Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə54/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   50   51   52   53   54   55   56   57   ...   131

214
BİRİNCİ  KİTAB
leksik  mənaya malik olmayan  ədatdır.  Məs.:  taki  axir kələhə başü -  
təki  axır ki,  böyüsün.,  ta ki tü xas başi -  təki  sən sağalasan.  Müqayi­
sə et:  təki  sənin ürəyinə yatsın (İ.Hüseynov).
d ə ”.  Bu ədat tat dilində aşağıdakı mənalarda işlənir:
1.  müəyyən bir iş və  hadisənin  təsdiq məqamında işlədilir:  Ay 
Məhsüm,  türə qaydetürü də -  Ay Məhsim,  sənin qaydandadır da.
2 .
 təəssüf, etiraf məqamında işlənir:  Yə karü aftare də -  Bir iş­
dir düşüb də.
3.  təkid  bildirir:  hözüm  bəmən  çü  bətənbiri,  üzüm  gun  də  -  
bayaq mənə nə deyirdin,  indi de də.
4.  kinayə,  könülsüz  razılıq  bildirmək məqamında:  İmu  çü  bə- 
tənim,  biye də -  Biz nə deyirik ki, gəlsin də.
5.  İstehza, laqeydlik bildirmə məqamında:  həç dan ki, tərsürüm, 
müşnəyü müşnəyü də -  elə bilmə ki, qorxdum, eşidər, eşitsin də.
6.  Narazılıq  bildirmə  məqamında:  nəbənarənund  rəhət  nişim 
də -  qoymurlar rahat oturaq da.
ki"  ədatı.  Bu  əslində  bağlayıcı  olub  bəzən  özünü  ədat  kimi 
də göstərir:
1.  .Sual cümlələrinin  sonuna  gələrək  həmin əvəzliyi  qüvvətlən­
diril', məna çalarlığı yaradır. Yə variş baristən ki -  bir yağış yağır ki.
2 .
  Əvəzliklərdən  sonra  gələrək  həmin  əvəzliyi  qüvvətləndirir: 
in ki lap abuısuziyü -  bu ki, lap abırsızlıqdır.
3.  Sual,  təəccüb bildirir:  tü  əzü  beçü  bətərsirəni  ki?  -  Sən  on­
dan niyə qorxursan ki?
4.  Etiraz  bildirir:  in  nəbü  ki  -  bu  daha  olmadı.,  Mən  kur  nis- 
tum ki -  mən kor deyiləm ki.
5.  Kinayə bildiril:  həmələ yə cür namaşu ki -  hamı bir cür ol­
maz ki.
“çü" ədatı. Danışanın hissiyyatını bildirmək, ifadəni daha da güc­
ləndirmək üçün işlənir: çü xasə xünükə oyü -  necə yaxşı soyuq sudur.
Tat  dilində  hələ  ədatı  da  işlənir,  danışanın  məsələyə  münasi­
bətini,  hiss,  həyəcanını  bildirir.  Hələ  utanmiş  nəbirən  bəxəndistəniş 
-  hələ utanmır, gülür də.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
215
Fərqləndirici  ədat.  “əncaq"  :  Əncaq tü xasə  kor nəsaxti  -- an­
caq  sən  yaxşı  iş  gönnədin.  Bəzən  bu  ədat  şərt  bildirən  “əgər”lə  də 
işlənir.  Əncaq əgər tü  guftirən biri  ü misaxt -  ancaq  əyər sən desəy­
din, o, yerinə yetirərdi.
Təsdiq  bildirən  ədat.  “ha ” -  Məs.,  ha,  üzüm  haltii  çənəmü? -  
hə,  indi  halın necədir?


216
BİRİNCİ KİTAB
SİNTAKSİS
S in tak tik  əlaqələrin ifadə tərzi
Tat  dilində  sözün  cümlədəki  sintaktik  əlaqələrini  ifadə  etmək 
üçün uzlaşma,  idarə,  yanaşma əlaqələrindən, fasilə və intonasiyadan 
istifadə olunur.
U zlaşm a  əlaqəsi.  Bu  əlaqə  mübtəda ilə  xəbər arasında iki  cür 
ola bilər:  a)  tam uzlaşma; b) natamam uzlaşma.
Tam  uzlaşmada  mübtəda  ilə  xəbər  şəxsə  və  kəmiyyətə  görə 
uzlaşır:  Əyalun  bəxundənund  (Q.)  -   uşaqlar  oxuyurlar;  duxtarun 
bkar braftanund (M.) -  qızlar işə gedirlər və s.
Natamam  uzlaşmada  isə  mübtəda  ilə  xəbərin  uzlaşması  kə­
miyyətə  görə  deyil,  yalnız  şəxsə  görə  olur.  Uzlaşmanın  kəmiyyətə 
görə  pozulması,  əsasən,  mübtəda  cəm,  xəbər  isə  tək  olduğu  halda 
baş  verir.  Bu,  bir  qayda  olaraq,  yalnız  cansız  əşyalardan  danışılar­
kən  müşahidə  edilir.  Məsələn:  dara xüşk bü  (Q.) -  Ağaclar qurudu; 
diigməha ruxt  (Q.)  -  düymələr töküldü;  qazançahon  vəşi  (M.) -  qa­
zanlar daşdı.
Tat  dilində  başqa  İran  dillərindən  fərqli  olaraq,  mübtəda  ilə 
xəbərin  uzlaşması,  demək olar ki,  əsasən tam olur.  Bu da  Azərb.  di­
linin təsiri  ilə  izah olunur.  Qeyd etdiyimiz natamam uzlaşma nümu­
nələri isə az təsadüf olunan haldır.  Adətən,  hətta cansız  əşyalar haq­
qında  danışılarkən  belə  uzlaşmaya  riayət  olunur.  Məs.:  Alata  xüşk 
birand -  paltarlar quruyub,  Xaykərka xürd birand -  yumurtalar sınıb 
və  s.  Belə  uzlaşma  çox  az  hallarda pozulur.  Ona  görə  də  demək la­
zımdır  ki,  yuxanda  göstərdiyimiz  natamam  uzlaşma  nümunələrin­
dən  çıxış  edərək  bu  halın  tat  dilində  möhkəm  qrammatik  hal  oldu­
ğunu  demək  olmaz.  Bununla  belə  bu  halın  müşahidə  olunması  bu 
dildə həmin dil hadisəsini qeyd etməyə haqq verir.
Canlılardan  bəhs  edərkən  mübtəda  ilə  xəbərin  uzlaşması,  bir 
qayda olaraq,  tam olur,  yəni canlılardan danışarkən bir çox İran dil­
lərində,  o  cümlədən  fars,  tacik,  əfqan  dillərində  olan  natamam  uz­
AZƏRBAYCAN  TATLARININ  DİLİ
217
laşma  tat  dilində  yoxdur.  Tat  dilində  tək  canlı  haqqında  söhbət  ge­
dərsə  xəbər  tək,  mübtəda  cəm  haldadırsa,  xəbər  də  cəm  olur  və  bu 
hal  çox  müstəsna  hallarda  pozulur.  Məs.:  quspandun  amarund  -  
qoyunlar  gəldilər,  əsun  virixtund  -   atlar  qaçdılar,  mərcigəha  par 
zərund -  sərçələr uçdular.
İdarə  əlaqəsi.  Bu  əlaqə  tamamlıqlarm  və  bəzi  zəifliklərin 
fellə  əlaqəsidir.  Vasitəsiz  tamamlıq  xəbər  ilə  təsirlik  halı  əmələ 
gətirən  “ə”  sonqoşması  vasitəsilə  bağlanır.  Məs.:  Mən  in  düxtərə 
bəşünaxtənüm  -   Mən  bu  qızı  tanıyıram;  un  darə  mən  kaştam  -   o 
ağacı  mən  əkmişəm.  İdarə  əlaqəsi  önqoşmalar  vasitəsi  ilə  də  əmələ 
gəlir.  Ədi bamarənüm -  kənddən gəlirəm.
Yanaşma əlaqəsi.  Bu əlaqə:
a)  xəbərin  vasitəsiz  tamamlıqla  əlaqəsini  yaratmaq  üçün:  ou 
avardüm -  su gətirdim;
b)  sifətlə  ifadə  olunmuş  tərzi-hərəkət  zərfliyi  ilə  xəbəri 
yanaşdırmaq üçün: xub yazmiş bəstən -   yaxşı yazır;
c) sayla ifadə olunmuş təyin edəni təyin olunanla yanaşdırmaq 
üçün: pane qələm -  beş qələm;
ç) qeyıi-müəyyən  və  ya  işarə  əvəzliyi  ilə ifadə  olunmuş  təyin 
olunanı  təyin edənlə yanaşdırmaq üçün istifadə olunur:  in mərd -  bu 
adam, hər ruz -  hər gün və s.
Fasilə  və  intonasiya  cümlə  daxilindəki  sintaktik  qrupları  və 
cümlənin özünü sonrakı cümlədən ayırmaq üçün işlədilir.
Cümlənin baş üzvləri
Mübtəda.  Tat dilində  mübtəda aşağıdakı nitq hissələri  ilə ifa­
də oluna bilər:
a) isimlə (həm də sifətlə):  tələbə bəxundən -  tələbə oxuyur
b) əvəzliklə:  mən dürüm -  mən gördüm
c) sayla:  dəsəta bemu nəhsu,  nümurə nəbətənim -  on üç bizim 
üçün nəhsdir, onun adını demirik.
ç) sifətlə:  qirmizi xübə rangü -  qırmızı yaxşı rəngdir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə