Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə59/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   55   56   57   58   59   60   61   62   ...   131

234
BİRİNCİ  KİTAB
Quba,  Dəvəçi,  Siyəzən,  Xızı,  Şamaxı,  İsmayıllı  rayonlarında)  əvvəl 
cavanlar  öz  doğma  dillərini  unudurlar.  Sonra  tədricən  yaşlı  nəsil 
Azərbaycan  dilinin  tam  təsiri  altına  düşür.  Tatların  bugünkü  yaşlı 
nəslinin dilinə Azərbaycan dilinin təsirinin  vüsətini düzgün təsəvvür 
etmək  üçün aşağıdakı  nümunələr kifayət edər.  Bu  ifadə  və cümlələr 
Dəvəçi,  Xızı  və  İsmayıllıda  1992-ci  ilin  yayında  bəzi  yaşlı  tatların 
danışığında qeydə  alınmışdır.  Bu  tat respondentlərinin  sərbəst danı­
şıq tərzi burada eynilə qorunub saxlanmışdır.
Tatca:  “Beş  illik  Ermənistan-Azərbaycan  müharibəsi  sübut 
saxt ki,  qədim  və şöhrətlü Azərbaycan xalqi yenilməz xalqü”.  Azər­
baycanca: Beş illik Ermənistan-Azərbaycan müharibəsi sübut etdi ki, 
qədim  və  şöhrətli Azərbaycan  xalqı  yenilməz xalqdır”.  Göründüyü 
kimi,  burada təkcə  köməkçi  fel  (saxt-etdi)  və bir-iki  fel  sonluğu tat- 
cadır.  Qalan  sözlər eynilə  həm  forma,  həm  də  məzmunca Azərbay- 
cancadır.  Yaxud:  maymə  dedi  ki,  get  burglərini  qırx,  xəst mu  gətir­
sin  -   Anam  dedi  ki,  get  qaşlarını  qırx,  qalın  tük  gətirsin.  Buradakı 
fellərin  hamısı  Azərbaycan  dili  felləridir.  Belə  təsirin  başqa  nümu­
nəsini  aşağıdakı  cümlələrdən  də  görmək  olar.  Onlarda  ancaq  kö­
məkçi  fel  və  ya  şəkilçi  tat  dilinə  məxsusdur,  qalan  söz  və  tərkiblər 
Azərbaycancadır.  Azərbaycan  dilindən,  eynilə,  tat  dilinə  keçmişdir 
ki,  bu  da  tat  dilində  Azərbaycan  dilinin  yeni  ləhcəsinin  yarandığını 
deməyə imkan  verir. Məsələn:  “Azərbaycan Milli qəhrəmanı  maşın­
qayırma  zavodiye  baş  direktorürü”  -   Azərbaycan  Milli  qəhrəmanı 
maşınqayırma zavodunun  baş direktorudur;  “Azərbaycana Əməkdar 
müəllimii,  vətən  müharibəsi  iştirakçisi  Allahverən  müəllim  axşam 
orta məktəbiyə baş  məsləhətçiyürü” -  Azərbaycanın  əməkdar müəl­
limi,  vətən  müharibəsi  iştirakçısı  Allahverən  müəllim  axşam  orta 
məktəbinin  baş  məsləhətçisidir;  “Evə  tapşırıq:  Səməd  Vurğun. 
“Ceyran”  şeiri.  Əzbərləmiş  saxtən”  -  evə  tapşırıq:  Səməd  Vurğun. 
“Ceyran”  şeiri.  Əzbərləmək;  “Ölməz  Azərbaycan  şairi  M.Ə.Sabir 
hələ  iyirminci  əsrə  bə  əvvəlləriyü  yazmiş  saxte:  “Dindirir  əsr bizi, 
dinməyiriz,  atılan  toplara diksinməyiriz”  -  Ölməz  Azərbaycan  şairi 
M.Ə.Sabir  hələ  XX  əsrin  əvvəllərində  yazmışdı:  “Dindirir  əsr  bizi 
dinməyiriz,  atılan  toplara  diksinməyiriz”;  “Çəpgözə  qaçaq  Yədulla
AZƏRBAYCAN  TATLARININ  DİLİ
235
bə Baku tələbə yataqxanasiyə böyük tərbiyəçiyürü” -  Çəpgöz qaçaq 
Yədulla  Bakıda  tələbə  yataqxanasının  böyük  tərbiyəçisidir;  “Çoxu- 
şaqlı  qəhrəman  ana  Minayə  xala  manqa  başçimunu”  -   çox  uşaqlı 
qəhrəman  ana  Minayə  xala  manqabaşçımızdır  və  s.  Tat  dilində  bu 
cür  Azərbaycan  alınmalarının  sayı  olduqca  çoxdur  və  bu  təsir  get­
dikcə daha da artır.
Azərbaycan  ərazisində azsaylı  xalqın  dili olan yazısız dil kimi 
mədəni  perspektivi  olmayan tat dilinin ədəbi,  mədəni,  siyasi  və icti­
mai  əhatə  dairəsi  daha  geniş,  zəngin  inkişaf  perspektivlərinə  daha 
çox  malik  olan  Azərbaycan  dili  ilə  tədricən  əvəz  olunması  azsaylı 
tat xalqının  daha çox  saylı  türk  dilli  Azərbaycan  xalqı  ilə qaynayıb 
qarışmasına  səbəb  olur.  Belə  dil etnik  konsolidasiya prosesi  müsbət 
hadisə kimi qiymətləndirilməlidir.  Lakin  bu  təbii,  mütərəqqi  qovuş­
ma və  ya qarışmanı  qəsdən sürətləndirmə cəhdləri nöqsanlıdır.  Belə 
mənfi  hallar  milli  siyasətimizə  ancaq  zərər  vura  bilər,  düşmənləri­
mizə xidmət edər.
Azərbaycan  dili  əhatəsində  tat  dili  təbii  zənginləşmə  və  tək­
milləşmə  prosesi  keçirir  ki,  bu  da  dilin  mütərəqqi  və  normal  assi­
milyasiya prosesinin  təzahürüdür.  Vahid  xalqımızın mədəni-iqtisadi 
və siyasi-ictimai inkişafının  ayrılmazlığı mühitində bu ərazidəki dil­
lərin qarşılıqlı əlaqələrini elmi  dəlillərlə təqdir və təsdiq etmək üçün, 
xüsusilə,  bugünkü  gərgin  siyasi  vəziyyətdə  olduqca  mühüm  əhə­
miyyət kəsb edir.  Bu dillərin  təbii ömrünün yaşamasını təmin etmək 
üçün  həmin  dillərin  fonetika,  qrammatika  və  leksikasının  müxtəlif 
məsələlərini  öyrənmək  olduqca  vacibdir.  Belə  tədqiqatlar  öz  əhə­
miyyətinə  görə  xalqların  müasir  həyatının  reallığı  olan  demokratik 
bəşəri  tələblərinin  mühüm  atributlarının  ayrılmaz  tərkib  hissələrin­
dəndir.
Azərbaycan  dilçiliyi tarixində  geniş və toplu şəkildə tat dilinin 
tədqiqinə  və  onun  Azərbaycan  dili  ilə  əlaqələrinə  həsr  olunmuş  bu 
kitab, heç  şübhəsiz, maraqla qarşılanacaqdır.
Respublikamızın  bütün  xalqlarını  birləşdirən  və  onları  bir-biri 
ilə qırılmaz tellərlə bağlayan qədim, zəngin  (elə buna görə də bütün 
türkdilli xalqlar üçün də ortaq dil  ola biləcək),  ədəbi  və rəsmi dövlət


236
BİRİNCİ  KİTAB
dili  olan  Azərbaycan  dilinin  tat  dilinə,  onun  müxtəlif  ləhcə  və  şi­
vələrinə  müsbət  təsiri  və  bu  zorakılıqdan  uzaq  təbii  inkişaf yolu  ilə 
də Azərbaycanın  müxtəlif azsaylı  xalqlarından biri olan tatların dili­
nin  zənginləşməsi  məsələlərinin  müxtəlif  cəhətlərinin  geniş  və  hər­
tərəfli  tədqiqə ehtiyac  vardır və bu  sahədə  tədqiqatlar, heç  şübhəsiz, 
gələcəkdə də davam etdiriləcəkdir.
*
 * и=
AZƏRBAYCAN  TATLARININ  DİLİ
237
MÜƏLLİFİN AZƏRBAYCAN TATLARININ DİLİNƏ DAİR 
ÇAP ETDİRDİYİ MONOQRAFİYA, KİTABLAR 
VƏ MƏQALƏLƏR
1.  Tat  dilinin  Qonaqkənd  ləhcəsi.  Bakı,  1971,  həcmi  9  ç.v. 
(Azərbaycan dilində).
2.  “Düta  birar”  (“iki  qardaş”).  Toplayanı  və  tərtib  edəni 
M.Hacıyev. Bakı,  1993, həcmi  5 ç.v.  (tat dilində).
3. “Vasal” (“Bahar”). Tat şairlərinin antologiyası. Müqəddimə 
müəllifi  (0,5  ç.v.),  toplayanı  və  tərtib edəni  M.Hacıyev.  Bakı,  1994, 
Həcmi  5 ç.v.  (tat dilində).
4.  Bə aftayaz bə yə cigə (“Günəşlə birgə”).  Azərbaycan şairlə­
rinin  tat  dilində  şeirləri.  Həcmi  7  ç.v.  Müqəddimə  (həcmi  0,5  ç.v.) 
və tərcümə M.Hacıyevindir.  Bakı, Azəməşr,  1997 (tat dilində)1.
5.  Azərbaycan  tatlarının  dili.  Bakı,  1995  (Həmin  əsər  bu 
kitabda verilir).
6.  Dəstürə  tin,  birar  (“Əlini  ver,  qardaş”).  Şeirlər  və  poema. 
Bakı: Mütərcim, 2006 (tat dilində).
Jurnal məqalələri
1.  İran  dilləri  və  ləhcələri.  Azərb.  SSR  EA  “Xəbərləri”  (İcti­
mai elmlər seriyası), №3,  1962 (Azərb. dilində).
2.  Tat dilinin öyrənilməsi  tarixindən.  Azərb.  SSR EA “Xəbər­
ləri” (İctimai elmlər seriyası), № 4,  1962 (Azərb.  dilində).
3.  S.Ə.Kəsrəvinin  azəri  dili  materiallarının  təhlilinə  dair  (tat 
dili materialları əsasında).  Azərb.  SSR EA “Xəbərləri” (ictimai elm­
lər seriyası). № 6,  1965  (Azərb. dilində).
4.  O  влияние  русского  языка  на  татский.  «Материалы  V 
Всесоюзной  конференции  по  Иранской  филологии».  Душанбе, 
1966. (Tezislər, rus dilində).
' Biblioqrafik məlumata çap olunduğu (1995) illərdən sonrakı bəzi materiallar da 
daxil edilmişdir.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə