AZƏRBAYCAN TATLARININ DİLİ
197
di - demişlər, raftandu - getmişlər və s. Bu sonluğa biz fel sonunda
həmin zamanda müasir fars dilində təsadüf etməsək də klassik fars
dilində şəxs sonluğu kimi “i” şəklində təsadüf edirik. Məs., klassik
fars dilində: xastəndi1, m.f.d. xastənd (istəmişlər)., kl.f.d. bəstəndi,
m.f.d. bəstənd (bağlayıblar).
III.
Uzaq keçmiş zaman. Uzaq keçmiş zaman keçmişdə baş
vermiş iki hadisədən birincisini bildirir. Bu zaman forması feli sifə
tə “birən” - olmaq köməkçi felini artırmaqla əmələ gəlir və yalnız
köməkçi fel şəxs sonluqlarını qəbul edir. Qeyd etməliyik ki, tat di
lində olduğu kimi, başqa İran dillərində də, məsələn, kürd dilində,
uzaq keçmiş zaman forması “buyin” - olmaq felinin əsası olan “b”
hissəsinə şəxs sonluqlarının artırılması ilə əmələ gəlir.2
Tat dilində keçmiş zaman feli sifəti bütün İran dilləri üçün
müştərək olan eyni qayda üzrə: yəni keçmiş zamanın fel əsasının
sonuna “e” və “ə” artırmaqla əmələ gəlir. Uzaq keçmiş zamanın
şəxs sonluqlan:
Təkdə:
I şəxs - üm (Q.), um (Məl.), am (M.)
П şəxs - i (hər üç ləhcədə)
Ш şəxs - ü (Q., Məl.), um (M.)
Cəmdə
im (Q., Məl.), ing (M.)
ind
und (Q., Məl.), ind (M.)
“dirən” - görmək məsdərinin uzaq keçmiş zamanda şəxslər
üzrə təsnifi:
Təkdə:
I şəxs - dire bürüm (Q.), dirə burum (Məl.), dirə biram (M.) -
görmüşdüm
II şəxs - dire biri (Q.), dirə biri (Məl., M.) - gönnüşdiiın
III şəxs - dire bü (Q.), dirə bü (Məl.), dire bu (M.) - görınüşdii
Cəmdə:
I
şəxs - dire birim (Q.), dirə birim (Məl.), dirə biring (M.) -
görmüşdük
II şəxs - dire birind (Q.), dirə birind (Məl., M.) - görmüşdünüz
1 Novruznamə, səh. 25
К.Курдоев. Курдский язык, стр. 217