Ma qs ud ha c I y e V



Yüklə 16,3 Mb.
Pdf görüntüsü
səhifə57/131
tarix12.10.2018
ölçüsü16,3 Mb.
#73523
1   ...   53   54   55   56   57   58   59   60   ...   131

226
BİRİNCİ KİTAB
2.  “Əgər”  bağlayıcısı  şərt  budaq cümləsini  əmələ  gətirir:  rayə 
piyərə  bura  əgər  duru,  duxtərə  ə  qunşi  xay  əgər  kurii  -   Yolun  əgər 
uzaqdırsa, piyada get,  əgər qız almaq  istəyirsənsə,  kor da olsa qonşu 
qızın  al.  “Əgər” bağlayıcısı  tək işləndiyi  kimi,  onunla eyni funksiyada 
olan  “na”  bağlayıcısı  ilə  də  birləşərək  “əgər  na”  formasını  alır,  be­
ləliklə də, baş cümlədə ifadə olunmuş  fikrin əksini  bildirir. Məs.:  Mən 
əgər türə birartürüm  bə  kafmə dəniş,  əgər  na yad hisab bəstəni  hiç  bə 
mən “səbəh xeyr” məsan -  əgər sən məni özünə qardaş hesab edirsənsə 
sözümə  qulaq  as,  yox  əgər,  yad  hesab  edirsənsə  heç  salam  vermə 
(hərfən:  heç  “sabahın  xeyir”  demə).  Tat  dilində  işlədilən  “əgər” 
bağlayıcısı,  bəzən  “r”  səsinin  düşməsi  ilə  “əgə”  formasında  da  ifadə 
olunur. Bu bağlayıcı maraqlıdır ki, sonda göstərilən  şəkildə İran dil  və 
ləhcələrindən ancaq fars dilinin Tehran dialektində təsadüf olunur.1
Tat  dilinin  Qonaqkənd  ləhcəsində  həmin  bağlayıcıya  “gəma” 
kimi xüsusi formada da rast gəlinmişdir.
3.  “Hiııtəki”  (“həçiki”)  bağlayıcısı  zaman  budaq  cümləsini 
əmələ  gətirir:  Hiııtəki  ə  dər  daraftüm  mənə  şünaxt  -   Mən  qapıdan 
girən kimi məni  tanıdı.
4.  “Çünki”  bağlayıcısı  səbəb  budaq  cümləsini  əmələ  gətirir: 
Mən  diyə bətü sır nəmtünüm, çünki nəbastani bədültü daştən -  Mən 
daha  sənə  sin*  vermərəm,  çünki  sənə  deyilmiş  sözü  gizli  saxlamağı 
bacannırsan.
5  “Vəxtəki”  bağlayıcısı  zaman  budaq  cümləsini  əmələ gətirir: 
Mən  vəxtəki  xiştənmənə  uncə  rasundüm  godun  Cabara  suxtebü  -  
Mən özümü ora çatdıranda, Cabbargilin  tövləsi  yanmışdı.
6.  “Madamki”  bağlayıcısı  səbəb  budaq  cümləsini  əmələ  gəti­
rir:  Tü madamki,  əzin  kar  xəbərdari,  beçü  bemu  nəguftiri? -  Sən  ki 
bu işdən xəbərdarsan,  niyə bizə deməmisən?
7.  “Taki”  bağlayıcısı  zaman  budaq  cümləsini  əmələ  gətirir: 
Mən bə ruzü  unqədə raftiim taki rasirüm -  Mən ona çatana qədər ar­
dınca yüyürdüm.
Tabeli  mürəkkəb  cümlələrdə  bağlayıcısız  işlənən  budaq  cüm­
lələr  də  olur.  Bu  halda  baş  cümlə  ilə  budaq  cümlə  yalnız  məna  ilə
1 L.S.Peysikov.  Göstər, əsəri,  səh.  16
AZƏRBAYCAN  TATLARININ  DİLİ
227
ayrılır,  baş  cümlə  ilə  budaq  cümlə  arasında  hətta  fasilə  belə  özünü 
göstərir.  Məs.:  Mən bətü diyə kaf nəmgünüm, xuştü nəmarən (M.) -  
Mən  daha  sənə  söz demərəm,  (çünki)  acığın  gəlir;  Ü  bemu  mə'əlim 
ama, həməlemu ə'laçi birim -  O,  (ki) bizə müəllim təyin olundu, ha­
mımız əlaçı olduq və s.
Tabesiz mürəkkəb cümlələr
Tat  dilində  tabesiz  mürəkkəb  cümlələr  əmələ  gətirmək  üçün 
çox  vaxt  bağlayıcı  işlənmir  və  ümumiyyətlə,  buna  heç  ehtiyac  da 
hiss  olunmur.  Biz  burada  tərkib  hissələri  intonasiya  və  ya  fasilə  ilə 
bir-birindən  fərqlənən  tabesiz  mürəkkəb  cümləyə  təsadüf edirik  ki, 
bu  da  çox  təbiidir.  Çünki  yazısız  dil  olan  tat  dilində  danışan  bu  et­
nos -  tatlar bu dildə tabesiz mürəkkəb cümlə yaradan  müxtəlif bağ- 
layıcılara ehtiyac hiss etməmişlər.
Tat  dilində  tabesiz  mürəkkəb  cümlələrdə  az-çox  işlənən  bağ­
layıcı  varsa,  o  da  ya  fars  dili  ilə  müştərək  bağlayıcıdır,  ya  da  onlar 
Azərbaycan  dilindən  tat  dilinə  keçmişdir.  Təkcə  bunu  qeyd  etmək 
kifayətdir ki,  fars dilində  tabesiz mürəkkəb cümlə  əmələ  gətirən  bir 
çox  bağlayıcılara  tat  dilində  əsla  təsadüf  olunmur.  Bunlara  misal 
olaraq  fars  dilində  geniş işlənən  “və”,  “xah-xah”,  “çe-çe”  və  s.  bağ- 
layıcıları  göstərmək  olar.  Bununla belə  tat dilində  də,  əsasən,  Azər­
baycan  dilindən  bu  dilə  keçmiş  olan  bir  neçə  bağlayıcı  vardır  ki, 
bunlar bu dildə tabesiz mürəkkəb cümlə əmələ gətirirlər:
1.  “həm,  həmdəyiş,  həmiş”  (həm  də).  Həm  betü  alat  astaram, 
həmiş // həm də // həmdəyiş mənə  bəşmərdəni -  həm sənə paltar al­
mışam, həm də məni  söyürsən;  həm cirəyə vəgi biyar,  həmiş // həm­
dəyiş  //  həm  də  təvər mənə -  həm  kəndiri  götür,  gətir,  həm  də  mə­
nim baltamı;  həm  bura  əsmənə  suvar baş,  həmiş  //  həm  də // həmiş 
də  vərəhayə  gal  san  -   həm  get  mənim  atımı  min,  həm  də  quzuları 
sür gətir.
Fars  dilində  “həm-həm”  kimi  çıxış  edən  bu 
bağlayıcınm 
ikinci  hissəsi  tat dilində fars dilindən fərqli  olaraq “həmiş “ şəklində 
də  işlənir  (həm  də,  həmiş  də  variantları  ilə  yanaşı).  Bunların


228
BİRİNCİ  KİTAB
Azərbaycan  dilindən  tat  dilinə  keçməsi  şübhə  doğurmur,  xüsusilə, 
əvvəldə  gələn  “həm  də”  bağlayıcısınm  Azərbaycan  dilinə  məxsus 
olması  mübahisəsizdir.  Beləliklə,  “həmiş”  bağlayıcısı  tat  dilinin 
spesifik bağlayıcısı kimi  çıxış edir.  Qeyd etməliyik ki,  bu bağlayıcı- 
dakı  “iş”  hissəciyi  Azərbaycan  dilinin  “da”,  “də”  bağlayıcısınm  tat 
dilinə  tərcüməsindən  başqa bir şey  deyildir.  Maraqlıdır ki,  tat  dilin­
dəki  “iş”  hissəciyi  də  Azərbaycan  dilinə  məxsus  olan  “da”,  “də” 
bağlayıcısı  kimi  çıxış  edərək  tat  dilinin  bütün  qrammatik  kateqori­
yalarına  artırıla  bilir  və  beləliklə  də,  Azərbaycan  dilində  olduğu  ki­
mi,  əşya  və  ya  hərəkətin  təkrarını  yaradır.  Məs.:  Kitabiş  -  kitab  da 
(kitabı  da),  raftəniş-amarəniş  -  getmək  də,  gəlmək də  (çətindir);  tü- 
riş -  sən də; sürxiş -  san da, çahariş -  dörd də və s.
2.  “ya,  ...  ya”.  Eynilə  Azərbaycan  və  fars  dillərində  olduğu 
kimidir.  Ya tü biya kitab türə bər,  ya mən biyarüm -  ya sən gəlib öz 
kitabını  apar,  ya  mən  gətirim.  Bu  bağlayıcı,  bəzən  sonuncu 
bağlayıcıya “nist” -  yox  sözünü  əlavə etməklə də işlənir və  “yanist” 
formasını  alır ki, bu da özlüyündə mürəkkəb bağlayıcıdır. Aynlıqda 
müstəqil  məna  verən  “nist”  -   yox,  yoxdur  sözü  ya  bağlayıcısma 
qoşulduqdan  sonra  heç  bir  konkret  məna  vermir.  Yalnız  bağlayıcı 
rolunu  oynayır.  Tat  dilində  həmin  bağlayıcı  Azərbaycan  dilinə 
məxsus  olub,  həmin  funksiyada  işlənən  “ya  yox”  inkar  əlamətinin 
tat dilinə kalka olunmuş şəklindən başqa bir şey deyildir.
3.  “istər,  ...  istər”.  Azərbaycan  dilindən  tat  dilinə  keçmiş  bağ­
layıcıdır  və  fars  dilində  həmin funksiyada işlənən  “xah,  xah” bağla- 
yıcısını,  tamamilə,  əvəz  edə bilir.  İstər ü pis başü,  istər xub,  ü mənə 
birarmənü -  O istər yaxşı  olsun, istər pis, mənim qardaşımdır.
4.  “nə,  ...  nə” .  İnkar  bildirir.  Azərbaycan  dilində  eyni  vəzifə 
daşıyan  “nə”  bağlayıcısmdan  başqa bir  şey deyildir  (fars  dilində bu 
bağlayıcı  “ne”  kimidir).  Nə mən  bətü  kaf günüm,  nə  tü,  bə  mən  sa­
taş baş -  nə mən  sənə söz deyəcəyəm,  nə  sən mənə  sataş.  Bu bağla- 
yıcının  ikinci  tərəfi,  tamamilə,  səıbəstdir.  Qeyd etdiyimiz  “iş”  şəkil­
çisini  qəbul edərək “nəyiş”  formasında həmin vəzifədə  işlənir ki, bu 
da Azərbaycan dilinin “nə də” bağlayıcısınm tərcüməsi -  kalkasıdır.
AZƏRBAYCAN  TATLARININ  DİLİ
229
5.  “Əncaq”.  Azərbaycan  dilindəki  “ancaq”  bağlayıcısı  ilə,  de­
mək  olar ki,  eynidir (cüzi  fonedk  fərqlə).  Tat dilinə  Azərbaycan  di­
lindən  keçmişdir.  Mən  ürə  qəy  çüm  daştüm,  əncaq  ü  nəama -  Mən 
onu  çox  gözlədim,  ancaq  o  gəlmədi;  Mən  ürə  qəy  dus  daştüm, 
əncaq  ü  bəsər nəafta  -   Mən  onu  çox  sevirdim,  ancaq  o,  bunu  başa 
düşmədi.
6.  “Ama”.  Tat  dilindəki  bu  bağlayıcının  rolu  fars  dilindəki 
“əmma”,  Azərbaycan  dilindəki  “amma”  bağlayıcılannın  daşıdıqları 
vəzifəyə  müvafiqdir.  Tat  dilində  bu  bağlayıcı  heç  vaxt  şiddətlə  -  
təşdidlə  deyilmir  və  ancaq  “ama”  şəklində  təsadüf olunur.  Bə  mən 
gufti  ki,  betü  bistən  alat  astünüm,  ama  ə  biyoru  dürma  -   Mənə 
demişdir ki,  sənə paltar alacağam,  amma yadından çıxdı.
Bir  sıra  İran  dillərində  işlənən  və  tabesiz  mürəkkəb  cümlələr 
əmələ gətirən  bir sıra bağlayıcılar,  məsələn,  “bəlke”,  “leykən”,  “və­
li”  və  s.  tat dilində,  bir qayda  olaraq,  işlənmir.  Tat dilində bu  və  ya 
başqa  bağlayıcının  vəzifəsini  pauza  ifadə  edir.  Tat  dilində  bağ- 
layıcısız  işlənən  mürəkkəb  cümlələr  olduqca geniş  yayılmışdır.  Bu­
rada da Azərbaycan dilinin təsiri əhəmiyyətli rol oynamışdır.


Yüklə 16,3 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə