Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə55/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   51   52   53   54   55   56   57   58   ...   131

218
BİRİNCİ  KİTAB
d) 
fellə:  qəy  xəndistən  be  duxtər  xub  nist  -   çox  gülmək  qız 
üçün yaxşı deyil.
Mübtədanı  əmələ  gətirən  kök  söz,  adlıq  cümlə  istisna  olarsa, 
qrammatik  əlaqədar  olmadan  heç  bir  funksiya  daşıya  bilməz.  Kök 
sözün  mübtəda  funksiyası  müxtəlif qrammatik  münasibətlərdə  (sö­
zün cümlədəki rolundan, yanaşmadan, uzlaşmadan və s.  asılı olaraq) 
əmələ  gəlir.  Mübtədanm  cümlədə  sabit  yeri  yoxdur.  O,  adətən,  ya 
cümlənin əvvəlində, ya da hətta xəbərdən sonra gəlir. Məsələn:
a)  cümlənin  əvvəlində:  ü  mənə  birarmənü  -   o,  mənim  qarda­
şımdır;
b)  zaman  zərfindən  sonra:  parsal  mən  bəxundəmbürüm -  Ke­
çən  il oxuyurdum;
c) yer zərfindən  sonra: Ə Dərbənd piyərmə amare -  atam Dər­
bənddən gəlib;
ç) cümlənin  sonunda:  raftüm  dürüm  bədərün  xunə bəsər nalin 
nişte,  çərtəbəqi  zəre  ü  -   getdim  gördüm,  o  evdə  xalçanın  üstündə 
bardaş qurub oturub.
Xəbər. Xəbər iki  xür olur:  a) feli xəbərlər; b) ism i1 xəbərlər.
Feli  xəbərlər  sadə  və  mürəkkəbliyi  zaman  formasından  asılı 
olmayaraq (yəni bütün zamanlarda) hər hansı  fellə  ifadə oluna bilər, 
məs.:  yə  əslü  ə dur bə  mən papax  saxt -   bir atlı  uzaqdan  mənə pa­
paq elədi; yə dəstə əyəl, bartanbürund -  bir dəstə uşaq gedirdi.
İsmi  xəbərlər  bir  qayda  olaraq,  fellər  istisna  olmaqla,  yerdə 
qalan  bütün nitq hissələri:  isim,  sifət,  əvəzlik,  say  və  s.-lə  ifadə olu­
nur.  İsmi  xəbəri  əmələ  gətirən  isim,  sifət  və  onlara  xəbər  şəkilçisi­
nin  qoşulması  ilə  ismi  xəbərlər  müstəqil  işlənə  biləcəyi  kimi  kö­
məkçi  fellə də işlənir (əsasən, bu köməkçi fel  “birən” -  olmaq məs- 
dəridir).
Müxtəlif İran  dillərində “ə sf’, “es”,  “əs”,  “e” və s.  bu kimi şə­
killərdə  özünü  büruzə  verən  xəbər  şəkilçisi  tat  dilində,  əsasən,  “ü”
1 İsmi  xəbərlər termini  qrammatik  isimlikdən çox  adlıq  və  əlamətlik  məfhumunu 
bildirir.  Çünki  xəbər  bu  funksiyada  isimlə  ifadə  olunduğu  kimi  sifətlə  də  ifadə 
olunur ki,  onlar da (yəni isimlər və  sifətlər) özlüyündən əşyanın adım və əlaməti­
ni bildirir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
219
kimidir  (buna nadir  hallarda,  məs.,  tat  dilinin  Balaxanı  və  Suraxanı 
ləhcələrində  “u”  kimi  də  təsadüf olunur).  Məsələn:  a)  İsmi  xəbərin 
isimlə  ifadəsi:  Maymə  müəllimü  -   anam  müəllimdir:  Ə  dur  peydə 
birə,  diyü -   uzaqdan  görünən,  kənddir;  in  uşqolu  (Balax.,  Surax.) -  
bu məktəbdir.
b)  İsmi  xəbərin  sifətlə  ifadəsi:  in  xunə  bülündü  -  bu  ev  hün­
dürdür;  bə  tənü birə  alat siyəyü -  əynindəki  paltar qaradır;  ru  dərya 
ağasde şüşəyü -  dənizin üzü şüşə kimidir.
c)  Köməkçi  fellə.  Ə  dur  dənişirüm  yə  suri  qusband  bürund -  
uzaqdan baxdım,  bir sürü qoyun idilər.
Xəbərin  cümlədəki  yeri,  əsasən,  sabitdir.  O,  bir qayda olaraq, 
əsasən,  cümlənin  sonunda gəlir.  Lakin  bəzi  hallarda cümlənin  orta­
sında,  hətta  əvvəlində  gəlir.  Məsələn:  ortada:  Qunşimu  be  Əhməd 
əvamə  mərdü  bətirənbü  bəmən  -   qonşumuz  Əhməd  üçün  deyirdi 
ki, o,  avam kişidir (adamdır).  Əvvəldə:  Dərya bu mən ə may bəbirə- 
ni  incəha -  Mən anadan olanda buralar dəniz idi.
Cümlənin ikinci dərəcəli üzvləri
Təyin.  Təyin nitq hissələrinin hamısı (isim,  sifət, əvəzlik, say) 
ilə ifadə oluna bilər.  Təyini  söz birləşmələri  də təyin rolunda ola bi­
lər. Məs.,  Kələ birarmə bə ütaq lərzunə kələ mung xiştənaz cıra za -  
böyük qardaşım otağı titrədən gur səsilə çığırdı.
Tat dilində  bu  dilə yaxın  sayılan  fars,  tacik,  əfqan  (dəri)  və  s. 
dillərdən fərqli  olaraq təyinlə təyin olunanın yeri  Az. dilində olduğu 
kimidir.  Bu  sintaktik  münasibət  tat  dilində  Az.  dilinin  təsirindən 
başqa bir şey  deyildir.  Məs.:  Xubə  kitab -  yaxşı  kitab,  kələ dahar -  
böyük dağ,  dəcələ  əyəl -  dəcəl  uşaq,  şabaza duxtər -  gözəl  qız,  ma- 
raqlüyə  kino  -  maraqlı  film  və  s.  Yuxarıda  qeyd etdiyimiz  İran  dil­
lərində  təyinlə  təyin  olunanın bu  sintaktik münasibəti əksinədir (yə­
ni  həmin  mənalarda olan  “Ketab-e  xub”,  “kuh-e bozorg”və  s.).  Ona 
görə  də  tat  dilində  təyinlə  təyin  olunanın  yerini  müəyyənləşdirmək 
istəyərkən  Azərb.  dilinin  tat  dilinə  təsirini  diqqət mərkəzində  saxla­
maq lazımdır.


2 2 0
BİRİNCİ KİTAB
Aşağıdakı  nitq  hissələri  təyin rolunda çıxış edərkən  təyin  olu­
nan  sözdən əvvəl gəlir:
1.  Adi  və  üstünlük  dərəcəsində  olan  sifətlər:  Kələ  xunə -  bö­
yük  ev,  nşnəniyə  ləmpə  -   daha  (işıqlı)  lampa,  güdəyə  gaf -   qısa 
söz, yəzuqə mərd -  yazıq kişi;
2. İşarə əvəzlikləri:  un mərd -  o kişi,  in duxtər -  bu qız
3.  Sual  əvəzlikləri:  kami? -  hansı? çənəm? -  necə? çü? -  nə?, 
çəntə? -  neçə? kami  kitab? -  hansı  kitab? çəntə  sini? -  neçə nimçə? 
çu kardə? -  nə bıçaq?
4.  Qeyri-müəyyən  əvəzliklər:  hər  kəs  -   hər  kəs,  hər  ki  -   hər 
kim, hər çü -  hər nə.
5. Miqdar və sıra sayı:  də di -  on kənd,  yə çərək gəndüm -  bir 
çərək  buğda,  axirinci  sıra -   sonuncu  sıra,  əvvəlinci  şagird -  birinci 
şagird.
Numerativlər təyinlə  isim  arasında gəlir:  pane  sər küflət -  beş 
baş  ailə,  dü  kilə  ard -  iki  kilə  un, çar cild kitab -  dörd cild kitab,  sə 
suri  qusband  -   üç  sürü  qoyun,  yə  dəstə  gugut  -   bir  dəstə  gül;  yə 
qəbzə qilinc -  bir ədəd qılınc  və sair.
Tam am lıq. Tat dilində tamamlıq iki cürdür:
1. Vasitəsiz tamamlıq
2. Vasitəli tamamlıq
Vasitəsiz tamamlığın özü də iki cürdür:
a)  heç  bir  xüsusi  tamamlıq  əlaməti  olmayan  sözlərlə  əmələ 
gələn vasitəsiz tamamlıq.
b)  Təsirlik  halı  əmələ  gətirən  “ə”  önqoşmanın  sözlərə 
qoşulması ilə əmələ gələn vasitəsiz tamamlıq.
Əgər  söhbət  hər  hansı  qeyri-müəyyən,  ümumi  bir  şey  və  ya 
hadisə  haqqında gedirsə,  söz yalnız  sabit kök-söz şəklində işlənərək 
heç  bir  xüsusi  əlamət  qəbul  etmədən  vasitəsiz  tamamlıq  olur: 
Əs 
bəçərundənüm  -   at  otarıram,  nun  bəvardənund  -   çörək  gətirirlər, 
kitab bəxundənüm -  kitab oxuyuram, pul tin -  pul  ver.
Bu  misallarda  haqqında  söhbət  gedən  əşya  qeyri-müəyyən 
əşyadır. Ona görə də o, qeyri-müəyyən vasitəsiz tamamlıq olur.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
2 2 1
Konkret,  müəyyən  vasitəsiz  tamamlıq  isə  təsirlik  halda 
işlənərək  “kiyə?”,  “çüyə?”  (kimi?,  nəyi?)  suallarına  cavab  verir: 
Oyə  avardüm  -   suyu  gətirdim,  pulə  xasdüm  -   pulu  istədim,  mənə 
gərmü 
(Q.) 
-  mənə istidir və s.
Maraqlıdır  ki,  Azərbaycan  dilinin  Bakı  dialektində  tat  dilinin 
təsiri  ilə  tamamlıq  bəzən  yönlük  halda  özünü  göstərir.  Məs.: 
Azərbaycan  dilinin Bakı dialektində ədəbi  dildəki “Mənə soyuqdur” 
əvəzinə  “məni  soyuqdur”  kimi  deyilir  ki,  bu  da  tat  dilinin  Balax. 
ləhcəsindəki  eyni  mənalı  “münə  xiniku”  sırf  tərcüməsidir.  Hələ 
vaxtilə  akad.  M.İ.Şirəliyev Azərbaycan  və tat dillərinin bu qarşılıqlı 
əlaqəsinə diqqət yetirmişdir.1
Vasitəli 
tamamlıq  sözlərin 
əvvəlinə  “ə”,  “bə”, 
“əz”
önqoşmalanm  artırmaqla əmələ gəlir:  bə piyərmə guftürüm -  atama 
dedim,  bə  kino  dənişirüm  -   kinoya  baxdım,  ə  müəllim  asdarüm  -  
müəllimdən aldım, əzmən salam bər -  məndən salam apar və s.
Zərfliklər. Zərfliyin aşağıdakı növləri vardır:
1. yer zərfliyi
2. zaman zərfliyi
3. tərzi-hərəkət zərfliyi.
Yer  zərfliyi. Zərfliyin bu növü tat dilində aşağıdakı  şəkillərdə 
ifadə oluna bilər:
a) Yerlik,  məkan bildirən bir qrup sözün  əvvəlinə “bə” önqoş- 
ması  artınlır.  Bu  zərflik  becə?  -   hara?  bəce?  -   harada?  sualına  ca­
vab verir:  bəxunə -  evə  (evdə), bəsərbuhun -  dama  (damda), bəru -  
üstünə  (üstündə),  bədərun  -   içinə  (içində),  bətənmə  -   yanıma  (ya­
nımda), bəburun -  bayıra, çölə -  bayırda, çöldə və sair.
b)  Əşya  və  ya  hərəkətin  çıxış  nöqtəsini  bildirmək üçün  sözlə­
rin  əvvəlinə  çıxışlıq  hal  əlaməti  olub,  həmin  qrammatik  funksiyada 
“ə”  şəkilçisi  artırılır.  Bu  zərflik  “əcə”?  -   hardan?  sualına  cavab 
verir.  Ə  xunə  raftüm  -   evdən  çıxdım  (getdim),  əçül  amarüm  -  
çöldən (bayırdan)  gəldim.
1 М.И.Ширалиев.  Основные  вопросы  взаимодействия  и  взаимоотношения 
языков народов  СССР  (на  материале  Азербайджанского языка).  Взаимодей­
ствия и взаимообогачение языков народов СССР.  М.  1959, стр.  119


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə