Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə53/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   49   50   51   52   53   54   55   56   ...   131

2 1 0
BİRİNCİ KİTAB
11.  Səbəh  (yaxud:  səbəhşöü)  bistən  bətən  xunəhayşmu  biyam
-  sabah (sabah gecə) evinizə gələcəyəm (hərfən: evinizin yanma gə­
ləcəyəm).
12.  Bil  yə  kəm  girarü,  hələ  məgun  -   qoy  bir  az  keçsin,  hələ 
demə və s.
b)  Yer  zərfləri.  Yer  zərfləri  bəcə,  kamcə  (hara?  harada?), 
əcə?  (haradan?)  suallarına cavab  verirlər:  incə -  bura,  burada;  unca, 
uncə -  ora,  orada;  bonlo (Məl.),  un taraf (Q.), bıinqul  (M.) -  o tərəf, 
bığul (M.),  belo (M.),  in  taraf (Q.) -  bu tərəf və s.
Misallar:  1) hözüm mərəgouşmu incə nişte bü -  bayaq  (bir az 
qabaq) inəyiniz burda oturmuşdu; 2) tə par uncə ə tərsi yə ədəmi na- 
bastənbü  buray  -   keçən  ilə  qədər  ora  qorxudan  bir  adam  gedə  bil­
mirdi;  3)  un  tərəf bağə  ou  varzunde  bərde -  bağın  o  tərəfini  su  da­
ğıdıb aparıb.
c)  Vasitə  və  tərzi-hərəkət  zərfləri  aşağıdakılardır:  Azər­
baycan  dilindəki  “onsuz  da”  mənasında  vyanu,  vyanuyiş  (M.), 
üsiiziş,  unsuz də,  yeşəki,  onsuz (Q.),  yəqərə ki  (Məl.),  yekar ki  (M.) 
zərfləri  işlənir:  mən  unsuz  də  (üsüziş,  onsuz  də,  yeşeki  və  s.)  bistən 
bərüm -  mən onsuz da onu aparacağam.
Asuli  -   əslində.  Asuliyürə  gərdi  xubə  kar  nəsaxti  -   əslində 
yaxşı iş  görmədin;  əksinə,  tərsinə -  əksinə:  əksinə, burayi  xub maşü
-  əksinə,  getsən  yaxşıdır;  yə ra,  az  (avaz) -  yenə:  türə piş  saxta bü­
rüm yərayiş  (az,  avaz)  amari? -  səni  qovmuşdum,  yenə  gəldin? Ta­
mam,  büto  -   tamamilə:  tamam  (büto)  əbiyarmən  dürmare  bü  -   ta­
mam yadımdan çıxmışdı,  lakin -  birdən, bir anda:  ispişkəyə  zərən -  
nəzərən dayə lokmi  ataş  güft -  kibriti çaxar-çaxmaz  taya (ot) birdən 
odlandı.
Əlüstü -  dərhal,  o  saat,  mənə  dirən kimi  Salman  əlüstü bəsər- 
pa vəxişt -  məni görən kimi, Salman  o saat (dərhal) ayağa qalxdı.
Untə -  belə. Tü  ki  untə  yazmiş  saxtəyi,  ki bistən  danu  xundən
-  sən ki  bunu belə yazmısan, kim oxuya biləcək?
Yə birdən -  bir  anda, birdən,  ouçi birdən  di ki,  gürg qusbandə 
bəxardən -  ovçu birdən gördü ki, qurd qoyunu yeyir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
2 1 1
Düz  -   düz.  əzincə  düramarə  düz  bartanüm  bəxunə  -   burdan 
çıxan kimi düz evə gedirəm.
Zu  -   tez.  Bə  əs  suvar birən  kimi  zu  əçüm  viı  bü -   ata minən 
kimi  gözdən itdi.
Qeyd  etmək  lazımdır  ki,  zərflərin  bir  qismi  tat  dilində  artıq 
modal söz mənasını kəsb etmişdir.
NİDALAR
Tat dilində  ən  çox  işlənən  nidalar aşağıdakılardır və onlar  və­
zifəsinə görə belə qruplaşdınla bilər:
1.  Sevinc bildirən  nidalar:  ay can,  hürey,  upa, ha-ha,  hay-hay.
2.  Kədər və  təəssüf bildirənlər:  ah-ah,  ax-ax,  vay,  vay-vay,  ey 
vay, ux-ox...
3.  Tərif  və  təşəkkür  bildirənlər:  afərin,  bəh-bəh,  əhsən,  yaşa, 
sağ ol,  uxay.
4. Nifrət bildirənlər:  tufi, tuf
5.  Ağrı,  yorğunluq,  əzginlik bildirənlər:  a, ax.,  uf.
6.  Çağırış bildirənlər: ey-ey,  hey-hey, ehey, ahay,  ehe-hey.
7.  Sükut bildirənlər:  şşş, sss.
Bundan  əlavə nida  vəzifəsində  bəzi  müstəqil  sözlər də işlənir. 
Məsələn, həyif-heyif,  əfsus,  yaşasın!,  var ol!
Hissəciklər:
ina. Bu hissəciyin aşağıdakı  vəzifələri  vardır.
1.  Bir  şeyin,  ya  hadisənin  göz  qabağında  olduğunu  və  ya  baş 
verdiyini  bildirir:  ina,  mərəgou,  incə  aftare  bü -  bax,  inək bura düş­
müşdü;
2.  Sonra  gələn  ifadənin  məna  və  mahiyyətini  artıraraq  razılıq 
hissini  bildirir:  ina,  rütürə  şüştə  bədə  bəçü  xubi  biri  -   bax,  üzünü 
yuyandan sonra necə yaxşılaşdın;
3.  Gözlənməz  bir  şey  və  ya hərəkət  haqqında  təəccüb  bildirir: 
ina,  xarə  xardəyiş  alat  duxtən  bastən  -   bax,  bu  ölmüş  də  (istək  və 
məhəbbət mənasında) paltar tikmək bilir;


2 1 2
BİRİNCİ  KİTAB
4.  Son  feldə  ifadə  olunan  hal-vəziyyətin  arzu  olunmazhğım, 
təəssüfü  bildirir.  Bu  halda  həmişə  cümlə  sual  bildirən  söz  olan 
“axir”  ilə qurtanr:  ina,  vəziyyətşmu  in nist axir? -  bax,  vəziyyətiniz 
bu deyilmi?
5.  Birinin  keçən,  baş  verən və  ya baş  verməkdə olan hadisəyə 
pis  münasibətini  bildirir:  ina,  in  xətt,  in  nişan,  bil  burand,  hər  ke 
lava  saxtüm  ki,  vagardind  -   bax,  qoy  getsinlər,  nə  vaxt  yalvardım 
ki, qayıdın.
Əxi.  Bu hissəcik aşağıdakı vəzifələrdə işlənir:
1.  İş  tapşırılan  şəxs  sözü  yerinə  yetirilmədikdə  xahiş  və  ya 
rica bildirir (həm  iş  tapşıran,  həm də icra  edən  üçün):  əxi  vəxi,  türə 
tə bəke çiim darüm ki, bəkəfaz bistən vəxizi -  axı  dur,  səni  nə vaxta 
qədər  gözləyəcəyəm  ki,  keflə  ayağa  duracaqsan  (qulluq  buyuran): 
əxi  kələ  variş  baristən  bu,  nədanistum  bəvəxtü  biyam  -   axı,  bərk 
yağış yağırdı,  vaxtında çatdıra bilmədim (icra edən);
2.  Tərəflərdən  birinin  həyəcanlandığı  zaman  sualı  daha  da 
ciddiləşdirmək  və  ya  rəy  sorğusundan  ötrü:  mən  beçi  buram,  hə  tü 
xiştəntü  tanə  burayi  xun  maftanü? -  axı  mən  niyə  gedim,  sən özün 
tək getsən məyər qan düşər?
Han,  hun,  hey.  Bu hissəciklər aşağıdakı  vəzifələrdə işlənir:
1.  Sualın cavabında  təsdiq bildirir:  tü amari? -  han,  amaram -  
sən  gəldinmi?  -   bəli,  gəldim.  Tü  xundey?  -   sən  oxumusan?  Hun, 
xundam 
(M .) -  
bəli, oxumuşam.
2.  Müraciət bildirir:  han  birarunmə,  məpayind!  -  hey,  qardaş­
larım,  dayanmayın!
3.  Çağırışa cavab bildirir:  Əliəmu -  hən,  çü betəni? -  Əli  əmi, 
-b ə li!  nə deyirsən?
4.  “Güftirən” -   “demək”  feli  ilə  işlənərək,  bu  hissəcik narazı­
lıq,  son hədd bildirir:  hən güftürüm, güş nədoşt,  guş  nəvakard (Q .)- 
hey dedim, qulaq asmadı.
Hə.  Bu  hissəcik  feldən  qabaq  işlənir  və  aşağıdakı  vəzifələri 
daşıyır:
1. 
Hərəkətin  intensivliyini,  olduqca  çox  təkrannı  bildirir:  hə 
girəst,  hə kuft bəsər zanu xiştən -  hey ağladı,  hey dizinə döydü;
AZƏRBAYCAN  TATLARININ  DİLİ
213
2. 
Güman,  təsəvvür  bildirir:  səhət  ə  düta  giraşte,  həmiyand 
kastə çü -  saat ikidən geçeb, bəlkə də, gəlmiş olarlar.
Bu.  Emosional,  şiddətiəndirici  hissəcik  olub,  cümlənin 
axınnda  işlənərək  intensivlik  bildirir.  Bu  hissəciyin  işləndiyi 
cümlənin  əvvəlinə  “yə”  ideomatik  sayı,  intensivliyi  daha  da  artıran 
“çini”  tərzi-hərəkət  zərfi  gəlir.  Hissəcikdəki  “i”  saiti  uzun  tələffüz 
olunaraq,  həm  də  cümlənin  məntiqi  vurğusunu  qəbul  edir.  Yə  çini 
vaçarist ki,  xuda uşun nətünü -  elə yıxıldı  ki, Allah göstərməsin; Yə 
çini  cıra  kəşi  ki,  güşmə  güft  -   elə  çığırdı  ki,  qulağım  tutuldu;  çini 
bamarən bu ki, aqasde dürə -  elə gəlirdi ki, tüstü kimi.
“K i” hissəciyi bundan başqa aşağıdakı  vəzifələrdə də işlənir:
1.  Həyəcan  bildirir:  dül -  canmunə  xardim  ki,  in  bəcə rafte -  
ürək-göbəyimizi  yedik ki,  bu  hara gedib;  tü  rafte  biri  ki,  uşun  yəra- 
yiş çü bəxastənund -  sən (ora)  getmişdin  ki,  onlar (səndən)  yenə nə 
istəyirlər?  Çən  şöüyü  çüm  nəbəbəstənüm  ki  -   neçə  gecədir  ki 
gözümü yummuram.
2.  Hər hansı  bir məlumatın  doğruluğunu  möhkəmlətmək  üçün 
istifadə olunur: dü ruz pişa ü inca bu ki -  iki gün qabaq o, burada idi ki.
3.  İş,  hərəkətin,  faktın  artıq  baş  verdiyi  haqqında  məlumatı 
qeyd etmək  (bu  işlə  əlaqədar olan,  lakin ondan  xəbərsiz qalan  şəxsi 
çəkindirmək)  məqsədilə işlədilir:  uşun raftand ki -  onlar gediblər ki 
(siz isə onlara getməyə hazırlaşırsınız).
4.  Danışan  şəxs  üçün  gözlənilməz  olan  faktı  qeyd  etməkdən 
ötrü istifadə olunur:  tü bartani ki? -  sən gedirsən?
ƏDATLAR
Tat  dilində  ya,  a  ədatlan  ifadəni  qüvvətləndirmək,  müraciət 
olunan  şəxsin  diqqətini  mətləbə  daha çox  cəlb etmək  üçün  işlədilir. 
Bu  ədatlar,  əsasən,  xəbərdarlıq,  müraciət  və  təkidetmə  məqamında 
işlənir. Məs,:  bura əzincə rad baş a -  get burdan rədd ol, a.,  gədə  lap 
gij  bire  ya -   gədə  lap dəli  olub  a.  Müqayisə et:  Azərb.  dili  ilə:  Alın 
a, yana-yana qalın  a (Makayovski);  Bu sözü bizə atır a (C.Cabbarlı). 
“taki”  istək,  arzu,  razılıq  bildirmək  məqamında  işlənərək  müstəqil


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə