Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə56/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   52   53   54   55   56   57   58   59   ...   131

2 2 2
BİRİNCİ KİTAB
c) 
sonluq, nəhayət,  axırıncı  nöqtə bildirən  yer zərfliyini  əmələ 
gətirmək  üçün  sözlərin  əvvəlinə  “təbə”  önqoşması  artırılır.  Bu  zərf- 
lik  “təbəcə”  sualına  cavab  verir.  Təbə  sər  dahar  doyistüm  -   dağın 
başma  qədər  yüyürdüm;  təbə  dib  çal  fırmarüm  -   quyunun  dibinə 
qədər endim;  təbə zir şiqəm əs  lamad bü -  atın qarnının  altına qədər 
palçıq idi.
2. 
“Ke?”  -   nə  vaxt?  sualına  cavab  verən  zaman  zərfliyi  aşa­
ğıdakı  şəkillərdə ifadə oluna bilər:
a)  heç bir xüsusi  əlamət qəbul etmədən zaman  məfhumu ifadə 
edən  sözlər  zaman  zərfliyi  əmələ  gətirir:  süh  vəxaştüm  -   səhər 
obaşdan  durdum;  şöü  bə  di  rasirüm  -   gecə  kəndə  çatdım;  Bəzən 
hətta  bir  qrup  birləşmə  də,  yaxud  birləşmə  söz  qrupu  da  bu 
funksiyada  işlənərək  zaman  zərfliyi  ola  bilər:  Də  sal  ə  də’va  b ə’də 
ama dürma -  Müharibədən on  il  sonra gəlib çıxdı;
b)  “bə”  ön  qoşmasının  söz  birləşmələrinin  əvvəlinə  gəlməsi 
ilə  zaman  zərfliyi  yaranır:  Bə  intərzini  səxtə  zumustunə  sal 
əyəlunmə  vicarist  -   Qışı  sərt  keçən  belə  bir  ildə  uşaqlarım  öldü 
(hərf: qırıldı), bə  üzümnə xuşa ruza zistən hasand bire -  indiki  yaxşı 
zamanda yaşamaq asanlaşmışdır;
c) Zaman zərfi əmələ gətirən “üzüm” -  indi, “həmişə” -  həmi­
şə,  “hə”,  “hər  vəxt’’  -   hər  vaxt,  “hər  ke”  -   hər  zaman  kimi  xüsusi 
sözlər  vasitəsilə  düzələn  zaman  zərfləri:  üzüm  bəmarənüm  -   indi 
gəlirəm; hər ke biyəyi  bəxunəyüm -  nə vaxt gəlsən evdəyəm və  s.
ç)  Tərzi-hərəkət  zərfliyi  hərəkətin  necələyini  bildirən  sözlər 
vasitəsilə  əmələ  gəlir  və  bu  funksiyada  həmin  sözlərin  heç  biri 
xüsusi  əlamət  qəbul  etmir.  Məs.,  duxdərmə  ə  həmələ  əyəlun  xub 
bəxundən -  qızım  bütün uşaqlardan yaxşı  oxuyur,  xərmə ə əstü  xub 
bartən -  Eşşəyim atından tez (sürətli) gedir.
Tat  dilində  zəifliyin  cümlədə  yeri  nisbətən  sabitdir.  Belə  ki, 
zaman  zərfliyi  ya  cümlənin  lap  əvvəlində,  ya da miibtədadan  sonra 
gəlir: imsal ü ərsi bistən se -  o, bu il toy edəcək.
Tərzi-hərəkət zərfliyi, bir qayda olaraq,  xəbərdən əvvəl  gəlir.
Yer  zərflikləri  də  əksər  hallarda  məntiqcə  çox  bağlı  olduğu 
xəbərə yaxınlaşır və ondan əvvəl  gəlir.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
223
Cümlənin həmcins üzvləri
A i
Sadə geniş cümlə  tərkibində  həmcins  üzvlər bağlayıcılar vasi­
təsilə  bir-birinə  bağlanır.  Həmin  bağlayıcılar  bunlardır:  “ya”, 
“həm”,  “nə”. Misallar:
Ya maytü,  ya piyərtü, ya xiştəntü imşo bətən piyərmə biyind -  
bu  gecə  atamın  yanma  ya  anan,  ya  atan,  ya  da  özün  gəl;  Həci  be 
mən  həm piyər,  həm may,  həmiş birar bire -  Hacı  mənim üçün həm 
ata, həm ana,  həm də qardaş  olmuşdur.  Ü nə bə mən, nə bə may xiş- 
tən guş vakard -  o nə mənə, nə də anasına qulaq asdı.
Sadə geniş cümlə tərkibindəki  həmcins üzvlər bu bağlayıcılar- 
la bağlandığı kimi, bağlayıcısız da işlənir və bu halda həmcins  üzv­
lər arasında ancaq fasilə olur.
Həmcins  üzvlər  arasında  işlənən  və  demək  olar  ki,  bir  çox 
İran  və  Türk  dillərində,  o  cümlədən  Azərbaycan,  özbək,  fars,  əfqan 
dillərində  çox  geniş  yayılmış  “və”  bağlayıcısı  tat  dilində  işlənmir, 
daha  dəqiq deyilsə,  bu bağlayıcı  tat dilində bizim  tərəfimizdən  qey­
də  alınmamışdır.  Cümlədə  “və”  bağlayıcısı  tələb  olunan  yerdə  hə­
min funksiyanı məntiqi  bağlayıcı -  pauza ifadə edir.
Cəm  əlamətləri  olan  “a”,  “un”,  “ha”-lar,  lər  şəkilçiləri  həm­
cins  üzvlərin  hamısının  sonunda  işləndiyi  kimi,  yalnız  sonuncu 
həmcins  üzvün  sonunda,da  gələ  bilər.  Məsələn:  Vərəhun,  quspan- 
dun,  büzun bəcə bürund? -  quzular,  qoyunlar,  keçilər harada idilər? 
Göründüyü  kimi,  cəm  əlaməti  bütün  həmcins  üzvlərin  sonunda 
gəlir.  Cəm  əlamətini,  qeyd  etdiyimiz  kimi,  əvvəlki  həmcins  üzvlə­
rin sonundan atıb axırıncı  həmcins  üzvə əlavə etmək olar və bunun­
la da  məna dəyişməz.  Burada Azərbaycan  dilinin  təsiri  aydın duyu­
lur.  Məs.,  xiyə,  külüng,  lapatkəha bə  dərü  aləyü -  kürək,  külüng  və 
bellər toyuq hinindədir.
Qeyd etmək  lazımdır ki,  sonuncu  hal  tat dilində  çox  da  geniş 
yayılmayan,  az  işlənən  qrammatik  qaydalardandır.  Bu  dildə  birinci 
hal,  yəni  bütün  həmcins  üzvlərə  cəm  şəkilçilərinin  qoşulması  çox 
geniş yayılmışdır.


224
BİRİNCİ KİTAB
Əgər cümlədə mürəkkəb və ya sadə fellərlə ifadə olunan həm­
cins xəbərlər vardırsa, fars,  tacik və başqa İran dillərində olan qram­
matik qayda, yəni  bütün  həmcins xəbərlər üçün  şərikli  olan köməkçi 
fel  və  ya mürəkkəb felin ikinci  tərəfinin  yalnız  sonuncu fellə ifadəsi 
tat  dilində  yoxdur.  Tat  dilində  bütün  həmcins  xəbərlər  Azərbaycan 
dilində  olduğu  kimi  bərabər  formalar  -   sonluqlar  qəbul  edir,  şəxs 
sonluqlarının  hamısını  hər  söz  hər  həmcins  xəbər  üçün  eyni 
dərəcədə  tələb  edir.  Burada  Azərbaycan  dilinin  tat  dili  sintaksisinə 
təsiri  aydın  görünür.  Məs.:  Ə  xunə  dürmarüm,  bə  kuçə  amarüm,  bə 
kinar  arakərə  raftüm,  niştüm,  qəlyan  kəşirüm  -   evdən  çıxdım, 
küçəyə gəldim, çayın qırağına getdim, oturdum, papiros çəkdim.
Tabeli mürəkkəb cümlə
Mürəkkəb  cümlələrdə  tabelilik  əlaqəsini  əmələ  gətirən  xüsusi 
sintaktik vasitələrdir. Bu vəzifəni bağlayıcılar ifadə edir.
Tat dilində mürəkkəb cümlələrdə işlənərək tabelilik  əmələ gə­
tirən (tabeli mürəkkəb cümlə yaradan) bağlayıcılar aşağıdakılardır:
I.  “ki”  -   Azərbaycan  dilindəki  “ki”  bağlayıcısına  müvafiqdir 
(fars  dilində  bu  bağlayıcı  “ke”  şəklindədir).  Bu  bağlayıcı  tabeli 
cümlələrin aşağıdakı növlərində işlənir:
a)  Tabeli  mürəkkəb  cümlədə  tamamlıq  budaq  cümləsi  əmələ 
gətirir.  Bu  bağlayıcı  həmin  vəzifədə  aid  olduğu  sözdən  sonra  gəlir. 
Məs.:  Mən  ağasde  dərü dəsmən  bastanüm  ki  ü incə bire  (Q.) -  Mən 
ovcumun içi  kimi  bilirəm ki, o, burada olmuşdur; Mə'əlim gaf da ki, 
biyarü  (Q.) -  Müəllim  söz  verdi  ki,  gətirsin;  Ouçi  cəhd saxt ki  bizə- 
nü -  Ovçu çalışdı ki, vursun.
b)  Təyin  budaq  cümlələri  tabeli  mürəkkəb  cümlədə  “ki”  bağ- 
layıcısı  aid  olduğu,  daha  doğrusu,  təyin  etdiyi  isimdən  sonra  gəlir: 
Un  tufliha  ki  par be’mən  avardə  biri  dəgüftüm  vadurüm  -  Keçən  il 
mənim üçün gətirdiyin ayaqqabılan geyib yırtmışam.
c)  Səbəb  budaq  cümləli  tabeli  mürəkəb cümlədə  səbəb  budaq 
cümləsi  baş  cümlədən  əvvəl  gəlir:  Diyə  xəbər  nə  astuni  ki,  cavab 
bistən nətünüm -  Daha bu barədə soruşsan da cavab verməyəcəyəm.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
225
ç)  Məqsəd budaq  cümləli  tabeli  mürəkkəb  cümlədə  bağlayıcı 
baş  cümlədən  sonra gəlir.  Birarmə  bə  Gəncə rafte  ki,  bazarluq  sanü 
*- Qardaşım Gəncəyə  alış-veriş etməyə gedib.
d)  Nəticə  budaq  cümləli  mürəkkəb  cümlədə  “ki”  bağlayıcısı 
baş  cümlədən  sonra  gəlir.  Un  qədə  murdalə  ru  uşun  dəri  ki  həmələ 
amu-dayi  ə  xiştəntü,  ə  xunetü  virixtund -  O  qədər pis  üz  göstərdin 
ki,  tamam qohum-qardaş evindən uzaqlaşdı,  üzündən qaçdı.
e) Zaman  budaq cümləli  tabeli  mürəkkəb cümlədə “ki”  bağla- 
yıcısı  baş cümlədən  əvvəl  gəlir:  ü  ki  ama qalxuz pişava raft -  o,  gə­
lən kimi kalxoz qabaqcıllar sırasına daxil oldu.
Bir  sıra  İran  dillərində,  o  cümlədən  fars,  dəri,  tacik  dillərində 
olan  və  zaman budaq cümləli  tabeli  mürəkkəb  cümlə  əmələ  gətirən 
“vəqtike”  mürəkkəb  bağlayıcı  tat  dilində  də  qismən  işlədilir.  Lakin 
bu  bağlayıcı  tat  dilində  bəzi  fonetik  dəyişikliyə  uğrayır  və  “vəxt”, 
“vəxtə  ki”,  “yə  vəxtə”  formalarında  özünü  göstərir.  Tat  dilində  za­
man budaq cümləli  tabeli  mürəkkəb cümlə əmələ  gətirən  bu mürək­
kəb  bağlayıcının  vəzifəsini  sadə  “ki”  bağlayıcısı  ifadə  edə  bilir  və 
həmin  funksiyanı  daşıyır.  Müasir  fars  dilində  “vəqtike”  formasında 
işlənən  qədim  pəhləvi  ideoqramı  orta  fars  dilində  sadə  “ke”  kimi 
oxunurdu  və  zaman  budaq  cümləsi  əmələ  gətirirdi.1 Tat  dilində  də 
“ki” bağlayıcısı  müasir fars dilində olan mürəkkəb zaman bağlayıcı- 
nı  əvəz  edir  və  zaman  budaq  cümləli  tabeli  mürəkkəb  cümlə  əmələ 
gətirir.  Məs.,  mən  bəmarəni  ki,  uncə  hiciz  nəbü -  mənim ora gəldi­
yim  vaxt orada  heç  nə  yox  idi.  Müasir fars  dilində  bu  cümlə  aşağı­
dakı şəkildə olardı: -  Vəqtike mən amədəm,  dər anca hiç çiz nəbud.
XII  əsrin  sonuna  qədər  fars  yazılı  ədəbiyyatında  “ke” 
bağlayıcısı  “ki”  şəklində  ifadə  edilmişdir.  XIII  əsrin  sonunda  da 
“ki”  ilə  bərabər  çox  az  miqdarda  “ke”  bağlayıcısına  da  təsadüf 
olunur.  Fars  ədəbiyyatında  tədricən  “ki”  şəklində  olan  bağlayıcı, 
tamamilə,  aradan  gedir,  əvəzində  həmin  bağlayıcının  yeni  fonetik 
şəkli olan “ke” öz yerini möhkəmlədir.2
1 M.İ.Hacıyev. Tat dilinin Qonaqkənd ləhcəsi. “Elm” nəşriyyatı, Bakı,  1971, c. 95
2 Саади. Гуолустан. M.,  1959. C.  16-17


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə