Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə49/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   45   46   47   48   49   50   51   52   ...   131

1 9 4
BİRİNCİ KİTAB
“etmə”  sözü  yalnız  “məsan”,  “getmə”  sözü  “mara”  şəklində  işlədi­
lir.  Daha  həmin  sözlərə  “nəsan”,  “nəra”  şəklində  ya  təsadüf  olun­
mur, ya da bu, tat dili  üçün xarakterik hal şəkli  daşımır.
Şamaxı  ləhcəsində  də  inkar  əlaməti  “nə”,  “mo”,  “ma”dır,  la­
kin  Qonaqkənd  tatlarının  dilindən  fərqli  olaraq  Şamaxı  ləhcəsində 
bəzi  fellər inkar şəkilçisi qəbul etdikdə başqa şəkil alır.
Məs.,  Qonaqkənd  ləhcəsində  olan  “saxtən”  -   etmək  məsdəri 
Şamaxı  ləhcəsində  də  eynilə  “saxtən”dir.  Lakin  Qonaqkənd  ləhcə­
sində  inkar  əlaməti  qəbul  edən  bu  fel  məsan  “etmə”  kimi  olduğu 
halda,  Məl.  ləhcəsində  bu  felin  inkarı  “məsan”  deyil,  məni  -   etmə 
şəklində  olur.  Müq.et:  Hind-Avropa  inkar  ədatı  me  (sanskr),  mə 
(ma),  ma (avest.),  mə  (qəd.  fars).  «Частица ма,  которая в древных 
языках  имела  строго  ограниченную  функцию  запрещения,  в 
современных языках теряет ее,  появляются  паралелные  ее  фор­
мы с простой частицей отрицания  «на».  Некоторое функции от­
рицательных  частиц,  характерные  для  Вед  в  Иранских  языках 
не  обнаружены.  Напр.,  Сравнительная  функция  частицы  “nə”1. 
Qədim İran dilli  yazılı ədəbiyyat nümunələri  olan Vedler  və Avesta 
mətnlərində  təsadüf edilən  “nə”  inkar  ədatımn  sifətin  müqayisə  də­
rəcəsində,  müqayisə  funksiyasında  işlənməsi  hadisəsi  bir  sıra  müa­
sir Hind-Avropa və İran dillərindən, tamamilə, çıxmışdırsa da tat di­
lində  həmin  mənada  qalır  və  bu  nadir  arxaik  dil  hadisəsi  arxeoloji- 
linqvistik  nümunə  kimi  olduqca  maraqlıdır.  Maraqlıdır  ki,  həmin 
“nə”  ədatı  tat dilində  sifətin müqayisə dərəcəsinin  həm üstünlük-bö­
yütmə  (in  həç  dan  əzin  xubtəyü  (Q.) -   bu  elə  bil  ki,  bundan  yaxşı- 
ı aqdır, yaxud daha yaxşıdır),  həm fars dilindəki “tər” müqayisə əda- 
tı ilə eyniyyət təşkil edir (in mesl-e inke əz in xubtər əst), həm də ki­
çiltmə  funksiyasında  tam qrammatik  forma kimi  işlənir.  Fars  dilin­
dəki  ək-mərdək -  kişiciyəz,  zənək -  qadıncığaz  və  s.  mənasında tat 
dilində:  yə  siyə  əyəlnəyii  (Q.)  -   bir  qara  uşaqcığazdır,  yə  cürə
1 Ә.Г.Алексидзе. Выражение отрицания в Индоиранских языках (Тезисы 
доклада).  VI Всесоюзная научная конференция  по актуальным проблемам 
Иранской филологии. Тбилиси,  1970, стр.9
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 9 5
əsnəyü  (Məl.)  -   bir  cür  atcığazdır,  buynə  bamarən  (Q.)  -  bir  təhər 
(pis) iy gəlir və s.  kimi  olur.
ZAM ANLAR, ŞƏXS SONLUQLARI
Keçmiş  zam an.  Tat  dilində  keçmiş  zamanın  dörd  forması 
vardır:
1.  Şühudi keçmiş
2. Nəqli  keçmiş
3. Uzaq keçmiş
4. Davam keçmiş
Bu keçmiş zaman formalarının özlərinə məxsus şəxs sonluqla­
rı vardır.
1. 
Şühudi  keçmiş  zaman.  Şühudi  keçmiş  iş,  hal  və  hərəkətin 
keçmişdə  başlayıb  bitdiyini  bildirir.  Tat  dilində  bu  zaman  şəxs 
sonluqları  aşağıdakılardır:
Təkdə:
I şəxs -  üm (Q.),  um (Məl., M.)
II şəxs -  i
III şəxs -  yoxdur
Cəmdə:
im (Q., Məl.),  ing  (M.), 
ind
and (Q.), und (M., Məl)
Vəgüftən,  vaguftan -  götürmək  felini  təsrif edək:
Təkdə:
t
I şəxs -  vəgüftüm  (Q.),  vəgiftum  (Məl.),  vaguftum  (M.) -   gö­
türdüm.
II şəxs -  vəgüfti  (Q.), vəgifti  (Məl.),  vagufti  (M.) -  götürdün.
III şəxs -  vəgüft (Q.),  vəgift (Məl.),  vaguft (M.) -  götürdü.
Cəmdə:
I  şəxs  -  vəgüftim  (Q.),  vəgiftim  (Məl.),  vagufting  (M.)  -   gö­
türdük
II şəxs -  vəgüftind (Q.),  vəgiftind (Məl.),  vaguftind (M.) -  gö­
türdünüz
III şəxs -   vəgüftand  (Q.),  vəguftuııd  (Məl.),  vaguftımd  (M.) -  
götürdülər.


196
BİRİNCİ  KİTAB
Yuxarıdakı  misallardan  göründüyü  kimi,  tat dilində  fel köklə­
rinin  əvvəlinə  “və”,  “va”  hissəciklərini,  sonra  isə  şəxs  sonluqlarını 
əlavə etməklə  keçmiş  zamanın  şühudi forması əmələ gəlir.  Orta fars 
dilində də fel  əvvəlinə “və”  hissəcikləri  əlavə olunardı.  Bu hissəcik­
lərin tat dilində qalması arxaiklik nöqteyi-nəzərdən diqqətə layiqdir.
Müqayisə  üçün  qeyd  etməyi  lazım  bilirik  ki,  kürd  dilində  də 
həmin  zaman forması  felin  əvvəlinə “ve”,  “va”  hissəciklərinin,  felin 
sonuna  isə  şəxs  sonluqlarının  əlavə  edilməsi  ilə  yaranır.1 Məsələn: 
öz vekətım -  mən (indicə) yıxıldım.
II. 
Nəqli  keçmiş  zaman.  Nəqli  keçmiş  zaman  iş,  hal  və 
hərəkətin  icrasım  məlumat  verilən  vaxtla əlaqələndirən  zaman olub, 
aşağıdakı  şəxs sonluqlarını qəbul edir:
ТәЫә:
I.şəxs -  am (Q., M.), om (Məl.) 
П. şəxs -  eyi (Q.), ey (M.), i (Məl.) 
Ш. şəxs -  e (Q., Məl.), ə (M.)
Cəmdə:
eyim (Q.), em (Məl.), eng (M.) 
eyind (Q.), ind (Məl.), end (M.) 
und (Q.), and (Məl., M.)
Məsələn:  “arnarən” -  gəlmək  felifıin nəqli  keçmiş  zamanda təsrifi 
aşağıdakı kimi olur:
Təkdə:
I. amaram (Q., M.), umorom -  gəlmişəm
П. amaıeyi (Q.), umori (Məl.), amaıey (M.) -  gəlmisən
Ш. amare (Q.), итоге (Məl.), amarə (M.) -  gəlmişdir
Cəmdə:
I.  amareyim (Q.), umorem  (Məl.),  amareng (M.) -  gəlmişik
II. amareyind (Q.),  umorind (Məl.), amarend (M.) -  gəlmisiniz
III.  amarund (Q.), amarand (M.),  umorand (Məl.) -  gəlmişlər 
Tat  dilinin  Qonaqkənd  ləhcəsinin  Arurça  -   Güləzi  şivəsində
nəqli  keçmiş  zaman  3-cü  şəxsdə  özünü  xüsusi bir formada  göstərir. 
Belə  ki,  burada  bu  zamanın  yuxarıdakı  3-cü  şəxs,  cəm  sonluqlan 
olan  “und”  və  “and”-dan  fərqli  olaraq  bu  şəxsin  şəxs  sonluğu  “u” 
və  ya “i”  kimi  çıxış  edir.  Felin  son  hecasmdakı  saitin  qalın və incə­
liyindən  asılı olaraq bu sonluq “u”  (qalın saitli hecalarda) və “i” (in­
cə saitli hecalarda) ola bilər, məsələn:  amarandu -  gəlmişlər,  guftən-
1 К.Курдоев. Грамматика курдского языка.  M., Л.,  1957, стр. 210-211
AZƏRBAYCAN  TATLARININ  DİLİ
197
di -  demişlər,  raftandu -  getmişlər və  s.  Bu  sonluğa biz fel  sonunda 
həmin  zamanda  müasir  fars  dilində  təsadüf etməsək  də  klassik  fars 
dilində  şəxs  sonluğu  kimi  “i”  şəklində  təsadüf edirik.  Məs.,  klassik
fars  dilində:  xastəndi1,  m.f.d.  xastənd  (istəmişlər).,  kl.f.d.  bəstəndi, 
m.f.d. bəstənd (bağlayıblar).
III. 
Uzaq  keçmiş  zaman.  Uzaq  keçmiş  zaman  keçmişdə  baş 
vermiş  iki  hadisədən birincisini  bildirir.  Bu  zaman  forması  feli  sifə­
tə  “birən”  -   olmaq  köməkçi  felini  artırmaqla  əmələ  gəlir və  yalnız 
köməkçi  fel  şəxs  sonluqlarını  qəbul  edir.  Qeyd  etməliyik  ki,  tat  di­
lində  olduğu  kimi,  başqa  İran  dillərində  də,  məsələn,  kürd  dilində, 
uzaq  keçmiş  zaman  forması  “buyin”  -   olmaq  felinin  əsası  olan  “b” 
hissəsinə şəxs sonluqlarının artırılması  ilə əmələ gəlir.2
Tat  dilində  keçmiş  zaman  feli  sifəti  bütün  İran  dilləri  üçün 
müştərək  olan  eyni  qayda  üzrə:  yəni  keçmiş  zamanın  fel  əsasının 
sonuna  “e”  və  “ə”  artırmaqla  əmələ  gəlir.  Uzaq  keçmiş  zamanın 
şəxs sonluqlan:
Təkdə:
I  şəxs -  üm (Q.), um (Məl.), am (M.)
П şəxs -  i (hər üç ləhcədə)
Ш şəxs -  ü (Q., Məl.), um (M.)
Cəmdə
im (Q., Məl.), ing (M.) 
ind
und (Q., Məl.), ind (M.)
“dirən”  -  görmək  məsdərinin  uzaq  keçmiş  zamanda  şəxslər 
üzrə təsnifi:
Təkdə:
I şəxs -  dire  bürüm (Q.),  dirə burum  (Məl.),  dirə  biram  (M.) -  
görmüşdüm
II şəxs -  dire biri (Q.), dirə biri  (Məl., M.) -  gönnüşdiiın
III şəxs -  dire bü (Q.), dirə bü (Məl.), dire bu (M.) -  görınüşdii
Cəmdə:

şəxs  -   dire  birim  (Q.),  dirə  birim  (Məl.),  dirə  biring  (M.)  -  
görmüşdük
II  şəxs -  dire birind (Q.), dirə birind (Məl., M.)  - görmüşdünüz
1 Novruznamə, səh. 25
К.Курдоев. Курдский язык, стр. 217


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə