Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə46/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   42   43   44   45   46   47   48   49   ...   131

182
BİRİNCİ KİTAB
SAYLAR 
M iq d ar sayları
Tat dilində bu saylar aşağıdakı  şəkildədir:
Təkliklər:  yə,  yeki  (Q.),  yekki  (Məl.) -  bir;  dü,  ditto -  iki;  sə, 
sətto -  üç; çar, çarto -  dörd; pane,  panşto -  beş;  şeş,  şeşto -  altı;  həf, 
həfto -  yeddi; həş, həşto -  səkkiz; nü, nihto -  doqquz; də, dəhto -  on.
Yuxarıdakı  misallardan  göründüyü  kimi,  tədqiq  olunan 
ləhcələrdən  birində  (Məl.)  “iki”  sayından  sonra  gələn  təklik 
qaydalarına  bir  qayda  olaraq  “to”  numerativi  də  əlavə  olunur. 
Qonaqkənd  ləhcəsində  isə  yalnız  yaşlı  nəslin  dilində  bu  saylar 
işləndikdə  onlara  “ta”  numeritavi  artırılır.  Tat  dili  ləhcələrində 
numerativsiz  işlənən  saylaıdan  fərqli  olaraq  bütün  saylara  qoşulan 
” ta”,  “to”  numerativi  öz  mənşəyinə  görə  daha  qədimdir.  Belə  ki, 
Avesta dilinin say tərkibində də saylann sonuna “ta” hissəciyini əla­
və etmək  (məs.  avesta dilində həfta -  yeddi,  aşta -  səkkiz  və  s.) bir 
qayda  olmuşdur.*
 1 Bir  sıra  tat  dili  ləhcələrində  (məsələn,  Ərüsküş- 
Daqquşçu  ləhcəsində)  bu  qədim  numerativ  (yaxud  hissəcik)  artıq 
aradan  çıxmış,  “dənə”  numerativi  ilə  əvəz  olunmuşdur.  Mənşəcə 
“ta”  numerativi  ilə  “dənə”  (danə,  dane,  tane,  tanə)  numerativinin 
eyni  olduğunu  nəzərə  alsaq,  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  tat 
dilində  (ümumiyyətlə,  bir  çox  dillərdə  olduğu  kimi)  tarixən  saylar 
(aşağıda  görəcəyimiz  kimi,  təkcə təkliklər deyil,  onluq  və yüzlüklər 
də)  yalnız  say  numerativi  ilə  işlənmişdir.  Bu  saylarda  diqqəti  cəlb 
edən  cəhətlərdən  biri  də  budur  ki,  İran  dillərində  özünü  açıq  gös­
tərən  “h”  səsi  tat  dilində  (məs.  Məlhəm  ləhcəsində)  saylann  tərki­
bində  ekvivalentcə  ərəb  dilinin  h  səsi  məxrəcinə  tam  uyğun  gələn 
boğaz h  ilə tələffüz olunur. Məs.:  həfto -  yeddi,  həşto -  səkkiz, nih­
to -  doqquz, dəhto -  on.
1 Л.M.Оранский.  Введение в Иранской филологии. М.,  1960, стр. 46
1
  Həsən  Zərinəzadə.  Fars  dilində  Azərbaycan  sözləri  (Səfəvilər  dövrü),  Bakı, 
1962, səh.  114
AZƏRBAYCAN  TATLARININ  DİLİ
1 8 3
Tat  dilində  on  birdən  iyirməyə  qədər olan  mürəkkəb  saylarda 
başqa İran  dillərinin bir çoxundan  fərqli olaraq türk sistemli  dillərdə 
olduğu kimi  əvvəl  onluqlar,  sonra təkliklər gələrək  onluğa bitişir və 
daha  təklik  deyil,  onluq  vurğu  qəbul  edir:  də'yək,  dəyəkto -  on  bir; 
də'dü,  də’düto  -   on  iki;  də'sə,  dəsəto  -   on  üç;  dəçar,  dəçorto  -   on 
dörd;  dəpanc,  dəpancta -  on  beş;  dəşeş,  dəşeşto -  on  altı;  dəhəf,  də- 
həfto  -  on  yeddi;  dəhəş,  dəhəşto  -   on  səkkiz;  də'nü,  dəhnihto  --  on 
doqquz.
“Bir”  sayı  bəzi  ləhcələrdə  müstəqil  şəkildə “yə” olduğu  halda, 
mürəkkəb  say  tərkibində özündən  sonra bir “k”  səsi  də  tələb edərək 
“yək”  olur,  yəni  dəyək  -   on  bir.  Qeyd  etməliyik  ki,  bunun  “dəyə” 
forması da  “k” səsi  əlavə olunan şəkli ilə paralel işlənir.
Prof.  Y.E.Bertels Firdovsinin “Şahnamə”sində işlənən  say sis­
temindən  danışarkən,  bu  əsərdə  fars  dilindəki  dəvazdəh -  on  iki  sa­
yının  “dəhodo”  formasında işləndiyini  qeyd edir.1 İstər quruluşca -  
tat  dilinin  əksinə  olaraq  fars  dilində  əvvəl  təkliyin,  sonra  onluğun 
gəlməsi,  istərsə də şəkli  -  fonetik formasına görə (“o” səsi Azərbay­
can  dilinin  təsiri  ilə  “ü”-yə  çevrilmişdir)  “Şahnamə”dəki  bu  say  tat 
dilinin dədü, dəhdü  sayına demək olar ki,  tamamilə,  yaxındır.  Bu da 
dil  tarixi  nöqteyi-nəzərdən  diqqəti  cəlb  edir.  Təkliklərlə  onluqlann 
saylar içərisindəki  yerindən bəhs edərkən,  qeyd etməliyik  ki,  bu for­
ma heç  də bütün  tat dili  ləhcələri  üçün eyni  deyildir.  Belə ki,  tədqiq 
olunan  ləhcələrdən  fərqli  olaraq  bu  dilin,  məsələn,  Abşeron  ləhcə­
sində,  bir  çox  Lran  dillərində  (fars,  tacik  və  s.)  olduğu  kimi  əvvəl 
təkliklər, sonra onluqlar gəlir.
Onluqlar.  Tat  dilindəki  onluqlar  ondan  altmışa  qədər  demək 
olar, bütün  ləhcələr üçün eynidir və yaxındır:  də -  on,  bist -  iyirmi, 
si -  otuz, çül, çel -  qırx, pənca, panca -  əlli.
Tədqiq  olunan  ləhcələrdən  bəzilərində  (məs.  mədrəsə  ləhcəsi) 
altmış  sayı  şast  olsa  da,  bir  sııa  ləhcələrdə  (məs.:  Qonaqkənd)  alt- 
mışdan  yüzə  qədər  olan  saylar  üçün  (məs.:  fars,  tacik  dillərindəki 
həftad -   yetmiş,  həştad -   səksən  və  s.)  məfhumlar belə  yoxdur.  Bu 
ləhcələrdə altmışdan başlamış doxsana qədər onluq saylannm əmələ
1 Е.Э.Еертельс. История персидско-таджикской литературы. M., 1960, стр. 230


184
BİRİNCİ  KİTAB
gəlməsi  xüsusi qayda üzrə olur.  Belə ki, burada iyirmilik say sistemi 
işlədilir:  səbist -  altmış (hərfdən: üç  iyirmi),  səbist də -  yetmiş  (hər- 
fən:  üç  iyirmi  və  on),  çarbist -   həştad  (hərfən:  dörd  iyirmi),  çarbist 
də-doxsan  (hərfən:  dörd  iyirmi  və  on).  Bu  onluq  sistemini  indi  çox 
az,  yalnız  yaşlı  nəsil  işlədir  və  bu  cür  say  sistemini  təkcə  altmışdan 
başlayaraq  deyil,  otuzdan  başlayaraq  bütün  onluqlara  aid  edirlər. 
Məsələn: bisti də  -  otuz (hərfən:  iyirmi və on), dübis -  qırx  (hərfən: 
iki  iyirmi),  dübis də -  əlli  (hərfən:  iki  iyirmi  və on),  dubis də pane -  
əlli beş (hərfən:  iki iyirmi və on və beş) və s.
Maraqlıdır  ki,  iyirmilik  say  sistemi  müasir  gürcü  dilində  də 
vardır.  Bu  dildə  də qırx deyərkən  “ormohi”  (“Motsi”  -  iyirmi;  yəni 
iki  iyirmi”),  “yetmiş  iki”  deyərkən  “samotdatormoti”  (yəni  üç  iyir­
mi  və  on  iki)  işlədirlər.  Məhz  akad.  Marr  da  Yaxın  şərq  xalqlarının 
yafəsi  dillərdə  danışan  xalqlarla  olan  tarixi  əlaqələrindən  bəhs  edər­
kən, hər iki sistem  dillərdə eyni  formada təsadüf olunan iyirmilik say 
sistemini də bu əlaqələri sübut edən amillərdən biri hesab edirdi.
Hal-hazırda əllidən yuxan  saylannın tat dili qarşılığı  əvəzində 
Azərbaycanca müqabil və bərabəri işlədilir.
Tat dilində olan iyirmilik say sistemi bir sıra İran dillərində də 
vardır.  Məsələn:  bu  hal  yazqulam,  Osetin,  Şimali  Bəluc  və  s.  kimi 
İran  dillərində  indi  də  sabit  şəkildə  qalır.1  Bu  say  sistemi  özünü 
f.d.Tehran dialektində də saxlanmışdır.
Bəzi  alimlərə görə bir sıra İran dillərində olan bu iyinnilik say 
sistemi qədim İran dillərindən qalma xüsusiyyətdir.2
Əlbəttə, bir sıra İran  dillərində, o cümlədən  tat dilində olan bu 
iyirmilik  say  sisteminin  tarixi  qədimliyini  inkar etmək,  yəni  bu  sis­
temin  insan  cəmiyyətinin  say  sistemində  ibtidai  təfəkkür  məhsulu 
olduğunu  rədd etmək  çox  çətindir.  Lakin  bu  maraqlı  say  sisteminin 
ilkin olaraq hansı  dilə aid olduğunu söyləmək də çətindir.
1  Ф.Розенберг.  Материалы  по  двадцатом у  счету.  В  сборнике  Языко­
ведческие проблемы по числительным. Стр.  170
2  Вах,  Б.В.Миллер.  Таты,  их  расселение  и  говоры.  Баку,  1929.  Изд.  АЗ. 
ГНИЦ. стр. 34
AZƏRBAYCAN  TATLARININ  DİLİ
185
Yüzlüklər,  sad -  yüz,  dü sad -  iki yüz,  sə sad -  üç yüz, çar sad 
-  dörd yüz və s.
Minliklər,  həzər,  hazar -  min,  dü hazar,  di  hazar -  iki  min,  sə 
həzar -  üç min və s.
Mürəkkəb  saylarda  təklik,  onluq,  yüzlük  və  minliklər  yalnız 
intonasiya  ilə  birləşir  və  onlar  arasında  heç  bir  əlavə  ünsür  işlən­
mir.1 Dü  həzar  sad  bist pane  manat pul  astarüm  -  iki  min  yüz  iyir­
mi beş manat pul  aldım.
Tat dilində bəzi  saylann başqa qrammatik vəzifələri də vardır. 
Bu  cəhətdən  yə,  ye  -   bir  sayı  çox  maraqlıdır.  Bu  sayın  bəzi 
vəzifələrini nəzərdən keçirək:
1.  Sayla  işlənərək  özündən  sonra gələn  təqribi  yaxınlığı  ifadə 
edir:  qəy əlləş bu,  axir yə sad metir xari  asta (Q.) -  çox  əlləşdi,  axır 
ki,  yüz  metr (hərfən,  yüz  metrə yaxın,  qədər)  torpaq aldı;  oxur ki,  ü 
əzmən yə pancah manat usto (Məl.) -  nəhayət,  o,  məndən əlli manat 
(yaxm, qədər) aldı.
2.  Hərəkət  və  ya  keyfiyyətin  intensivliyini  bildirir:  yə  voziyi 
bdaraftan  ki,  lap üdəmünə cunirə bastoran  (Məl.) -  elə rəqs oynayır 
ki,  lap  adamın  canını  alır;  yə  bəcəyistən  bü  dəseyürə  nəbəbürənbü 
dirən  (Q.) -   elə  oynayırdı  ki,  əllərini  görmək  olmurdu;  imşə yə  kü- 
loki bu ki  lap xunahora şərirə başundanbi  (Məl.) -  bu gecə elə külək 
əsirdi  ki,  (az  qalırdı)  evlərin  damlarını  uçursun;  imşo  ye  maafto  bu 
ki,  uruzə bıqədini  (M.) -  elə aydınlıq gecə idi  ki, elə bil  gündüz idi; 
ye  sama  bıraftən  ki,  adaminə  bısuğunhayi  maftaran  (M.)  -   elə  sü­
zürdü  ki,  adamın  sümüyünə  düşürdü;  əzin  gaf Həsən  yə  ərəq  saxt, 
gəşt  bə  tara  künə  (Q.)  -   bu  sözdən  Həsən  elə  tərlədi  ki,  döndü  bir 
yaş əskiyə və s.
3. 
Hərəkətin  gözlənilməzliyini  bildirir.  Bu  zaman  yə,  ye  sayı 
hökmən  özündən  sonra Azərbaycan dilində gözlənilməzliyi  bildirən 
“birdən”  sözünü  qəbul  edir:  yə  birdən  dürüm  dahar  bəruxtən  (Q.), 
ye  birdən  dirim  ki,  ku  (v)  səyənzir  imarən  (M.)  -   birdən  (hərfən:
1 Tat dilinin Daqquşçu -  Ərüsküş mərkəzi ləhcəsində və Abşeronun tat ləhcəsində 
onluq  və  təkliklərin  arasında  gələn  “i”  hissəciyi  Qonaqkənd  ləhcəsində  təsadüf 
edilməmişdir (məs. bisti pane -  iyirmi beş, çuli həft -  qırx yeddi və s.)


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə