Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə58/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   54   55   56   57   58   59   60   61   ...   131

230
BİRİNCİ  KİTAB
NƏTİCƏ
Vahid Azərbaycan xalqı öz milli-etnik tərkibi ilə çox şaxəli  və 
müxtəlifdir.  Bunlardan  biri  də  tatlardır.  Azərbaycan  xalqının  etno- 
genezində  öz  yerinə  malik  olub  bu  diyarın  aborigen  etnoslar  qru­
puna  daxil  olan  tatlar  Azərbaycanın  bır  sıra  rayon  və  kəndlərində 
məskunlaşıblar.  Onlar kompakt yaşadıqları yerlərdə,  əsasən,  ikidilli­
dirlər.  Dil  insanları  birləşdirən  ünsiyyət  vasitəsi  kimi  təkcə  öz  doğ­
ma  etnik  mühiti  ilə  kifayətlənmir,  bu  dilin daşıyıcıları  olan  etnosun 
ictimai-siyasi  vəziyyəti,  xüsusilə,  burada  iqtisadi-mədəni  tələbləri 
mövcud  qəbilə,  tayfa  və  xalq  dilinin  öz  əhatə  dairəsini  genişləndir­
məyi  tələb  edir.  Belə  olduqda etnik  dil  daha  öz  məhdud  rolunu  oy­
naya bilmir.  Bir dildə  danışan  kiçik insan  cəmiyyəti,  yaxud indi qə­
bul  olunduğu  kimi  azsaylı  xalqın  nümayəndələri fəaliyyət dairələri­
ni  genişləndirmək üçün  daha böyük başqa xalqın dilini bilmək ehti­
yacını  duyurlar.  Çünki  bu  dil  daha əhatəli,  daha geniş yayımlıdır və 
daha  çox  insanları  birləşdirir.  Bu  zaman  ikidilliyə  ehtiyac  yaranır: 
məişət -   ailə  dili  kimi  etnos  öz  dilini  saxlayıb  qoruyur;  ticarət,  mə­
dəni,  iqtisadi  və  siyasi  əlaqələr üçün nisbətən böyük xalqın dili  olan 
ikinci  dili  öyrənmək  və  onu  işlətməyə  ciddi  ehtiyac  duyur ki,  bura­
dan da ikidillilik yaranır. Tatlar üçün birinci ailə və məişət dili  funk­
siyasını  tat dili,  ictimai-siyasi  və  mədəni-iqtisadi qovuşma və  əlaqə­
lər dili  kimi  ikinci  dil  rolunu  isə  Azərbaycan  dili  ifa edir.  Azərbay­
can dilini  özlərinin  ikinci  ana dili  (bəzən də  əsas dili)  hesab edən  və 
Azərbaycan dilində danışan tatlar sosial-ictimai münasibətlərinə gö­
rə fərqlənirlər və tatların hamısı eyni dərəcədə Azərbaycan dilinə yi­
yələnməmişlər.  Azərbaycan dili,  hətta bu  gün belə bir  sıra tat kənd­
lərinə  -   Azərbaycan  dilli  mühitdən  uzaq  olan  bir  sıra  yerlərin 
əhalisinin  məişətinə  daxil  ola bilməmişdir,  təkcə  idarə  -   dəftərxana 
dilidir və xalqlararası  ümumi  ünsiyyət dili  funksiyasını daşıyır.  Bəzi 
kəndlərdə  isə  bu  yaxınlara  qədər  xalqın  aparıcı  nümayəndələri, 
şəhərlə  əlaqəsi  olan  şəxslər  və  demək  olar  ki,  əsasən,  kişilər 
Azərbaycan dilinə bələd idilər. Tat məktəblərində təkcə Azərbaycan
AZƏRBAYCAN  TATLARININ  DİLİ
231
dilində  dərslərin  keçirilməsi  də  kargüzarlıq  dili  olan  Azərbaycan 
dilinin  yerini  daha  da  möhkəmlədir və  Azərbaycan dilinin  tat dilinə 
hərtərəfli təsirini  sürətləndirir.
Azərbaycan  dilinin  tat dilinə  təsiri  hərtərəfli  və  əhatəlidir.  Bu 
təsir özünün  tat  dilinin  bütün  qrammatika və  leksikasmda geniş  də­
rəcədə  göstərir.  Fonetik,  morfoloji,  sintaktik  və  leksik  təsirin  bəzi 
məsələlərini  hətta  ötəri  nəzərdən  keçirməklə  bu  haqda  müəyyən  tə­
səvvür əldə etmək olar.
Tat  dili  fonetikasında  geniş  işlənən  və  İran  dillərində  təsadüf 
olunmayan  ü,  ö  kimi  saitlər ancaq Azərbaycan dilinin  fonetik təsiri­
dir.  Məsələn:  dürə (tüstü),  tölü (tikan),  nüşvə (eniş),  sürvə (öskürək), 
zəlü (zəli) və s. Tat sözlərində olduğu kimi,  tat dilinə keçmiş bu vo­
kal  səslərin birləşməsindən bu dildə öü  kimi  yeni  bir diftonq yaranır 
və  “xalis”  tat  sözlərində  tat dili  diftonqu  kimi  çıxış  etsə  də  (öüşə -  
meşə,  öüsinə  -  nağıl,  töü -   titrəmə  və  s.  kimi  sözlərdə)  fonetik  tər- 
kibcə  Azərbaycancadır.  “ı”  fonemi  də  tat  dilinə  Azərbaycan  dilin­
dən  keçmişdir.  Bu  vokalizmə  İran  dillərində  təsadüf  olunmur.  Tat 
dilinin n ş (saqqal), xıran (satın  almaq), çıra (çığırtı), Azərbaycan di­
lindən  tat dilinə  keçmiş cırcırama, cırtdan  və  s.  kimi  sözlərindən  də 
göründüyü  kimi,  bu  səs  tat  dilinin  “i”  fonemini  əvəz  etmiş  (birinci 
üç  sözdə  olduğu  kimi),  ya  da  sonuncu  iki  sözdən  göründüyü  kimi, 
Azərbaycan dilindən  həmin  sözlərlə  birlikdə eynilə tat dili  fonetika- 
sma  “köç”  etmişdir.  Tat  dilinin  ənənəvi  boğaz  -   emfatik  samitləri 
olan  və  şərti  olaraq  h,  ayn,  ğayn  kimi  verdiyimiz  fonemlər  tədricən 
öz yerini Azərbaycan dilinin  sərbəst h, ə və q səslərinə verir. (Həsən, 
müəllim, məğlub sözlərində olduğum kimi).
Tat  dili  morfologiyasının  bir çox  məsələləri  Azərbaycan  dili­
nin  morfoloji  təsirindən  başqa  bir  şey  deyildir.  Məsələn:  başqə  -- 
başqa,  üzgə -  özgə, pis, yaxşi -  yaxşı,  balacə -  balaca kimi  sifət bil­
dirən  sözlər,  tat  dilində  özünə  məxsus  morfoloji  əlaməti  olmayan 
Azərbaycan  dili  sıra  saylan  (birinci,  ikinci,  üçüncü  və  s.),  Azərbay­
can dilinin kəsr saylan  (ikidə bir,  üçdə biı  və s.), Azərbaycan dilinin 
zaman  zərfləri,  ora,  bura  kimi  yer zərfləri,  unsuz -  onsuz,  unsuz  də 
-   onsuz  da,  əksinə,  doğrusu,  ümründə  -   ömründə,  hiç  vəxt  -   heç


232
BİRİNCİ  KİTAB
vaxt  kimi  tərzi  hərəkət  zərfləri,  təsdiq  və  inkar zərfləri  ancaq  Azər­
baycan  dilinin  tat  dilinə  morfoloji  təsirinin  nəticəsi  kimi  izah  oluna 
bilər. Tat dilində geniş  işlənən  “əlləş  güftən” -  əlləşmək,  güləşmək, 
əxtərmiş  saxtən -  axtarmaq,  süpürləmiş saxtən -  süpürləmək, qamar 
zərən -  qamarlamaq,  tumar dərən  -  tumarlamaq,  ahş-veriş  saxtən -  
alış-veriş  etmək,  qazanc  saxtən  -   qazanmaq,  utanmiş  birən  -   utan­
maq,  yolçuluq  saxtən  -   dilənçilik,  yolçuluq  etmək  və  s.  kimi  on­
larca  mürəkkəb  felin  əsas  söz  kökü -  feli  Azərbaycan  dilindən  keç­
mədir  və  təkcə  köməkçi  feli  tat  dilinə  məxsusdur.  Belə  misalların 
sayını  artırmaq olar. Bunlar əsər boyu kifayət qədər verilmişdir.
Tat dilinin  möhkəm qrammatik qanunlarından  olan  təyinlə  tə­
yin  olunanın yerlərinin İran dillərində,  o cümlədən fars,  tacik,  əfqan 
və s.  dillərdən fərqli  olaraq dəyişməsi,  yəni  təyinin  əvvəl,  təyin olu­
nanın  sonra  gəlməsi  Azərbaycan  dilinin  sintaksis  təsirindən  başqa 
bir  şey  deyildir.  Bunu,  məs.,  tat  dilində  “künə  di”  -   qədim  kənd 
(fars  dilində  “deh-e  qədim”),  “kələ  xunə”  -   böyük  ev  (fars  dilində 
“xane-ye  bozorg”),  “güdəyə  g a f ’  -   qısa  söz  (fars  dilində  “hərf-e 
kutah”),  yəzuqə  ədəmi  -  yazıq  adam  (fars  dilində  “adam-e  biçare”) 
və s. kimi  tərkiblərdən də görmək olar.
Tat  dilində  işlənən  tabesiz  mürəkkəb  cümlələrdə  Azərbaycan 
dili  sintaksisinin  təsiri  güclüdür.  Burada,  hətta  Azərbaycan  dilinə 
məxsus bağlayıcılar tat dili  bağlayıcıları  ilə paralel  işlənirlər.  Məsə­
lən:  tat dilində  “həm  tü  biya,  həmiş  birartü”  (“həm  sən  gəl,  həm  də 
qardaşın”  cümləsində  tat  dili  bağlayıcıları  işləndiyi  kimi  Azərbay­
can  dili  bağlayıcıları  da  eyni  ilə  işlənə bilir və  məna dəyişmir.  Belə 
halda tat dilində yuxanda verdiyimiz cümlə bu cür səslənir:  “həm tü 
biya,  həm  də  birartü”.  “Yalnız”  (yalnız),  istər,  ancaq,  təkcə,  yoxsa, 
bəşqə  (başqa)  kimi  Azərbaycan  dili  bağlayıcılan  tat  dilinin  həmin 
funksiyalannda  olan  bağlayıcılanm:  klassik  “xah”,  “tanə”,  “qeyri” 
və  sairi  sıxışdmb,  demək olar ki,  aradan çıxarmışdır.  İndi  tat dilində 
yalnız  bu  Azərbaycan  dili  şəkilçiləri  mürəkkəb  cümlə  quruluşunda 
sintaktik məna daşıyıcılandırlar. Məs.,  tat dilində bu  Azərbaycan di­
li  bağlayıcıları aşağıdakı  şəkildə işlənir və bütün tatlar tərəfindən ra­
hat başa düşülürlər:  ü istər xub başü, istərsə pis, mənə biraımənü -  o
AZƏRBAYCAN  TATLARININ  DİLİ
233
istər  yaxşı  olsun,  istərsə pis,  mənim  qardaşımdır; mən  ürə  qəy çüm 
daştüm, ancaq ü nə ama -  mən onu çox gözlədim, ancaq o, gəlmədi), 
gaf hə in gafü, başqə gaf nist -  söz elə budur, başqa söz yoxdur və s.
Tat  dili  leksikasında  saysız-hesabsız  Azərbaycan  sözləri  var­
dır.  Bunları  tatlar öz  doğma  sözləri  kimi işlədirlər və onların öz  ana 
dili sözləri olduğuna heç şübhə də etmirlər. Bunlara aşağıdakı sözlər 
nümunə oluna bilər:  dirsək,  ucuz,  seçmə,  üzük,  güzəl  (gözəl),  sırtıq, 
qucə  (qoca),  qəri  (qan),  kük  (kök -  heyvan,  insan),  qəyqənaq  (qay- 
qanaq),  pusqu,  ovçi  (ovçu),  siniqçi  (smıqçı),  ağciyər (qorxaq məna­
sında),  basma,  qazanc,  ahş-veriş,  alver,  tapmaca,  yaramaz,  quş,  qa­
rağac, gümüş, içki, keşikçi, tibb bacısı, doğum evi, yalan, keçi, gəlin, 
toyxana və s.  və i.a.  Azərbaycan dilinin bəzi  sözdüzəldici şəkilçiləri 
ilə  dubl  olunaraq  paralel  işlənir.  Məs.:  dəmirçi,  suçu,  odunçu,  fut­
bolçu kimi Azərbaycan dili kök və şəkilçiləri ilə bərabər həmin sözə 
tat dili  şəkilçisi  də qovuşaraq ikili  şəkilçi  (mənası dəyişməyən) zən­
cirini  yaradır:  Dəgirmançigəri,  keşikçigəri və s. Tat dilinin söz yara­
dıcılığında  Azərbaycan  dili  şəkilçilərinin  misilsiz  rolu  vardır.  Belə 
məhsuldar şəkilçilərə inkar şəkilçilərindən “süz”  (ədəbsüz -  ədəbsiz, 
həyasüz  -   həyasız,  xəbərsüz  -   xəbərsiz),  məkan  bildirən  şəkilçilər­
dən  lıq,  luq  (fmduqluq -   fmdıqlıq,  kuləluq  -   kolluq),  mənsubiyyət 
bildirən  lı,  li  (əyəllü -  uşaqlı, rəhmlü -  rəhmli),  sənət bildirən  “çi”, 
“çü”  (qələyçi  -   qalayçı,  dürvənçi  -   əkinçi,  ərəbəçi  -   arabaçı)  və  s. 
şəkilçiləri nümunə gətirmək olar ki, bunlar da tat dilinə ancaq  Azər­
baycan dilindən keçmişlər.
Tat  dilinə  Azərbaycan  dilinin  fonetik,  morfoloji,  sintaktik  və 
leksik  təsiri  getdikcə  daha  da  güclənir və  tat  dili  öz  yerini  tədricən 
Azərbaycan  dilinə  verir.  Bu  da  təbiidir,  çünki  xalqlarımızın  ümumi 
iqtisadi-mədəni,  ictimai-siyasi  yaxınlıq  dairəsi  genişləndikcə  Azər­
baycan  dilinin tat dilinə təsiri  getdikcə daha intensiv şəkil  alır.  Bəzi 
kəndlərdə  məs.,  60-70-ci  illərdə əgər əhali,  əsasən,  tat dilində  danı­
şırdısa  bu  vəziyyət  90-cı  illərdə  Azərbaycan  dilinin  xeyrinə  həll 
olunmuşdur.  Hətta uzaq  tat kəndlərində də  son  20-30  ildə müşahidə 
edilmiş  tədrici  təbii  assimilyasiya  prosesi  hal-hazırda  Azərbaycan 
dilinin  xeyrinə  intensiv  şəkil  almışdır.  Tat  kəndlərində  (xüsusilə,


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə